TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə109/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   105   106   107   108   109   110   111   112   ...   186

235 

 

də özü madalı  olan Artaşes yiyələnmişdi.  Moisey Xorenli  hər halda Artaşesi açıq-



aşkar "madalı" adlandırır. 

223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin 

bəzi  ötəri  müvəffəqiyyətləri  və  e.ə.  III  əsrlə  II  əsrin  ayrıcında  Aralıq  dənizinin 

şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli 

toqquşması III Antioxun adı ilə bağlıdır. 

Antiox öz  hakimiyyətinin ilk  illərindəcə  çox böyük bir təhlükə  ilə  qarşılaşdı: 

Mada  satrapı  Molon  öz  qardaşı  Parsa  satrapı  Aleksandrla  birlikdə  Selevkilərin 

hakimiyyətinə  qarşı  üsyan  qaldırdı  və  dövlətin  şərq  vilayətlərinin  demək  olar 

hamısını,  o  cümlədən  Mesopotamiyanı  tutdu.  Yalnız  çox  böyük  səylər  bahasına 

Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa 

çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan 

sonra  sürətlə  Atropatenaya  soxulması  Molonun  tədbirində  atropatenalıların  fəal 

iştirakına  dəlalət  edir.  Antioxun  Artabazanla  müharibəsi  sülhlə  qurtardı.  Atropatena 

müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu. 

III  Antiox  212-205-ci  illərdə  Selevkilərin  əldən  çıxmış  vilayətlər  üzərində 

hakimiyyətini  bərpa  etmək  məqsədilə  Şərqə  möhtəşəm  yürüşünə  başladı.  Bu 

məqsədlə Ekbatanada Anahita məbədi qarət edildi və oradan böyük bir məbləğ - 4000 

talant ələ keçirildi. Parfiyalılar darmadağın edildilər və Selevkilərin ali hakimiyyətini 

tanıdılar.  Yunan-Baktriya  çarlığının  hökmdarı  da  Selevkilərin  hakimiyyətini  formal 

da olsa tanıdı. Sonra Hindistana və İran körfəzinin Ərəbistan sahillərinə yürüş edildi. 

III  Antiox  zəngin  hədiyyələr  və  bac  topladıqdan  sonra  Dəclə  sahilindəki 

Selevkiyaya  qayıtdı.  Şərqə  yürüş  Selevkilər  dövlətinin  parçalanmasını,  şübhəsiz, 

yavaşıtdı, lakin parçalanmanın səbəblərini aradan qaldırmadı. 

E.ə.  III  əsrin  sonu  Selevkilər  dövlətinin  qüdrətli  dövrü  idi.  "Böyük"  titulu 

qəbul  edən  III  Antiox  Asiyanın  çox  geniş  ərazilərində  hökmdar  kimi  tanındı.  Lakin 

bu, çox çəkmədi. 

190-cı  ilə  yaxın,  Maqnessiya  ətrafında  romalılarla  döyüşdə  Antiox  məğlub 

olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı. 

II  əsrin  60-cı  illərində,  bəlkə  də  ondan  əvvəl  Atropatena  yenidən  tamamilə 

müstəqil bir dövlətə çevrilir. 

Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti 

xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər 

də salırdılar. 

Bu  ərəfədə  Qərbi  İranın  və  Ermənistan  yaylasının  vilayətlərində  bir  neçə 

müstəqil  dövlət  -  Elimaida,  Xarakena,  Persida,  I  Artaşesin  (yunanca  Artaksi) 

Ermənistan  çarlığı,  Sofenada  Zariadrinin  (Zariatr,  Zareh,  Zarehr)  Ermənistan  çarlığı 

meydana gəlir. Ozünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və 

hətta  öz  sikkəsini  buraxmağa  başladı.  Parfiya  da  asılılığın  daşını  atdı.  Beləliklə,  e.ə. 




236 

 

160-cı  ilə  yaxın  Selevkilər  şərq  satraplıqlarının  demək  olar  ki,  hamısını  itirmiş 



oldular. 

Meydana  gələn  erməni  çarlıqları,  xüsusilə  Artaşesin  çarlığı  lap  əvvəldən 

özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. 

Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş 

Ermənistanı  böyütdü...  Onlar  birlikdə  qonşu  xalqların  torpaqlarının  bir  hissəsini 

qoparıb  mənimsədilər.  Onlar  midiyalılardan  (atropatenalılardan  -  məsul  red.) 

Kaspiananı,  Favnitidanı  və  Basoropedanı,  iberlərden  Pariadr  dağlarının  ətəklərini, 

Xorzenanı  və  Qoqarenanı...  xaliblərdən  və  mossiniklərdən  Karenitidanı  və 

Kseroksenanı...,  kataonlardan  Akilisenanı  və  Antitavrboyu  vilayəti,  suriyalılardan 

Taronitidanı... tutub aldılar". 

Selevkilərlə  çoxdan  mübarizə  aparan  parfiyalılar  e.ə.  II  əsrin  50-ci  illərinin 

ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə 

(ehtimal  ki,  148-147-ci  illərdə)  Parfiya  çarı  I  Mitridat  Selevkilərin  basqınlarından 

müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi 

ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi. 

Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-

ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu. 

Bəzi  tədqiqatçılar  belə  güman  edirlər  ki,  parfiyalılar  Aşağı  Madadan  sonra 

Mada-Atropatenanı  da  işğal  etmişdilər,  lakin  mənbələrdə  buna  sübut-dəlil  yoxdur. 

Selevkilərə  düşmən  olan,  Hellinizm  naminə  nə  varsa  hamısına  qarşı,  Şərq  xalqlarını 

Selevkilərin,  yunan-makedoniyalıların  hədsiz  zülmündən  xilas  etmək  uğrunda 

mübarizə aparan "vətənpərvər" qüvvə  kimi parfiyalıların Atropatenada  mövqeyi, ola 

bilsin,  artıq  möhkəmlənmişdi.  Bir  mühüm  cəhət  də  ondan  ibarətdir  ki,  parfiyalılar 

etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də 

Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq 

"öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə 

yaranırdı. 

Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini 

saxlaya  bilmişdilər.  Atropatilər  çarlığının  parfiyalılar  tərəfindən  zəbt  olunduğunu 

güman  etməyə  əlimizdə  əsas  yoxdur,  çünki  hələ  öz  "Coğrafiya"  əsərini  e.ə.  lap  son 

illərdə  başa  çatdırmış  Strabon  yazırdı:  "onun  (yəni  Atropatın  -  məsul  red.)  ailəsində 

varislik hələ indi də davam edir" (seyrəltmə bizimdir - məsul red.). 

E.ə.  II  əsrin  40-cı  illərinə  yaxın  Parfiya  dövləti  demək  olar  bütün  İranı  və 

bütün Mesopotamiyanı əhatə edirdi. Tezliklə Parfiya dünya dövlətinə, parfiyalılar isə 

uzun  illər  boyu  başlıca  qüvvəyə  çevrilirlər,  özü  də  təkcə  regionda  yox.  Bu  ərəfədə 

İran  ərazisində  yunan-makedoniyalıların    siyasi    hökmranlığına  həmişəlik    son 

qoyulmuşdu. Doğrudur,  130-cü ilə yaxın Selevkilər İranda öz hökmranlıqlarını bərpa 

etmək üçün son dəfə daha bir cəhd göstərirlər. Lakin cana doydurulmuş, Makedoniya 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə