TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə11/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   7   8   9   10   11   12   13   14   ...   186

24 

 

Albanşünaslıq  problemlərinin  öyrənilməsi  ilə  Z.İ.Yampolski  məşğul  olurdu. 



Hazırda K.H.Əliyev bu işi müvəffəqiyyətlə davam etdirir. 

Z.İ.Yampolski  "Qədim  Albaniya"  monoqrafiyasında  məbəd  təsərrüfatına, 

hierodullara  (məbəd  qullarına),  habelə  Albaniya  və  Atropatenanın  siyasi  tarixinə, 

etnogenez  problemlərinə  və  s.  diqqət  yetirmişdir.  K.H.Əliyev  1974-cü  ildə  "Qafqaz 

Albaniyası"  monoqrafiyasını  çap  etdirmişdir.  Burada  antik  dövr  Albaniyasının 

sərhədləri, əhalisi, təsərrüfatı, ticarəti, məbəd torpaqları və dini haqqında məsələlər öz 

əksini  tapmışdır.  K.H.Əliyev  habelə  albanşünaslığın  ayrı-ayrı  problemlərinə,  etnik 

tarixi məsələlərinə həsr olunmuş məqalələr çap etmişdir. 

Üçcildli  "Azərbaycan  tarixi"nin  I  cildinin  nəşri  50-ci  illərin  sonunda 

Azərbaycanın  qədim  tarixi  üzrə  tədqiqat  işində  mühüm  nailiyyət  idi.  Burada 

Azərbaycanın  qədim  və  orta  əsrlər  tarixinin  ümumiləşdirilmiş  və  bitkin  şərhi 

verilmişdir.  Birinci  cildin  nəşri  Azərbaycan  tarixinin  bəzi  prinsipial  və  mübahisə 

doğuran  məsələlərinin  həllinə  sanballı  töhfə  verdi.  Ayrı-ayrı  fəsillərdə  ibtidai  icma 

quruluşu  dövrünün,  Mannanın,  Mada  dövləti,  Atropatena  və  Albaniyanın  sosial-

iqtisadi,  siyasi  və  mədəni  tarixinin  sistemləşdirilmiş  şərhi  verilir.  Burada  həmçinin 

Azərbaycan xalqının etnik tarixi məsələləri də nəzərdən keçirilmişdir. Mövcud cilddə, 

dünya  şərqşünaslığının  nailiyyətlərinə  uyğun  olaraq,  Atropatena  xalqının 

yaranmasından danışılır, türkdilli tayfaların Azərbaycanda qərarlaşması və orta əsrlər 

dövründə  burada  türk  dilinin  qələbəsinə  diqqət  yetirilir;  eyni  zamanda  göstərilir  ki, 

dillərin dəyişməsi heç də yerli əhalinin sıxışdırılıb aradan çıxarılması demək deyildir. 

Mada  tarixi  sahəsində  tədqiqatlar  davam  etdirilir.  1960-cı  ildə  İ.  Əliyevin 

fundamental  "Mada  tarixi"  monoqrafiyası  işıq  üzü  gördü.  Müəllif  burada  özünün 

çoxillik  tədqiqatlarına  yekun  vurmuş,  əvvəlki  nəticələrinə  düzəlişlər  vermiş  və 

əlavələr  etmiş,  əvvəllər  irəli  sürdüyü  ayrı-ayrı  müddəaları  geniş  şəkildə 

əsaslandırmışdır. 

60-cı illərin ortalarından etibarən müstəqil mövzu kimi Manna şahlığının tarixi 

ilə  S.M.Qaşqay  məşğul  olmağa  başlamışdır;  mətbuatda  onun  Manna  şəhərləri  və 

qalaları  haqqında  məqalələri  dərc  olunmuş,  "Manna  şahlığının  tarixindən" 

monoqrafiyası və s. əsərləri çapdan çıxmışdır. 

Tarixşünaslıq problemləri üzrə A.H.Fazilinin bir neçə əsəri nəşr olunmuşdur. 

50-60-cı illərdə bizim elmimizdə Azərbaycanın ən qədim əhalisinin - kutilərin, 

lullubilərin,  hurrilərin  və  b.  tayfaların  etnogenezi  ilə  bağlı  problemlərə  canlı  maraq 

göstərilmiş,  madalıların  etnik  mənşəyi,  Albaniyanın  etnik  mənzərəsi  tədqiq 

olunmuşdur.  1964-cü  ildə  respublika  EA  Tarix  İnstitutunda  fəaliyyətə  başlamış 

"Azərbaycan xalqının formalaşması və mənşəyi üzrə seminar" bu məsələlərin həllində 

mühüm rol oynadı. Seminarın işləri sırasından İ.M.Dyakonovun 1966-cı ildə oxuduğu 

"E.ə. III-I minilliklərdə Şərqi Qafqaz və Zaqafqaziya əhalisinin qədim Şərqlə əlaqələri 

probleminə dair bəzi linqvistik məlumatlar" adlı məruzəsini qeyd etmək lazımdır. 




25 

 

Xalqın etnogenezi, onun mənşəyi müasir tarix elmində həqiqətən də mürəkkəb, 



çətin həll edilən problemlərdəndir. 

Lakin  qeyd  etməliyik  ki,  bir  sıra  qeyri-müəyyənliklərə,  çətinliklərə 

baxmayaraq,  Azərbaycan  xalqının  etnogenezi  konsepsiyası  müəyyən  dərəcədə, 

ümumi  şəkildə  tarix  elmimizdə  işlənmiş  və  özünün  inikasını  sanballı  "Azərbaycan 

tarixi"nin  I  cildində  [Bakı,  1958],  "Sovet  Tarix  Ensiklopediyası"nda  [I,  M.,  1961], 

"Böyük Sovet ensiklopediyası"nda [üçüncü nəşr, I, M., 1969], "Qafqaz xalqları" [II, 

M.,  1961],  "Dünya  xalqları"  [M.,  1968],  on  iki  cildlik  "Ümumdünya  tarixi"  [M., 

1955-1979] kitablarında və bir sıra digər əsərlərdə tapmışdır. 

Bu  konsepsiyaya  görə,  Azərbaycan  xalqının  təşəkkülündə  Manna,  Atropatena 

və Qafqaz Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillərində 

danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları - mannalılar, kaspilər, Atropatena 

madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar. 

Əsrlər  boyu  Azərbaycana  gəlmiş  müxtəlif  dilli  tayfa  və  xalqlar  (skiflər,  saklar, 

alanlar,  hunlar,  sabirlər,  xəzərlər,  oğuzlar  və  b.)  da  Azərbaycan  xalqının  etnogenezində 

böyük  rol  oynamışlar.  Azərbaycan  xalqının,  dilinin  formalaşması  etnogezin  son 

mərhələlərində - orta əsrlərdə baş vermişdir. 

60-80-ci  illərdə  Azərbaycanın  ən  qədim  və  qədim  tarixi  sahəsində  tədqiqat 

işlərinə  ümumi  səciyyə  verərkən  qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  bizim  elmimiz 

yeni qüvvələr axını ilə, arxeologiya və Qədim Şərq filologiyası sahəsində yaxşı məktəb 

keçmiş  gənc  alimlər  hesabına  zənginləşir.  Bu,  irəliyə  mühüm  addım  atmağa, 

tədqiqatların  mövzusunu  xeyli  genişləndirməyə  və  dərinləşdirməyə,  yeni  və  az  tədqiq 

olunmuş problemlərin həllinə başlamağa imkan vermişdir. 

Arxeoloqlar paleolitin, mezolitin, xüsusən də eneolitin, tunc və dəmir dövrlərinin, 

antik dövrün öyrənilməsi üzrə geniş miqyaslı iş aparırlar. Respublikanın, demək olar ki, 

bütün  ərazisi  qazıntılarla  əhatə  olunur.  Arxeoloji  tapıntılar  sübut  edir  ki,  antik  dövrdə 

Albaniya  həmsərhəd  Zaqafqaziya  ölkələri  ilə  təxminən  eyni  sosial-iqtisadi  və  mədəni 

inkişaf səviyyəsində olmuşdur. Qonşu vilayətlərdə olduğu kimi, o dövrün Albaniyasında 

da  kifayət  qədər  inkişaf  etmiş  oturaq  əkinçi-maldar  təsərrüfatı  mövcud  olmuş, 

sənətkarlıq  yüksək  səviyyəyə  çatmış,  inkişaf  etmiş  həyata,  ticarətə  malik  şəhərlər 

meydana  çıxmışdır  və  i.a.  Bütün  bunlar  alban  tayfalarının  geriliyi  barəsində  xüsusi  və 

ümumi ədəbiyyatda kök salmış fikri aydın şəkildə təkzib edir. 

Tarixçilər öz  tədqiqatlarında  yazılı qaynaqların  -  mixi  yazıların,  Avesta  və  antik 

müəlliflərin  məlumatlarının  təhlilinə  və  onların  arxeoloji  axtarışlarından  əldə  edilmiş 

məlumatlar  ilə  müqayisəsinə  böyük  diqqət  verirlər.  Azərbaycan  ərazisində  ilk  böyük 

dövlət birləşməsi kimi qiymətləndirilən Manna şahlığına mühüm yer verilir. 

Bizim  albanşünaslığımız  da  müəyyən  uğurlar  əldə  etmişdir.  Albaniya  tarixi  və 

mədəniyyəti problemləri həm yazılı qaynaqların, həm də arxeoloji məlumatların əsasında 

öyrənilirdi. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə