TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə110/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   106   107   108   109   110   111   112   113   ...   186

237 

 

əsgərlərinin  yerləşdikləri  məskənlərin  hamısında  eyni    vaxtda  üsyan    qaldırmış 



madalıların  mütəşəkkil  çıxışı  (məhz  bu  çıxış  Selevki  ordusunun  məhv  olmasında 

həlledici  rol  oynadı)  və  Parfiya  padşahı  II  Fraatın  qoşunlarının  uğurlu  hücumu 

sayəsində  bu  cəhd  Selevki  ordusunun  tamamilə  darmadağın  edilməsi  ilə  nəticələndi, 

VII Antiox da öldürüldü. 

E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövlətinin qüdrəti əvvəllər 

misli görünməmiş olan bir səviyyəyə çatdı. 

Beləliklə, Selevkilər dövləti bir dünya dövləti kimi aradan qaldırıldı. İmtiyazlı 

vəziyyətlərindən  məhrum  olan  yunanlar  artıq  yerli  əhalidən  sosial  fərqlər  səddi  ilə 

təcrid  edilməmişdilər.  Bunun  sayəsində  Parfiya  dövrü  adlanan  dövrdə  mahiyyətcə 

Hellinizmin inkişafının növbəti mərhələsi başlanır. 



Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarĢı mübarizə. E.ə. I 

əsrin  birinci  yarısının  Atropatena  tarixi,  demək  olar  ki,  qaynaqlarda  öz  əksini 

tapmamışdır. Yalnız 60-cı illərin hadisələri ilə bağlı bizə atropatenalılar haqqında bir 

neçə  məlumat  gəlib  çatmışdır,  özü  də  bunlar  ölkənin  daxili  həyatına  aid  hadisələr 

deyil,  hamısı  xarici  siyasət  tarixinə  aid  hadisələrdir.  E.ə.  I  əsrin  ikinci  yarısının  - 

xüsusilə 30-cu illərin Atropatena tarixinin faktları və hadisələri cəhətdən vəziyyət bir 

qədər yaxşıdır. 

Lakin  tam  inamla  demək  olar  ki,  göstərilən  dövrdə  Atropatena  dövləti, 

şübhəsiz,  mövcud  olmuş,  üstəlik  regionun  siyasi  həyatında  ən  fəal  iştirak  etmişdir. 

Bunu  biz  yalnız  Atropatena  ilə  qonşu  olan  ölkələrin  tarixinə  müraciət  etmək  və  ya 

regionda ümumi vəziyyətlə tanış olmaq sayəsində öyrənirik. 

Ön Asiyanın Şərq vilayətlərində e.ə. II əsrin ikinci yarısı və I əsrin başlanğıcı o 

zamankı  dünyanın  iki  ən  iri  dövlətinin  -  Parfiya  və  Romanın  durmadan  qəsbkarlığı 

dövrü  idi.  Roma  və  Parfiya  yeni  torpaqlar  işğal  edə-edə,  öz  nüfuz  dairələrini 

genişləndirə-genişləndirə  və  möhkəmləndirə-möhkəmləndirə  tədricən,  necə  deyərlər, 

qarşı-qarşıya  hərəkət  edirdilər,  nəhayət,  bilavasitə  üz-üzə  gəldilər  və  bunun  ardınca 

bir-biri ilə mübarizəyə başladılar. 

E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövləti zəhmli bir qüvvəyə 

çevrilir.  Parfiyalılar  Çin  və  Roma  respublikası  ilə  diplomatik  əlaqə  saxlayırdılar. 

Parfiya mədəni dünyanın Şərq hissəsi ilə Qərb hissəsi arasında əlaqələndirici bir halqa 

idi. Bu dövr parfiyalıların geniş qəsbkarlığı dövrü idi. 

Parfiyadan  xeyli  uzaq  olan  vilayətlərdə  parfiyalıların  mövqeləri  möhkəmlənir 

və  güclənir.  Tezliklə  bu  vilayətlərin  bəzilərində  Parfiya  çar  sülaləsi  -  Arşakilərin 

nümayəndələri hakimiyyət başına gəldilər. 

Lakin  Roma  da  yatmamışdı.  Artıq  e.ə.  II  əsrin  ortalarına  yaxın  Roma 

respublikası Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilmişdi. Bu zaman Roma 

Karfagenin axırına çıxmış, Yunanıstanda demokratik hərəkatın alovlarını söndürmüş, 

Aralıq  dənizi  hövzəsinin  Şərq  hissəsinə  lap  yaxınlaşmış  və  region  dövlətlərinin 




238 

 

işlərinə  ciddi  qarışmağa  başlamışdı.  E.ə.  I  əsrin  əvvəlində  romalılar  artıq  Kiçik 



Asiyada  meydan  sulayırdılar.  Roma  sərkərdəsi  Sulla  92-ci  ildə  Dəclə  çayının 

sahilində  Parfiya  səfiri  ilə  görüşmüşdü.  Bu,  parfiyalılar  ilə  romalılar  arasında  ilk 

ünsiyyət idi. Plutarx yazırdı: "İndiyədək iki xalq hələ bir-biri ilə təmasda olmamışdı". 

O  vaxt Ön  Asiya  regionunda vəziyyət son dərəcə  mürəkkəb idi.  Bir neçə  əsr 

ərzində Roma ilə Parfiya arasında baş verən toqquşmalar, onların qarşılıqlı mübarizəsi 

nəticəsində  Ön  Asiya  regionunda  tədricən  "siyasi  dualizm"  deyilən  sistem  meydana 

gəlməyə başlayır. 

Romanın ucqar şərq torpaqlarının müxalif əhvaliruhiyyəli əhalisi parfiyalılara 

onu Roma əsarətindən xilas edəcək potensial bir qüvvə kimi baxırdı, elə bir qüvvə ki, 

o,  Qərbdən  gəlmə  yadlar  tərəfindən  Şərqdə  tətbiq  edilmiş  və  tətbiq  edilməkdə  olan 

"Roma qaydasını" dağıda bilər. Parfiya dövlətinin qərb ucqarlarında yaşayan Parfiya 

təbəələri isə Romaya ümid bəsləyirdilər. 

Roma  qəsbkarlığı  Zaqafqaziya  regionu  və  ona  qonşu  olan  ərazi  xalqları  üçün 

də,  xüsusən  yunan-makedoniyalılara  qarşı  mübarizənin  yerli  qüvvələrin  qələbəsi  ilə 

(onların öz dövlətinin, xüsusən Atropatenanın yaradılması ilə) başa çatdığı vilayətlər 

üçün  də  təhlükə  törədirdi.  E.ə.  I  əsrdə  bu  vilayətlər  parfiyalıların  siyasət  və 

mədəniyyətinin  təsir  dairəsinə  düşmüşdü.  Parfiyalılar  Şərq  xalqlarını  mənfur  yunan-

makedoniyalı əsarətindən, bir qədər sonra isə Roma əsarətindən xilas edən bir qüvvə 

kimi  çıxış  edirdilər.  İki  düşmən-Roma  və  Parfiya  bir-biri  ilə  ölüm-dirim  döyüşünə 

atılmazdan  əvvəl  vəziyyət  məhz  belə  idi.  Parfiyalılar  Şərqdə  öz  mövqelərini 

möhkəmləndirdikdən sonra Qərbə üz tutdular. Artıq II Mitridatın hökmranlığının (e.ə. 

123-87)  əvvəlində  parfiyalılar  o  zaman  güclənmiş  olan  Xarakenaya  və  Babil  satrapı 

Kimerə  üstün  gəlirlər.  Parfiyalılar  Ermənistanm  və  Selevki  hakimlərinin  daxili 

işlərinə  qarışır,  həmçinin  Zaqafqaziyanın  digər  vilayətlərində,  xüsusilə  Albaniyada 

fəallıq  göstərirdilər.  Bunu  xüsusən  İsmayıllı  rayonunun  Mollaisaqlı  kəndi  zonasında 

tapılmış  arxeoloji  materiallar  da  təsdiq  edir.  Burada  aşkara  çıxarılan  qəbir  abidələri 

əslən Parfiya dünyasından olub Albaniyada qərar tutan gəlmələrdən qalmışdır. 

Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə. 

I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və 

əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək 

çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha 

əvvəllər  başlanmışdı.  Bunu  e.ə.  I  əsrdə  Parfiya  sikkələrinin  Atropatenada  geniş 

yayılması  da  təsdiq  edir  və  güman  etməyə  əsas  var  ki,  Ekbatanada  kəsilmiş  Parfiya 

gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış. 

Parfiya  dilində  tərtib  edilmiş,  bizə  gəlib  çatmış  bir  avroman  sənədi  də 

Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir. 

Madalıların, xüsusən Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün 

Atropatenanın  özündə  çox böyük bir zəmin vardı.  Hellinləşməyə  müqavimət burada 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə