TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə111/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   107   108   109   110   111   112   113   114   ...   186

239 

 

kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o 



qədər  yaxına  qoymayan  müstəqil  dövlət  yaratdılar,  öz  istiqlaliyyətlərini  qoruyub 

saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları 

Mada  etnik  birliyinə  mənsub  olduqlarını  dərk  edir,  öz  mədəni  ənənələrinin,  dininin, 

dövlət  quruluşunun  üstünlüyünü  qoruyub  saxlamağa  və  möhkəmləndirməyə 

çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi. 

Parfiyalıları  Atropatenaya  tərəf  çəkən  bir  amil  də,  əlbəttə,  dövlətin  ərazisini 

genişləndirmək  və  strateji  cəhətdən  mühüm  əməliyyat  meydanı  ələ  keçirmək 

niyyətindən,  ən  əvvəl  atropatenalılarla  parfiyalıların  ümumi  məqsədindən,  hellinliyə 

qarşı  mübarizədən  ibarət  idi.  Parfiyalılar  və  atropatenalılar  Atropatenada  kökləri  I 

minilliyin  əvvəllərinə  gedən  "öz"  mədəniyyət  və  dinini  dirçəltmək  işində  də  müttəfiq 

idilər.  Hələ  o  zaman  Qərbi  İran  vilayətlərində,  o  cümlədən  Cənubi  Azərbaycanda 

müxtəlif  mazdaizm  təlimləri,  Kiçik  Avesta  etiqadları  mövcud  idi.  Mada  hökmranlığı 

dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında 

mazdaizm  -  Avesta  təlimlərinin  mövqeləri  daha da  möhkəmlənməkdə  idi.  Atropatilərin 

və  Atropatena  madalılarının  rəsmi  dini  mazdaizm-zərdüştilik  -  Avesta  dini  idi. 

Atropatena  dövlətinin  banisi  Atropatın  özünün  adı  da  zərdüşti  adıdır.  Parfiya 

padşahlığı  dövründə  də  Zərdüşt  kahinləri  -  maqlar  İranın  qərb  vilayətlərinin  dini 

həyatında  çox  mühüm  rol  oynayır,  Kiçik  Asiya  və  Zaqafqaziya  ölkələrinin  dininə  və 

ideologiyasına çox güclü təsir göstərirdilər. 

Dini  sinkretizmin  hökmranlığı  dövründə  Atropatenada  zərdüştilik  təliminin 

mövqeləri laxladı, bu təlim təbəddülata uğradı. Arşakilər köhnə dini dirçəltdilər və bu din 

özünütəsdiq  uğrunda  yadellilərə  məxsus  nə  varsa  hamısına  qarşı  mübarizədə  onlara 

bayraq  oldu.  Doğrudan  da  "Avesta"  kitablarını  toplamaq  yolunda  ilk  təşəbbüs  Parfiya 

Arşakiləri  zamanında  göstərilmişdi.  E.ə.  I  əsrdə  Parfiyada  "Avesta"nın,  hər  halda  onun 

ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi. 

Parfiyalıların  və  Atropatena  madalılarının  mənafelərinin  ümumiliyi,  onların 

mədəniyyət  cəhətdən  yaxınlığı  və  dil  cəhətdən  qohumluğu  Mada-Atropatena  ünsürləri 

ilə  Parfiya  ünsürlərinin  Atropatena  zəminində  etno-mədəni  baxımdan  xeyli 

yaxınlaşmasına  və  hətta  qovuşmasına  səbəb  olurdu.  Bu,  zahirən  öz  əksini,  məsələn, 

"parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı. Elə 

bu  zaman  parfiyalıların  təsiri  altında  Atropatenada  yeni  Avesta  zərdüştiliyi  ocağı 

meydana gəlir. 

E.ə.  I  əsr  Atropatenasında  Avesta  zərdüştiliyinin  yeni  mərkəzinin  mövcud 

olduğunu fərz etmədən Atropatenanın sonrakı tarixində Zərdüşt kahinlərinin-maqların çox 

böyük rolunun səbəbini başa düşmək çətindir. 

Güman  etmək  olar  ki,  "Avesta"nın  kitablarından  biri  -  "Videvdat"  qəti  şəkildə 

Atropatenada  formalaşmağa  başlamışdır  və  madalıların  dini  təsəvvürləri  "Videvdat"da 

əks etdirilmiş təsəvvürlərə uyğundur. 




240 

 

Güman  ki,  e.ə.  I  əsrin  ikinci  rübündə  Atropatena  çarları  ilə  erməni  çarları 



arasında  nikah  əlaqələri  yarananadək  Atropatena  prinsipcə  parfiyapərəst  siyasət 

yeridirdi.  Atropatena  çarı  Mitridat  erməni  çarının  qızı  ilə  evlənəndən  sonra  isə 

Atropatena  tacidarının  siyasəti  antiparfiya  siyasəti  olmasa  da,  hər  halda,  şübhəsiz, 

ermənipərəst və antiroma siyasəti idi. 

Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin 

əlaqələri  çulğalaşır,  ittifaq,  dostluq,  ən  sıx  siyasi  və  mədəni-iqtisadi  təmas  məcrasında 

inkişaf edirdi. 

Parfiya  ilə  Ermənistan  arasında  gedən  müharibələr  nəticəsində  Ermənistan  II 

Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran 

uzun müddət Arşakilər sarayında saxlanıldı. 

E.ə.  95-ci  ildə  parfiyalılar  Tiqranı  Ermənistan  taxtına  əyləşdirir  və  Tiqran  bir 

məlumata  görə,  Ermənistanda,  digər  məlumata  görə  isə  Atropatenada  yerləşən  70 

vadini  təşəkkür  əlaməti  olaraq  Parfiyaya  verir.  Bu  vadilər  üstündə  dövlətlər  arasında 

mübahisə  gedirdi.  Hələ  Strabon  yazmışdı:  "Atropatilərin... qüdrətli qonşuları  vardır  və 

bu qonşular - ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər 

müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar". 

Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində 

parfiyalılara  verdiyi  "70  vadi"  məhz  o  vadilər  idi  ki,  guya  hələ  I  Artaşes  onları 

atropatenalılardan  almışdı.  Əgər  doğrudan  da  belədirsə,  onda  göstərilən  fakt  hələ 

Ermənistan  dövlətinin  meydana  gəlməsinin  lap  ilk  dövründə  iki  çar  arasında 

düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud 

ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı.  II Tiqran (95-55-ci illər) 

artıq  öz  hakimiyyətinin  ilk  illərində  öz  qonşularına  -  ilk  növbədə  Sofenadakı  erməni 

çarlığına   qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II 

Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun 

qızı  Kleopatra  ilə  evlənir.  Ermənistan  çarı  Atropatilərlə  də  qohum  idi  -  Atropatena 

çarı Mitridat II Tiqranın qızını almışdı. 

Pont-Ermənistan  ittifaqının  başlıca  məqsədi  Romaya  müqavimət  göstərmək 

idi. Lakin Roma ilə  müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə  mübarizə aparmalı 

idi. 


Parfiyalıların  Fərat  sahillərinə  gəlib  çatması  bu  ərəfədə  Kiçik  Asiyada  geniş 

əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi. 

II  Tiqran  Sofenanı  tutduqdan  sonra  fəal  qəsbkarlıq  əməliyyatlarını  davam 

etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə 

Roma  ilə  qısamüddətli  müharibəyə  gətirib  çıxartdı.  Tiqran  darmadağın  edilib  böyük 

tələfata  uğradısa  da,  Ermənistan  çarının  əvvəlki  müvəffəqiyyətləri  romalıları 

parfiyalılarla  təmasa  girmək  üçün  yollar axtarmağa  vadar etdi.  E.ə. 92-ci  ildə  Roma 

sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə