TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə113/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   109   110   111   112   113   114   115   116   ...   186

243 

 

düşmən  olan  Romaya  qarşı  birgə  mübarizəyə  sövq  etmək  üçün  çox  böyük  səylər 



göstərirdilər. 

Tiqran  hətta  istilalar  prosesində  ələ  keçirdiyi  torpaqların  bir  hissəsini 

parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda, 

çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt 

tərpəndilər: Lukull parfiyalıların hüzuruna elçi  göndərdi. Beləliklə, tərəflərin hər biri 

özünün  xeyrinə  olaraq  Parfiya  çarı  III  Fraatı  münaqişəyə  cəlb  etməyə  cəhd  göstərdi. 

Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz, çox böyük səhv idi. 

Atropatenalı  Mitridatın  fəal  iştirakı  ilə  əsasən  ermənilərdən,  iberlərdən, 

mardlardan  və  atropatenalılardan  çox  böyük  bir  ordu  toplamış  II  Tiqran  və  Pontlu 

Mitridat  e.ə.  68  və  67-ci  illərdə  Lukull  üzərində  bir  neçə  mühüm  qələbə  qazandılar. 

Birinci qələbə 68-ci ilin sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi. 

Bu məsələ barəsində iki əsas qaynaqda verilən məlumatı - Plutarxın [Luc. XXXXI, 7-

14]  və  Dion  Kassinin  [XXXVI,  4-5]  məlumatlarını  tutuşdurduqda  belə  bir  nəticəyə 

gəlmək  mümkündür  ki,  düşmənlə  necə  olursa  olsun  vuruşmaq  və  Ermənistanın  qədim 

paytaxtı Artaşatı ələ keçirmək istəyən, bu məqsədlə də Artsaniya çayını keçən Lukullu 

müttəfiqlərin süvari qoşunu qarşılayır. Plutarxın yazdığına görə, Lukull "Tiqranla gələn 

süvarilərin  zəhmli  görkəmindən  və  sayının  çox  olmasından  qorxuya  düşdü.  Birinci 

olaraq o, özü atropatenalılara zərbə endirdi, atropatenalıların ən yaxşı qüvvələri məhz 

onunla üz-üzə gəlmişdilər...". 

Dion  Kassinin  əsərində  bu  barədə  deyilmişdir  ki,  süvari  qoşunu  (Plutarxdan 

göründüyü  kimi,  əlbəttə,  atropatenalılar)  "Romanın  süvari  qoşununu  bərk  sıxışdırdı, 

lakin tərəflərin heç biri piyadalarla əlbəyaxa döyüşə atılmırdı, əksinə, hər dəfə Lukull öz 

süvarilərinin köməyinə  qalxanlı döyüşçülər göndərəndə  onlar dərhal  geri  çəkilirdilər. 

Buna  baxmayaraq,  düşmənlər  heç  bir  tələfata  uğramadılar,  çevrilib  onları  təqib  edən 

düşmənlərə ox atırdılar, bir çoxlarını yaralayırdılar...". 

Beləliklə, Artsaniya  yaxınlığında Atropatena süvari qoşunlarının da iştirak etdiyi 

döyüşdə  romalılar  ağır  məğlubiyyətə  uğradılar.  Artaşata  tərəf  getmək  niyyətində  olan 

Lukull Mesopotamiyaya yollanmaq məcburiyyətində qaldı. 

Bu  arada  müttəfiq  orduları  öz  müvəffəqiyyətlərini  inkişaf  etdirərək  Kiçik 

Asiyaya soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə 

böyük  cəsurluq  göstərərək,  romalılara  qəfildən  basqınlar  edir,  onların  pərən-pərən 

düşmüş kiçik dəstələrini təqib edib qırırdı. 

67-ci  ildə  II  Tiqran  Kappadokiyaya  soxuldu  və  kürəkəni  Atropatena  çarı  ilə 

birlikdə  Kappadokiyanı  zəbt  etməyə  və  viran  qoymağa  başladı.  Elə  həmin  il  Lukull 

Asiyadan geri çağırıldı. 

Romanın  Asiyada  öz  torpaqlarını  genişləndirmək  cəhdi  bu  cür  şərəfsizliklə 

başa  çatdı.  Görkəmli  Roma  sərkərdələrindən  biri  olan  Lukullun  mənsəbi  də  beləcə 

rüsvayçılıqla sona yetdi. 




244 

 

Müttəfiqlər  qələbəni  bayram  edirdilər.  Pontlu  Mitridat  və  II  Tiqran  əvvəllər 



istila edilmiş, lakin sonra itirilmiş bir çox torpaqları geri aldılar. 

Bu  müharibələrə  regionun  bir  sıra  xalqları  da  cəlb  olunmuşdu.  Onlar  qırğın, 

dağıntı, qarətlər, əsarət və köləlik gətirən Roma qəsbkarlığını dəf etməyə çalışırdılar. 

Dini fərqlərə, siyasi və iqtisadi ixtilaflara baxmayaraq, xalqlar ümumi təhlükəyə qarşı 

birləşdilər. 

O  vaxt  müttəfiqlərin  bütün  cəhdlərinə  baxmayaraq  hələ  kifayət  qədər  güclü 

olan Parfiyanı Roma əleyhinə koalisiyaya cəlb etmək, təəssüf ki, mümkün olmadı. 

Bu müharibələrin beynəlmiləl xarakterini Siseron da qeyd edirdi; o yazırdı ki, 

Lukullun qoşunları Tiqran torpaqlarının hüdudlarına  soxulduqdan sonra  "...daha  çox 

tayfa  həyəcana  gəlib  bizim  sərkərdəyə  qarşı  üsyan  qaldırmışdı.  Bir  tərəfdən,  Roma 

xalqının  heç  bir  zaman  narahat  etmək  və  ya  müharibə  vasitəsilə  itaət  altına  almaq 

fikrində  olmadığı  tayfalar  qorxuya  düşmüşdülər.  Digər  tərəfdən,  barbar  tayfalar 

arasında şüurları bərk həyəcanlandıra və sarsıda bilən belə bir rəy yayılmışdı ki, guya 

bizim qoşunlarımız o ölkələrə çox zəngin və olduqca hörmətli ibadətgahı qarət etmək 

məqsədilə gəlmişlər. Beləliklə, nə isə misli görünməmiş qorxu və dəhşət çoxsaylı və 

güclü tayfaları həyəcanlandırmışdı...". 

Müttəfiqlərlə  müharibələrdə  Romanın  məğlubiyyəti  heç  də  Şərq  vilayətlərinə 

qarşı  Roma  qəsbkarlığının  sonu  deyildi.  E.ə.  66-cı  ildə  Qney  Pompey  Şərq 

vilayətlərində səlahiyyətli canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu 

əvəz  etdi  və  dərhal  müharibəyə  güclü  hazırlıq  görməyə  başladı.  Pompey  ən  əvvəl 

parfiyalılarla  ittifaq  bağladı,  bu  ittifaqın  şərtlərinə  görə  parfiyalılar  Ermənistanla 

müharibəyə  başlamalı  idilər;  o,  II  Tiqranın  oğlu  Kiçik  Tiqranı  atasının  üzərinə 

qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran atasına qarşı üsyan 

etdi.  Tiqran  III  Fraatın  qızı  ilə  evləndi,  Parfiya  qoşunlarını  Ermənistana  çağırdı  və 

Parfiya  qoşunları,  bəzi  məlumatlara  görə,  Atropatenanı  tutmuş  Ermənistana 

soxuldular və Artaşatı mühasirəyə aldılar. 

Pompey  bu  arada  Pontlu  Mitridatı  tamamilə  darmadağın  edib  Ermənistana 

soxuldu və Artaşata yaxınlaşdı. 

Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə. 

66-cı  ildə  romalılarla  həqarətli  bir  sülh  bağladı.  Sülhün  şərtlərini  Pompey  irəli 

sürmüşdü. 

II  Tiqran  külli  miqdarda  təzminat  verməyə  məcbur  oldu,  istila  etdiyi  bütün 

torpaqları itirdi və "yalnız ata yurdunun" - Ermənistanın çarı olaraq qaldı. Bu andan II 

Tiqran "Roma xalqının dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur, 

Ermənistan isə böyük dövlətdən asılı çarlığa çevrilir. 

Bəs  bu  zaman  Atropatenanın  vəziyyəti  necə  idi?  Bəzi  Roma  qaynaqlarında 

Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın" (Atropatenanın) və 

onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu məlumatlardan belə 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə