TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə115/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   111   112   113   114   115   116   117   118   ...   186

247 

 

şərəfinə  Aleksandr adı verilən  Antoninin  bu oğlu  sonralar Atropatena  çarının qızına 



nişanlandı. 

Aydındır  ki,  Parfiya  dövlətini  itaət  altına  almadan  Böyük  Asiya  dövlətini 

yenidən  yaratmaq  mümkün  deyildi.  Müharibə  müəyyən  dərəcədə  Kleopatradan 

alınmış  iri  məbləğdə  pulun  hesabına  hazırlanırdı  və  Kleopatra  həm  də  yürüşün 

ilhamçısı idi. 

Antoni  e.ə.  36-cı  ilin  yayında  yürüşə  başladı.  Hərbi  əməliyyat  üçün  münasib 

olan  vaxtın  xeyli  hissəsi  ötüb  keçsə  də,  IV  Fraat  hakimiyyət  başına  gələndən  sonra 

Parfiyada  yaranmış  vəziyyət,  ölkədə  amansız  bir  terrorun  hökm  sürməsi,  bunun 

nəticəsində  bir  çox  əyanların,  çara  yaxın  adamların,  qoca  II  Orodun  özünün  tələf 

olması, habelə Parfiyanın yeni çarı ilə Atropatena çarı arasına təfriqə düşməsi və bu 

səbəbdən  Atropatena  padşahının  Antoniyə  müraciət  etməsi  triumvirin  planlarının 

həyata keçməsinə sanki əlverişli imkan yaradırdı. 

Lakin  Parfiyadakı  böhran  aradan  qaldırıldı.  Romanın  törətdiyi  təhlükə 

qarşısında  parfiyalılar  və  müttəfiqləri  birləşdilər.  IV  Fraat  Şimali  Mesopotamiyaya 

çox  böyük  qüvvələr  çəkib  gətirdi,  o,  Fərat  çayından  şərqdə  romalılara  qarşı  geniş 

hərbi  əməliyyata  başlamağa  hazırlaşırdı,  yaxşı  təlim  keçmiş  çox  böyük  və  məharətli 

Parfiya süvari qoşununun əməliyyatı üçün burada əlverişli rayonlar vardı. Çox güman 

ki,  Atropatena  çarının  demək  olar  ki,  "eynən  parfiyalılar  kimi  silahlanmış

5

 16  min 



süvarisi..."  var  idi.  Atropatena  çarı  Fərat  sahilində  Fraatla  bir  yerdə  idi.  Bu  nəticəni 

ondan çıxarmaq  olar ki,  romalılar Atropatenanın paytaxtlarından biri olan  Fraaspanı 

mühasirəyə  almağa  başlayanda  Plutarxa  görə  çar  özü  orada  yox  idi,  "orada  Mada 

(yəni Atropatena - məsul red.) çarının uşaqları və arvadları qalmışdılar". 

Lakin  gözlənildiyinin  əksinə  olaraq  Antoni  parfiyalıların  paytaxtı  Ktesifon 

üzərinə getmədi. Bu, xüsusən ona görə qəribə görünürdü ki, əvvəllər də, sonralar da 

romalıların Parfiyaya qarşı müharibələri Ktesifon istiqamətindən başlanırdı. 

Antoninin  ən  yaxın  yolla  Ktesifon  üzərinə  hərəkət  etməməsi,  bəzi  alimlərin 

fikrincə, komandanın hərbi səhvi idi və hərbi səhvdən də çox siyasi səhv idi. Antoni, 

necə  deyərlər,  "tapdanmış"  yolla  getməkdənsə,  Şimala  üz  tutdu  və  Karan  (indiki 

Ərzrum)  şəhərinə  çatdı;  buradan  Ermənistan  ərazisi  vasitəsilə  Atropatenaya, 

Atropatenadan  isə,  görünür,  düşmən  dövlətin  "lap  qəlbinə"  [T.Mommzen]  - 

Ekbatanaya və Raqaya soxulmaq fikrində idi. 

Beləliklə,  Antoni  Parfiyanı  Beynənnəhreynin  ən  zəngin  vilayətləri  ilə 

birləşdirən  yollara  çıxmaq  niyyətində  idi;  romalılar  uğur  qazansaydılar,  onda 

parfiyalılar  bu  vilayətləri  müdafiə  edə  bilməyəcəkdilər  -  bütün  qüvvələrini  öz 

dövlətlərinin "beşiyinin" - əsil Parfiyanın müdafiəsinə cəlb etməli olacaqdılar. 

                                                           

5

 

Plutarxa görə: yay və oxla silahlanmış. 




248 

 

Triumvirin  belə  bir  qərar  qəbul  etməsinə  bir  neçə  səbəb  vardı.  Əvvələn, 



Antoninin həmin planı, yəni Yuli Sezar tərəfindən ömrünün son aylarında hazırlanmış 

Parfiya  kampaniyası  planının  cizgilərindən,  güman  ki,  istifadə  edilməklə  tutulmuş 

plan parfiyalılar üçün lap gözlənilməz oldu və buna görə də o, Roma sərkərdəsi üçün 

çox əlverişli idi. İkincisi,  Antoni şimal istiqamətini seçməklə, görünür, Publi Kanidi 

Krassın qoşunları ilə birləşmək fikrində imiş, Dion Kassinin verdiyi məlumata görə, 

bu zaman Publi Kanidi Krass artıq iberlərə və albanlara qalib gəlmiş, bəzi alimlərin 

güman  etdiklərinə  görə,  beləliklə,  romalıları  Zaqafqaziya  tərəfdən  hücumlara  məruz 

qalmaq  təhlükəsindən  xilas  etmişdi.  Üçüncüsü,  belə  bir  yürüş  planını  Roma 

sərkərdəsinə  erməni  çarı  Artavazd  təkidlə  tövsiyə  edirdi,  çünki  bu  plan  öz  əcdadları 

kimi Atropatenaya yiyələnmək xəyalına düşmüş erməni çarı üçün olduqca sərfəli idi. 

Antoni, beləliklə, Karanda öz müttəfiqləri ilə birləşdi, zəhmli ordusuna baxış düzəltdi 

və  "Ermənistanı  solda  qoyub  dərhal  yoluna  davam  etdi,  Atropatenaya  çatıb  ölkəni 

viran etməyə başladı" [P l u t a r x]. 

Antoninin  ordusunun  yolu,  görünür,  Xoy-Mərənd  istiqamətində  idi;  triumvir 

buradan  sürətli  yürüşlə  Fraaspaya  (Fraataya,  Praaspaya)  çatmaq  və  onu  tutmaq 

ümidində  idi.  Strabona  istinad  olunarsa  [XI,  XIII,  3]  antik  müəllif  tərəfindən  "yay 

paytaxtı" adlandırılan Qazakadan (indiki Leylan kəndi ilə eyniləşdirilən) fərqli olaraq 

Fraaspa Atropatena çarının qış iqamətgahı idi. Doğrudur, Antoninin mühasirəyə aldığı 

şəhəri  Fraaspa  adlandıran  digər  müəlliflərdən  fərqli  olaraq  Strabon  yürüşdə  iştirak 

etmiş romalı vəzifə sahibi Kvint Delliyə əsaslanaraq həmin şəhəri "güclü Nera qalası" 

adlandırır.  Ümumiyyətlə,  Atropatena  çarının  iqamətgahları  haqqında  Strabonun 

məlumatında bir sıra mətləblər, xüsusən Vera qalası məsələsi aydın deyildir. Bəziləri 

Veranı Qazakanın içqalası, başqaları Fraaspanın içqalası sayırlar, bir başqaları isə belə 

güman  edirlər  ki  Vera  Fraaspanın  özüdür.  Son  vaxtlaradək  Fraaspanı  müasir  Təxti 

Süleymanın  xarabalıqlarının  yerində  axtarırdılar,  indi  isə  onu  Marağa  ətrafında 

yerləşdirirlər.  Bununla  bağlı  qeyd  etmək  maraqlıdır  ki,  belə  bir  yeni  fikir  irəli 

sürülmüşdür: Vera qalasını Marağanın on beş kilometrliyində axtarmaq lazımdır, o yerdə ki, 

Səhənd  dağının  yamaclarında  həqiqətən  Daşqala  Zöhhakın  tikililəri  qalmışdır.  Antoni 

hərbi  kampaniyanın  planını  cızarkən  ərazinin  çətinlikləri  haqqında  təsəvvürə  malik 

deyildi  və  qarşısında  duran  atropatenalıların  və  parfiyalıların  qüvvələrini  lazımınca 

qiymətləndirməmişdi. 

Dağ  yollarında  yerimək  qoşun  üçün,  xüsusən  mühasirə  maşınları,  mərmi  atan 

maşınlar, o cümlədən səksən fut uzunluğunda qoçbaşı və digər ləvazimat daşıyan üç yüz 

arabadan ibarət böyük bir karvan üçün çox çətin idi. 

Fraaspanı  tez  işğal  etməyə  çalışan  Antoni  araba  karvanını  öz  leqatı  Oppi 

Statianın  iki  legionuna,  Ermənistan  padşahı  Artavazdın  və  Pont  padşahı  Polemonun 

köməkçi  dəstələrinə  tapşırıb  arxada  qoymağı  qərara  aldı,  özü  isə  irəli  cumdu.  Hələ 

Plutarxın  qeyd  etdiyi  kimi,  bu,  səhv  idi.  Əvvələn,  ordu,  onun  kommunikasiyaları 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə