TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə12/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   8   9   10   11   12   13   14   15   ...   186

26 

 

Mada  tarixinin  sosial-iqtisadi,  siyasi,  mədəni  və  etnik  problemləri  Madanın 



Azərbaycan  tarixində  rolu  və  əhəmiyyəti  ətraflı  surətdə  nəzərdən  keçirilir.  1989-cu 

ildə İ.Əliyevin "Atropatena tarixinin oçerki" çap olunur. 

Arxeoloqlarımız  və  qədim  tarixçilərimizin  əvvəlki  illərdə  qazandıqları  uğurlar 

bütün  nəzərdə  tutulmuş  istiqamətlər  üzrə  tədqiqatların  daha  da  genişləndirilməsi  üçün 

möhkəm bünövrə rolunu oynadı. Alimlərimiz Manna, Atropatena və Albaniya tarixinin 

aktual məsələləri, antik arxeologiya, etnik problemlər və s. üzrə tədqiqatlarının nəticələrini 

nəşr  etdirirlər.  Bu  tədqiqatların  bəzilərində  köhnə  baxışlar  yenidən  nəzərdən  keçirilir, 

bəzilərində bölgə sakinlərinin etnik, iqtisadi, siyasi və mədəni həyatının köklü məsələiəri 

üzrə  yeni  müddəalar  irəli  sürülür,  Azərbaycan  ərazisindəki  ayrı-ayrı  arxeoloji 

mədəniyyətlərin etnik atribusiyası verilir. 

1995-ci ildə İ.Əliyevin redaktəsilə nəşr olunmuş "Azərbaycan tarixi" (rus dilində) 

kitabında xalqımızın qədim tarixinə çox geniş yer verilmişdir. 

Qədim  dünya  tarixi  elminin  inkişafı  bizim  qarşımıza  yeni  vəzifələr  və  yeni 

problemlər  qoyur.  Azərbaycanın  qədim  əhalisinin  etnik  tarixi  məsələsinin  dərindən 

tədqiqi,  arxeologiya  və  qədim  Azərbaycan  sakinlərinin  mədəniyyəti  üzrə 

ümumiləşdirici  əsərlərin  yaradılması  təkidlə  tələb  olunur.  Respublikanın  şimal-şərq  və 

cənub-şərq rayonları arxeoloji cəhətdən xüsusi olaraq öyrənilməlidir. Uzaq keçmişlərdə 

bu  bölgənin  öz  sakinlərinin  və  Cənubi  rus  çölləri  tayfalarının  Ön  Asiya  aləmi  ilə 

əlaqələri bu ərazilər vasitəsi ilə həyata keçirilmişdir. 

Azərbaycan alimləri, şübhəsiz ki, bu və başqa məsələlərin tədqiqi işinə əllərindən 

gələn töhfəni verəcəklər. 

Təqdim edilən işdə Azərbaycan tarixinin ən Qədim zamanlardan başlayan və e. 

III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrü işıqlandırılır. Qeyd etmək zəruridir ki, 

yeni  tarixi  tədqiqatlar  sayəsində  Azərbaycan  tarixinin  xronoloji  çərçivəsi  kəskin 

surətdə genişlənmişdir.  Əgər yarım əsr bundan əvvəl diyarın tarixi əslində ancaq 3-4 

minillik  ərzində  xülasə  oluna  bilərdisə,  bu  ərazidə  paleolitin  mövcudluğu  lap  50-ci 

illərin başlanğıcınadək problematik olaraq qalırdısa, indi mühüm arxeoloji kəşflər, ilk 

növbədə  isə,  elmimizdə  yeni  səhifə  olan  Azıx  mağarası  kimi  nadir  abidənin  tədqiq 

olunması sayəsində biz haqlı olaraq tariximizi ən uzaq dövrdən başlayırıq. 

İndi  bizim  tariximizin  yaşı  təxminən  bir  milyon  yarım  ildir.  Son  17  yüzillik 

istisna  edilməklə,  demək  olar  ki,  bütün  bu  dövr  bu  kitabda  işıqlandırılır.  Bu  vaxt 

ərzində  qədim  Azərbaycan  ərazisində  kortəbii  qüvvələrlə  mübarizədə  maddi  və 

mənəvi  mədəniyyət  yaratmağa  başlamış  ilk  insanlar  meydana  çıxmış,  ibtidai  icma 

quruluşu təşəkkül tapmış,  yüz  min illər boyu  mövcud olmuş və sonralar  süqut etmiş 

ilk dövlət qurumları meydana çıxmış, inkişaf edərək məhv olmuşdur. 

Sonuncu  tədqiqatların  işığında  Azərbaycan  insanların  ən  qədim  yayılma 

rayonlarından biri kimi tanınır. Zaqafqaziyanın bəşəriyyətin ilk, ulu vətəni hüdudları 

daxilində  olması  şübhəsizdir.  Artıq  o  dövrdə  Azərbaycan  ərazisi  çoxsaylı  fəaliyyət 




27 

 

izləri  qoyub  getmiş  uzaq  əcdadlarımız  tərəfindən  tədricən  mənimsənilirdi.  İnkişaf 



mərhələləri  təxminən  1,5  milyon  il  bundan  əvvəl  başlanmış  Quruçay  çaydaşı 

mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. 

Arxeoloqlarımızın  axtarışları,  Azərbaycan  ərazisində  aşkara  çıxarılmış 

müxtəlif  maddi  abidələrin  müqayisəli  şəkildə  öyrənilməsi,  paleobioloqların, 

paleobotaniklərin,  paleomaqnitçilərin  tədqiqatları,  odun  meydana  çıxması,  ilk  daş 

konstruksiyalar  və  bir  çox  başqa  fenomenlər  Zaqafqaziyanın  ilkin  paleolit  dövrü 

sakinlərinin  həyatı,  zəka  qabiliyyəti  haqqında  bizim  təsəvvürlərimizi  əhəmiyyətli 

dərəcədə dəyişmişdir. O zaman insan öz varlığı uğrunda təbiətin amansız qüvvələri ilə 

gərgin mübarizə aparırdı. O, bu çox ağır, uzun mübarizə prosesində fasiləsiz və inadlı 

yaradıcı əməyi ilə dünyanı dəyişirdi. Təbii ki, insan özü də təkmilləşirdi. 

Azərbaycan  tarixinin  ən  qədim  dövrlərinin  öyrənilməsində  alimlərimizin 

böyük  müvəffəqiyyətlərinə  baxmayaraq,  hələ  də  xeyli  aydın  olmayan,  mübahisəli 

məsələlər  qalır.  Nəzəri  xarakterli  problemlər  mövcuddur.  Bütün  bunlar  predmetin 

özünün  ümumi  mürəkkəbliyi  ilə  yanaşı,  elmi-idraki,  həm  də  ideya-nəzəri 

dünyagörüşü  əhəmiyyətli  olan  ibtidai  icma  tarixinin  ümumi  çətinlikləri  ilə  izah 

olunur. 


Kitabın müəllifləri konkret arxeoloji material əsasında  Azərbaycan ərazisində 

ən qədim dövrün mənzərəsini yaratmağa çalışmışlar. 

B i r i n c i       bölmə    -  "Daş  dövrü.  İbtidai  icma  quruluşu"  -  Azərbaycan 

ərazisində  yaşamış insan  kollektivləri tarixinin ilkin  mərhələlərinə  həsr olunmuşdur. 

Bu, çaydaşı mədəniyyəti adlanan mədəniyyətin və paleolitin sonrakı mərhələlərinin - 

ilkin  və  Orta  Aşel,  final  Aşel,  Mustye  mərhələlərinin  inkişafı  zamanıdır.  Bu  dövrdə 

insan cəmiyyətinin təşəkkülü baş verir, ovçuluq və yığıcılıq inkişaf edir,  müasir tipli  

insan  - Homo  Sapiens  formalaşır. Cəmiyyətin tərəqqisinə baxmayaraq, insan bütün 

paleolit dövrü ərzində istehlakçı olaraq qalır, yüzminilliklər boyunca onun təsərrüfatı 

mənimsəmə xarakteri daşıyırdı. 

Yalnız  mezolit-neolit  dövründə  istehsal  edən  təsərrüfatın,  yaranması  prosesi 

başlayır  -  əkinçilik  və  maldarlıq  meydana  çıxır  ki,  bu  da  son  mərhələsi  çox  vaxt 

"neolit  inqilabı"  adlanan  möhtəşəm  bir  çevriliş  idi.  Mezolit-neolit  dövründə 

Azərbaycanda baş vermiş dəyişikliklər bir sıra çox mühüm hadisələr üçün stimul olur. 

Müntəzəm izafi  məhsulun meydana çıxması elə  yolun başlanğıcı oldu ki,  həmin yol 

bir neçə minillikdən sonra bölgədə ibtidai icma quruluşunun süqutuna gətirib çıxartdı. 

Mezolit dövrü kollektivlərin miqrasiyası (mədəni yeniliklərin sürətlə müxtəlif 

zonalara yayılması bununla bağlıdır), habelə, ehtimal ki, etnik qovuşmalar dövrüdür. 

Neolit  dövrü  təsərrüfatın  yeni  növlərinin  -  əkinçilik  və  maldarlığın  xeyli 

möhkəmləndiyi, arxaik keramikanın, orada-burada isə gil divarlı komaların meydana 

çıxdığı dövrdür. E.ə. VIII-VI minillikləri əhatə edir. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə