TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə120/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   116   117   118   119   120   121   122   123   ...   186

258 

 

ərzində kəşfiyyat axtarışları aparmış ekspedisiyalarını qeyd etmək lazımdır. Abidənin 



ətraflı (qazıntılar aparılmasa da) tədqiqi nəticəsində mühüm arxitektura, keramika və 

digər  mədəniyyət  qalıqları  aşkara  çıxarılmışdır  ki,  bu  da  həmin  qədim  şəhər  yerinin 

tədqiqatçılar tərəfindən Ptolemeyin qeyd etdiyi Fanaspa ilə eyniləşdirilməsi üçün əsas 

olmuşdur. 

Mil  düzündə  (Azərbaycan  Respublikasının  Beyləqan  bölgəsi),  iki  təpə 

üzərində yerləşmiş, xəndəklərlə əhatələnmiş və keramikası, sikkələri, digər tapıntıları 

ilə e.ə. IV əsrə - eramızın I əsrinə aid olunan Təzəkənd şəhər yeri eramızın ilk əsrləri 

mənbələrində xatırlanmış qədim Paytakaranla eyniləşdirilir. 

Antik ədəbiyyatda [ S t r a b o n ,  XI, 13, 3] yuxarıda adları çəkilmiş şəhərlərdən 

başqa Vera qalasının mövcud olduğu təsdiqlənməkdədir. Bu qalanın lokalizasiyası da 

tarixçilər arasında xeyli mübahisələr doğurmuşdur. Strabonun mətnində həmin qalaya 

aid olan hissənin naqisliyi bu mübahisələrin başlıca səbəbidir. Oxunuşdan asılı olaraq 

Veranın  lokalizasiyasının  aşağıdakı  variantları  irəli  sürülmüşdür:  1)  Qazakanın 

içqalası;  2)  Fraaspanın  içqalası;  3)  Fraaspanın  özü.  Lakin  bu  yaxınlarda  Veranı 

Marağadan təxminən 16 kilometr yuxarıda Səhənd dağının ətəklərində lokallaşdırmaq 

haqqındakı təklifə yenidən diqqət yetirildi. Daşqala Zöhhak qala tikililəri Marağadan 

şimal-qərbdə, təxminən bu qədər uzaqlıqda (16 km) yerləşir və həmin abidənin islam 

dövrünə  aid  olan  möhtəşəm    tikinti      qalıqlarının    altında    islamaqədərki    zamanın 

tikililərinin  xeyli  qalığı  nəzərə  çarpır.  Fərziyyənin  tərəfdarlarının  fikrincə,  qalanın 

alınmaz  və  müdafiə  üçün  əlverişli  vəziyyətdə  olması  bu  fikrin  mənafeyinə  xidmət 

edən vasitəli təsdiqdir. 

Almaniya Arxeoloji İnstitutunun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki 

kəşfiyyat  işləri  Mada-Atropatenada  Parfiya  dövründə  tikilmiş  qalalar  haqqında 

təsəvvür  yaradır.  Bu  işlərin  gedişində  uzun  zaman  ərzində,  o  cümlədən  keramik 

materialın  mühakimə  yürütməyə  imkan  verdiyi  kimi,  Parfiya  dövründə  də  fəaliyyət 

göstərmiş  bir  sıra  qalalar:  Qaleye-Sasan,  Qaleye-Növduz,  Ərdəbildən  30  kilometr 

şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir 

sıra  ümumi  cəhətləri  görmək  olar.  Bütün  qalalar  uca,  çətinliklə  fəth  oluna  bilən 

təpələrdə  yerləşir,  iri,  yonulmamış  daşlardan  tikilmiş  güclü  divarlarla,  yarımdairəvi 

qüllələrlə  əhatələnmişdir,  zəif  daxili  tikilişə  malikdir,  lakin  bununla  belə  divarların 

daxilində  həmişə  içməli  su  ehtiyatlarını  mühafizə  etmək  üçün  çən  (və  yaxud  çənlər) 

vardı. 


Təəssüf ki, artıq deyildiyi kimi, Atropatenanın yuxarıda adları çəkilmiş yaşayış 

yerlərindən  heç  biri  qəti  surətdə  lokallaşdırılmış  hesab  oluna  bilməz.  Bu,  həm  də 

identifikasiyası  məsələsi  tədqiqatçıların  mübahisəsinə  səbəb  olmuş  qədim  şəhər 

yerlərinə,  həm  də  müasir  yaşayış  məntəqələri  ilə  eyniləşdirilən,  lokalizasiyası 

məsələsi  mübahisə  doğurmayan  qədim  şəhər  yerlərinə  eyni  dərəcədə  aiddir.  Lakin 

belə hesab etmək lazımdır ki, sonrakı arxeoloji işlər bu fərziyyələrin doğruluğunu və 




259 

 

yaxud  səhv  olduğunu  müəyyən  etməyə,  habelə  hazırda  ümumiyyətlə  antik  dövrə  aid 



olunan digər abidələrin (Cənubi Azərbaycandakı Qalaoğlu, Qamçıçay, Qaleye-Zərrin-

Kuh, Gaur Qala və b., Azərbaycan  Respublikası  ərazisində Mil düzündəki Qaratəpə, 

Qalatəpə  və  bir  sıra  başqa  abidələr)  mövcudluğu  müddətini  və  əhəmiyyətini  daha 

dəqiq aydınlaşdırmağa yardım edəcəkdir. 



Memarlıq. Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının 

seçilməsi  tamamilə  ətraf  landşaftın  şəraitindən  asılı  olmuşdur.  Müxtəlif  vilayətlər 

arasındakı iqtisadi əlaqələrin nisbətən inkişaf etməməsi üzündən inşaat materiallarının 

daşınması  çətin  idi  və  buna  görə  də  yerli  materiallara  üstünlük  verilirdi. 

Atropatenanın  coğrafi  şəraiti  inşaat  materialı  kimi  daşın  geniş  surətdə  tətbiq 

olunmasına  yardım  edirdi.  Düzdür,  emalı  xeyli  zəhmət  tələb  etdiyi  üçün  daş  (əsasən 

yonulmamış)  ilk  növbədə  müdafiə  xarakterli  qurğuların  (şəhər  və  qala  divarları, 

qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə 

möhkəmləndirilmiş  kiçik  daşlar  və  çaydaşıları  adətən  bişmiş  kərpicdən  ucaldılan 

binaların özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat 

materialı hesab etmək olar (Qaleye-Zöhhakdakı pavilyon). İctimai təyinatlı binaların 

memarlıq baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə 

tətbiq  edilirdi.  Məsələn,  Qaleye-Zöhhakda  olan  sarayda  xeyli  sayda  bəzək  detalları 

qeydə alınmışdır. Burada qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın 

daş kvadratlardan tikilmiş otaqlarından biri qismən açılmışdır. 

Tikintidə ağac çox məhdud surətdə tətbiq edilirdi (damın üstünü örtmək üçün 

tirlər,  qapının  yan  taxtaları  və  üst  tirləri  və  s.)  və  mahiyyətcə  ikinci  dərəcəli  inşaat 

materialı idi. 

Parfiya  dövründə  əsasən  mülki,  memarlıq  üçün  səciyyəvi  olan  hamar  tirli 

damlarla yanaşı, müxtəlif texnikada icra olunmuş tağlı örtüklər geniş yayılmışdı. Özü 

də tağların bəzi tipləri yalnız İran yaylası üçün səciyyəvidir və qədim yerli ənənələrin 

inkişafının  nəticəsidir.  Tağların  texnikası  və  onların  formaları,  bir  qayda  olaraq, 

materialdan asılı olurdu. 

Bişmiş  kərpicdən  tikilmiş  qurğularda  tez  quruyan  əhəng  və  ya  gil  məhlulu 

tətbiq edilirdi. Tağların və arkaların hörülməsi texnikası aşağıdakı kimi idi: kərpiclər 

ya  tağın  mərkəzinə  radial  münasibətdə  yastısına  yerləşdirilir,  ya  da  dikinə  qoyulmuş 

şəkildə  hörülürdü.  Qarışıq  hörgü  üsulu  da  tətbiq  edilirdi  (Qaleye-Zöhhakda  olduğu 

kimi). 


Saray,  məbəd  binalarının,  ictimai  qurğuların  memarlıq  tərtibatının  detalları, 

onların  inşası  zamanı  tətbiq  olunmuş  materiallar  Atropatenanın  kifayət  dərəcədə 

çoxsaylı  abidələrində  aşkara  çıxarılmışdır.  Lakin  onların  əksəriyyəti  ya  başqa 

məqsədlərlə aparılmış işlər zamanı, ya da onların yeni və ən yeni dövrün qurğularında 

yenidən  istifadə  olunması  gedişində  qeydə  alınmışdır.  Bu  hal  isə  onların  dəyərini 

xeyli  azaldır.  Çox  güman  ki,  yalnız  iki  abidə  Mada-Atropatena  ərazisində  mövcud 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə