TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə121/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   117   118   119   120   121   122   123   124   ...   186

260 

 

olmuş  memarlıq  prinsiplərinin  az  və  ya  çox  dərəcədə  tam  mənzərəsini  verir:  mülki 



xarakterli  yaşayış  yerinin  nümunəsi  kimi  Qaleye-Zöhhak  və  məbəd  qurğusu  olduğu  

güman      edilən,      Təkab    yaxınlığında    yerləşən      Kerefto  (Karafto,  Karaftu)  qaya 

kompleksi. 

İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim 

şəhər  yeri  şimaldan  cənuba  təqribən  bir  kilometrlik  ümumi  uzunluğa  malikdir  və 

Əhəmənilərə  qədərki  dövrdən  islam  zamanınadək  müxtəlif  vaxtlarda  tikilmiş 

qurğuları  özündə  ehtiva  edir.  Şimaldakı  təpə  qədim  şəhər  yeri  həyatının  Parfiya 

dövrünə  aiddir.  Bu  təpə  e.ə.  II-I  minilliklərə  aid  olan  məskən  izlərini  saxlamış 

çökəkdən  ayrılmışdır.  İkinci  təpədə  Sasanilərin  hakimiyyəti  dövründə  tikilmiş  qala 

qurğuları vardır. Bu qala  qurğuları  yonulmamış daşlardan  bərkidici  məhlul  olmadan 

hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku 

çayı  tərəfdəki  yerdə  qala  qapılarının  izləri  nəzərə  çarpır.  Görünür  bütün  təpənin 

müdafiəsi  üçün  təqribən  tam  şəkildə  qalmış,  daha  erkən  zamanlarda  tikilmiş  qala 

divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında 

yonulmamış  daşlardan  tikilmiş  ayrı-ayrı  binalar  görünməkdədir.  Divarın  daxili 

tərəfindəki  binalar  kompleksi  böyük  ərazidə  yerləşmişdir  ki,  bu  da  tədqiqatçının 

fikrincə, kompleksin saray xarakteri daşıdığını təsdiqləyir.  

Qaleye-Zöhhak  qədim  şəhər  yerinin  daha  mühüm  və  yaxşı  hifz  edilmiş 

qurğusu pavilyondur. Pavilyon saray kompleksindən cənub-qərbdə yerləşir və həmin 

kompleksdən terrasla ayrılmışdır. Plan baxımından kvadrat təşkil edən (daxili ölçüləri 

5,90x5,80  metr)  pavilyon  yonulmamış  daşlardan  olan  özül  üzərində  yanı  üstə 

qoyulmuş  kərpiclərdən  (32x32x6-33x33x6  santimetr)  tikilmişdir.  Tağları  olan  daxili 

binanın  hündürlüyü  9,40  metrə  (çəlləyin  zirvəsinədək),  pavilyonun  ümumi 

hündürlüyü isə 12 metrə, eni 8,90 metrə çatır. Pavilyona girişin eni 2,50 metrdir və bu 

giriş  şimal-şərq  tərəfdə  yerləşir.  Cənub-qərb  və  şimal-qərb  tərəflərdən  pavilyon  4 

metrdən  artıq  eni  olan  yarımdairəvi  tağlarla  çay  vadisinə  açılır.  Cənub-şərq  tərəfdən 

isə  pavilyon  bağlıdır  və  belə  hesab  edirlər  ki,  bu  cəhət  pavilyonun  atəşpərəstlik 

məbədi  və  yaxud  çahartaq  kimi  ibadət  obyekti  olduğu  fikrini  təkzib  edir.  Eyni 

zamanda  pavilyonun  çayın  sıldırımlı  sahilində,  dərin  dərənin  qarşısındakı  uca 

qayalığın  üzərində  yerləşməsi  onun  saray  strukturunda  görkəmli  funksiyaya  malik 

olduğunu göstərir. 

Daxili  və  xarici  tərəflərdən  divarların  üzərində,  divar  oyuqlarında,  habelə 

tağların  daxili  səthində  bəzi  yerlərdə  boya  təsvirlərinin  izləri  olan  suvaq  qalmışdır. 

Həmin  təsvirlər  qadın  başcıqlarının  əks  olunduğu  kesson,  meandr  ornamenti,  relyef 

şəklində  verilmiş  qıvrımşəkilli  bəzək  rəsmlərindən  və  s.  ibarətdir.  Pavilyon  İranın, 

xüsusilə  Əhəmənilər  dövrünün  tikinti  ənənəsinə  uyğun  gələn  üçpilləli  merlonlara 

malik olan dişli məhəccərlə başa çatır. 



261 

 

Pavilyonun  həm  Ön  Asiyanın,  həm  də  Romanın  memarlığı  ilə  bənzərliklərə 



malik olan memarlıq xüsusiyyətləri (Aşşurdakı və Kuhi-Xocadakı saraylar, binaların 

daxilindəki  memarlıq  detallarının  profilləri,  dekor  və  s.),  habelə  keramika 

fraqmentləri  onu  Parfiya  dövrünə,  daha  dəqiqi  eramızın  I  əsrinə  aid  etməyə  imkan 

verir.  


Müasir  İranın  Qərbi  Azərbaycan  və  Kürdüstan  əyalətlərinin  sərhədində, 

Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində 

həkk  olunmuş  yunan  apotropeik  yazısı  ilə  nəzəri  cəlb  edən  qaya  kompleksi  yerləşir. 

Yazının mətnində deyilir: "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun".  

Qayalıqda  oyulmuş  otaqlar  bir-birilə  birləşən  iki  səviyyədə  yerləşir. 

Kompleksin  hazırda  qayalığın  dibindən  təqribən  9  metr  hündürlükdə  olan  girişi 

ümumi  uzunluğu  18,60  metr  olan,  suvanmış  tağlı  tavanlara  malik  bir  neçə  otaqlı, 

apsidalı otaqla başa çatan aşağı mərtəbəyə aparır. Aşağıdakı ansambl yuxarı mərtəbə 

ilə dəhliz vasitəsilə birləşir. Həmin dəhliz daha sonrakı, islam dövründə inşa edildiyi 

güman olunan 3 aralıq otaqdan keçir. Geniş dəhliz, divar oyuqlarında hər iki tərəfdən 

suflar  əlavə  edilmiş  və  arxasında  bir-birinə  düz  yolu  olan  üç  yanaşı  otaq  birinci 

mərtəbəni  təşkil  edir.  Geniş  dəhlizdən  qapı  ilə  (1,80x1,10  metr)  ayrılmış  otaqlardan 

birinin üzərində yuxarıda adı çəkilmiş yazı vardır. Görünür, bu və ondan sonrakı otaq 

daxildən  ağır  siyirmə  vasitəsilə  bağlanırdı.  Həmin  otaqlarda  qapılardan  solda 

düzbucaqlı  oyuqların  olması  bunu  təsdiq  edir.  Yazının  olduğu  otaqda  yuxarı 

fassiyasında dişciklər və dairələr şəklində olan friz yerləşmiş pəncərələr qalmışdır. 

Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki 

nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti 

olduğunu  iddia  edir.  Digər  tədqiqatçılar  isə  əksinə,  qayalıqlarda  oyulmuş  otaqlar 

kompleksinin  mülki  səciyyə  daşıdığını  söyləyirlər.  Onlar  belə  hesab  edirlər  ki,  bu 

kompleks  yunan  hərbi  hissəsinin  yerləşdiyi  obyekt  olmuşdur  və  Böyük  Madanın 

şimal  sərhədlərinin  onu  əhatə  edən  "barbar"  xalqlardan  müdafiəsi  həmin  hərbi 

hissənin vəzifəsi olmuşdur. 

Kereftonun  yaşayış  kompleksi  olduğunu  iddia  edən  alimlər  qeyd  edirlər  ki, 

Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir 

növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır. 

Bu  nöqteyi-nəzərin  tərəfdarları  habelə  Kerefto  kompleksinin  təcrid  halında 

olduğunu,  kompleksin  böyük  yollardan  kənarda  yerləşdiyini,  yalnız  otlaq  yeri  kimi 

istifadə  oluna  biləcək,  kasıb  bitki  örtüyünə  malik  olan  ərazidə  qərarlaşdığını  qeyd 

etmişlər. 

Deyilənlərdən 

belə 


nəticə 

çıxarılır  ki,  burada  sitayiş  obyektinin 

əsasının qoyulması qeyri-mümkün idi və Kereftodakı tikili mülki xarakter daşıyırdı. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə