TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə122/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   118   119   120   121   122   123   124   125   ...   186

262 

 

Lakin  göstərmək  lazımdır  ki,  birincisi,  Kerefto  yazıları  kimi  yazılar  yalnız 



yaşayış  binalarında  tətbiq  edilmirdi.  Bu  cür  formullar  məqbərələrdə,  qəbirüstü  daş 

lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. 

İkincisi,  kompleksin  bu  cür  funksional  təyinatlı  halında  sərhəd  məntəqəsini 

"təcrid  olunmuş  yerdə,  böyük  yollardan  kənarda"  yerləşdirmiş  rəhbərliyin  məntiqi 

tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud 

olduğu yerlərdə gözləmək olardı. 

Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa 

biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə 

daha yaxın olduğunu güman etmək olar. Müxtəlif tanrılara həsr edilmiş mağara tipli, 

sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü 

də  onların  hamısı  Pavsaninin  təsvirinə  [X,  XXXII,  5]  görə,  şəhərlərdən  və  başqa 

yaşayış  məntəqələrindən  çox  uzaq  məsafədə  (30-dan  150  stadiyə  qədər;  stadi  = 

184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı. 

Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən 

qədər  "müqəddəs"  olduğu  haqqındakı  fikrə  də  sövq  edir.  Artıq  bu  cəhətə  diqqət 

yetirilmişdir.  Həmin  cəhət  belə  fərziyyə  irəli  sürməyə  imkan  verir  ki,  burada  "Şərq 

Heraklı"na  sitayişdən  başqa  "səma  suyu"  ilahəsi  hesab  edilmiş  Anahitə  də  sitayiş 

vardı.  Maraqlıdır  ki,  Strabon  [XI,  7,  5]  Knidli  Evdoksa  istinad  edərək  Hirkaniya 

olmuş  mağaralar  haqqında  məlumat  verir.  Onun  məlumatına  görə,  bu  mağaradakı 

çaylar  birbaşa  dənizə  axır  və  yerli  sakinlər  qurbanlar  verilməsi  üçün  mağaralara 

gəlirlər. 

Qeyd  etmək  lazımdır  ki,  Herakla  bənzər  tanrılara  sitayiş  Şərqdə  geniş 

yayılmışdı.  İran  Veretraqnası,  Babil  Nerqalı,  erməni  Vaxaqnı  və  b.  bu  qəbildəndir. 

Antik Ermənistanda (Taron vilayətindəki Aştaşatda) hətta yüksək təpədəki mağarada 

yerləşmiş Herakl-Vaxaqn məbədi məlumdur. 

Heraklın  özünə  sitayişə  gəldikdə  isə  o,  Makedoniyalı  Aleksandrın 

yürüşlərindən sonra bütün Şərqdə geniş yayılmışdı. 

Biz  bu  qəhrəman  təsvirlərinə  hellinizm  və  Parfiya  dövrünün  sikkələrində  də 

təsadüf edirik. Onun surəti təsviri incəsənətdə və heykəltəraşlıqda geniş yayılmışdı. 

Bəzi  müəlliflər  Kereftodakı  məbədi  Tasitin  xatırlatdığı  [Annallar,  XII,  13] 

Sanbulos  dağında  yerləşən  səcdəgahla  eyniləşdirirlər.  Bu  fikir  şübhə  doğurur. 

Görünür,  Sanbulos  dağı  Behistun  (Bisütun)  dağıdır.  Bu  dağda  "dincələn  Heraklın" 

təsviri, Qotarzın Meherdat  üzərindəki qələbəsini təsvir edən relyef (Tasitdə  məhz bu 

iki rəqibin mübarizəsindən danışılır), Herakl Kallinikə həsr olunmuş yazı vardır. 

Kereftodakı  yazının  mətni,  habelə  qədim  dünyanın  müxtəlif  bölgələrində 

bənzərləri olan memarlıq kompleksinin planı belə bir fikir yaradır ki, burada Herakla 

və  yaxud  Mada  Atropatenada  sinkretik  (Herakl-Veretraqna?)  yunan-İran  tanrısına 

sitayişin kifayət qədər erkən təzahürləri mövcud olmuşdur. 




263 

 

Başlıca  olaraq  yazının  paleoqrafiyası  əsasında,  habelə  memarlıq  üsullarına 



görə kompleksi e.ə. IV əsrin sonuna - III əsrin əvvəlinə aid etmək, yəni onun Mada-

Atropatena  dövlətinin  mövcudluğunun  başlanğıc  dövrünə  aid  olduğunu  göstərmək 

olar. 

Qədim  Atropatena  ərazisində  aşkar  olunmuş  ayrı-ayrı  memarlıq  detalları 



içərisində  sütunların  daş  altlıqları  daha  çoxsaylı  qrupu  təşkil  edir.  Onların  bütöv  bir 

qrupu  (17  ədəd)  Leylan  kəndindəki  3  müasir  məscidin  qurğularında  ikinci  dəfə 

istifadə  olunarkən  qeydə  alınmışdır.  Bütün  bu  sütun  altlıqlarında  (qismən  kobud 

şəkildə  hazırlanmış,  qismən  isə  çox  yaxşı  emal  edilmiş)  tipik  İran  formaları  nəzərə 

çarpır, onların 3-ü isə şübhəsiz, Parfiya dövrünə aiddir. Həmin sütun altlıqları mənşəcə 

Əhəmənilər dövrünün pilləli sütun altlıqlarına gedib çıxır və Sultanabadla Qum arasındakı 

Hürra adlı yerdən aşkar olunmuş sütun altlıqlarına tamamilə oxşayır. 

Sütun  altlıqlarının  tək-tək  nümunələri  Qaleoğlu,  Qaleye-Zöhhak,  Xoy 

yaxınlığındakı Biləvar, Təzəkənd qədim şəhər yerlərində və bir sıra başqa məntəqələrdə 

tapılmışdır. 

Memarlıq  bəzəklərinin  çoxsaylı  parçaları  Qaleye-Zöhhakda  Parfiya  dövrünə  aid 

olan sarayın mövcudluğu güman edilən yerdə qeydə alınmışdır. 

Kirəmit dam örtüyünün (solenin) qırıntısı da burada tapılmışdır. Bu tapıntı Qaleye-

Zöhhakda mövcud olmuş binaların bu cür örtüklərlə örtülməsini güman etməyə imkan verir, 

görünür, kirəmit örtmə üsulu Hellinist inşaat təcrübəsindən əxz edilmişdir. 

Qeyd  olunmuş  memarlıq  qalıqları  və  inşaat  materialları  Qaleye-Zöhhak  şəhər 

yerinin şimal təpəsində  olan arxeoloji kompleksin saray  xarakteri haqqındakı  nöqteyi-

nəzəri təsdiqləyir. 



Keramika.  Tədqiqatçılar  tərəfindən  yaşayış  məskənlərindən  və  qəbirlərdən 

əldə  olunmuş  zəngin  və  rəngarəng  saxsı  materialı  Atropatenada  keramika  istehsalının 

geniş  şəkildə  inkişaf  etdiyini  və  yerli  sənətkarların-dulusçuların  yüksək  səviyyəli 

ustalığını  təsdiq  edir.  Keramika  həm  formaların  müxtəlifliyi  (kuzələr  [çox  hallarda 

burunlu],  güldanlar,  nimçələr,  bardaqlar,  möhtərlər  və  b.),  həm  də  məmulatın  yüksək 

keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş gildən hazırlanmış, bərabər 

yandırılmışdır.  Qablar  qırmızı,  sarıya  çalan  açıq-qəhvəyi  və  yaxud  boz-qara  rənglidir. 

Anqob  və  cilalama  geniş  surətdə  tətbiq  edilirdi.  Qırmızı  boya  ilə  zəncir,  həndəsi  fiqur, 

çiçək  motivləri  və  s.  şəklində  naxışlanmış  qabların  (əsasən  kuzələrin)  çoxsaylı  qrupu 

mövcuddur.  Boyalı  keramika  ilə  yanaşı,  ştampla  naxışlanmış  keramik  formalara  da 

təsadüf olunur. Minalanmış qablar ayrıca qrupu təşkil edir. 

Keramika  materialının  artımı  ilə  əlaqədar  olaraq  keramikanın  bu  və  ya  digər 

qrupunun mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu 

da,  şübhəsiz,  sonralar  Atropatenanın  keramika  məktəbinin  yaranmasına  gətirib  çıxarmalı 

idi.  



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə