TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə124/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   120   121   122   123   124   125   126   127   ...   186

266 

 

ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının 



mövcud olduğunu ehtimal etmək olar. 

Lakin bizə o da məlumdur ki,  artıq Atropatena dövlətinin  mövcudluğunun ilk 

onilliklərində bizi  maraqlandıran  ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu 

kimi,  yunan-makedon  işğalçıları  tərəfindən  gətirilmiş  müxtəlif  yunan  ayinləri, 

xüsusilə Herakla sitayiş də yayılmışdı. 

Mazdaist  təlimlərin  və  hətta  ola  bilər  ki,  zərdüşti  mazdaizminin  özünün 

gələcək  Atropatenanın  vilayətlərindəki  mövqeləri,  şübhəsiz,  Mannanın  madalılar 

tərəfindən  işğalından,  Mada  etnosunun  burada  konsentrasiyasından  və  bu  bölgənin 

yeni Madaya çevrilməsindən sonra möhkəmlənməli idi. 

"Avesta"ya  gəldikdə  göstərmək  lazımdır  ki,  bu  abidənin  bizə  gəlib  çatmış 

nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir 

hissəsidir.  Hazırda  zərdüştilik  dininə  etiqad  edənlərin  sayı  da  çox  deyildir.  Ərəb 

işğalından  və  Sasanilər  dövlətinin  məhv  olmasından  sonra  yalnız  zərdüştilərin  az 

qismi  öz  etiqadını  mühafizə  edirdi.  Onları  adətən  "pars"  (Hindistanda  yaşayanları), 

"kəbr"  (İranda  yaşayanlar  "kəbr"  ərəb  sözü  olan  "kafirin  təhrif  olunmuş  şəklidir, 

"dinsiz,  imansız"  mənasına  malikdir)  "atəşpərəst"  (zərdüştilik  inamlarında  və 

adətlərində  atəşin,  odun  böyük  rolu  olduğuna  görə)  adlandırırlar.  Tale  zərdüştiləri 

bütün  dünyaya  səpələmişdir.  Onlar  İranda,  Hindistanda,  Pakistanda,  ABŞ-da, 

İngiltərədə, Avstriyada, Kanadada, Şri Lankada, Yəməndə, Çində və başqa ölkələrdə 

yaşayırlar. Hazırda bütün dünyada 130 minədək atəşpərəst (zərdüşti) yaşayır. 

Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir 

neçə dəfə - III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki, 

məhz  zərdüştiliyin  intibahı  dövrü  olan  Sasanilər  hakimiyyəti  zamanında  Avestanın 

müqəddəs  mətnlərinin  daha  dəqiq,  incə  çalarlarını  ifadə  edən  yazılışı  üçün  pəhləvi 

əlifbası  (öz  mənşəyi  etibarilə  arami  yazısına  gedib  çıxır)  əsasında  xeyli  miqdarda 

işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan 

verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi 

idi. Maraqlıdır ki, bu hadisə gürcü, erməni və alban əlifbalarının meydana gəldiyi bir 

zamanda baş vermişdir. 

Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili - orta fars 

dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi. 

Güman  etmək  olar  ki,  zərdüştilik  dininin  "Avesta  dilində"  yazılmış  qədim 

Avestanın  özündən  (orta  farsca  apastak>apastay,  "əsas",  "əmrnamə",  "qanun" 

deməkdir)  və  orta  farsca  yazılmış  "Zend"dən  (orta  farsca  zend,  yəni  "ifadəetmə", 

"təfsir",  "izahat")  ibarət  olan  müqəddəs  kitablarının  ümumi  ifadəsi  kimi  "Zend-

Avesta" istilahı məhz bu dövrdə yaranmışdır. 

Buna görə də "Zend-Avesta" adının Avestanın özünə aid istifadə olunması (bu 

hala  nəinki  yalnız  XIX  əsrdə,  habelə  bəzən  bizim  günlərdə  də  təsadüf  edilir) 




267 

 

yolverilməzdir.  "Zend  dili"  anlayışının  Avesta  dilinin  ifadə  edilməsi  üçün  istifadə 



olunması da səhvdir. 

Filoloji  xarakterli  ayrı-ayrı  mülahizələr  və  antik  müəlliflərin  məlumatları 

ehtimal etməyə imkan verir ki, vaxtilə İran, Azərbaycan, Orta Asiyanın xeyli qismi və 

digər  bölgə  sakinlərinin  ağlına  hakim  kəsilmiş  zərdüştilik  dininin  müqəddəs 

kitablarının toplanmasına ilk cəhd hələ Parfiya  Arşakilərinin hakimiyyəti zamanında 

göstərilmişdir. Belə hesab edirlər ki, e.ə. I əsrdə Şərqi Parfiyada "Avesta"nın, ən azı 

onun ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi. 

Orta  əsrlərin  Denkart,  Bundahişn,  Arda  Viraf-namak  və  bu  kimi  ilahiyyat  və 

başqa  kitablarda  öz  əksini  tapmış  zərdüştilik  ənənəsinin  məlumatları  da  bu  nöqteyi-

nəzəri möhkəmləndirir. 

Bu və bəzi digər materiallar, xüsusilə antik  müəlliflərin  məlumatlarına  əsasən 

vaxtilə  "Avesta"nın  dini  və  mərasim  qanunlarının,  kosmoqonik  və  esxatoloji 

təsəvvürlərin, müxtəlif tanrılara həsr olunmuş müqəddəs himnlərin, müxtəlif duaların, 

əxlaqi  normaların,  mifoloji,  epik,  əfsanəvi  və  başqa  materialların  nəhəng  külliyyatı 

olması  təsdiqlənir.  Özü  də  bütün  bunlar  heç  də  həmişə  peyğəmbər  Zərdüştün 

(Zaratuştranın) adı ilə əlaqələndirilmirdi. 

Hesab  etməyə  əsas  var  ki,  bəzi  alimlərin  güman  etdikləri  kimi,  Parfiya 

dövründə  toplanan,  bərpa  olunan  və  yazıda  maddiləşən  yalnız  şifahi  zərdüştilik 

ənənəsi  deyildi.  Şifahi  ənənə  ilə  yanaşı,  əvvəlki  əsrlərdə  mövcud  olmuş,  müqəddəs 

kitabların  məhz  yazılı  fraqmentləri  toplanır,  bərpa  edilir  və  yenidən  yazılırdı. 

Zərdüştilik  ənənəsinə  görə,  "Avesta"nın  əski  əsrlərdə  mövcud  olmuş  nüsxələrindən 

biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır. 

Bizə  bəllidir  ki,  hələ  e.ə.  IV  əsrin  son  rübündə  yunan  alimi  Feopomp 

Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. 

Plini  [XXX,  2]  məlumat  verir  ki,  zərdüştlik  dininin  ən  yaxşı  bilicilərindən  biri  olan 

Hermippin  (e.ə.  III  əsr)  sözlərinə  görə,  zərdüştiliyin  müqəddəs  kitabları  özündə  2 

milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı 

I  Şapur  əsli  itirilmiş,  lakin  tərcümələrdə  və  xüsusilə  qədim  yunan  dilinə  (Dekartda 

iddia  edilir  ki,  "Avesta"nın  və  ya  onun  ayrı-ayrı  hissələrinin  qədim  yunan  dilinə 

tərcüməsi  vardı)  tərcümədə  mühafizə  olunmuş  "Avesta"nın  kitablarını  pəhləvi  dilinə 

tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə 

edilmiş  "Avesta"  Feopomp  üçün  öyrənmə  obyektinə  çevrilmişdi.  Zərdüştilik 

kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin 

zərdüşt kahininin  

"k  i  t  a  b  ı    a v a z l a   o  x  u  d  u  ğ  u  n  u"  yad  etməsi,  habelə  qədim  yazıçıların  hələ 

Sokrat  dövründə  Zərdüştün  "lokiyalarının  olması  haqqındakı  məlumatları"  da 

təsdiqləyir.  Bəzi  tədqiqatçılar  Herodotun  qurban  verilərkən  maqların  teoqonik 

nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın - "Avesta"nın bir qisminin 






Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə