TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə126/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   122   123   124   125   126   127   128   129   ...   186

270 

 

fərdiliyi aydın şəkildə hiss olunur" [ E . E . B e r t e l s ] .  Adətən Zərdüştün (Zaratuştra, 



Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət 

aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən 

qədim  zamanlardan  indiyədək  zərdüştilik  təliminin  ən  müqəddəs  mərasimlərindən 

biridir. 

Qeyd  etmək  lazımdır  ki,  "Qat"lar  Avestanın  ən  çətin  anlaşılan  qismidir. 

İranşünaslıq sahəsində ən nüfuzlu tədqiqatçılardan biri açıq surətdə yazırdı ki, Qatlar 

"bütün 

hind-Avropa 



filologiyasının 

ən 


çətin 

hissəsini 

təşkil 

edir" 


[ X r . B a r t o l o m e ] .  Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı 

qədər müxtəlif "Qatlar" mövcuddur [ İ . M . D y a k o n o v ] .  

Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha 

qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda 

Yaştların, habelə Yasnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar. 

Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara 

yaxınlaşır.  Bu  fəsillərdə  ən  qədim  zamanların  ruhu  duyulmaqdadır.  Yasnanın  nəticə 

hissəsində dualar vardır. 

"Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli 

və  maraqlı  hissəsi  Yaştlardır  ("pərəstiş",  "tərif").  Yaştlar  İran  panteonunun  müxtəlif 

tanrılarına  həsr olunmuş tərif səciyyəli 22 himn-duadan ibarətdir. "Avesta"nın bəlkə 

də  ən  qədim  hissəsi  olan  Yaştlarda  hindlilərin  Vedalarında  mövcud  olan  bənzərli 

materialla  səsləşən  çoxsaylı  epik  motivlər,  mifoloji  surət  və  süjetlər  saxlanılmışdır. 

Bu  süjetlərin  bir  qismi  sonralar  Firdovsi  tərəfindən  "Şahnamə"  əsərində  istifadə 

edilmişdir. 

Qeyd etmək lazımdır ki, Yaştlarda nəinki zərdüştiliyə qədərki dövrün ən qədim 

İran  poeziyasının  fraqmentləri,  habelə  daha  sonrakı  zamana  aid  olan  himnlər 

mövcuddur. 



Visprat  ("Bütün  ratular";  ratu  -  "hökmdar",  "hakim",  "tanrı"  deməkdir. 

Beləliklə, "Bütün hökmdarlar", "Bütün hakimlər", "Bütün tanrılar") 24 fəsildən ibarət 

olan  (müxtəlif  əlyazmalarda  fəsillərin  sayı  müxtəlifdir)  kahin,  dua  kitabıdır.  Kitab 

müxtəlif  tanrılara  ehtiramın  izhar  olunması  ilə  ibadət  səciyyəli  müraciətlərdən 

ibarətdir. Visprat mahiyyətcə  Yasnaya  əlavədir və öz xarakterinə görə Bibliya  kitabı 

olan  "Levit"ə  bir  qədər  bənzəyir.  Bu  kitab  "Avesta"nın  ən  solğun  və  maraqsız 

qismidir. 

Videvdatı  (təhrif  olunmuş  Vendidat  da  işlədilir)  hazırda  son  zamanlaradək 

edildiyi  kimi,  sadəcə  olaraq,  "Devlər  əleyhinə  qanun"  kimi  deyil,  dəqiqləşdirmə  ilə 

"əvvəlki tanrıların rədd olunması" kimi tərcümə edirlər. 

Videvdat  "Avesta"nın  Sasanilər  dövründə  bərpa  olunmuş  21  kitabından 

yeganəsidir  ki,  təqribən  tam  qalmışdır  və  əski  "Avesta"nın  kitablarından  birinə 

təqribən tamamilə uyğundur. 




271 

 

Videvdat  ilk  növbədə  nəyin  qadağan  olunduğunu,  nəyə  icazə  verildiyini 



göstərən  qanun  və  göstərişlər  külliyyatıdır.  22  fəsildən  (afqarddan  və  yaxud 

farqarddan) ibarət olan bu kitabda mərasimlə əlaqədar təmizlənmə qaydaları, müxtəlif 

ayinlərin  həyata  keçirilməsi  üsulları  əks  olunmuşdur.  Bu  kitabda  oda  və  başqa  təbii 

qüvvələrə  xüsusi  diqqət  göstərilməsi,  itlərə  və  digər  faydalı  heyvanlara  qayğı 

bəslənilməsi  zərurəti,  əkinçilik  qaydaları  haqqında  danışılır,  günahların  və  xeyirli 

əməllərin siyahısı sadalanır, günahların yuyulması məsələsinə dair göstərişlər verilir, 

bəzi dini-hüquqi müddəalar, mülki və cinayət hüququ və s. elementlər izhar edilir.  

Videvdatda  İran  tayfalarının  mifləri,  əfsanələri,  epik  yaradıcılığı,  kosmoloji, 

coğrafi  təsəvvürlərinin  və  xalq  əqidələri  elementlərinin  hifz  olunması  bizim  üçün 

xüsusilə mühümdür. 

Onlardan  bəziləri  nisbətən  sonralar  yaranmışdır,  bir  qismi  isə  mənşə  etibarilə 

çox qədim zamanlara gedib çıxır. 

Videvdatın  I  farqardının  başlanğıcı  olan  "Coğrafi  poema"da  lap  qədimlərə 

gedib çıxan süjetlər az deyildir. Burada Ahura Mazdanın ölkələri yaratması haqqında 

danışılır.  Aryanam  Vayçaxın  -  "Ari  açıqlığı"  adı  həmin  ölkələr  sırasında  birinci 

çəkilir. Güman etmək olar ki, bu ölkə arilərin ilkin vətəni olmuşdur. Bu ölkə "Coğrafi 

poema"da  dünyanın  ən  yaxşı  diyarı  kimi səciyyələnmişdir, lakin qeyd edilmişdir ki, 

sonralar burada şər və zülmət ruhu olan Anhra Manyunun yaratdığı bəlalar meydana 

gəlmişdir. 

I farqardda 16 ölkənin adı çəkilmişdir. Onların sırasında  həm  gerçək,  həm də 

mifik ölkələr vardır. Ölkələrin adlarının çəkilməsində heç bir sistem və qayda yoxdur. 

Fəsil  bu  sözlərlə  başa  çatır:  "Zəngin  təbiəti,  yaşayış  üçün  yararlı  olan  başqa  gözəl 

yerlər və ölkələr də mövcuddur". 

"Coğrafi poema" Avestanın coğrafi üfüqlərinin geniş olduğunu təsdiqləyir. Ola 

bilər  ki,  adları  çəkilmiş  ölkələr  nəinki  arilərin  köç  etdikləri  vilayətlərdir,  habelə 

Videvdatın  mətninin  tərtib  olunması  ərəfəsində  zərdüştiliyin  yayıldığı  torpaqlardır. 

Videvdatın  tərtibi  zamanına  gəldikdə  isə  demək  lazımdır  ki,  hələ  bu  yaxınlarda  bu 

kitabın  "Avesta"nın  başqa  hissələrinə  nisbətən  daha  gec  meydana  gəldiyini  hesab 

edirdilər. Doğrudur, ümumiyyətlə bütün Kiçik Avestada olduğu kimi, Videvdatda da 

məzmununa  görə  və  mənşəcə  çox  gec  tarixi  dövrlərə  aid  olan  material  az  deyildir. 

Lakin  onda  aşkar  şəkildə  qədim,  erkən  bəzən  qalan  "Avesta"ya  yad  olan  bir  çox 

cəhətlərin  qalması  da  mübahisəsizdir.  Belə  bir  fikir  söylənilmişdir  ki,  Əhəmənilər 

hakimiyyətinə qədərki dövrün madalılarının dini  təsəvvürləri  məhz  Videvdatda  əks  

olunmuş    təsəvvürlərə  uyğun  gəlir.  Güman  edirlər  ki,  Videvdat  (daha  dəqiqi, 

Protovidevdat)  Qərbi  İran  vilayətlərində  meydana  gəlmişdir,  Mada  maqları  isə  onun 

tərtibçiləri  ola  bilərdilər.  Videvdatın  dünyagörüşünün  qədimliyini  habelə  o  da 

təsdiqləyir  ki,  burada  ali  tanrı  Ahura  Mazdä  (Qatlarda  olduğu  kimi,  Ahura,  Mazda 

Ahura,  Mazda  şəklində  deyil)  adlandırılır.  Mütəxəssislərin  gümanına  görə,  iş 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə