TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə127/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   123   124   125   126   127   128   129   130   ...   186

272 

 

burasındadır  ki,  həmin  adın  daha  qədim  halı  Ahura  ("hökmdar",  "cənab",  "tanrı" 



deməkdir.  Erkən  dövrdə  qədim  hindilərdə  olduğu  kimi  *asura;  məlum  olan  Assara 

Mazas'ın Ähura Mazdä bərabər olduğuna diqqət yetirək. Ahura istilahı artıq e.ə. VIII 

əsrdən  Qərbi  İran  onomastikasında  təsdiqlənmişdir)  adının  Mazda  ("müdrik" 

deməkdir  və  hind  sözü  olan  medhas-a,  rus  sözü  mudr-a  qohumdur)  epiteti  ilə 

dəqiqləşdirildiyi  zamanda  (hələ  qeyri-zərdüştilik  dövründəmi  -  ?)  olmuş,  yəni  onda 

tanrı Ahura Mazda adlandırılırdı.  

Videvdatın II farqardında insanlığın  əcdadı,  mədəni qəhrəman, minillik "qızıl 

əsr" dövründə dünyada hökmranlıq etmiş, İran eposunun ən qədim motivlərinə gedib 

çıxan Yima (orta əsrlərdə Cəmşid adlanırdı) haqqında əfsanə hifz olunmuşdur. İbtidai 

dünya  duyumunun  tam  surətdə  sirayət  etdiyi  bu  əfsanədə  eposun  ən  qədim  qalıq 

formaları  mühafizə  olunmuşdur.  Həmin  formalarda  ari  və    hətta  hind-Avropa  

səviyyələrinin  motivləri  və  surətləri asanlıqla tanınır. 

"Avesta"nın  ümumi  qiymətləndirilməsinə  keçərkən  demək  lazımdır  ki,  bu 

abidə  müxtəlif  xarakterlidir,  müxtəlif  zamanlarda  və  müxtəlif  məkanlarda  yaranmış 

təbəqələrin ağlasığmaz dərəcədə miqdarından ibarətdir. 

Əlbəttə, xüsusilə epik mahnılarda və abidənin başqa hissələrində əks olunmuş 

xalq  elementləri  "Avesta"nın  daha  qədim  qatıdır.  Həmin  elementlər  e.ə.  I  minilliyin 

ilk əsrlərindən gec olmayaraq meydana gəlmişdi. Ola bilər ki, onlardan bəziləri e.ə. II 

minilliyə,  bəlkə  də  daha  erkən  çağlara  gedib  çıxır.  Yasnanın  və  Yaştların  müxtəlif 

hissələrində  ən  qədim  epik  nəğmələr  hifz  olunmuşdur.  "Mal-qaranın  oğurlanması" 

haqqında nəğmə, Mihr Yaştdakı mahnılar, Yima haqqında  əfsanə də bu qəbildəndir. 

"Öküzün  canı"ndan  -  Zərdüştün  Qatlarının  mərkəzi  surətindən  də  -  xeyli  arxaiklik 

duyulmaqdadır. Lakin "Avesta"dakı bu elementlər onları kanonlaşdırılmış təlimə tabe 

etməyə cəhd edən xeyli sonrakı kahin ideyaları ilə güclü şəkildə çulğalamışdır. 

İndiki  "Avesta"nı  adətən  iki  qismə  -  Qatik  (böyük)  Avestaya  və  Kiçik 

Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yasnanın bəzi digər bölmələrini 

də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. 

Alimlər adətən Qatik  Avestanın daha  yaşlı olduğunu etiraf  edərək çox zaman 

belə hesab edirlər ki, Kiçik Avesta  ənənəsi peyğəmbər Zərdüştün Qatik  Avestada öz 

əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. 

Müəllifliyi  adətən  Zərdüştə  şamil  olunan  Qatların  Kiçik  Avestadan  kəskin 

surətdə  fərqlənməsi  mübahisə  doğurmur.  Tədqiqatçıların  bir  qismi  onlar  arasındakı 

təzadı  aradan  qaldırmağa  cəhd  göstərsələr  də,  avestoloqların  böyük  əksəriyyəti  bunu 

etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da 

özündə  ehtiva  edən  Kiçik  Avestanı  bütövlükdə  heç  bir  vəchlə  Zərdüşt  təliminin 

sonrakı  təhrifi  hesab  etmək  olmaz.  Görkəmli  iranşünaslar  bu  cəhətə  dəfələrlə  işarə 

etmişlər. 



273 

 

Həqiqətən  də  Kiçik  Avestada  arxaizmlər  Qatlardakına  nisbətən  daha  çoxdur. 



Təbiidir ki, Qatlarda da çox qədim, bəzi hallarda hind-Avropa birliyi dövründən gələn 

cəhətlər az deyildir. Qatlarla müqayisədə Kiçik Avesta çıxış nöqtəsi olan ümumari və 

hətta  hind-Avropa  materialına  bir  çox  hallarda  daha  çox  yaxındır.  Ayrı-ayrı  hallarda 

Kiçik  Avesta  arxaik  hind-Avropa  modellərini  bilavasitə  canlandırır.  Qatlarda  isə 

həmin  modellər  o  qədər  də  çox  deyildir  və  orada  onlar  tanınmaz  dərəcədə 

dəyişdirilmişlər.  Vedalar  ruhunda  politeizm  hökm  sürən  Kiçik  Avestada  Mitra, 

Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər. Qatlarda isə dualizmin 

hökmranlığı  şəraitində  mahiyyətcə  çox  güclü  şəkildə  monoteizm  elementləri  zahirə 

çıxır. 

Qanlı qurbanlar verilməsi və Xaoma adlanan sərxoşedici içkiyə pərəstiş Kiçik 



Avestaya  xasdır.  Qatlarda  isə  bu  cür  cəhətlər  aşkar  surətdə  pislənməsə  də  təbliğ 

edilmir.  Kiçik  Avestada  əski  ümumari  ictimai  terminologiyası  saxlanılmışdır, 

Qatlarda  isə  bu  terminologiya  yenisi  ilə  əvəz  olunmuşdur.  Kiçik  Avestada 

ümumiyyətlə Riqveda ilə bir çox ümumi olan cəhətlər mövcuddur. Burada bəzən hett, 

qədim  yunan,  İtaliya,  german-skandinav  dinləri  və  mifologiyası  ilə  heyranedici 

oxşarlıq vardır. 

Kiçik Avesta haqqında bütün deyilənlər onun ideyalarının və surətlərinin xeyli 

dərəcədə qədim olduğunu təsdiqləyir. 

Beləliklə,  əgər  Qatlar  Zərdüştün  özünün  yaradıcılığıdırsa,  Kiçik  Avestada 

zərdüştiliyə uyğunlaşdırılsa da, peyğəmbərin təliminin mahiyyəti ilə ciddi ziddiyyətdə 

olan, Zərdüştə qədərki material az deyildir. 

Zərdüşt  "Qərbin  "oğulluğa"  götürdüyü  ilk  Asiya  oğlu  idi.  Onun  təlimi 

Yunanıstanı  Xristos  təliminin  qəbul  olunmasından  təxminən  4  əsr  öncə 

zənginləşdirdi. Artıq Platon Zərdüştü tanıyırdı... Zərdüşt əsrlər boyu... Qərbdə qədim 

Asiya müdrikliyini təmsil edən yeganə şəxs idi..." [J a n  D ü ş e n  K i y e m e n ] .  

Zərdüştün  şəxsiyyətinə,  həyat  zamanına  və  fəaliyyət  yerinə  gəldikdə  isə,  bu 

məsələlər üzrə bir-birinə tamamilə əks olan elə çox nöqteyi-nəzərlər söylənilmişdir ki, 

burada onlar üzərində heç olmasa səthi surətdə dayanmaq üçün heç bir imkan yoxdur. 

Bəziləri Zərdüştü tarixi şəxsiyyət, böyük peyğəmbər və Qatların müəllifi hesab 

edir,  başqaları  isə  bunu  tanımaqdan  qəti  surətdə  imtina  edirlər.  Bəziləri  Zərdüştün 

həyat zamanını e.ə. VII-VI  minilliklərə, digərləri, tunc  əsrinə, üçüncülər e.ə. 1000-ci 

ilə,  dördüncülər  e.ə.  VII-VI  əsrlərə  və  s.  aid  edirlər.  Alimlərin  böyük  əksəriyyəti  bu 

fikirlə  razıdır  ki,  Zərdüşt  təxminən  e.ə.  1000-600-cü  illər  arasındakı  dövrdə 

yaşamışdır. 

Bir  çox  hallar  Qərbi  İran  vilayətlərində  Kiçik  Avestada  öz  əksini  tapmış 

ideyaların  və  surətlərin  qədimdə  yayıldığını  təsdiqləyir.  Cənubi  Azərbaycan 

vilayətlərində  Kiçik  Avesta  təlimlərinin  erkən  ocağının  mövcud  olduğunu  da  iddia 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə