TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə128/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   124   125   126   127   128   129   130   131   ...   186

274 

 

etmək  olar.  Lakin  deyilənlər  heç  də  bizə  burada  "Avesta"  təlimlərinin  vətənini  və 



"Avesta xalqının" özünü lokallaşdırmaq əsasını vermir. 

Məsələ burasındadır ki, "Avesta"da müxtəlif zamanlarda və  müxtəlif  yerlərdə 

yaranmış xeyli miqdarda laylar vardır. Və elə buna görə də, sözün birbaşa mənasında, 

"Avesta"  təlimlərinin  vətəni  haqqında  ciddi  danışmaq  çətindir.  Bu  vətəni  Qərbi 

Sibirdən  başlamış  Qərbi  İran  vilayətlərinədək  olan  çox  geniş  ərazinin  müxtəlif 

yerlərində  axtarırlar.  Onu  gah  son  quyu,  gah  Aidronovo  mədəniyyətləri  zonasında, 

gah  Orta  Asiyada,  gah  Madada  (Raqa,  sonra:  Rey)  və  yaxud  Cənubi  Azərbaycanda 

lokallaşdırırlar.  Hazırda  yalnız  bu  və  ya  digər  dövrdə  Avesta  təlimlərinin  bu  və  ya 

başqa ərazilərdə yayılması haqqında danışmaq olar. 

Avesta  dialektlərinin  daşıyıcısı  olan  "Avesta  xalqı"na  (Awestavolk)  gəldikdə 

isə,  yaxın  keçmişdə  bir  çox  alimlər  bu  "etnosun"  tarixi  gerçəklik  olmasına  şübhə 

etmirdilər. Lakin hazırda tam müəyyənliklə demək lazımdır ki, bu cür "etnos" heç bir 

zaman mövcud olmamışdır. 

Qeyd etmək lazımdır ki, "Avesta" hərdənbir bizdə səslənən bəyanatların əksinə 

olaraq heç bir zaman hər hansı qeyri-İran dilində yazıla bilməzdi. Onun sonralar guya 

İran dillərindən birinə  tərcümə  olunması  haqqında  fikirlər də  alimnümalıqdan başqa 

bir  şey  deyil.  Məsələnin  bu  cür  qoyuluşunun  özü  ciddi  deyildir.  Avestada  mövcud 

olan  xırda  cəhətlərədək  hər  şey  tam  mənası  ilə  iranlılıqla  bağlı  olub,  İran  ruhu  ilə 

yoğrulmuşdur. 

"Avesta" kitablarının dilinin İran dili olmasına heç bir şübhə yoxdur. Alimlərin 

bir  qismi  onu  Qərbi  İran  dillərinə  aid  edir,  digərləri  onu  Şərqi  İran  dili  hesab  edir, 

nəhayət,  üçüncülər  güman  edirlər  ki,  Avestanın  dili  İran  dillərinin  Qərb  və  Şərq 

qrupları  arasında  aralıq  mövqeni  tuturdu.  Lakin  son  iki-üç  onilliyin  tədqiqatları 

göstərdi ki, irandilli olan hər iki Avesta dialekti (Kiçik Avesta və Qatik Avesta) "süni 

dillər" adlanan kateqoriyaya aiddir. Bu dillərdən məişətdə deyil, hind-Avropa dini və 

qəhrəmanlıq poeziyasında istifadə edirdilər. 

Qatların və Kiçik Avestanın fərqli xüsusiyyətlərindən danışarkən onu da qeyd 

etməmək olmaz ki,  əgər onlardan birincisi tam  mənada kahin poeziyasının  ənənəsini 

davam  etdirirdisə,  ikincidə  hind-Avropa  dünyəvi  qəhrəmanlıq  poeziyasının 

xüsusiyyətləri aşkar şəkildə nəzərə çarpırdı. 

Doğrudur,  ayrı-ayrı  hallarda,  məsələn,  Kiçik  Avestaya  Qərbi  İran 

dialektlərinin,  Qatlara  isə  Şərqi  İran  dialektlərinin  təsirindən  danışmaq  olar.  Bu, 

əlbəttə,  çox  mühümdür,  çünki  bu  hal  müqəddəs  yazıların  hər  bir  qismini  müəyyən 

əraziyə  aid  etməyə  imkan  yaradır.  "Avesta"nın  (daha  dəqiqi,  onun  ayrı-ayrı 

hissələrinin) yaradılması işi hər hansı bir əfsanəvi "Avesta xalqına" deyil, artıq e.ə. I 

minilliyin 




275 

 

lap başlanğıcında, bəlkə də daha öncə Orta Asiyada, İran yaylasının Şərqi və qərbində 



yaşamış  irandilli  xalqların  böyük  qrupuna  məxsusdur.  "Avesta"da  olan  bir  çox 

cəhətləri  onlar  özlərinin  əvvəlki  vətənlərindən  gətirmişdilər.  Yeni  yaşayış  yerlərində 

də xeyli dəyər yaradılmışdı. 

Qatlara  qayıdarkən  qeyd  etməmək  olmaz  ki,  onlar  xeyli  dərəcədə  islahatçı 

fəaliyyətin  məhsuludur.  Onlarda  ənənəvi  Hind-Avropa  görüşləri  ilə  xeyli 

ziddiyyətlərin olması da bunu təsdiq edir. Qatların öz məzmunu Zərdüştün ehkamının 

yeniliyi  lehinə  danışır.  Fövqəladə  dərəcədə  mühümdür  ki,  Zərdüşt  haqqında  bizdən 

daha  çox  biliklərə  malik  olmuş  yunanlar  peyğəmbəri  islahatçı  kimi  qəbul  edirdilər. 

Aqafi  [II,  24]  bunu  tam  müəyyənliklə  təsdiqləyir:  "...O,  (yəni  Zərdüşt  -  məsul  red.) 

əski müqəddəs adətləri dəyişdi və müxtəlif qüsurlu etiqadlar yaratdı". 

Qatların  islah  olunması  habelə  ondan  görünür  ki,  mütəxəssislərin  nüfuzlu 

fikrinə görə, onlar xalq inamlarından çıxmamışdı və ümumiyyətlə nisbətən geniş kütlə 

üçün nəzərdə tutulmuş Kiçik Avestadan fərqli olaraq ruhani elitaya ünvanlanmışdı. 

Yeri  gəlmişkən,  zərdüştilik  təliminin  islahat  məhsulu  olduğunu  Gete  də 

özünün  məşhur  "Divan"ında  dəqiqliklə  qeyd  etmişdir:  "Görünür,  Zərdüşt  ilkin  saf, 

nəcib, təbii dini mürəkkəb mərasim kultuna çevirdi". 

Peyğəmbərin  öz  təlimini  harada  təbliğ  etdiyini  dəqiq  bilinməsə  də,  hər  halda 

İran  yaylasının  qərb  vilayətlərində  artıq  təxminən  e.ə.  I  minilliyin  birinci  yarısında 

zərdüştilik  kimi  adlandırılması  qəbul  edilmiş,  islahata  məruz  qalmış  dini  sistemin 

yayıldığı faktı şübhəsizdir. 

Şübhəsiz,  qədim  İran  dini  və  mifoloji  təsəvvürlərindən  törəmiş  zərdüştilik, 

əlbəttə, onları xeyli, bəzi hallarda isə köklü dəyişikliyə məruz qoydu. 

Zərdüştilik erkən dövlət törəmələrinin  meydana gəldiyi dövrdə  yaranmışdı  və 

həmin  dövrün  ideologiyası  idi.  Zərdüştün  əsasən  Qatlarda  ifadə  olunmuş  moizələri 

qəbilə-tayfa rəhbərlərinin və əski kahinlər kütləsinin əleyhinə yönəldilmişdi. O, xalqın 

həyat  şəraitinin  dəyişdirilməsi,  əkinçilik  əməyinin  və  oturaq  maldarlığın  təntənəsi, 

güclü  hakimiyyət  əsasında  siyasi birləşmə  uğrunda  mübarizə  aparırdı.  Əbəs deyildir 

ki,  Qatlarda  dinc  həyata  və  güclü  hökmdarların  himayəsi  altında  çiçəklənməyə, 

çəkişmələrə və hərbi yürüşlərə, düşmən hakimlərə və drug-un (yalanın) tərəfdarlarına, 

həqiqətin (asa, aqta) antipodu olan kahinlərə qarşı mübarizəyə çağırış vardır. Zərdüşt 

bütün  coşqunluğu  ilə  əkinçiləri  qarət  edən,  onların  mal-qarasını  sürüb  aparan 

köçərilərə  qarşı  mübarizəyə  çağırır.  O,  mal-qaranın  kütləvi,  qanlı  şəkildə  qurban 

edilməsinə qarşı çıxış edir, politeizmi - əski naturalist tanrılara pərəstişi rədd edir. 

Zərdüştiliyin    dini-fəlsəfi    sistemi    üçün    dualizm    daha  çox  səciyyəvidir.  Bu 

dualizm iki başlanğıcın - Xeyirlə Şərin, Həqiqətlə Yalanın, İşıqla Zülmətin bir-birinə 

qarşı  qoyulmasında  ifadə  olunur.  Onların  arasındakı  mübarizə  kosmik  miqyaslar 

alaraq,  vahid  ümumdünya  münaqişəsində  cəmləşərək  bütün  dünya  prosesinin 

məzmununu təşkil edir  və bu prosesdə insan  üçün fəal rol  ayırır. Xeyir qüvvələrinin 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə