TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə129/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   125   126   127   128   129   130   131   132   ...   186

276 

 

başında  Ahura  Məzda  (sonralar  Ahuramazda,  Ormuzd),  şər  qüvvələrinin  başında 



Anhra  Maynyu  (sonralar  Ahriman)  durur.  Zərdüştə  görə,  Şər  düşərgəsinə  düşmüş 

qədim  naturalist  tanrılara-dayvalara  (dev,  div)  qarşı  ali  hakimiyyətə  malik  olan 

tanrılar-ahurlar  durmaqdadırlar.  Zərdüştün  təlimində  bütün  dünya  ikiləşmiş,  ikiyə 

bölünmüş sferalar kimi nəzərdən keçirilir: gerçək, dünyəvi, maddi aləm və ruhani, o 

biri  dünyaya  məxsus  olan  və  xəyali  sferalar.  Əsas  diqqət  dünyəvi  aləmə  yetirilir. 

Zərdüştün dualizmi onun ictimai və təsərrüfat idealının təsdiqinə xidmət edir. Yerdəki 

həyat haqqındakı təsəvvürlər bütün Kainata şamil edilir. Səmalardakı dualizm yerdəki 

dualizmin,  yerdəki  antaqonizmlərin  yalnız  proyeksiyasıdır  (inikasıdır).  Zərdüştiliyin 

nikbin  təliminə  əsasən  həqiqi  inam  tərəfdarlarının  birgə  səyləri  nəticəsində  sonluqda 

xeyir  qələbə  çalır.  Xeyir  qüvvələrinin  zəfərini  ifadə  edən  yeni  dünya  gəlir.  Bu 

mübarizədə seçkisində azad olan insan mühüm yer tutur (İnsan bu mübarizədə istədiyi 

tərəfdə  mövqe  tuta  bilər).  İnsan  Xeyirin,  Həqiqətin  və  İşığın  Şər,  Yalan  və  Zülmət 

üzərində  qələbəsinə  fəal  surətdə  yardım  etməlidir.  "Xeyirli  fikir",  "xeyirli  söz"  və 

"xeyirli  əməl"  bu  mübarizədə  insanın  başlıca  silahlarıdır.  Təlimin  ruhundan  aydın 

olduğu  kimi,  insan  Zülmət  üzərində  qələbəyə  mərasim  və  dualarla  deyil,  daha  çox 

həyat  tərzi  ilə  -  kənd  təsərrüfatında  səylə  məşğul  olmaqla,  maddi  nemətlərin 

artırılması, torpağın çalışqanlıqla becərilməsi, mal-qaraya qayğılı münasibətlə yardım 

etməlidir.  Avestaya  görə,  taxılın  becərilməsi  şər  başlanğıca  zərər  gətirir  və  xeyirin 

işini  10000  duanın  oxunuşu  qədər  irəliyə  aparır.  Adi  xeyirli  əməllər  -  əliaçıqlıq, 

düzlük, müqaviləyə sədaqət də nəzərdə tutulurdu. Asketizm zərdüştilik üçün həmişə 

yad olmuşdur. Nikahda olmamaq, evlənməmək ən ağır günah hesab edilirdi. 

Qatlarda  insan  konsepsiyasını  nəzərdən  keçirərkən  tam  müəyyənliklə 

göstərmək lazımdır ki, Qatlardakı insan-əkinçi və köçəri bədii təxəyyülün mərkəzində 

duran, fəaliyyət göstərən subyekt deyildir: o, Qatların tərtibçisinin diqqət mərkəzində 

duran  tanrıların  yalnız  təsir  obyekti  kimi  mövcuddur.  İnsanlar  arasında  Qatların 

tərtibçisini  yalnız  hökmdarlar,  rəhbərlərin,  hakimlərin  və  kahinlərin  "fövqəlinsan" 

Surətləri  cəlb  edir.  Əgər  "zəif  insan"  fəallığa  cəlb  olunursa,  bu  halda  həmin  insan 

yalnız  tanrıların  xidmətçisi,  səma  və  dünyəvi  qüvvələrin  iradəsinin  icraçısı  rolunda 

olur.  İnsana  xeyirli,  habelə  tanrılara  xidmət  edən  və  onlar  tərəfindən  himayə  olunan 

mal-qaradan bir qədər yuxarıda yer verilir. 

Beləliklə,  Qatlarda  insan  konsepsiyası  özünün  bütün  ibtidai  sadəlövhlüyü  ilə 

artıq  insanı  bu  dünyanın  və  səmanın  güclülərinə  xidmət  üçün  yaranmış  varlıq  kimi 

qiymətləndirən  dini  traktovkadır.  Buradakı  insan  öz  mənafeyi  naminə  fəaliyyət 

göstərən  varlıq  deyil,  (mal-qara  kimi)  onun  üzərində  durmuş  dünyəvi  və  yüksək 

hakimiyyət tərəfindən himayə olunan gerçəklikdir [ İ . S . B r a g i n s k i ] .  

"Avesta"da  dövlətçiliyin  təşəkkülü  dövründə  yaranmış  xeyirxah  hökmdar 

haqqındakı  xalq  arzusu  da  xeyli  dərəcədə  əks  olunmuşdur.  Qatlarda  borcu  əkinçilik 



277 

 

vilayətlərinə basqın edən düşmənləri qovmaqdan və "sevincli məskənlər üçün dinclik 



gətirməkdən" (Yasna, 48,5 və b.) ibarət olan xeyirxah hökmdarlardan danışılır. 

"Avesta"nın panteonundan danışarkən qeyd etmək  lazımdır ki,  ari tayfalarda, 

görünür, hələ çox qədim zamanlarda tanrıların iki tipi - devlər və asuralar (iranlılarda 

"ahura")  mövcud  idi.  Zərdüştiliyin  səma  iyerarxiyasında  Ahura  Mazdadan  sonra  ali 

pilləni  Ameşa  Spentlər  (Ölməz  müqəddəslər)  adlandırılan  və  ali  tanrının  ruhları  -

köməkçiləri  olan  tanrıların  altılığı  və  yaxud  yeddiliyi  (sonralar  onların  sayı  artıb-

azalır)  tutur.  Burada  mahiyyətcə  yeddi  tanrılı  panteonun  qədim  hind-İran  sxemi 

təkrarlanır.  Ameşa  Spentlərdən  beşinin  hind  (veda)  mifologiyasında  bənzəri  vardır. 

Hər  bir  Ameşa  Spent  fərqləndirici  rəmz  kimi  öz  çiçəyinə  -  müşklü  qızılgülə, 

yasəmənə, zanbağa və s. malik idi. 

Ameşa  Spentlərdən  sonra  qalan  tanrılar  -  yazatlar  (ibadət  olunanlar,  pərəstiş 

olunanlar)  gəlirdi.  Mitra  (hərfən:  "müqavilə",  "razılıq"  deməkdir)  qədim  hind-İran 

müqavilə  tanrısıdır  və  yazatlar  arasında  ən  çox  pərəstiş  olunandır.  O,  Günəş  tanrısı 

kimi də çıxış edirdi. Sonralar Mitraya pərəstiş fövqəladə dərəcədə geniş şəkildə, hətta 

Qərbdə yayıldı. 

Ardvisura  Anahita  ("Güclü,  qüsursuz  Ardvi"),  Veretraqna,  Mah  və  başqa 

tanrılar çox məşhur idilər. 

Su və məhsuldarlıq ilahəsi olan Ardvisura Anahita "Avesta"da torpağa bərəkət, 

mal-qaraya  və  insanlara  məhsuldarlıq  verən  güclü,  gözəl,  cavan  qadın  kimi  təsvir 

edilir. Müharibə və qələbə tanrısı olan Veretraqna (pəhləvicə Varhran, farsca Bəhram) 

mənşəcə hind-İran ümumiliyi dövrünə gedib çıxır. 

Mah Ay tanrısı idi. 

İdrak,  Dünya,  zərdüştilikdəki  İnam  ("dayna",  yəni  "din",  "inam"  sözü  də  bu 

anlayışdan törəmişdir) tanrı görkəmində təqdim olunur. 

Zərdüştilikdə  xeyli  qədimlərdən  gələn  Oda  sitayiş  mühüm  yer  tuturdu.  Od 

(Atar, sonralar  Azər) ilahi  ədalətin-Artanın ("Avesta"da Aşa) ifadəsi və  yaxud rəmzi 

kimi nəzərdən keçirilir. 

Zərdüştün  təlimi  haqqında  mülahizələrimizə  yekun  vuraraq  tam  qətiyyətlə 

göstərmək  lazımdır  ki,  İran  yaylasının  qərb  vilayətlərində  və  xüsusilə  Cənubi 

Azərbaycanda  yayılan  qədim  mazdaist  təlimlərdən  nəşət  edən,  bütün  Avesta  üzrə 

qırmızı  xətlə  keçərək,  zərdüştinin  bütün  dünya  duyumuna  nüfuz  edən  dualizm  artıq 

e.ə. I minilliyin lap başlanğıcında Zərdüştün islah etdiyi (öz inikasını qatlarda tapan) 

dini sistemdə monoteizmə (yəni həqiqi mənada ali tanrı Ahura Məzdaya olan inama) 

meyllə  uyuşur.  Ola  bilər  ki,  buna  görə  də  Zərdüştü  bəşəriyyət  tarixində  təkallahlılıq 

ideyasının ilk təbliğçilərindən biri, Qatlarda izhar olunmuş zərdüştiliyi isə  monoteist 

dinin yaradılmasının ilkin cəhdlərindən hesab etmək lazımdır. 

Zərdüştiliyin  təşəkkülündə  əski  mazdaist  dinlərindən  başqa  zurvanizm, 

"maqların təlimi" və bəzi başqa təlimlər müəyyən rol oynamışdır. İran yaylasının qərb 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə