TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə13/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   186

28 

 

Açıq  səma  altında  özünəməxsus  şəkil  qalereyası  olan  Qobustan  qayaüstü 



təsvirləri  kompleksi  mezolit,  neolit  və  sonrakı  dövrlər  incəsənətinin  görkəmli 

abidəsidir.  Qobustan  zonasında  aparılan  qazıntılar  bölgədə  mezolit-neolit  dövrünü 

daha yaxşı təsəvvür etməyə imkan verir. 

E.ə.  VI  minilliyin  ortalarına  yaxın  Azərbaycan  və  bütün  Zaqafqaziya 

ərazisində  tədricən  Ön  Asiya  tipli  oturaq  əkinçilik  mədəniyyəti  formalaşır  -  insanın 

artıq  təbii  misdən  istifadə  edib  ondan  alət,  silah  və  bəzək  hazırladığı  eneolit  dövrü 

başlanır. 

Bütün Azərbaycan ərazisinə səpələnmiş "yaşayış təpələri" tipli onlarla eneolit 

məskənləri  bizdə  qonşu  vilayətlərlə  sıx  surətdə  əlaqədar  olan  sakinlərin  təsərrüfatı, 

mədəniyyəti və müəyyən dərəcədə ictimai münasibətləri haqqında kifayət qədər aydın 

təsəvvür yaradır. 

Eneolit  məskənlərinin  materialları  o  dövrdə  Azərbaycan  ərazisində  yaşamış 

əhalinin  böyük  tərəqqiyə  nail  olduğuna  dəlalət  edir.  Eneolit  dövrü  ilə  cildin  birinci 

bölməsi sona çatır. 

İ k i n c i  bölmə- "Azərbaycan ərazisində tunc dövrü. İbtidai icma quruluşunun 

dağılması"  -  təxminən  iki  minillik  bir  dövrü  (e.ə.  IV  minilliyin  ikinci  yarısı  -  II 

minilliyin sonu) əhatə edir. 

Tunc  dövrünün  arxeoloji  materialları  zəngin  və  misilsiz  möhtəşəmliyi  ilə 

fərqlənən,  əkinçilik  və  maldarlığın,  habelə  dulusçuluq  və  metal  emalının  coşqun 

inkişafı  əsasında  məhsuldar  qüvvələrin  səviyyəsinin  xeyli  yüksəldiyinə  dəlalət  edən 

qədim  mədəniyyətləri  bizə  çatdırmışdır.  Əhalinin  xeyli  artması,  ilk  böyük  tayfa 

ittifaqlarının  meydana  çıxması  kəskin  surətdə  nəzərə  çarpır;  hərbi  toqquşmalar  daha 

tez-tez baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır. 

O dövrün iqtisadiyyatında aparıcı rol əkinçiliyə məxsus idi. 

Təsərrüfat  həyatının  yüksəlişi  öz  növbəsində  xammal  ehtiyatlarının  daha 

intensiv surətdə istismarını stimullaşdırdı. Dağ-mədən işi, metal emalı, saxsı istehsalı, 

toxuculuq və bir çox başqa sənətkarlıq sahələri coşqun surətdə inkişaf edir. 

Tunc dövrü özü ilə birlikdə çoxlu mühüm dəyişikliklər gətirmişdir. Bu dövrdə 

maldarlığın  xeyli  inkişaf  etməsi  və  dağ-mədən  sərvətlərinin  istismarı  hesabına  ayrı-

ayrı  şəxslərin  və  ailələrin  əlində  böyük  sərvət  toplanır  ki,  bu  da  sosial  və  əmlak 

təbəqələşməsinin  dərinləşməsinə  gətirib  çıxarır.  Bu  dövrdə  müharibə  maldarlıq  və 

əkinçiliklə yanaşı, Azərbaycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir. 

Tunc dövründən etibarən Azərbaycan ərazisinin bir hissəsi öz əhalisi - kutilər, 

lullubilər, hurrilər və b. ilə birlikdə Şumer-Akkad yazılı qaynaqları orbitinə düşür. 

Kifayət  qədər  çoxlu  arxeoloji  materiallar  orta  və  son  tunc  dövründə  

Azərbaycan  ərazisində  təbəqələşmənin  kəskin  surətdə dərinləşdiyinə, ibtidai icma 

quruluşunun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir. 

Bu bölmənin sonunda Azərbaycan əhalisinin etnik tərkibi nəzərdən keçirilir. 




29 

 

Ü  ç  ü  n  c  ü  bölmə  -  "Azərbaycan  ərazisində  ilk  dövlətlər"  adlanır.  Burada 



müxtəlif  yazılı  qaynaqlardan  istifadə  edilmişdir.  Bu  dövr  tarixinin  öyrənilməsində 

mühüm rol həm də arxeoloji materiallara məxsusdur. 

Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu 

bölgədə  ilk  böyük  dövlətin  -  Manna  dövlətinin  tarixinə,  Mannanın  şəhərlərinə  və 

şəhər  məişətinə,  mədəniyyətinə  həsr  edilmişdir.  E.ə.  VIII  əsrin  sonu  -  VII  əsrin 

əvvəllərində Manna bu dövrün ən qüdrətli dövlətlərindən birinə çevrilir. 

Yadelli qəsbkarlara qarşı mübarizəyə bölmədə xeyli yer verilir. 

Mannanın  madalılar tərəfindən qəsb edilməsi ilə  əlaqədar məsələlər nəzərdən 

keçirilir.  Bu  dövrdən  etibarən  bir  sıra  əsrlər  ərzində  Mada  etnik  elementi  bölgədə 

mühüm rol oynamış, yerli tayfalar tədricən qəsbkarlarla qovuşmağa başlamış, bununla 

da bu ərazidə yeni etnik birliyin - atropatenalıların əsası qoyulmuşdur. 

Bölmə  İran  Əhəməni  dövlətinin  tərkibinə  daxil  olmuş  o  dövr  Azərbaycan 

tarixinin işıqlandırılması ilə başa çatır. 

D  ö  r  d  ü  n  c  ü  bölmə  -  "Hellinizm  dövründə  Azərbaycan  ərazisində  dövlət 

qurumları" adlanır. 

Bölmənin iki fəsli Mada Atropatenasına, onun etnik, təsərrüfat, siyasi, mədəni 

tarixinə,  habelə  dininə  həsr  edilmişdir.  Qeyd  olunur  ki,  e.ə.  IV  əsrin  son  rübünün 

başlanğıcında  keçmiş  fars  canişini  Atropat,  -  öz  mənşəyinə  görə  onun  madalı 

olduğunu  güman  etməyə  əsas  var  -  əsasən  Cənubi  Azərbaycan,  İran  Kürdüstanı  və 

qismən də müasir Azərbaycan Respublikası ərazisində yerləşmiş yeni dövlətin - Kiçik 

Madanın müstəqil hökmdarına çevrilir. Sonralar bu şahlıq tez-tez öz banisinin adı ilə 

Atropatena adlandırılırdı. 

"Azərbaycan"  məfhumunun  özü  də  məhz  Aropatena//  At

a

/



u

rpatakanla 

əlaqədardır.  "Azərbaycan"  adı  öz  kökü  ilə  bu  dövrə  gedib  çıxır  və  qədim 

At

a



/

u

rpatakanın qanunauyğun dəyişmiş formasıdır. 



Sonuncu üç  fəsil antik Qafqaz  Albaniyasının  ərazi hüdudlarının  və  əhalisinin 

nəzərdən  keçirilməsinə,  onun  təsərrüfat  həyatına,  sosial  münasibətlərinə,  siyasi 

tarixinə və mədəniyyətinə həsr olunub. 

Alban  dövlətinin  meydana  çıxmasına,  Albaniyadakı  şəhərlərə,  ticarət,  pul 

dövriyyəsinə,  mədəniyyətə,  albanların  qonşularına,  Parfiya  və  Romaya  qarşı 

mübarizəyə xeyli yer verilmişdir. 

Bizi  maraqlandıran  ərazi  sakinlərinin  inkişaf  prosesi  minilliklər  boyu  qonşu, 

bəzən  isə  uzaq  ərazilərdə  yaşayan  əhalinin  tarixi  ilə  sıx  əlaqədar  getmişdir. 

Azərbaycanın ən qədim və qədim tarixi Zaqafqaziyanın digər rayonları, Qafqaz, Kiçik 

Asiya,  Mesopotamiya,  İran,  Orta  Asiya  və  Cənubi  rus  çölləri  sakinlərinin  tarixi  ilə 

qırılmaz surətdə bağlıdır. Ona görə də diyarımızın tarixini şərh edərkən bu ərazilərdə 

məskunlaşmış tayfa və xalqların da tarixinə toxunmalı olmuşuq. 






Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə