TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə130/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   126   127   128   129   130   131   132   133   ...   186

278 

 

vilayətlərində,  əlbəttə,  əvvəllər  də  ona  bənzər  təlimlərin  -  mazdaizmin,  dualizmin, 



atəşpərəstliyin  və  bir  çox  başqa  baxışların  mövcud  olduğu  Cənubi  Azərbaycanda  da 

zərdüştilik  şübhəsizdir  ki,  e.ə.  I  minilliyin  başlanğıc  əsrlərində  yayılmağa 

başlanmışdı.  Görünür,  təxminən  e.ə.  I  minilliyin  ikinci  rübündə  (görünür,  bu  rübün 

axırında)  burada  yayılmış  zərdüştiliklə  yəhudi  və  hellin  aləmi  tanış  olmağa 

başlamışdı. Tezliklə Zərdüşt Qərb tərəfindən "oğulluğa" qəbul edildi. 

Qərbin  görkəmli  müasir  iranşünaslarından  biri  zərdüştiliyin  rolunu  bu  cür 

qiymətləndirir:  "Zərdüştilik  dünya  vəhy  dinlərindən  ən  qədimidir  və  görünür,  o, 

bilavasitə və yaxud vasitəli şəkildə bəşəriyyətə hər hansı başqa dinə nisbətən daha çox 

təsir göstərmişdir" [M e r i  B o y s ] .  

Zərdüştilik  və  onunla  bağlı  olan  dini-fəlsəfi  sistemlər,  şübhəsiz,  iudaizmə  və 

erkən  xristianlığa  müəyyən  təsir  göstərmişdir.  İudaizm  və  erkən  xristianlıq 

zərdüştilikdən bir çox "hakim" konsepsiyaları əxz etmişdir. Zərdüştiliyin yunan fəlsəfi 

fikrinin bir çox nümayəndələrinə də böyük təsiri olmuşdur. 

Dövlət  və  ehkam  (doqmatik)  dini  kimi  zərdüştilik  Sasanilər  hakimiyyəti 

dövründə  qəti  surətdə  təşəkkül  tapmışdır.  Həmin  dövrdə  "Avesta"  mətnləri 

kodifikasiya (bir daha - ?) edilmişdir. 

Sonrakı zərdüştilik ənənəsi iddia edir ki, Zərdüşt əslən Cənubi Azərbaycandan 

idi.  Orta  əsrlərin  bir  çox  müsəlman  müəllifləri  də  Azərbaycanı  inadla  peyğəmbərin 

vətəni adlandırırlar. 

Zərdüştün  vətəninin  Azərbaycanda  lokallaşdırılmasının  səbəbini  Sasanilər 

monarxiyasının bu vilayətin ehkamçı zərdüştilik tarixində oynadığı mühüm rolla izah 

etmək  lazımdır.  Müxtəlif  sarsıntılara  baxmayaraq,  Sasanilər  dövründə  bütün  İranın 

başlıca,  dövlət  əhəmiyyətli  müqəddəs  yerləri  (şahın  ziyarət  etdiyi  Adurquşnast 

atəşpərəstlik  məbədi,  hökmdarın  və  hərbçilər  zümrəsinin  məbədi)  Cənubi 

Azərbaycanda yerləşirdi. Burada habelə "yanar kömürləri" və "çoxsaylı maqları" olan 

bir çox başqa  məbədlər də  cəmləşmişdi.  Orta  əsr  müəlliflərinin  məlumatlarına  görə, 

bu səcdəgahlardan çoxusu hələ "Zərdüştə qədərki dövrdə" mövcud idi. Güman etmək 

olar ki, Avesta kanonunun qəti surətdə formalaşdırılması da burada baş vermişdi. Və 

nəhayət,  Sasanilər  dövründə  bu  vilayət  zərdüştiliyin  və  zərdüşti  kahinliyinin  dayaq 

məntəqəsi  idi.  Bütün  bunlar  göstərilən  dövrdə,  bəlkə  də  erkən  zamanlarda  zərdüşti 

Cənubi  Azərbaycanın  böyük  rolunu  və  əhəmiyyətini  təsdiq  etsə  də,  lakin  hər  halda 

bunlar Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni kimi tanımağa imkan vermir. 

Zərdüştilik  ərəb  işğalından  sonrakı  3-4  əsr  ərzində  də  mühüm  rol  oynamışdır. 

Pəhləvi  dilindəki  zərdüştilik  ədəbiyyatının  bir  çox  əsərləri,  xüsusilə  zərdüştiliyin 

ensiklopediyası  olan  Denkart  məhz  bu  zaman  yazılmışdı.  Zərdüştilik  ideyaları 

məzdəkilərin  və  babəkilərin  ideologiyasına  böyük  təsir  göstərmişdir.  Zərdüştilik 

problemləri 

yeni 


dövr 

alimlərinin 

də 

əqlini 


həyəcanlandırmış 

və 


həyəcanlandırmaqdadır. 


279 

 

Qədim  İran  inamları,  etiqadları  haqqında  yuxarıda  bütün  deyilmişləri 



yekunlaşdıraraq demək lazımdır ki, Atropatena zərdüştiliyi qədim İran dini  təlimlərinin 

tarixində  mühüm  mərhələlərdən  biri  idi.  Sasanilər  hakimiyyəti  dövründə  Atropatena  bir 

neçə əsr ərzində zərdüştiliyin istinadgahına çevrilmişdi. 

 

 




280 

 

IV   F Ə S İ L  



 

ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ. 

TƏSƏRRÜFAT HƏYATI. ĠCTĠMAĠ MÜNASĠBƏTLƏR 

VƏ SĠYASĠ QURULUġ 

 

Qədim  Albaniyanın  ərazisi  və  əhalisi.  "Albaniya"  və  "albanlar"  tarixi 

Azərbaycanın  əsasən  şimal  vilayətlərini  əhatə  edən  ölkənin  və  həmin  ölkədə  yaşayan 

xalqın  antik  mənbələrdən  məlum  olan  adlarıdır.  Bir  çox  hallarda  elmi  və  kütləvi 

ədəbiyyatda bu ölkəni Qafqaz Albaniyası da adlandırırlar. 

Antik  dövrün  bir  qismini  və  erkən  orta  çağların  bir  neçə  yüzilliyini  əhatə  etmiş 

Albaniya  dövrü  Vətənimizin  tarixində  böyük  və  çox  mühüm  mərhələdir.  Albanlar  orta 

əsrlərdə  onların  torpaqlarına  gətirilmiş  türk  dilini  qəbul  etmiş  və  yeni  türkdilli  xalqa 

çevrilmiş  müasir  azərbaycanlıların  bilavasitə  əcdadlarından  biridir.  Şübhəsizdir  ki, 

azərbaycanlılar  alban  mədəniyyətinin,  albanlar  tərəfindən  yaradılmış  və  akkumulyasiya 

edilmiş bütün dəyərlərin varisləridir. 

Antik  və  erkən  orta  əsr  müəlliflərinin  məlumatlarına  əsasən,  alban  tayfalarının 

məskunlaşdıqları ərazi qədimlərdə cənubda Araz çayı və Talış dağlarından, şimalda Böyük 

Qafqaz  bərzəxinin  şimal-şərq  qollarınadək  uzanırdı.  Strabonun  göstərdiyi  kimi,  albanlar 

"iberlərlə  Kaspi  dənizi  arasında"  yaşayırdılar.  Ptolomeyə  görə,  Albaniya  "Şimalda 

Sarmatiyanın bir qismi ilə, Qərbdə İberiya ilə, Cənubda Böyük Ermənistamn bir qismi 

ilə" həmsərhəd idi. 

Dövlətlərin siyasi sərhədlərinin sabit olmamasına və bir çox hallarda dəyişməsinə 

baxmayaraq,  ümumiyyətlə,  hesab  etmək  olar  ki,  alban  tayfalarının  məskunlaşdıqları 

torpaqlar  hellinist-Roma zamanında,  yəni  Alban dövlətinin  meydana  gəlməsi dövründə 

və mövcudluğunun ilk yüzilliklərində müasir Azərbaycan Respublikasının bütün ərazisini 

və Dağıstanın cənub bölgələrini əhatə edirdi. 

Albaniyanın  təbii  şəraiti  böyük  rəngarəngliyi  ilə  fərqlənir:  dağlar,  vadilər, 

çəmənliklər,  çoxsaylı  çaylar  və  xırda  çaylar.  Ölkə  məhsuldar  torpaqlarla  və  faydalı 

qazıntılarla  zəngindir.  Burada  neft,  təbii  qaz,  dəmir,  qurğuşun,  mis,  daş  duz,  mineral 

bulaqlar və bir çox

 

digər sərvətlər vardır. 



Bitki və heyvanlar aləmi zəngindir. Burada Eldar şamı, dəmirağac, palıd, çinar 

və  s.  mövcuddur.  Meyvə  bağları,  saysız-hesabsız  üzümlüklər,  əncir  vardır.  Burada 

zanbaq, ayıdöşəyi, qərənfil, qızılgül, zəfəran, bir çox dərman bitkiləri və s. bitir. 

Burada xeyli heyvan yaşayırdı və yaşamaqdadır: ceyran, tur dağkeçisi, bezoar 

keçiləri,  ayı,  qaban,  canavar,  tülkü,  dovşan  və  s.  Quşlar  aləmindən  kəkliyi,  turacı, 

qırqovulu  və  s.  xatırlatmaq  lazımdır.  Kaspi  dənizində  və  ölkənin  çaylarında  çoxlu 

müxtəlif balıq vardı. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə