TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə134/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   130   131   132   133   134   135   136   137   ...   186

287 

 

Albaniyada  Sakasena  (erməni  mənbələrinə  görə  -  Şakaşen)  vilayəti  vardı. 



Vilayətin  adı  buraya  gəlmiş  irandilli  sakların  adındandır.  Onların  qohumları  olan 

kambocilər  və  yaxud  onların  hansısa  qrupları  Sakasena  yaxınlığında  məskunlaşmışdılar. 

Həmin  vilayət  onların  adı  ilə  Kambüsena  (gürcü  mənbələrində  Kambeçovani,  erməni 

mənbələrində Kambeçan adlanır) adlanmağa başlandı. Eramızın ilk əsrlərində Kaspisahili 

zolaqda Maskut çarlığı və b. meydana gəldi. 

Görünür ki, Qafqaz Albaniyasının tarixində Parfiya elementinin əhəmiyyəti burada 

I  əsrdən  etibarən  hakim  olmuş  Arşakilər  sülaləsinin  Parfiya  mənşəli  olması  ilə  heç  də 

məhdudlaşmır.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Albaniyadakı  Parfiya  Arşakiləri 

tezliklə əsil alban Arşakilərinə çevrilmişdilər. 

Lakin bütün hallarda tam müəyyənliklə demək lazımdır ki, bir çox əsrlər ərzində 

Cənubi  Qafqazın  cənub-şərq  vilayətlərinə  gəlmiş  irandilli  tayfalar  Qafqaz  Albaniyası 

zəminində  etnik  fasiləsizliyi  qıra,  ölkənin  avtoxton  əhalisini  assimilyasiyaya  uğrada 

bilmədilər. Antik və erkən orta əsrlər dövründə alban etnosunun və onun mədəniyyətinin 

mövcudluğu bunun mübahisəsiz sübutudur. 

Ola bilər ki, eramızdan əvvəlki son 2-3 əsrdə Albaniyaya yunan əhalisinin hansısa 

qrupları daxil olmuşdular. 

III-IV  əsrlərdə  erkən  türkdilli  tayfalar  Albaniyaya  daxil  olmağa  başladılar. 

Sonralar bu  tayfalar başqa türkdilli tayfalarla birlikdə  ölkə  sakinlərinin dil görkəminin 

dəyişməsində həlledici rol oynadılar. 

Albaniya  və  albanlar  haqqında  bütün  bildiklərimiz  bizə  deməyə  əsas  verir  ki, 

albanlar  ola  bilsin,  artıq  e.ə.  V  əsrə  doğru,  hər  halda  e.ə.  IV  əsrdən  gec  olmayaraq, 

Qavqamela döyüşündə farsların tərəfində iştirak etdikləri zaman tarix səhnəsinə qədəm 

qoymuşlar. 

Arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  dəlillər  bütövlükdə  eramızdan 

əvvəl  I  minilliyin  II  yarısının  və  eramızın  ilk  əsrlərinin  Albaniyasını  kifayət  dərəcədə 

inkişaf etmiş oturaq  maldarlıq-əkinçilik təsərrüfatına, sənətkarlıq istehsalına və ticarətə 

malik  olmuş  vilayət  kimi  təsvir  edir.  Lakin  Albaniyanın  ayrı-ayrı  bölgələrində  köçəri 

əhali qrupları da yaşayırdılar. 



Əkinçilik. Bağçılıq. Üzümçülük. Antik müəlliflər Albaniya kənd təsərrüfatının 

mənzərəsi haqqında müəyyən məlumat verir. 

Məsələn,  Strabon  əkinçilik  barəsində  yazır  ki,  albanlar  "həm  cürbəcür  (yabanı) 

meyvələr,  həm  də  insanın  yetişdirdiyi  [meyvələr]  verən  torpaqdan  da  lazımi  dərəcədə 

istifadə etmirlər. Burada həmçinin həmişəyaşıl [bitkilər] yetişir... bir dəfə toxum səpilən 

torpaq bəzən iki və ya üç dəfə məhsul verir. Birinci dəfə hətta əlli qat məhsul yığırlar. 

(Bu  zaman  torpaq  [herikə]  qoyulmur)  və  hər  hansı  dəmir  (kənd  təsərrüfatı)  alət(i)  ilə 

deyil, adi ağacdan düzəldilmiş  xış ilə  şumlanır. Çayların  suları və  başqa  sular bütün 

düzənliyi Babil və Misirdən xeyli yaxşı suvarır, belə ki, [düzənlik] daim zəngin otlaq 



288 

 

görkəmində  olur,  buna  görə  də  bərəkətlidir.  Üstəlik,  burada  hava  da  oradakından 



yaxşıdır". 

Qədim  coğrafiyaşünas  başqa  bir  yerdə  qeyd  edir  ki,  albanlar  və  iberlər  "münbit 

torpağa malikdirlər və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər". Biz Strabonda əkinçilik 

üçün  yararsız  ərazi  haqqında  da  işarələrə  rast  gəlirik.  Məsələn,  o  yazır  ki,  İberiyadan 

Albaniyaya  gedən  yol  "Kambüsenadan  suyu  qıt  olan  dərə-təpəlik  ərazidən  keçir".  Bu 

"dərə-təpəlik", eyni zamanda suyu qıt olan ərazidə, əlbəttə, əkinçilik inkişaf edə bilməzdi. 

Strabonun  yuxarıda  gətirilən  məlumatı  ilə  əlaqədar  olaraq,  ağac  xışın  xatırladılması 

maraq doğurur, ədəbiyyatda onu ağac kotan da adlandırırlar. Məlum olduğu kimi, ağac xış 

qədim  Şərqin  hər  yerində  geniş  yayılmışdı  və  Albaniya  bu  baxımdan  heç  də  istisna 

deyildi. 

Ağac kotan  əsasən elə bir dəyişikliyə  uğramamış, ilkin formasını bizim günlərə 

qədər saxlamışdır. Ağac xış əkinçilərin əməyini yüngülləşdirir və əmək məhsuldarlığını 

artırırdı.  Torpaq  təkcə  təsvir  edilən  üsulla  deyil,  həm  də  qəbirlərdə  arxeoloqlar 

tərəfindən  izləri  qeydə  alınmış  müxtəlif  çeşidli  alətlərlə  şumlanırdı.  Məsələn, 

katakombalar  qazılanda  torpaq  işləri,  yəqin  ki,  kürəklə  görülürdü.  Spesifik  formalı 

Azərbaycan kürəyini xatırladan başqa bir alət - bel haqqında da məlumat vardır. Bu cür alət 

Albaniyanın hüdudlarından kənarda da aşkar edilmişdir. 

İrriqasiya haqqında da bizə  bəzi məlumatlar gəlib çatmışdır. Məsələn, "çayların 

suları və başqa sular ilə" Albaniya ərazisinin suvarılması haqqında Strabonun məlumatı 

maraq  doğurur.  Tədqiqatçıların  haqlı  olaraq  qeyd  etdikləri  kimi,  Strabon  "başqa  sular" 

deyəndə,  ehtimal  ki,  irriqasiya  sistemini  -  kəhrizləri  və  kanalları  nəzərdə  tutmuşdur. 

Azərbaycan  ərazisində  hələ  qədim  zamanlarda  tikilmiş  irriqasiya  qurğularının  mövcud 

olması çoxdan məlum idi. Yerli əhali bu kanalların bir hissəsindən indi də istifadə edir. 

Qədim Qafqaz Albaniyasında Gəncə yaxınlığında Şəmkir çayının subasarında kəhriz 

sisteminin mövcud olması qeydə alınmışdır. Hazırda Azərbaycan kəndlərində kəhrizlərdən 

istifadə  olunur,  yaxın  keçmişdə  Bakıda,  Gəncədə,  Şəmkirdə,  Naxçıvanda  və  başqa 

şəhərlərdə əhali kəhrizlərdən istifadə edirdi. Strabonun dediklərinə, habelə arxeoloji və 

etnoqrafik  məlumata  əsaslanaraq  belə  bir  fərziyyə  söyləmək  olar  ki,  qədim 

Azərbaycanın  əhalisi  becərilən  torpaqlarda  irriqasiya  məqsədləri  üçün  kanallardan  və 

kəhrizlərdən  istifadə  etmişdir,  bu  isə  əkinçilik  təsərrüfatı  səviyyəsinin  nisbətən  yüksək 

olması şəraitində mümkündür. 

Kənd  təsərrüfatında  tərəqqi  yeni  əmək  alətləri  və  yeni  əmək  vərdişləri  ilə  bağlı 

idi. Qazıntı zamanı çoxlu biçin aləti tapılmışdır. Torpaq və küp qəbirlərdə, habelə çiy kərpic 

türbələrdə dəmir oraqlar və biçində işlədilən oraq şəkilli bıçaqlar aşkar edilmişdir. Arxeoloji 

ədəbiyyatda küp və katakomba qəbirlərindən, habelə Mingəçevirin ilk və orta əsrlərə aid 

məskənlərindən tapılmış dəmir oraqlar məlumdur. 

Məlumdur  ki,  Azərbaycanda  həm  bərk,  həm  də  yumşaq  buğda  əkilirdi.  Bərk 

buğda  dəninin  və  ununun  Mingəçevirdə  aşkar  edilmiş  qalıqları  həmin  vaxtlara  aiddir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə