TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə135/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   131   132   133   134   135   136   137   138   ...   186

289 

 

Qaratəpədə  eramızdan  əvvəl  I  minilliyin  sonuna  aid  keramika  əşyalarında  buğda  və 



darının  qabarıq  təsvirləri  vardır.  Kür  çayının  solsahil  qəsəbələrində  arpa  dəninin 

qalıqları  aşkar  edilmişdir.  Mingəçevirdə  buğda  və  arpa  qalıqları,  Xınıslıda  isə 

kömürləşmiş  buğda  və  arpa  dənləri  aşkar  olunmuşdur.  Buğda  yumşaq  və  bərk  sortlara 

mənsubdur,  arpa  altıcərgəlidir.  Həm  yumşaq,  həm  də  bərk  buğdanın  ayrı-ayrı  növləri 

Azərbaycanın müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Küp qəbirlərdə buğda 

və  arpa  qalıqları,  həmçinin  gümüşü  rəngli  kəpək  şəklində  darı  tapılmışdır.  Gətirilən 

faktlar göstərir ki, Azərbaycan ərazisində hələ ilk vaxtlardan buğda və arpa yetişdirilmiş, 

darı isə güman ki, nisbətən sonralar əkilməyə başlanmışdır. 

Daha erkən arxeoloji material və etnoqrafik məlumat belə güman etməyə əsas verir 

ki,  alban  əkinçiləri  kənd  təsərrüfatı  işləri  zamanı  taxıl  döyümünün  hər  üç  üsulundan, 

habelə  sovuruq  ata-ata  dən  təmizləmək  üsulundan  istifadə    etmişlər.    Taxılın 

çoxaldılması anbarlar yaradılmasını tələb edirdi. Ən qədim zamanlardan Azərbaycanda 

taxılı  saxlamaq  üçün  quyulardan  və  küplərdən  istifadə  olunurdu.  Hələ  Roma  yazıçıları 

aqronomiyaya  dair  risalələrində  göstərirdilər  ki,  taxılı  saxlamağın  yayılmış  üsullarından 

biri onun quyularda saxlanılması idi. Məsələn, Luki Kolumella (I əsr) yazırdı ki, "heç bir 

anbar  olmayanda  bəzi  dənizaşırı  əyalətlərdə  edildiyi  kimi,  taxılı  torpaqda  saxlamaq 

[lazımdır]...". Taxıl saxlanılan xüsusi quyular haqqında başqa məlumat da var. Məsələn, 

Plini göstərir ki, "taxılı quyularda saxlamaq daha münasibdir... hər şeydən əvvəl quyular 

quru torpaqda qazılsın, sonra dibinə saman döşənsin; daha sonra oraya taxıl doldurulur...". 

Arxeoloji materialın öyrənilməsi göstərir ki, əkinçi əhali taxıl ehtiyatını iri gil küplərdə də 

saxlayırdı.  Mingəçevirin  qədim  xarabalığında  yerə  basdırılmış  iri  təsərrüfat  küpləri, 

quyularda  darı,  arpa  və  buğda  qalıqları  ilə  yanaşı,  emal  edilmiş  kənd  təsərrüfatı 

məhsulları da var idi. Maraqlıdır ki, quyuların birindən təqribən 15 kiloqram un tapılmışdır. 

Qabların birində buğda unundan yoğrulmuş xəmir aşkar edilmişdir. Dəfn adətləri ilə bağlı 

adi  iri  küplərdə  şərab,  taxıl  və  başqa  əkinçilik  məhsulları  saxlanılırdı.  Xınıslıda  yerə 

basdırılmış  bir  təsərrüfat  küpü,  habelə  bir  neçə  quyu  aşkar  olunmuşdur.  Albaniyaya 

qismən daxil olan qonşu Dağıstanda da taxıl və şərab saxlanılan iri gil qablar tapılmışdır. 

Kənd  təsərrüfatı  məhsullarının  emalında  işlədilən  alətlər  taxıl  istehlakının 

səviyyəsini göstərir. Əhali dən daşlarından geniş istifadə edirdi. Dən daşlarından əlavə, əl 

dəyirmanları  da  aşkar  olunmuşdur.  Yaloylutəpədə  qazıntı  sahələrinin  birində  iki  əl 

dəyirmanı  daşı  tapılmışdır.  Görünür,  əl  dəyirmanı  eramızdan  əvvəl  I  minilliyin  son 

əsrlərinə  aiddir.  Eramızın  I  əsrinə  aid  olan  əl  dəyirmanı  Xınıslı  kəndində  tapılmışdır. 

Maraqlıdır ki, Yaloylutəpədə və Xınıslıda aşkar edilmiş əl dəyirmanı daşlarının diametri və 

qalınlığı  eynidir.  O  zaman  Azərbaycan  ərazisində  təkcə  əl  dəyirmanları  deyil,  su 

dəyirmanları da vardı. 

Bağçılığa dair qaynaqlar nisbətən məhduddur. Strabon məlumat verir ki, Albaniya 

torpağında ağaclar becərilir; həmişəyaşıl bitkilər haqqında da məlumat verilir. 



290 

 

Strabon, məsələn, Araz vadisindən, habelə Sakasena və Qoqarenadan danışanda 



göstərir  ki,  "bütün  bu  ölkə  cır  meyvələrlə  və  insan  tərəfindən  yetişdirilən  ağacların 

[meyvələri]  və  həmişəyaşıl  [bitkilər]  ilə  doludur.  Burada  hətta  zeytun  bitir...".  Bu 

məlumata  əsasən  güman  etmək  olar  ki,  həm  Araz  vadisində  və  Qoqarenada,  həm  də 

Sakasenada  iki  növ  ağac  vardır.  Birinci  növ  ağaclar  cır  meyvə  ağacları,  ikinci  növ 

ağaclar  isə  yerli  əhali  tərəfindən  yetişdirilən  meyvə  ağaclarıdır.  Bu  ərazidə  sonralar  da 

məlum olmuş zeytun ağacları diqqəti cəlb edir. Kursi Ruf (I əsr) çox ehtimal ki, Cənubi (bəlkə 

həm də cənub-şərqi) Qafqazı nəzərdə tutaraq göstərirdi ki, başqa ehtiyatları bol olan bu 

ölkədə  həm  də  çoxlu  alma  yetişdirirlər  və  onun  torpağı  üzüm  hasilə  gətirmək  üçün 

olduqca əlverişlidir. 

Qəbiristanlıqlarda  aparılan  qazıntı  işləri  antik  Albaniyada  bağçılıq  haqqında 

müəyyən  material  verir.  Küp  qəbrindəki  qabların  birindən  qoz  və  nar  qalıqları,  başqa 

birindən şaftalı çərdəkləri tapılmışdır. Çiy kərpic qəbrində gilas tumları aşkar edilmişdir. 

Mingəçevirdə tapılan taxta qəbirlərdə də meyvə qalıqları vardır. 

Üzümçülük  haqqında  da  məlumat  qalmışdır.  Qazıntı  zamanı  aşkara  çıxarılmış 

paleobotanik  material  antik  müəlliflərin  üzümçülük  haqqında  məlumatını  təsdiqləyir. 

Ağdam  yaxınlığındakı  Üzərliktəpədə  eramızdan  əvvəl  III-I  əsrlərə  aid  küp  qəbirlərin 

birindən  dibində  üzüm  tumları  olan  bir  qab  tapılmışdır.  Qonşu  ölkələrdə  olduğu  kimi, 

Azərbaycanda da lap qədimlərdən üzüm yetişdirilirdi. Başqa bitkiləri yetişdirmək mümkün 

olmayan  torpaqlarda  da  üzüm  çox  gözəl  yetişir.  Strabon  Albaniya  üzümçülüyündən 

danışarkən göstərir ki, "tənəklər (hətta qulluq edilməyəndə  də) uzun ömür sürür. [Hər] 

beş ildən bir tənəyin dibi bellənəndə [artıq zoğlar] kəsilir. Cavan tənək iki [yaşında] bar 

verir,  yetişmiş  tənək  isə  o  qədər  [üzüm]  verir  ki,  salxımlar  dərilməmiş  qalır".  "Dionisi 

Perieketin coğrafiyasına dair şərhlər"də Evstafi yazır ki, kaspilərin torpağında tənəklər bol 

üzüm verir. Strabon tənəklərə qulluq edilməsinin ayrı-ayrı mərhələləri üzərində dayanır, 

Evstafi  isə  kaspilərin  torpağında  üzümün  bərəkətli  olduğunu  qeyd  edir.  Üzümçülüklə 

əlaqədar  olaraq  qazıntı  zamanı  tapılmış  bəzi  əşyaların  da  adını  çəkmək  lazımdır:  həmin 

əşyalar  hər  şeydən  əvvəl  tənəkləri  budamaq  üçün  işlədilən  bıçaqlar  və  qayçılardır. 

Dediklərimiz göstərir ki, qədim Qafqaz Albaniyasının ərazisində bol üzüm yetişdirilirdi. 

Mingəçevir küp qəbirlərinin birindən üzüm tumları tapılmışdır. 

Məlum olduğu kimi, üzümdən müxtəlif məhsullar hazırlanması təsərrüfat həyatında 

böyük  əhəmiyyətə  malikdir.  Qədim  Albaniyada  üzüm  şirəsini  çıxarmaq  üçün  bilavasitə 

istifadə  olunmuş  əşyalar  böyük  maraq  doğurur.  Belə  əşyalardan  biri  də  şirə  almaq  üçün 

düzəldilmiş  daş  vannadır.  Bu  cür  üzümsıxma  vannalarından  biri  Xınıslıda  aşkar 

edilmişdir; vannanın dibi girintili-çıxıntılıdır və orada hazır üzüm şirəsinin axması üçün 

nov vardır. Hazır üzüm şirəsini qıcqırmağa qoyurdular. Arxeoloji qazıntılar zamanı aşkara 

çıxarılmış  materialın  araşdırılması  göstərir  ki,  öyrənilən  dövrdə  üzümçülüklə  yanaşı, 

şərabçılıq da olmuşdur. İri küplər həm üzümü emal etmək, həm də şərab saxlamaq üçün idi. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə