TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə136/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   132   133   134   135   136   137   138   139   ...   186

291 

 

Gildən  qayrılmış  başqa  əşyalar  da  şərabçılıqdan  xəbər  verir.  Məsələn,  küp  və  torpaq 



qəbirlərdə aşkar edilən tor arakəsməli qabları göstərmək olar. 

Maldarlıq,  balıqçılıq.  Albaniya  əhalisinin  təsərrüfatında  maldarlıq  nəzərə 

çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan  yaradırdı. İlin qızmar vaxtlarında 

mal-qara uca dağlarda yerləşən Alp çəmənliklərinə qalxır, qışın soyuğunda düzənliklərə 

enirdi.  Strabon  "daim  zəngin  otlaq  görkəminə  malik  olan"  Albaniya  düzənliyindən 

danışarkən bildirir ki, Albaniyada "həm ev, həm də çöl [heyvanları] otlayan sürülər gözəl 

artım"  vəziyyətindədir.  Klavdi  Elian  (II—III  əsrlər)  Amintanın  əsərinə  istinad  edərək 

yazır ki, "Kaspilər ölkəsində öküz sürüləri və at ilxıları çoxdur...". 

Albaniyada  maldarlıq  haqqında  qədim  müəlliflərin  məlumatları  osteoloji 

materialla  da  təsdiq  olunur.  Zəngin  küp  qəbirlərin  birindən  genağızlı  küplərdə  və  dərin 

camlarda olan heyvan sümüklərindən başqa, həm də öküzün qafa tası və ayaq sümükləri 

tapılmışdır;  bunların  yanında  bir  neçə  qoyun-keçi  kəlləsi  və  başqa  sümüklər  vardı. 

Mingəçevirdə  gildən  bişirilmiş  öküz  başı,  habelə  inəyə  oxşayan  heyvan  fiqurları  aşkar 

edilmişdir.  Mingəçevirdə  zəngin  qəbirlərin  birində  küpdən  kənarda  at  sümükləri, 

Şıxdərə  Kəlləsində  (Mollaisaqlının  3  kilometrliyində)  ayaqları  qoparılmış  keramik  at 

fiqurları  aşkara  çıxarılmışdır;  atın  boynundan  və  quyruğundan  çıxıntı  şəklində  uzanan 

qayış təsvirləri qabarıq verilmiş yəhəri atın belində saxlayır. 

Albaniyada qoyun-keçi çox yayılmışdı. Klavdi Elian yazır ki, "kaspilərin keçiləri 

ağappaqdır, buynuzları yoxdur, boyları alçaq, burunları enlidir". Küp qəbirlərə qoyulan 

qabların  xeyli  hissəsi  qoyun  və  keçi  sümükləri  ilə  doludur.  Qədim  Albaniyada 

maldarlığın  əhəmiyyəti  zoomorf  keramikada  da  öz  əksini  tapmışdır.  Küp  qəbirlərdən 

tapılan bir çox qabların üstündə buynuzlu qoyun başının təsvirləri vardır. Qaratəpə (Mil, 

Örənqala xarabalığının yaxınlığında) gil qablarının lülələrində, qulplarında və boğazlarında 

buruq buynuzlu qoç başı təsvir edilmişdir. Kür çayının sağ sahilində əldə edilmiş osteoloji 

material göstərir ki, qoyun və  keçi cinsləri Şərqi Qafqaz  ərazisində  çox olan qoyun və 

keçilərin müasir cinslərinə uyğun gəlir. Albanların təsərrüfatında əhliləşdirilmiş itlər də 

var idi. Strabon yazır ki, albanlar həm özləri, həm də itləri böyük [həvəslə] ov edirlər, 

[ona  görə  yox  ki,  ov  onların]  peşəsidir,  daha  çox  [ona  görə  ki,  onların  ova]  meylləri 

[vardır]".  Qədim  albanlann  it  saxlamasını  arxeoloji  material  da  təsdiq  edir.  Yazılı 

qaynaqlar və arxeoloji material göstərir ki, Albaniyada ov ilə də məşğul olurdular, ov isə, 

şübhəsiz, azuqə toplamağa kömək edirdi və ola bilsin, eyni zamanda tərbiyə forması idi, 

gənc döyüşçülər üçün bir növ mərdlik dərsi idi. 

Yazılı  qaynaqlarda  Kaspi  torpağında  dəvələr  olması  haqqında  da  məlumat 

qalmışdır.  Klavdi  Elian  yazır  ki,  burada  "dəvələr  lap  çoxdur...  [onların]  gözəl  yunu 

vardır". 

Mal-qara  yerli  əhalini  ilk  növbədə  ət,  dəri,  yun  ilə,  həmçinin  lazım  olan  digər 

xammalla  təmin  edirdi.  Genağızlı,  ikiqulplu,  orta  ölçülü  küplər  maldarlıq  təsərrüfatında 

tətbiq olunur. Dəfn küpündə tapılmış gil güvəclərin birində ağartı izləri aşkar edilmişdir. 



292 

 

Arxeoloji  qazıntılar  zamanı  Albaniyanın  qədim  əhalisi  tərəfindən  işlədilən  çoxlu  gil 



nehrə  aşkara  çıxarılmışdır.  Məsələn,  Mingəçevir,  Ağcabədi  küp  qəbirlərində  və  başqa 

yerlərdə  nehrələr  tapılmışdır.  Südün  yaxşı  çalxalanması  üçün  bu  nehrələrdən  bəzisinin 

dibində  barmaqvari  iki  və  ya  dörd  çıxıntı  vardır.  Yağın  alınması  prosesini  etnoqrafiya 

materialı əsasında təsəvvürdə canlandırmaq olar. Azərbaycanın kənd əhalisi indi də nehrədə 

yağ  çalxayır.  Etnoqrafik  material  göstərir  ki,  qədim  əhali  yağı  saxlamaq  üçün  genağızlı, 

qulpsuz qablardan, habelə kəsilmiş ev heyvanlarının təmizlənib qurudulmuş mədələrindən 

istifadə  edirdi.  Yazılı  qaynaqların,  arxeoloji  materialın  və  etnoqrafik  məlumatın 

öyrənilməsi güman etməyə əsas verir ki, qədim Albaniyada maldarlıq yarıköçəri, aran-

yaylaq maldarlığı idi. 

Bir çox qaynaqlar albanların balıqçılıqla da məşğul olduqlarını söyləməyə imkan 

verir. Klavdi Elian yazır ki, "Kaspi torpağında nəhəng bir göl var və bu göldə itiburun 

adlanan  iri  balıqlar  üzür...  Kaspilər  onları  tutur,  duzlayır  və  ya  qurudurdular...".  Bu 

məlumat  həm  Albaniyaya,  həm də  Atropatenaya aiddir. Balıqçılığın  inkişafını  arxeoloji 

material da təsdiq edir. 



Sənətkarlıq.  Qazıntılar  nəticəsində  dulus  kürələrinin  və  çoxlu  gil  qabların 

tapılması  sübut  edir  ki,  qədim  Qafqaz  Albaniyasında  keramik  məmulat  istehsalı  geniş 

yayılmışdı.  Dulus  kürələri  ölkənin  bütün  ərazisində  aşkara  çıxarılmışdır.  Mingəçevir 

kürələri  daha  mükəmməl  öyrənilmişdir;  Kür  çayının  sahilində  dulus  kürələrinin  sıx 

yerləşməsi vaxtilə burada iri dulusçuluq mərkəzi olduğuna dəlalət edir. Kürələr Alazan 

çayı  ilə  Əyriçayın  qovuşduğu  yerin  yaxınlığında  -  Torpaqqalada  da  qeydə  alınmışdır. 

Dulusçular qabaqcadan lazımi qədər gil tədarük edirdilər; gil yataqları həm torpaq, həm 

də  küp  qəbirlər  mədəniyyətinin  yayıldığı  ərazidə  vardır.  Əşyalar  hazırlamaq  üçün 

işlədilən  gil  adətən  yaşıla  çalan  açıq  sarı  rəngdə  olur.  Bitki  qatışığı  ilə  bu  cür  gildən 

yapılan qablar bişiriləndə sarımtıl, çəhrayı və qırmızımtıl rəng alır ki, bu da küp qəbirlərdən 

və çiy kərpic qəbirlərindən çıxan keramikanı son tunc dövrünün və ilk orta əsrlərin gil 

məmulatından  fərqləndirir.  Görünüşündən,  xüsusilə  təzə  sınıq  yerindən  məlum  olduğu 

kimi, qablar yaxşı qurudulmuş gildən düzəldilirdi. Müxtəlif gillərin xassələrindən asılı 

olaraq,  məmulat  bişirildikdən  sonra  müxtəlif  rəng  alırdı.  Qədim  əhalinin  sakin  olduğu 

hər bir iri rayona yerli gildən hazırlanan keramikanın spesifik rəng çalarları uyğun gəlirdi. 

Tərkibində cüzi miqdarda xırdadənəli yağsızlaşdırıcı qum olan gildən hazırlanmış açıq və 

tünd rəngli qablar torpaq qəbirlərdən çıxarılmış kiçik ölçülü keramika üçün səciyyəvidir. 

Bu  məmulat  Alazan,  Türyan  və  Pirsaat  çaylarının  sahillərində,  habelə  Muğanın  torpaq 

qəbirlərində intişar tapmışdır. Yaloylutəpə tipli torpaq qəbirlərdə aşkar edilmiş iri ölçülü 

keramika  üçün  əsasən  qurutma  və  bişirmə  zamanı  deformasiyanın  qarşısını  alan  xeyli 

miqdarda iridənəli qum qarışmış açıq rəngli gil səciyyəvidir. Belə keramikaya başlıca 

olaraq  Türyançay  sahillərində  və  qismən  küp  qəbirlərin  intişar  tapdığı  bütün  ərazidə, 

habelə  Kür  çayından  cənubda  təsadüf  edilir;  bu  məmulat  yağsızlaşdırıcının  çox  olması  ilə 

fərqlənir.  Kür  ilə  Alazan  qovşağından  cənubda  yerləşən  rayon  öz  məmulatı  ilə  diqqəti 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə