TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə152/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   148   149   150   151   152   153   154   155   ...   186

323 

 

Akilisenada Anait məbədində adlı-sanlı adamlar "da öz qızlarını hələ qızlıq çağında ilahəyə 



həsr edirdilər" [Strabon]. Strabona əsasən, Pont Komanasının hiyerodulları arasında "öz 

bədəni  ilə"  alver  edən  qadınlar  çox  idi;  "onların  əksəriyyəti  ilahəyə  həsr  edilmişdi". 

Strabonun  yazdığına  görə,  alban  hiyerodullarının  bir  hissəsi  qurban  verilirdi. 

Hiyerodulların digər hissəsi gələcəyi xəbər verən fanatiklər qrupundan ibarət idi. 

Albaniya  hiyerodulları  vahid  kütlə  deyildi  və  cəmiyyətin  məhsuldar  qüvvələrinə 

təsir göstərə bilməzdilər. Onlar köləlik institutu ilə bağlı sosial kateqoriya deyil, ilahiyyat 

qulları, yəni ibadətgahın qulluqçuları idilər, buraya sıravi kahinlər də daxil idilər. 

Qədim  Qafqaz  Albaniyasının  məbəd  icmalarının  torpaq  sahibliyi  haqqında 

məlumat azdır. Strabona görə, Selena məbədinin Alban hiyerevsinə əhalisi çox olan geniş 

müqəddəs  torpaq  tabe  idi,  yəni  Alban  məbədlərinin  ixtiyarında  yunandilli  müəlliflər 

tərəfindən  "hiyera  xora"  adlandırılan  xüsusi  məbədyanı  ərazilər  vardı.  Materialın 

azlığı üzündən məbəd torpaqlarının istismar edilməsi haqqında biliyimiz çox səthidir. 

Bu  barədə  yalnız  qonşu  hiyera  xoralar  haqqında  Strabonun  məlumatı  vardır.  Güman 

etmək olar ki, ölkədə məbədyanı torpaqlar Selena, Helios və ya Zevs allahlarına məxsus 

hesab  edilsə  də,  əslində  baş  kahinin  -  hiyerevsin,  ola  bilsin,  məbəd  iyerarxiyasının  ən 

nüfuzlu üzvlərinin ixtiyarında idi. 

Beləliklə, məbəd torpaqlarında cəmləşmiş əhali ayrı-ayrı qruplara bölünmüşdü və 

onların arasında (1)  hiyerevs  və  onun  əhatəsi,  (2)  icmaçılar  -  teoforetlər  və  ya  hiyera 

xora kəndliləri və nəhayət,  alban cəmiyyətinin  məhsuldar qüvvələrinə o qədər də təsir 

göstərməyən  (3)  hiyerodullar  xüsusilə  nəzərə  çarpırdı.  Albaniya  basilevs  və  ya 

hegemonların  qəbirləri  hələ  aşkar  edilməmişdir.  Sıravi  qəbirlərə  gəldikdə,  Yaloylutəpə 

tipli  torpaq  qəbirlər  arasında  qoşa  qəbirlər  yoxdur.  Bir  çox  küp  qəbirlərdə  ikişər  skelet 

aşkara çıxarılmışdır. Dəfn zamanı adam öldürülməsi, iki adamın bir qəbirdə basdırılması 

bəlkə də ictimai münasibətlərdən irəli gəlirdi. Küp qəbirlərdə sosial-iqtisadi xüsusiyyətlər 

barəsində  başqa  məlumat  da  vardır.  Mingəçevir  qəbiristanında  küp  qəbirdə  iki  qoşqu 

heyvanının  skeletləri  və  mərkəzi  qəbrin  yaxınlığında  qəribə  bir  vəziyyətdə  insan 

skeleti  aşkar  edilmişdir:  o  demək  olar,  küpün  üzərində  idi,  üzüqoylu,  döş  qəfəsi 

üstündə  uzanmış,  qolları  bükülmüşdü.  Görünür,  eramızdan  əvvəl  son  əsrlərdə  və 

eramızın ilk əsrlərində dəfn zamanı asılı adamlar və ya əsir alınmış qullar zorakılıqla 

öldürülürmüş. Bir  yerdə  çiy kərpicdən tikilmiş qoşa qəbirə rast gəlinir (bir quyuda iki 

qəbir).  Qoşa  çiy  kərpic  qəbirlər  sosial  münasibət  baxımından  küp  qəbirlərdə  olmuş 

mənzərəni  verir.  Qoşa  türbələrdən  əlavə,  ikiadamlıq  çiy  kərpic  qəbirlərə  də  təsadüf 

edilir (bir türbədə iki skelet). Məsələn, çiy kərpic türbələrin birində əsas skeletin ayaq 

tərəfində ikinci skelet də aşkar olunmuşdur. Çiy kərpic türbədə arxası üstə uzadılmış 

meyitin ayaq tərəfində bükülü vəziyyətdə olan ikinci skelet, ola bilsin ki, oturan yerdə 

öldürülmüş bir adamın skeletidir. Demək, dəfn zamanı qulu və ya kənizi qurban verirdilər. 

Beləliklə,  alban  cəmiyyətində  bir  qütbdə  basilevs,  hegemonlar,  yaxud  prefektlər  və 

hiyerevslər dururdu. Hegemonlar və prefektlər yerli əyanları təmsil edirdilər. Hiyeron 




324 

 

və  hiyera  xoranın  başında  duran hiyerevs basilevsə tabe idi. Digər qütbdə  isə icmaçılar, 



əkinçi-maldar  əhalinin  əsas  kütləsi  və  sənətkarlar  təmsil  edilirdi.  Əsasən  hiyeronların 

qulluqçuları  olan  hiyerodullar,  habelə  məbəd  təsərrüfatı  ilə  bağlı  olan  hiyerodullar  və 

nəhayət, qullar da əməkçi əhali kateqoriyasına daxil idilər. İcmaçı kəndlilər, sıravi maldar 

əhali  və  sənətkarlar  cəmiyyətin  məhsuldar  qüvvələrini  inkişaf  etdirən  özəyi  təşkil 

edirdilər: qul əməyi üstün rol oynamırdı. 

Oturaq  əkinçi  əhali  ilə  daha  mütəhərrik  maldar  əhalinin  qarşılıqlı  surətdə  bir-

birinə  nüfuz  etməsi  qədim  Qafqaz  Albaniyasının  məhsuldar  qüvvələrinə  güclü  təsir 

göstərirdi. 



QoĢun  və  hərbi  iĢ.  Strabon  yazırdı  ki,  albanlar  "...həm  piyada,  həm  at  belində, 

həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular". 

Strabonun  məlumatında  albanların  qoşun  növlərindən  danışılır:  görünür,  albanlar 

bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Beləliklə, 

qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü. 

Strabonu  belə  də  başa  düşmək  olar:  albanlar  at  qoşulmuş  döyüş  arabasında 

vuruşurdular, çünki "hippos" həm at, həm də döyüş arabası deməkdir, yəni albanlar həm 

piyada  qoşunundan,  həm  də  süvarilərdən  istifadə  edirdi,  həm  yüngül  silahlanmış 

döyüşçülər  -  psiletlər,  həm  də  zirehli  döyüşçülər  -  katafraktlar  vardı.  Zirehli  atlar  qədim 

xalqların  hərb  sənətində  xüsusi  yer  tutur.  Strabon  yazır  ki,  "belə  süvari  qoşun 

həvəskarı  yalnız  midiyalılar  və  ermənilər  deyil,  həm  də  albanlardır,  çünki  müharibədə 

zirehli  atlardan  istifadə  edirlər".  Antik  müəllif  hücum  və  müdafiə  silahları  haqqında 

məlumat  qoyub  getmişdir.  Məsələn,  qeyd  edilir  ki,  albanlarda  zirehləri  və  uzun 

dördkünc  qalxanları  olan  nizəçilər  və  oxatanlar  vardı;  albanlar  iberlər  kimi  başlarına 

heyvan  dərisindən  hazırlanmış  papaqlar  qoyurdular.  Plutarx  romalılar  ilə  albanların 

toqquşmasını  təsvir edərək bildirir ki,  Albaniya  basilevsinin qardaşı Kosis Pompeyə 

"nizə ilə zərbə" endirmişdi. 

Akontistlər - nizəçilər və toksotlar - oxatanlar vardısa, deməli, nizələr və oxlar da 

olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu 

silah  aşkar  edilmişdir  və  bunun  xeyli  hissəsi  küp,  katakomba  və  taxta  qəbirlər 

mədəniyyətinin  daşıyıcılarına  məxsusdur.  Mingəçevir  küp  qəbirlərindən  çıxarılmış  nizə 

ucluqları  məlumdur.  Bunlar  dəmirdəndir,  oymaqlıdır,  uzunsov  üçbucaq  formasındadır, 

bəzilərində  tiyə  boyunca  qabarıq  damar  uzanır,  ucluqların  uzunluğu  11  santimetrdən 

40  santimetrə  qədərdir.  Silahın  hazır  olması  üçün  həmin  ucluğa  ağac  sap  keçirmək 

kifayətdir.  Albaniya  nizəçi  döyüşçüləri  məhz  bu  cür  nizələrdən  istifadə  edirdilər. 

Ölçülərini  müəyyən  etmək  üçün  başqa  xalqların  nizələri  ilə  tutuşdurmaq  əsasında 

güman  etmək  olar  ki,  Albaniya  döyüşçülərinin  nizələri  iki  metr  məsafəyə  və  daha 

uzağa çata bilərdi. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc 

ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan 

oymaqlı,  üçüzlü  tunc  və  sümük  ucluqları  sıxışdırıb  aradan  çıxartmışdı.  Bununla 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə