TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə153/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   149   150   151   152   153   154   155   156   ...   186

325 

 

yanaşı  küp  qəbirlərin  birindən  əvvəlki  vaxtların  tunc  oxlarına  nisbətən  daha  səliqəli 



hazırlanmış  tunc  ox  ucluğu  tapılmışdır.  Mingəçevirdə  e.ə.  III-I  əsrlər  təbəqəsində 

bişmiş  gildən  olan  ox  ucluqları  aşkar  edilmişdir.  Yaloylutəpə  tipli  torpaq  qəbirlərin 

birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə 

çıxarılmışdır. 

Görünür,  Albaniya  ərazisində  də  saplaqlı  üçpərli  ox  ucluqları  e.ə.  I  əsrin 

başlanğıcında  Orta  Asiya  və  Parfiya  vasitəsilə  yayılmışdır.  Ucluqların  bir  qismi 

buraya  sarmat  tayfaları  ilə  gəlib  çıxa  bilərdi.  Güman  etmək  olar  ki,  qədim  albanlar 

qarğı  oxlar  da  işlədirdilər.  Parfiya  tayfalarında  skif  yayı  (kamanı)  əsas  yer  tutur, 

sikkələrdə, ritonlarda və başqa  əşyalarda təsvir olunurdu.  Bu kaman uzunluğu 60-70 

santimetrdən  çox  olmayan  oxlar  üçün  idi.  Eraların  ayrıcında  skif  kamanı  ilə  yanaşı 

daha  mürəkkəb  hun  kamanı  tətbiq  edilirdi,  onun  uzunluğu  120  santimetrdən  160 

santimetrə  qədərdi,  üzərində  qoyma  sümüklər  vardı.  Daha  yüngül  və  daha  ağır 

ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman 

etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı. 

Qazıntılar antik müəlliflərin məlumatlarını təsdiq edir, həm də hücum silahına 

və  hərbi  əməliyyatla  bağlı  əşyalara  işıq  salan  bir  çox  yeni  faktlar  verir.  Bu  sıraya 

Mingəçevirdən,  Şamaxıdan,  İsmayıllıdan,  Çuxuryurddan  və  başqa  yerlərdən  tapılan 

dəmir qılınclar aiddir. Qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac 

və ya sümük bəzəyi izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların 

bir qisminin halqavari başcığı vardır. Gəncəçayın sahilində çiy kərpic qəbirdən 0,61 

metr uzunluğunda qılınc aşkar edilmişdir. Görünür, bu qılınc dəri qında saxlanılırmış 

və  yuxarı  hissədə,  qəbzənin  yaxınlığında  qına  oval  şəklində  olan  iki  dəmir  halqa 

keçirilibmiş.  Qəbzə  üç  dəmir  mıxla  mıxlanmış  və  tunc  halqa  ilə  bərkidilmişdir. 

Qılıncın halqavari başcığı vardır. Bu cür başçıqları olan qılınclar Qara dənizin şimal 

sahillərindən  Çinə  qədər  çox  böyük  bir  ərazidə  yayılmışdı.  Qədim  Qafqaz 

Albaniyasına  bu  qılıncları,  görünür,  Avrasiya  çöllərində  köçəri  həyat  sürən  tayfalar 

gətirmişdir. 

Arxeoloji  qazıntılar  nəticəsində  Azərbaycan  ərazisində,  yəni  Mingəçevirdə, 

Çirçir  gölündə  (Ağdaş  rayonunun  Pirəzə  kəndi),  Xınıslıda  (Şamaxı),  Gəncəçayın 

sahilində  və  başqa  yerlərdə  çoxlu  xəncər  aşkar  edilmişdir.  Xəncərlərin  böyük  bir 

qismi  görkəmini  itirmişdir.  Xəncərlərin  uzunluğu  təqribən  25  santimetrdən  30 

santimetrə  qədərdir.  Məsələn,  Xınıslıdan  tapılmış  xəncərin  uzunluğu  28  santimetrə, 

Mingəçevirdən  tapılmış  xəncərlər  isə  12  santimetrdən  26  santimetrə  qədərdir. 

Albanlar  bu  hücum  silahları  ilə  yanaşı,  bıçaqlardan  da  istifadə  edirdilər.  Bıçaqlar 

Mingəçevirdə,  Xınıslıda  və  başqa  yerlərdə  aşkar  olunmuşdur.  Arxeoloji  materiallar 

içərisində uzunluğu 1-2,5 metrə çatan dəmir döyüş yabalarına rast gəlinir. Belə hesab 

edilir  ki,  onlardan  həm  müdafiə,  həm  də  əlbəyaxa  hücum  döyüşlərində  istifadə 

olunurmuş. 




326 

 

Öyrənilən dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd 



etdiyinə  görə,  qədim  Qafqaz  Albaniyasının  döyüşçülərində  zireh  -  toraks  da 

olmuşdur.  Qazıntılar  zamanı  hələlik  tam  salamat  qalan  zireh  tapılmamışdır,  bu 

qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində 

üç  mindən  artıq  daş  muncuq  aşkar  edilmişdir.  Güman  olunduğuna  görə,  muncuq 

dənələri  zireh  rolunu  oynayan  dəri  geyimə  tikilirmiş.  Eyni  sözlər  böyük  miqdarda 

aşkar  edilmiş  tunc  düymələrə  də  aiddir.  Qəbirlərin  birindən  döyüşçünün  qoruyucu 

metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılmışdır. Tapıntılarla əlaqədar 

olaraq, "heyvan dərisi geymiş" alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat 

yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda 

da olmuşdur. Digər qoruyucu silah geniş yayılmış qalxan idi. Strabon alban qalxanları 

haqqında  da  aydın  məlumat  verir. Bu, qallarda və  romalılarda  skutum adlanan uzun 

dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik 

bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin 

qardaşı  Kasis  arasındakı  çarpışmanı  təsvir  edərkən  göstərir  ki,  "döyüşdən  sonra 

romalılar  öldürülmüş  barbarların  üst-başlarını  axtarıb  qarətə  başlayanda  amazonka 

peltaları tapılmışdı". Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı 

kimi  aypara  şəklində  təsvir  edirdilər.  Bütün  bu  deyilənlər  təsdiq  edir  ki,  qədim 

müəlliflərə  görə,  alban  döyüşçülərində  iki  növ  müdafiə  silahı  olmuşdur:  Roma 

skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan. 

Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti 

cəlb  edir.  Görünür,  albanlar  başlarına  bütün  Qafqazda  yayılmış  papaq  qoyurdular. 

Strabon  albanların  baş  örtüyünü  heyvan  dərisi  ilə  əlaqələndirir  və  alban 

döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir. 

Yaxşı qalmış tunc dəbilqə tapılmışdır, dəbilqənin yuxarı hissəsi enlənən içiboş 

borucuqla  qurtarır,  bu  borucuq,  ehtimal  ki,  lələklər,  at  qılı  və  digər  fərqlənmə 

nişanları taxmaq üçündür. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Lakin 

dəbilqə antik Albaniyanın sıravi döyüşçüləri üçün səciyyəvi deyildi. 

Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi 

işin  öyrənilməsi  məsələsində  müəyyən  yer  tutur.  Strabonun  dediyinə  görə  albanlar 

"[döyüş  üçün]  iberlərə  nisbətən  daha  çox  qoşun  düzürlər.  Onlar  altmış  min  piyada 

qoşun və iyirmi iki min süvari silahlandırırlar - Pompeylə döyüşə [albanlar] belə bir 

[qoşunla] getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən 

zaman  albanlar  qırx  min  nəfərdən  az  olmamışlar.  Daha  sonra  Plutarx  romalıları 

qarşılayan  albanların  sayı  haqqında  bir  qədər  başqa  məlumat  verir.  Qədim  müəllif 

bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq, 

heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx 

piyadanı  süvaridən  fərqləndirmir,  alban  qoşununun  ümumi  miqdarını  verir: 

döyüşçülər  40000  nəfər  idi.  İkinci  halda  Plutarxın  məlumatı  Strabonun  məlumatını 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə