TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə156/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   152   153   154   155   156   157   158   159   ...   186

332 

 

hadisələrlə  çulğaşırdı.  Bu,  eramızdan  əvvəl  son  əsrlərə  -  eramızın  ilk  əsrlərinə,  yəni 



Ön  Şərqdə  üstünlük  uğrunda  Roma  ilə  Parfiya  arasında  şiddətli  mübarizədən  xəbər 

verən intensiv hərbi toqquşmalar zamanına da aiddir. 

II  Mitridatın  (e.ə.  123-87-ci  illər)  vəfatından  sonra  Parfiya  çarlığı  zəiflədi.  II 

Tiqran  (e.ə.  94-56-cı  illər)  "yetmiş  vadini"  geri  aldı,  Şimali  Mesopotamiyanın  və 

Atropatenanın üzərinə atıldı. Bu zaman artıq iki koalisiya yaranmışdı: birinin başında 

yeni  ərazilər işğal etməyə  can atan  Roma dururdu, o birinə II Tiqran və Parfiya çarı 

III  Fraat  (e.ə.  69-57-ci  illər)  tərəfindən  müdafiə  olunan  Pont  dövləti  başçılıq  edirdi. 

Roma VI Mitridat Evpator ilə mübarizəyə Avreli Kottanı və Lisini Lukullu göndərdi. 

Tezliklə  Kotta  darmadağın  edildi,  Lukull  isə  yerli  sakinlərdən  və  Sullanın  Kiçik 

Asiyada qalan keçmiş döyüşçülərindən yeni legionerlər toplamağa başladı. 

Romalılar  hücum  edərək  şəhərləri  bir-birinin  ardınca  alırdılar.  II  Tiqranla 

toqquşma  labüd  idi.  Plutarxın  dediyinə  görə,  II  Tiqranın  yanında  "ermənilər  və 

korduyenlər elli k yığma qoşun kimi cəmləşmişdilər, çarlar midiyalıları və adiabeiləri 

gətirib  gəlmişdilər,  Babildə  olan  dəniz  tərəfdən  yığma  qoşun,  çoxlu  ərəb  və  Kaspi 

[sahillərindən] çoxlu alban və albanlarla qonşu olan iberlər gəlmişdi; çarları olmayan 

və  Araz  [sahillərində]  sürü  otaran  bir  çox  tayfalar  da  gəlmişdilər  -  [bəziləri]  yardım 

göstərmək, [başqaları isə] hədiyyə almaq məqsədilə". 

Lukullun  işini  davam  etdirmək  gənc  Roma  sərkərdəsi  Qney  Pompeyin 

öhdəsinə  düşdü.  Roma  sərkərdəsi  Ermənistandan  Sevan  gölünün  yanı  və  Dilican 

dərəsindən  keçərək  Qazax  və  Ağstafa  tərəfə  uzanan  yeganə  rahat  ticarət  yolu  ilə 

hərəkət  edirdi.  Anait  məbədinin  yaxınlığı  romalılara  bir  çox  cəhətdən  sərfəli  idi. 

Qismən  ona  görə  ki,  müxtəlif  əyləncələrlə  müşayiət  edilən  Roma  bayramları 

yaxınlaşırdı.  Albanlar  əvvəlcə  Roma  sərkərdəsinə  yol  verməyə  razı  oldular.  Lakin 

dekabr  ayında  qeyd  edilən  Kron  (Saturn)  bayramı  başlandıqda,  azı  qırx  min  alban 

çağırılmamış qonaqların üzərinə hücum etdi. 

Albaniya çarı Oroys Metell Kelerin üzərinə yeridi. Oroys qoşununun başqa bir 

hissəsini  Pompeyin,  üçüncü  bir  hissəsini  də  Luki  Flakkın  üzərinə  göndərdi. 

Müvəffəqiyyət qazanılacağı təqdirdə albanlar romalıların hər bir düşərgəsini ayrılıqda 

-  Qney  Pompeyin  ordusunu  hissə-hissə  məhv  etməli  idilər.  Lakin  Metell  Keler 

həmləni  dəf  etdi.  Luki  Flakkın  vəziyyəti  bir  qədər  çətin  oldu;  bu  zaman  Pompey 

birbaş  Oroysa  tərəf  hərəkət  etdi.  Lakin  romalılar  üzbəüz  sahilə  keçmədilər,  hücum 

dayandırıldı və Pompey albanlarla barışıq sazişi bağlamağa məcbur oldu. Albanlar ilə 

romalılar  arasında  başqa  bir  çarpışma  Pompey  Ermənistana  qayıtdıqdan  sonra  baş 

verdi. Dion Kassinin yazdığına görə, "Pompey albanlar ilə sülh sazişi, sonra isə elçilər 

vasitəsilə Kaspi dənizinə qədər Qafqazın bəzi başqa sakinləri ilə müqavilələr bağladı". 

Yadellilərə  qarşı  müharibədə  albanlara  köçərilər  də  kömək  edirdilər,  onlar 

Qafqaz Albaniyasının müqəddəratında böyük rol oynayırdılar. 



333 

 

Sonrakı  hadisələr göstərir  ki,  romalılar  yalnız Kiçik  Asiyada  deyil,  Qafqazda 



da  öz  mövqelərini  bərpa  etməyə  yenidən  cəhd  göstərirdilər.  Mark  Antoninin  yaxın 

silahdaşı,  ağır  piyada  qoşun  rəislərindən  biri  Publi  Kanidi  Krass  həm  Atropatena 

yürüşündə  fəal  iştirak  edir,  həm  də  Albaniya  ərazisinə  soxulan  romalılara  başçılıq 

edirdi. 


Plutarxa  əsasən,  Kanidi  iber  və  albanların  basilevslərinə  qalib  gəlmişdi, 

hərçənd Albaniyada uzun müddətə yerləşmək romalılar üçün çətin idi. Albanlara qarşı 

yürüş eramızdan əvvəl 36-cı ildə Kellinin və Nervanın konsulluğu ilə bir vaxta, yəni 

Mark Antoninin Atropatenaya hərbi yürüşü ilinə təsadüf etmişdi. 

Ankira  kitabəsi  eramızdan  əvvəl  birinci  yüzilliyin  son  illərində  Albaniyada 

təşəkkül  tapmış  siyasi  vəziyyət  haqqında  mühakimə  yürütməyə  imkan  verir.  Bu 

kitabda Roma imperatoru Avqustun adından deyilir ki, digər xalqlar sırasında albanlar 

da romalılarla dostluq münasibətləri yaratmaq istəyirdilər

Eramızdan əvvəl birinci əsrin başlanğıcı romalılar ilə Qafqaz xalqları arasında 

daha  intensiv  münasibətlərlə  əlamətdardır.  Bu  dövrün  mənbələrində  Albaniyanın  da 

adı çəkilir. Məsələn, devrilmiş Parfiya çarı I Vonon Ermənistana, sonra albanların və 

skiflərin yanına qaçmağa cəhd göstərirdi. 

Zaman  keçdikcə  Şərqdə  romalıların  nüfuzu  güclənir.  Tasitin  yazdığına  görə, 

romalılar "Suriyadan Fərat çayına qədər (uzanan) çox böyük ərazini bütövlükdə dörd 

legionun köməyi ilə tabelikdə saxlayırdılar, qonşuları iber və alban reksləridir; bizim 

əzəmətimiz  [onları]  özgə  hökmranlığından  müdafiə  edir".  Korneli  Tasit  eramızdan 

əvvəl  35-ci  ildə  Orodun  rəhbərlik  etdiyi  parfiyalılar  ilə  iberlərin,  albanların  və 

sarmatların birgə qüvvələri arasında baş vermiş hərbi əməliyyatı qeyd edir. 

Antik Albaniya Romanın tərəfdarı olan qonşu İberiya ilə müttəfiqlik əlaqələri 

saxlayırdı. İberlər ilə albanlar arasında yaxınlaşma meyli çar Oroysun və onun qardaşı 

Kasisin  zamanından  başlanmışdı  və  yalnız  Zober  vaxtında  deyil,  daha  sonralar  da 

davam  edirdi.  İosif  Flavinin  sözlərinə  görə,  imperator  Tiberi  "iber  və  alban 

basilevslərini  [Parfiya  hökmdarı]  Artaban  ilə  dərhal  müharibəyə  başlamağa  razı 

salmaq üçün onlara hədiyyə olaraq xeyli pul göndərmişdi. Lakin (iberlər və albanlar) 

özləri  (müharibə  etməyə)  razı  olmadılar,  Kaspi  darvazasını  açıb  öz  [torpaqlarından] 

skiflərə  sərbəst  yol  verərək  onları  Artabanın  üstünə  saldılar.  Beləliklə,  Artaban  yenə 

Ermənistandan  məhrum  oldu,  Parfiya  torpağı  müharibə  meydanı  oldu,  ən  nüfuzlu 

şəxslər öldürüldü, onların hər şeyi viran edildi, döyüşlərdən birində çarın oğlu özünün 

bir neçə miriad qoşunu ilə birlikdə həlak oldu...". 

Əldən-ələ  keçən  Ermənistan  uğrunda  Parfiya  dövləti  ilə  Romanın  hərbi 

toqquşmaları  II  Artabanı  İberiya  və  Albaniya  ilə  uğursuz  mübarizəyə  sövq  etdi.  Öz 

azadlıqlarını  qorumaq  lazım  gələndə  iberlərin  və  albanların  mənafeləri  üst-üstə 

düşürdü. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə