TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə157/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   153   154   155   156   157   158   159   160   ...   186

334 

 

Sonralar  başqa  siyasi  vəziyyət  müşahidə  edilir.  Məsələn,  iberlər  ilə  albanlar 



arasında mübarizə Tasitin belə bir məlumatında əks olunmuşdur ki, 51-ci ildə İberiya 

basilevsi  "Farasman  (öz  qardaşı  Mitridat  ilə)  müharibə  etmək  üçün  bəhanə 

uydurmuşdu,  bəhanə  isə  bu  idi  ki,  o,  alban  çarı  ilə  müharibə  zamanı  romalıları 

köməyə çağıranda qardaşı (buna) müqavimət göstərmişdi" [12, 45]. 

Tasit  məlumat  verir  ki,  "Neron  koqortalarını  seçib  qabaqcadan  Kaspi 

darvazasına  tərəf  göndərmişdi,  (lakin)  Albaniyada  hazırladığı  müharibəni 

dayandırmış,  Vindeksin  üsyanını  yatırmaq  üçün  (qoşunları)  geri  çağırmışdı". 

İmperator  Neronun  albanlarla  müharibəyə  başlamaq  hədələri  haqqında  Plini  də 

məlumat verir. 

I  Volegezdən  sonra  II  Pakor  (78-116-cı  illər)  Parfiyada  çar  oldu.  Roma  ilə 

Parfiya arasında dinc münasibət heç də o demək deyildi ki, romalılar Ön Şərqi işğal 

etmək  fikrindən  daşınmışdılar.  Ələ  imkan  düşən  kimi  Roma  qoşunları  yad  ölkələrdə 

peyda olurdular.  

Görünür,  I  əsrin  axırlarında  alban  parfiyalılara  qarşı  hərbi  əməliyyat  aparan 

Roma  qoşunlarının  rəisləri  ilə  ittifaq  münasibətlərinə  girmişdilər.  Buna  görə  də 

albanlar XII Fulminata legionu qoşunlarının ayrı-ayrı hissələrini öz ərazilərinə buraxa 

bilərdilər.  Ehtimal  edildiyinə  görə,  romalıların  Kaspi  dənizi  sahilində  zühuru 

Albaniyanın  siyasəti  ilə  bağlı  idi;  bu  zaman  Albaniya  cənub  istiqamətində  öz 

torpaqlarını  genişləndirə  bilərdi.  Romalıların  Kaspi  sahilində  peyda  olmasının,  ola 

bilsin, həm iqtisadi, həm də siyasi səbəbi vardır. XII Fulminata legionu 70-ci illərdən 

başlayaraq  daim  Kappadokiyada  olur  və  lazım  gəldikcə  ondan  Kiçik  Asiyada, 

Suriyada və Qafqazda istifadə edilirdi. Kaspi dənizi sahilində aşkar edilmiş kitabədən 

məlum  olur  ki,  imperator  Domisianın  hakimiyyəti  dövründə  (81-96-cı  illər)  Roma 

dəstələrindən  biri  Şərqin  uzaq  ölkələrinə  yol  axtara-axtara  Qafqaz  Albaniyasının 

ərazisinə keçmişdi. 

I  əsrin  sonu  Kiçik  Asiya  və  Qafqaz  ölkələrinə  siyasi,  iqtisadi  və  mədəni  təsir 

göstərməkdə  Roma  ilə  yarışan  Parfiya  dövlətinin  dağılması  ilə  əlamətdardır.  Bitib 

tükənməyən  sülalə  çəkişmələri  Parfiyanın  mərkəzi  hakimiyyətinin  zəifləməsini 

göstərir,  məhz  bu  çəkişmələr  nəticəsində  bir  çox  müstəqil  kiçik  ölkələr  -  bu  və  ya 

digər siyasi istiqaməti və istəyi ilə seçən çarlıqlar meydana gəldi. Belə ölkələrdən biri 

də Qafqaz Albaniyası idi. 

98-ci  ildə  Romada  Trayan  imperator  oldu.  O,  Parfiya  ilə  müharibəyə 

hazırlaşırdı,  114-cü  ildə  isə  romalılar  Arşakilərin  hakimi  Partamasirə  qalib  gəldilər. 

Fest məlumat verir ki, "[Trayan] albanlara reks verdi, iberləri və başqa xalqları Roma 

təbəəliyinə  qəbul  etdi".  Mövcud  rəyə  görə,  Albaniyanı  çıxmaqla  Qafqaz  2-3  il 

ərzində, yəni Trayanın vəfatınadək nominal olaraq Romaya tabe idi. Festdən gətirilən 

parçaya  əsasən  güman  etmək  olar  ki,  Roma  yerli  basilevslərdən  birinin  Albaniyanı 

idarə  etməsinə  razılıq  vermişdi,  yəni  bu  zaman  kəsiyində  Qafqaz  Albaniyasının 




335 

 

Romaya  meyli göz qabağında idi. Hadriannın vaxtında  (117-138-ci illər) romalılar 



Şərqdə istila edilmiş torpaqları əllərində saxlaya bilmədilər; Hadriann parfiyalılar ilə 

mehriban  qonşuluq  əlaqələri  saxlayırdı,  ermənilərin  öz  çarının  olmasına  icazə 

vermişdi,  amma  albanlar  ilə  dostluq  münasibətlərində  idi,  albanların  rekslərinə 

səxavətlə hədiyyələr verirdi,  hərçənd onlar hüzuruna gəlməkdən boyun qaçırmışdılar. 

Sonrakı  hadisələr  göstərdi  ki,  Roma  Parfiya  ərazisindən  keçmədən  Şərq 

ölkələri  ilə  daimi  əlaqə  saxlaya  biləcəyinə  ümidini  itirmirdi.  Yəqin  ki,  bu  cəhət 

Qafqaz ölkələrinin  -  İberiya  və  Albaniyanın siyasi  meylində  az rol oynamırdı.  Dion 

Kassi  məlumat  verir  ki,  təqribən  133-cü  ildə  "İudeya  müharibəsi  qurtardı.  Başqa  bir 

müharibə Farasman tərəfindən albanların torpağından başlandı... [müharibə] Midiyanı 

bərk  sarsıtdı,  Ermənistana  və  Kappadokiyaya  da  toxundu  və  ona  görə  qurtardı  ki, 

albanlar  bir  tərəfdən  Vologezin  hədiyyələri  ilə  ələ  alındılar,  digər  tərəfdən  isə 

Kappadokiya hakimi Flavi Arriandan qorxurdular". Hadisələr məhz 130-cu illə 136-cı 

il  arasında,  Flavi  Arrian  Kappadokiyanın  hakimi  olanda  cərəyan  edirdi.  III  əsrin 

başlanğıcında  Roma  nəzərə  çarpacaq  dərəcədə  zəifləyirdi:  quldarlıq  təsərrüfatları 

dağılır, əyalətlərin separatizmi artır, barbarlar sərhədi daha tez-tez pozurdular. İranda 

isə başqa hadisələr baş verir: 234-cü ildə Papakın oğlu Artaşir Parfiyanın sonuncu çarı 

V  Artabana  qalib  gəlir  və  nəhəng  çarlığın  çarı  olur.  Albaniyanın  İran  və  Roma  ilə 

qarşılıqlı  siyasi  münasibətləri  xeyli  dəyişir.  Bu  zaman  Roma  imperiyası  artıq  Şərqi 

Qafqazın siyasi tarixində böyük rol oynamır; onun yerini yeni Sasanilər dövləti tutur. 

I Şapurun hakimiyyəti illərində (242-272) Roma ilə Sasanilər İranı arasında mübarizə 

qızışır.  Bu  zaman  Ön  Şərq  ərazisində  əhali  axını  müşahidə  edilir.  Məsələn,  Movses 

Xorenatsı  məlumat  verir  ki,  təqribən  242-ci  ildə  Şimalın  qoşun  başçılarından  olan 

Mamqun  adlı  birisi  öz  adamları  ilə  farsların  tərəfinə  keçmişdi.  I  Şapur  Ermənistana 

qoşun başçısı göndərir. Roma ilə İran arasında mübarizə Roma imperatoru Valerianın 

gözlənilmədən əsir tutulması ilə qurtarır (260-cı il), Valerian İran çarını müşayiət edir, 

Şapur ata minmək istəyəndə onu məcbur edirlər ki, əyilib belini çarın ayağının altına 

versin,  Yuli  Kapitolin  bildirir  ki,  albanlar  da  baktriyalılar,  iberlər,  tavroskiflər  kimi 

Valerianın  əsir  tutulması  münasibətilə  Saporun  (Şapurun)  göndərdiyi  məktubları 

qəbul  etmədilər,  Roma  başçılarına  məktub  yazaraq  Valerianı  əsirlikdən  qurtarmağa 

kömək edəcəklərinə söz verdilər. Digər tərəfdən, Zərdüşt dini mərkəzində Sasani çarı 

I Şapurun kitabəsində çarlığın digər vilayətləri ilə yanaşı, təkcə Atropatenanın deyil, 

Albaniyanın da adı çəkilir. 



Eramızın  hüdudunda  və  ilk  əsrlərində  Ģimaldan  Albaniyanın  və  bitiĢik 

vilayətlərin  ərazisinə  köçərilərin  girməsi.  Albaniyanın  və  bitişik  vilayətlərin  ərazisinə 

Şimaldan  köçəri  ünsürlərin  girməsi  eramızın  hüdudunda  və  ilk  əsrlərində  xüsusilə 

güclənirdi. Yazılı qaynaqlar və arxeoloji məlumat bu zaman Albaniya ərazisinə sarmat-

massaget-alan tayfalarının soxulduğunu sübut edir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə