TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə159/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   155   156   157   158   159   160   161   162   ...   186

339 

 

xarabalıqları 50 hektardan çox ərazidə yerləşir. İctimai binalardan birinin divarlarının 



qalınlığı  2  metrə  yaxın  olub,  bir  neçə  salonu  vardı.  Salonların  sütunlarının 

oturacaqları  zövqlə  yonulmuş  sal  daşlardandır.  Binanın  üstü  yüksək  keyfiyyətli 

kirəmitlə  örtülmüşdü,  kirəmitə  ustaların  damğaları  və  başqa  fərqləndirmə  nişanları 

vurulmuşdu.  Qafqaz  Albaniyasının  antik  dövrü  üçün  səciyyəvi  olan  keramika,  şüşə 

qablar, gümüş piyalələr, metal əmək alətləri, silah, antropomorf və zoomorf terrakot 

heykəlciklər, qızıl sırğalar,  metaldan, sümükdən  müxtəlif bəzək şeyləri və i.a. böyük 

sənətkarlıqla  hazırlanmışdır.  Təsərrüfatın  müxtəlif  sahələri,  sənətkarlıq,  daxili  və 

xarici ticarət, habelə pul tədavülü intensiv inkişaf edirdi. 

Anbarları, müxtəlif mallar doldurulmuş sandıqları möhürləyərkən tətbiq edilən 

möhürlər  və  ya  bullalar  (möhür  vurulmuş  gil  parçaları),  habelə  çoxlu  dən  daşları, 

ərzaq  saxlanılan  iri  küplər  eramızdan  əvvəl  III-II  əsrlərdən  intensiv  təsərrüfat  və 

ticarət həyatının səciyyəvi əlamətlərini əks etdirir. 

Azərbaycanın  müxtəlif  rayonlarında:  Qaraköbər  (Ağcabədi  rayonu),  Qalatəpə 

(Beyləqan  rayonu),  Əmirvan,  Seyidtala  (Qəbələ  rayonu),  Vardanlı  (Oğuz  rayonu), 

Şəkili, Kürdüvan, Talıstan, Uzunboyalar (İsmayıllı rayonu), Canaxar, Xuçbala (Quba 

rayonu),  Çıraqlı,  Dağkolanı,  Bağırlı,  Qalacıq  (Şamaxı  rayonu),  Kirzan  (Qazax 

rayonu),  Torpaqqala  (Qax  rayonu),  Urseki,  Tarki,  Turpaqqala  (Dağıstan),  habelə 

Fizuli,  Gəncə,  Şəmkir  rayonlarında,  Alazan  çayı  hövzəsində  və  Kür  ilə  Araz 

arasındakı ərazidə  xeyli yaşayış məskənləri üzə çıxarılıb öyrənilmişdir. Qədim qəbir 

abidələrinin  tədqiqi  Albaniya  əhalisinin  dünyagörüşünü,  dini  və  etnik  fərqlərini  əks 

etdirən zəngin material vermişdir. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları 

daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin 

ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur. 

Ölülər  dördkünc,  dəyirmi,  ovalşəkilli  torpaq  qəbirlərdə,  küplərdə,  taxta 

qutularda,  saxsı  təknədə,  çiy  kərpicdən  hörülmüş  qəbirdə,  daş  qutularda,  habelə 

katakombalarda  dəfn  edilirdi.  Məsələn,  Nüydü,  Qəbələ,  Yaloylutəpə,  Uzunboylar 

üçün  torpaq  qəbirlər,  Qaraköbər  qəbiristanı  üçün  küp  qəbirlər,  Xanlar  üçün  (Gəncə 

yaxınlığında)  çiy  kərpicdən  hörülmüş  qəbirlər,  Mollaisaqlı  üçün  saxsı  tabutlar 

səciyyəvi  olduğu  halda,  Şamaxı  və  Mingəçevir  məzarıstanlarında  bir  qəbiristanın 

hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik 

qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif 

arxeoloji  mədəniyyətləri  də  bir-birindən  ayırmaq  mümkündür.  Məsələn,  ölünün 

bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər 

müstəqil  arxeoloji  mədəniyyət  kimi  ayrılmış  və  ilkin  aşkara  çıxarıldığı  yerə  görə, 

"Yaloylutəpə mədəniyyəti" adını almışdır. 

Bu  mədəniyyətin  keramikası  üçün  ən  səciyyəvi  tiplər  üçqulaq,  uzun  novçalı, 

yumru  gövdəli,  lentvari  qulplu,  yaxşı  bişirilmiş  qara  və  ya  qırmızı  rəngli,  bir  və 



340 

 

üçayaqlı qablardan ibarətdir. Sonralar bu  mədəniyyətə  mənsub qəbirlər və  keramika 



Albaniyanın bütün ərazisində üzə çıxarılmışdır. 

Torpaq  qəbirləri  antik  dövrdə  də  Albaniya  ərazisində  geniş  yayılmış  qəbir 

abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır. 

Ölüləri qəbirə az və ya çox bükülmüş vəziyyətdə qoyurdular; oturmuş vəziyyətdə, sağ 

və ya sol böyrü üstə dəfn etmək hallarına da rast gəlinir. Adətən qəbrin ölçüləri dəfn 

edilən  şəxsin  ölçülərindən  böyük  götürülürdü;  bəzən  eni  2  metr  və  uzunu  4  metrə 

qədər olurdu. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların 

cəmdəkləri  də  qoyulurdu.  Məsələn,  İsmayıllı  rayonunun  ərazisində  yerləşən 

Uzunboylar  qəbiristanının  eramızdan  əvvəl  III-II  əsrlərə  aid  qəbirlərinin  birindən  70 

saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Burada 7 bütöv qoyun-

keçi skeleti, bir bütöv inək skeleti və i.a. da vardı. 

Torpaq  qəbirlər  alban  dövrünün  bir  çox  abidələrindən  -  Mingəçevirdə, 

Yaloylutəpədə,    Qəbələdə  (Qəbələ  rayonu),  Xınıslıda,  Çıraqlıda  (Şamaxı  rayonu), 

Nüydüdə, Qırlartəpədə (Ağsu rayonu), Torpaqqalada  (Qax  rayonu),  Uzunboylarda  

(İsmayıllı  rayonu), Kişdə  (Şəki),  Şəmkirdə,  Xuçbalada  (Quba  rayonu),  Tarkidə 

Qarabudaqkənddə, Şarakunda (Dağıstan), Alazan çayının vadisində və başqa yerlərdə 

olan  abidələrdən  məlumdur.  Adlarını  çəkdiyimiz  bütün  abidələri  səciyyələndirən 

ümumi cəhətlərlə yanaşı, bəzi

 

məhəlli xüsusiyyətlər də vardır. Məsələn, Mingəçevirdə 



qəbirlərin  demək  olar  hamısında  skelet  azacıq  bükülü  vəziyyətdə  idi  və  başı  əsasən 

şimal-şərqə  tərəf  qoyulmuşdu.  Qəbirdə  zəngin  avadanlıq,  o  cümlədən  keramika, 

dəmir  silah  və  əmək  alətləri,  bəzək  şeyləri,  sikkələr,  möhürlər  və  i.a.    vardı.  

Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan 

verir. 

Ölülərin  çox  bükülü  vəziyyətdə  dəfn  edildiyi  torpaq  qəbirlər  Yaloylutəpədə, 



Nüydüdə,  Xınıslıda  üzə  çıxarılmışdır  və  əsasən  eramızdan  əvvəl  III-I  əsrlərə  aiddir. 

Adı  çəkilən  abidələr  arasında  Nüydü  xüsusi  yer  tutur.  Burada  keramika  ilə  yanaşı, 

çoxlu  nizə  ucluqları  və  bir  tunc  dəbilqə  də  tapılmışdır.  Nüydüdə  zəngin  bər-bəzək 

dəsti  -  qolbaqlar,  üzüklər,  asma  bəzəklər,  boyunbağılar,  qadın  tacları  (çələngləri) 

aşkar  edilmişdir.  Qəbirlərin  birindən  yerli  ustalar  tərəfindən  zərb  olunan  sikkə 

dəfinəsi  tapılmışdır.  Maddi  mədəniyyətin  qeyd  edilən  bütün  kateqoriyaları  yerli 

ustaların məhsuludur. 

Qədim  Şamaxı,  Qəbələ,  Bərdə  və  b.  qəbiristanların  öyrənilməsi  zamanı  üzə 

çıxarılmış  gümüş  və  qızıl  məmulatı  diqqəti  cəlb  edir.  Qırlartəpə  məskəninin 

yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə 

hazırlanan  iki  gümüş  piyalə  tapılmışdı.  Burada  yerli  sənətlər  haqqında  müəyyən 

təsəvvür yaradan silah və bəzək şeyləri də aşkar edilmişdir. 

Albaniya  ərazisində  iri  küplərdə  dəfn  etmək  adəti  geniş  yayılmışdı.  Belə 

qəbirlər  Mil,  Qarabağ  və  Şirvan  düzlərində  və  dağətəyi  rayonlarda,  Kür  çayının 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə