TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə16/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   186

37 

 

Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş 



Qaradağ  silsiləsi  əyməvari  şəkildə  qərbdən  şərqə  doğru  uzanır.  Araz  çayının  sağ 

sahilindən  başlanan  bu  silsilənin  mütləq  yüksəkliyi  3000  metrə  qədər  çatır.  Qaradağ 

silsiləsinin  şimal  yamacı  50  kilometr  məsafədə  3000  metrdən  200  metrə  qədər,  cənub 

yamacı  isə  25  kilometr  məsafədə  3000  metrdən  1000  metrə  qədər  enir.  Onun  şimal 

yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır. 

Kiəmki-Qaraca  silsiləsi  Qaradağın  cənub,  cənub-qərbinə  yaxın  olmaqla  110 

kilometr  məsafədə  uzanır.  Onun  Kiəmki  zirvəsi  3358  metrə,  ən  uca  zirvəsi  isə  3975 

metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-

şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən 

şərqə  doğru  130  kilometr  uzanmaqla  4821  metrə  qədər  (Savalan  dağı)  ucalır.  Cavan 

(pleystosen)  vulkan  lavalarından,  vulkan  küllərindən,  tuflarından  yaranmış  Savalan 

silsiləsinin  yamacları  Acıçay,  Balıqçay,  Qarasuçay  çayları  vasitəsilə  parçalanmışdır. 

Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə 

doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal 

enliyi  isə  20  kilometrə  çatır.  Bozquş  silsiləsi  şimaldan  Acıçay,  Balıqçay,  cənub-

şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. 

Acıdərə  çökəkliyindən  cənub-qərbə  vulkan  mənşəli  Səhənd  (Haramdağ) 

dağının  (3710  m)  konusu  ucalır.  Ətrafdakı  dağarası  çökəklik  və  düzənliklərdən  2500 

metrdən  artıq  ucalan  Səhənd  dağı  və  Savalan  dağı  relyefdə  öz  vulkan  konusu  ilə  çox 

qabarıq  şəkildə  görünür.  Zirvədən  radial  şəkildə  ətraf  yamacların  ətəklərinə  doğru 

istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir. 

Mişudağ  silsiləsi  Urmiya  gölünün  şimal-şərq  qurtaracağında  yerləşməklə  60 

kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 

kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir. 

Cənubi  Azərbaycanın  qərb  qurtaracağında  İranla  Türkiyə  sərhədi  boyu  110 

kilometr  məsafədə  uzanan  Qotur  silsiləsinin  şərq  yamacı  Sarısu,  Qızılçay,  Ələnd,  Qotur 

çayları  ilə  kəskin  parçalanmışdır.  Qotur  silsiləsinin  ən  uca  zirvələrindən  Heravil  (3676 

m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və 

başqalarını misal çəkmək olar. 

Qotur  silsiləsindən  cənuba,  Urmiya  gölündən  qərbə  Moğancıq-Musalan  silsiləsi 

ayrı-ayrı  dağ  tirələrindən  ibarət  olmaqla,  onların  mütləq  yüksəkliyi  2000  metrlə  3000 

metr  arasında  dəyişir.  Silsilələrin  ən  uca  zirvəsi  3601  metrdir.  Mezozoyun  çökmə 

süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir 

çox çay dərələri vasitəsilə parçalanmışdır. 

Dağ  silsilələri  arasında  Ərdəbil,  Acıdərə,  Sərab  və  Mianə  adlı  iri  dağarası 

çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 

230  km,  Təbriz-Quşçu  istiqamətində  isə  (qərbdən  şərqə)  125  km  məsafədə  uzanır. 

Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır. 




38 

 

Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 



km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə 

isə gətirmə konusları vardır. 

Ərdəbil  çökəkliyi  Balıqlıçay,  Quruçay  və  Qarasu  çaylarının  qovuşduğu  yerdə 

vulkanogen,  allüvial-prolüvial  çöküntülərindən  təşkil  olunmuş  düzənlikdən  ibarətdir. 

Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir. 

Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-

30 kilometr məsafədə uzanır. 

Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə 

doğru 200 metrə qədər yüksəlir. 

Cənubi  Azərbaycan  relyefində  təbiətin  yaratdığı  əvəzsiz  abidələrdən  biri  də 

vulkan mənşəli Savalan dağıdır. 

Azərbaycan  ərazisində  dağlıq  relyef  şəraitində  geniş  yayılmış  sürüşmələr, 

uçqunlar,  sellər  və  vaxtaşırı  baş  verən  zəlzələlər  yaşayış  məntəqələrini  dağıdır, 

təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. 

Azərbaycan  ərazisi  mezo-kaynozoyun  çökmə,  vulkanogen  və  intruziv 

süxurlarından  yaranmışdır.  Azərbaycan  ərazisi  Alp  qırışıqlıq  zonasına  aid  olub, 

tektonik  cəhətdən  olduqca  fəaldır.  Bu,  özünü  ilk  növbədə  güclü  zəlzələlərdə  (9  bal) 

büruzə verir. 

Azərbaycan  ərazisi  yeraltı  faydalı  qazıntılarla  zəngindir.  Bu  torpaq  ən  qədim 

zamanlardan  özünün  faydalı  qazıntıları  ilə,  ilk  növbədə,  nefti  və  qazı  ilə  şöhrət 

tapmışdır.  Dəmir,  maqnezium,  titan  (maqnetitli  qumdaşı),  xrom,  mis,  polimetallar, 

kobalt,  mərgmüş,  molibden,  İslandiya  şpatı,  dağ  bülluru,  kvars,  kükürd  kolçedanı, 

kükürd,  barit,  alunit,  andaluzit,  bitum,  daş  duz  və  s.  kimi  filiz  və  qeyri-filiz  faydalı 

qazıntılar  bu  torpağın  sərvətidir.  Tikinti  üçün  yararlı,  odadavamlı,  abraziv  və  digər 

təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. 

Azərbaycanda  olan  mineral  bulaqlar  öz  kimyəvi  tərkibinə  görə  on  bir  tipə 

bölünür.  Buraya  hidrokarbonatlı,  hidrokarbonatlı-xloridli,  hidrokarbonatlı-xloridli-

sulfatlı,  hidrokarbonatlı-sulfatlı,  xloridli,  sulfatlı-xloridli  və  başqa  kimyəvi  tərkibli 

mineral  bulaqlar  daxildir.  Azərbaycanın  coğrafi  yeri,  onun  dağlıq  və  düzənlik 

relyefinin  atmosfer  proseslərilə  qarşılıqlı  əlaqə  və  təsiri  nəticəsində  bir  neçə  iqlim 

tipləri yaranmışdır. 

Azərbaycan  Respublikasının  iqlimi  Kür-Araz  ovalığının  mərkəz  və  şərq 

hissələrində,  Qobustanda,  Abşeron  yarımadasında  və  Samur-Dəvəçi  ovalığında  yayı 

quraq  keçən  mülayim-isti  yarımsəhra  və  quruçöl  (bozqır  və  ya  step)  iqliminə 

malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. 

Qışı  quraq  keçən  mülayim  iqlim  yarımsəhra  və  quru  çöl  iqlimi  Kür-Araz 

ovalığının  Ağdaş-Qarqarçayın  aşağı  axını  istiqamətindən  qərbə  uzanan  Qarabağ 





Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə