TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə160/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   156   157   158   159   160   161   162   163   ...   186

341 

 

sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, 



Qəbələ  rayonlarında,  Mingəçevirdə,  Qalatəpə  xarabalıqlarının  ətrafında,  başqa 

rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim 

əsrlərdən  başlanmışdır.  Bu  tip  qəbirlər  müxtəlif  vaxtlarda  Ön  Asiyada  və  Qafqazda 

geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından 

ta eramızın VIII əsrinədək mövcud olmuşdur. 

Albaniyanın  qəbir  abidələrinin  başqa  bir  tipi  ölülərin  gil  tabutlarda  dəfn 

edilməsidir.  Bu  dəfn  adətinin  İsmayıllı  rayonunda  Mollaisaqlı,  Hacıhatəmli  və 

Qalagah  kəndləri  ətrafında,  Qəbələ  rayonunda,  Quşlar  və  Savalan  kəndlərinin 

yaxınlığında,  habelə  Şamaxı  rayonunda  yayıldığı  öyrənilmişdir.  Saxsı  təknə  yaxud 

tabutlar  əsasən  bir-biri  ilə  birləşən  iki  hissədən  ibarətdir;  divarlarında  bir  neçə  kiçik 

deşik vardır. Kiçik gil tabutlar böyük tabutlardan  yalnız ölçüsü ilə deyil,  forması ilə 

də  fərqlənir,  onların  bir  və  ya  iki  tutacağı  vardır,  deşikləri  yoxdur,  uzunsovdur,  oval 

və  ya  dördbucaq  şəklindədir;  skeletlər  bükülü  vəziyyətdə  sol  və  ya  sağ  böyrü  üstə 

qoyulmuşdur.  İstiqamət  müxtəlifdir,  lakin  sifət  əksər  hallarda  şərqə  tərəf 

yönəldilmişdir.  Avadanlıq  əsasən  baş  hissədə,  mərhumun  üzü  qarşısında  və  ayaq 

tərəfdə  qoyulmuşdur.  Tabutlardan  kənarda  zərif  düzəldilmiş  saxsı  qablar 

yerləşdirilirdi.  Qəbirlərin  içərisində  şüşədən,  pastadan,  mərmərdən  və  i.a.  hazırlanan 

çoxlu  muncuq,  habelə  tunc  qolbaqlar,  üzüklər,  müxtəlif  asma  bəzəklər  və  maral 

təsvirli  metal  lövhə  aşkar  edilmişdir.  Gil  tabutlarda  dəfn  etmək  adəti  vaxt  etibarilə 

əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın 

I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir. 

Tarixi  Albaniyanın  ərazisində  katakomba,  taxta  qutu  və  çiy  kərpic  qəbirlər 

aşkara  çıxarılmış  və  öyrənilmişdir.  Qəbirlərin  bu  tipi  Azərbaycan  ərazisinə  sarmat-

massaget-alan  və  digər  irandilli  tayfalar  tərəfindən  gətirilmiş  və  yerli  əhali  arasında 

qismən yayılmışdır. 

Katakombalarda  olan  taxta  qəbirlərdə  maddi  mədəniyyətin  yüksək  inkişaf 

səviyyəsini  əks  etdirən  zəngin  dəfn  avadanlığı  vardı.  Bu  tip  qəbirlər  eramızın  I-IV 

əsrlərinə  aid edilir;  bunlar  yalnız  Mingəçevirdən tapılmışdır. Taxta  qəbirlərdə  ölülər 

bir  qayda  olaraq qoşa  dəfn  edilir,  onlar  üz-üzə,  bükülmüş  vəziyyətdə,  başları  cənub-

şərqə tərəf qoyulurdu. Dəfn avadanlığı taxta qəbirin həm içərisində, həm də bayırında 

yerləşdirilirdi;  ona  keramikadan  əlavə,  dəmir  qılınclar,  xəncərlər,  bıçaqlar,  gümüş 

piyalələr, qızıl və gümüş zinət şeyləri, üzük-möhürlər və i.a. daxil idi. Bu tip qəbirlər 

zadəgan zümrəni əks etdirir. 

Albaniyanın  maddi  mədəniyyəti  qəbir  tikililərinin  başqa  bir  tipində  -Xanlar 

rayonunda,  Mingəçevirdə,  Sabirabad  rayonu  ərazisindəki  Cəfərxan  kəndinin 

yaxınlığında  tədqiq edilmiş çiy  kərpic

 

qəbirlərdə  də  öz  əksini  tapmışdır.  Ölünün  tək 



dəfn edilməsi bu qəbirlər üçün səciyyəvidir. Burada ölü arxası üstə uzadılırdı. Bu tip 


342 

 

qəbirlərdən  əldə  edilən  materiallardan  bəlli  olur  ki,  onlar  iki  eranın  ayrıcına  və 



eramızın ilk əsrlərinə aiddir. 

Ayrı-ayrı  yerlərdə  indiyədək  qalmaqda  olan  metal,  daş  və  ağac  əmək  alətləri 

Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir 

oraqlar,  çapacaqlar,  bıçaqlar,  qayçılar,  bizlər,  iynələr,  dən  daşları,  kirkirə  daşları, 

sürtgəclər, bülöv daşlardan ibarətdir. 

Xınıslı,  Nüydü,  Qırlartəpə,  Yaloylutəpə,  Qaraköbər,  Torpaqqala  və 

Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o 

cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən 

başlayaraq  işlədilən  kirkirə  daşlarının  tapılması  dən  üyüdülməsinin  yeni,  mütərəqqi 

üsullarının  tətbiqi  ilə  bağlıdır.  O  dövrdə  xeyli  miqdarda  dişli  oraqların  olması 

əkinçilik  sahəsində,  xüsusən  biçin  prosesində  əmələ  gələn  tərəqqini  arxeoloji 

cəhətdən  təsdiq  edir.  Arxeoloji  tədqiqatlar  zamanı  aşkar  edilən  bitki  qalıqları 

Albaniyada  əkinçiliyin  inkişafı  və  istehsal  olunan  məhsulların  çeşidi  haqqında 

mühakimə yürütməyə imkan verir. 

Dulusçuluq  məmulatı  Qafqaz  Albaniyası  iqtisadiyyatının  və  mədəniyyətinin 

daha  da  inkişaf  etdiyini  göstərir.  Eramızdan  əvvəl  I  minilliyin  ikinci  yarısında 

Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları - qonşu ölkələrin keramikasından 

fərqlənən  süddanlar,  birayaqlı  və  üçayaqlı  vazalar  meydana  gəlir.  Yaloylutəpə 

keramikası  Şirvan,  Şəki,  Zaqatala  bölgəsi,  Gəncə-Qazax,  Mil-Qarabağ  düzü,  Alazan 

və  Kür  hövzəsi,  habelə  Dağıstan  ərazisində  olan  abidələrdən  məlumdur.  Yuxarıda 

qeyd  edilmiş  rayonlar  üçün  səciyyəvi  olan  keramika  kompleksinin  yeknəsəqliyi 

vahid,  səciyyəvi  iqtisadiyyata,  mədəniyyətə  və  əraziyə  malik  əhalinin  etnik 

yekcinsliyinə sübutdur. 

Albaniya  ərazisində  xeyli  miqdarda  dəmirçilik  məmulatı  üzə  çıxarılmışdır; 

onların  böyük  bir  qismi  yerli  ustaların  məhsuludur,  bununla  birlikdə  gətirilmə 

əşyalara,  başlıca  olaraq  zərif  qab-qacağa  və  bəzək  şeylərinə  də  təsadüf  edilir. 

Albaniyanın  yerli  xammala  əsaslanan  metallurgiyası  və  metalişləmə  sənəti  yüksək 

kamillik səviyyəsinə qalxmışdı. 

Alban  cəmiyyətinin  əyanlar  təbəqəsinin  məişətində  geniş  istifadə  olunan 

gümüş  və  mis  qab-qacaq  cəmiyyətin  sosial  cəhətdən  yekcins  olmadığını  da  aydın 

bildirir. 

Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab 

istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə 

isə bunlar bir qayda olaraq Şərq ölkələrindən gətirilirdi. 

Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların 

gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə 

olunmuş  materialların  rəngarəngliyi  ilə  fərqlənir.  Bunlar  metaldan,  şüşədən,  gildən, 

pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə