TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə161/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   157   158   159   160   161   162   163   164   ...   186

343 

 

tərkibinə  qadın  tacları  (çələngləri),  boyunbağılar,  qolbaqlar,  üzüklər,  asma  bəzəklər, 



sancaqlar,  toqqalar,  muncuqlar,  müxtəlif  tikmə,  bəzəklər  və  i.a.  daxildir.  Əsasən 

Mingəçevir,  Yaloylutəpə,  Xınıslı,  Qəbələ,  Qaratəpə,  Qalagah,  Şortəpə,  Qırlıtəpə  və 

digər  Albaniya  abidələri  qazıntılarından  məlum  olan,  nəcib  metallardan  və  qiymətli 

daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir. 

Bəzək  şeylərinin  böyük  bir  qrupu  antik  dövrdə  geniş  yayılmış  qolbaqlardan 

ibarətdir.  Qolbaqlar  tuncdan,  gümüşdən,  qızıldan,  dəmirdən  hazırlanırdı.  Ayrı-ayrı 

keramik  qolbaq  nümunələri  də  məlumdur.  Qolbaqların  ön  kəsiyi  dairəvi  yaxud 

üçbucaqvaridir,  çox  vaxt  zoomorf  başcıqlar  şəklində  düzəldilən  ucları  bəzilərində 

aralıdır,  səthi  ya  saya,  ya  da  ornamentlidir;  bu  qolbaqlar  yalnız  bəzək  şeyləri  deyil, 

həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi. 

Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. 

Ucları  bir  qədər  genişləndirilmiş,  bitişdirilməmiş,  batıq  ornamentlə  bəzədilmişdir. 

Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir - bunlar formaca 

bir-birindən  fərqlidir.  Onlar  əlvan  metallardan,  dəmir  və  sümükdən  düzəldilirdi. 

Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən 

qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər 

möhür  rolunu  oynayırdı  və  xronoloji  cəhətdən,  bir  qayda  olaraq,  qaşsız  üzüklərə 

nisbətən  daha  sonralara  aiddir.  Üzük-möhürlərin  xarici  nümunələri  adətən 

Romadandır.  Onlar  Qafqaz  Albaniyasının  Roma  ilə  geniş  əlaqələrə  malik  olmasını 

təsdiq edir. 

Bəzək  şeyləri  arasında  sırğalar  xüsusi  yer  tutur.  Qızıl  sırğalar  Mingəçevir, 

Yaloylutəpə,  Xınıslı,  Qalagah,  Şatırlı  (Bərdə)  və  başqa  yerlərdə  aşkar  edilmişdir. 

Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı 

zamanı  müxtəlif  zərgərlik  məmulatı  ilə  birlikdə  tökmə  üsulu  ilə  sırğalar  və  digər 

bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. 

Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə 

qəbirlərin  əksəriyyətində  təsadüf  edilir.  Əcnəbi  bəndlər,  əsasən  Roma  bəndləri 

çoxdur. Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif 

sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir. 

Rəngarəng  toqqalar,  piləklər,  asma  bəzəklər  və  xüsusilə  həm  yerli  ustalar 

tərəfindən  düzəldilən,  həm  də  kənardan  gətirilən  müxtəlif  muncuqlar  da  külli 

miqdarda  tapılmışdır.  Muncuqlar  əsasən  antik  dünyanın  məşhur  mədəniyyət 

mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, 

eramızdan  əvvəl  IV-I  əsrlərdə  və  eramızın  I-II  əsrlərində  Qafqaz  Albaniyası  Qara 

dənizin  şimal  sahilində  yerləşən  şəhərlərlə,  Parfiyanın,  Romanın,  Mesopotamiyanın, 

Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr 

saxlamışdır.  Albaniya  ərazisində  ehtiyatı  bol  olan  əlvan  daşlar  keyfiyyətdə  ən  yaxşı 



344 

 

gətirilmə nümunələrdən  geri qalmayan bəzək şeyləri və  möhürləri düzəltməkdə  yerli 



sənətkarlar üçün xammal mənbəyi idi. 

Miladdan əvvəl I  minilliyə və  miladın ilk  əsrlərinə aid olan,  əsasən  hellinizm 

dövlətlərində,  Romada  kəsilmiş  sikkələrdən  ibarət  dəfinələr  və  ayrı-ayrı  sikkələr, 

habelə  albanların  öz  sikkələri  aşkara  çıxarılıb  öyrənilmişdir.  Gümüş  alban  sikkələri 

Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış 

sikkə  dəfinələrinin  tədqiqi  göstərir  ki,  həmin  sikkələr  eramızdan  əvvəl  III  əsrin 

axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır. 

Antik  Albaniyanın  incəsənəti.  Arxeoloji  tədqiqatlar  nəticəsində  qədim 

zamanların çoxlu ictimai binaları və başqa memarlıq abidələri, habelə sıravi tikililəri 

aşkar  edilmişdir.  Tikinti  qalıqları  binaların  çaydaşından  qoyulmuş  bünövrələrindən, 

qismən  salamat  qalmış  çiy  kərpic  divarlardan,  bir  çox  sütunların  müxtəlif  tipli  daş 

təməllərindən  ibarətdir.  Bunlar  yəqin  ki,  monumental  binaların  memarlıq  üslubu  ilə 

bağlı  yeganə  məlum  ünsürdür  və  təkcə  əməli  deyil,  həm  də  estetik  əhəmiyyətə 

malikdir.  Albaniya  ərazisində  divar  rəsmləri,  mozaika  və  binaların  başqa  bəzək-

düzəkləri təəssüf ki, hələ aşkar edilməmişdir. 

Azərbaycan  xalqının  folklor  ənənəsində  hifz  edilib  saxlanılmış  məlumat 

binaların içərisinin naxışlı boyalarla, ipək parçalarla, xalı-xalça ilə bəzədildiyinə, bir 

çox  musiqi  alətləri  olduğuna  və  musiqi  sənətinin  yüksək  inkişafına  dəlalət  edir. 

Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə 

tənəzzülə  uğrayır,  daha  erkən  inkişaf  dövrlərini  səciyyələndirən  rəngkarlıq  sənəti 

qeyb  olur;  keramikaya  vurulan  əlvan  naxışlar  başlıca  olaraq  daha  bəsit  xarakter 

daşıyır. 

Bununla  birlikdə  Albaniya  bədii  keramikasının  istehsalında  özünü  xüsusilə 

parlaq  şəkildə  büruzə  verən  dekorativ-tətbiqi  sənətin  daha  da  inkişaf  etdiyini  qeyd 

etmək  lazımdır.  Məhz  antik  dövrdə  dulus  çarxının  demək  olar  ki,  tamamilə 

istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına 

baxmayaraq,  keramika  öz  formalarının  simmetrikliyi  və  zərifliyi  ilə  fərqlənir. 

Keramikanın  ən  səciyyəvi  tiplərindən  biri  olan  "süddanlar"  xüsusilə  maraqlıdır. 

Bunlar  yumru  gövdəli,  birqulplu,  azacıq  yuxarı  qalxmış  uzunsov  novçalı  qablardır, 

novçanın  başlandığı  yerdə  adətən  çox  vaxt  "süzgəc"  düzəldilirdi.  Bunlar 

bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və 

qulpu  bir  çox  hallarda  batıq və  ya  çökək  ornamentlə,  gövdəsi  isə  simmetrik  şəkildə 

yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki 

tərəfinə  vurulan  bu  cür  yapışdırma  naxışlar  həmin  qablara  zoomorf  görkəm  verir. 

Kürədə  bişirilən  məşhur  birayaqlı  və  üçayaqlı  qırmızı  və  qara  vazalar  kimi,  təsvir 

edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri 

hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar 

etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban 





Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə