TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə162/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   158   159   160   161   162   163   164   165   ...   186

345 

 

mədəniyyətinə  müəyyən  təsir  göstərmişdir.  Eramızdan  əvvəl  IV-III  əsrlərdə  geniş 



yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf 

və antropomorf qablar daxildir. 

Ümumiyyətlə,  mücərrəd  ornamentlə  bəzədilmiş  qablara  xüsusi  düzəlmiş 

qulpların,  qapaqların  və  digər  lazımlı  ünsürlərin  köməyi  ilə  zoomorf  və  ya 

antropomorf  görkəm  verilir.  Bir  çox  saxsı  qablarda  heyvanların,  quşların,  insanın 

yapışdırma  və  basma  ornamentlə,  boya  ilə  yaradılmış  sxematik  təsvirləri  vardır  ki, 

bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır. 

Bununla  əlaqədar  olaraq  İsmayıllı  rayonunun  Hacıhatəmli  yaşayış  yerindən 

tapılmış  dabanlı  oturacağı  olan  boz  rəngli  vazanı  xüsusilə  qeyd  etmək  lazımdır; 

Gövdəsi  yapışdırma  naxışla  bəzədilmiş  qabın  kiçik  şaquli  qulpları  vardır,  ağzı 

dəyirmidir.  Şaquli  qulpların  hər  iki  tərəfinə  çiçək  şəklində  kiçik  naxışlar 

yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma 

naxışların  köməyi  ilə  qaşlar, gözlər,  qulaqlar  və  üzün  hər  iki  tərəfindən  sallanan  iki 

hörük,  batıq  cızıqların  köməyilə  kirpiklər  bildirilmişdir.  Qadın  çöhrəsinin  zəngin 

təxəyyülü  naməlum  usta  tərəfindən  məharətlə  yaradılmış  təsviri  əsrləri  arxada 

qoyaraq  bizə  gəlib  çatmışdır.  Buna  oxşar  antropomorf  saxsı  qablar  qədim  Şamaxı 

qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; 

qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya 

bənzəyən,  maral,  keçi,  öküz,  xoruz,  göyərçin,  tısbağa  və  i.a.  formasında  hazırlanan, 

realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində 

olan  hett  abidələrindən  də  məlumdur.  Eramızdan  əvvəl  IV-III  əsrlərdən  başlayaraq 

Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və 

mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer 

tutur.  Albaniya  terrakotları  hər  şeydən  əvvəl  qadın  heykəlcikləri,  az-az  hallarda  kişi 

heykəlcikləri,  zoomorf  fiqurlar,  o  cümlədən  yüyənli  at  təsvirləri  ilə  təmsil 

olunmuşdur.  Alban  incəsənətinin  bu  abidələri  olduqca  çoxdur:  təkcə  İsmayıllı 

rayonunun  ərazisində,  Mollaisaqlı-Hacıhatəmli  yaylasında  60-dan  artıq  heykəlcik 

aşkara  çıxarılmışdır.  Bunlar  Mingəçevir,  Qəbələ  və  Şamaxı  qazıntılarından  da 

məlumdur.  Albaniyanın  kiçik  gil  heykəlyapma  (koroplastika)  sənəti  arxaik  formaları 

xeyli  dərəcədə  hifz  edib  saxlamış  və  o,  Şərq  incəsənəti  üçün  səciyyəvi  olan  üslubda 

yaradılmışdır. 

Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan 

Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur. 

Albaniya  koroplastikasının  müəyyən  hissəsi  Azərbaycanın  qədim  əhalisinin 

etiqadlarını  və  təsəvvürlərini  əks  etdirən,  qonşu  ölkələrin  incəsənəti  ilə  ümumi 

cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot 

heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən 

birini təmsil edir. 




346 

 

Albaniyanın  monumental  heykəltəraşlığı  arxeoloji  tədqiqatların  gedişində 



əsasən  Şirvanda  və  Qarabağda  üzə  çıxarılmış  antropomorf  daş  heykəllərlə  təmsil 

olunmuşdur.  Onların  böyük  bir  qismi  əhəngdaşından  hazırlanmışdır  və  adamı 

boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq 

qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur. 

Şamaxı  rayonunun  Çıraqlı  kəndində  tapılmış  daş  heykəllər  qrupunda  üzün  cizgiləri 

(gözlər,  burun,  qulaqlar)  aydın  təsvir  olunmuş,  sakitlik,  müdriklik,  mərdlik  kimi 

xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. 

Daş  heykəllər  əsasən  yerli  bütpərəst  əhalinin  səcdə  etdiyi  kişi  bütləri  idi.  Bu 

ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır. 

Daşdan  yalnız  monumental heykəllər deyil,  həm də  kiçik fiqurlar  yonulur  və 

onların  üzərində  müxtəlif  təsvirlər  həkk  edilirdi.  Şamaxıda  alban  tətbiqi  sənətinin 

maraqlı  abidəsi  tapılmışdır.  Bu  abidə  ağ  əhəngdaşından  hazırlanan,  qədəhə  oxşayan 

zəngşəkilli  bir  qabdır.  Onun  içi  boş  olan  gövdəsi  bayır  tərəfdən  çökək  ornamentlə 

örtülmüşdür.  Çəpəki  və  sınıq  xətlərlə  haşiyələnmiş  kompozisiyanın  mərkəzində  bir-

birinin dalınca sıra ilə gedən beş heyvan - təkə, donuz, bəbir və aydın nəzərə çarpan 

iki  maral  fiquru  yerləşdirilmişdir.  Qədəhin  yuxarısı  üç  qabarıq  başcıqla  -  kişi,  qadın 

və  it  başcıqları  ilə  qurtarır.  İsmayıllı  rayonu  ərazisində  Uzunboylar  məskənində  də 

üzərində  zoomorf  təsvirlər  olan  daş  piyalə  tapılmışdır.  Həm  də  buradakı  maral 

təsvirləri,  ornament  motivləri  qədim  Şamaxıda  tapılmış  qədəhdə  olan  maral 

təsvirlərinə  və  ornament  motivlərinə  bənzəyir.  Haqqında  danışılan  qabların  hər  ikisi 

eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur. 

Demək  lazımdır  ki,  plastik  materialda,  torevtika  əsərlərində,  qliptikada 

çoxsaylı  maral  təsvirlərinin  motivi  məhz  alban  dekorativ  tətbiqi  sənəti  üçün 

səciyyəvidir. 



Din.  Strabonun  məlumatına  görə,  albanlar  yunanca  Helios,  Zevs  və  Selena 

adlandırılan  üç  allaha  sitayiş  edirdilər.  Antik  müəllifin  dediyinə  görə,  albanlar 

Selenaya  üstünlük  verirlər.  "Onun  məbədi  İberiyanın  yaxınlığındadır.  Kahin 

vəzifəsini basilevsdən sonra  ən böyük hörmət sahibi olan,  yaxşı  məskunlaşmış  geniş 

hiyera  xoranın  başında,  onun  (hiyera  xoranın)  və  hiyerodulların  başında  duran  kişi 

icra  edir,  hiyerodulların  bir  çoxu  dini  vəcd  vəziyyətindədirlər  və  gələcəyi  xəbər 

verirlər". Başqa bir məbəd vilayəti Kür çayının sahilində idi. Dion Kassinin yazdığına 

görə,  Pompey  albanlara  qarşı  yürüşü  zamanı  "qış  düşərgəsini  Anait  vilayətində  Kür 

sahilində  salmışdı".  Həm  Strabon,  həm  də  Dion  Kassi  Qərbi  Albaniyanın  məbəd 

vilayətlərindən danışırlar. Maraqlıdır ki, Şərqi Albaniyada Kaspi dənizinin adalarında 

da  müqəddəs vilayətlər olmuşdur. Bu barədə  Mela  məlumat  verir: "Kaspi dənizində 

Talqa (torpağa xüsusi) qulluq edilmədən də məhsuldardır; (Talqada) yerdə və ağacda 

bitən  hər  cür  meyvələr  çoxdur,  lakin  qonşu  xalqlar  (Talqada)  hasilə  gələn  bəhrəyə 

toxunmağı  yolverilməz  və  küfr  hesab  edirlər;  onların  inamına  görə,  bütün  bunlar 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə