TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə163/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   159   160   161   162   163   164   165   166   ...   186

347 

 

allahlar üçün hazırlanmış və allahlar üçün saxlanılmalıdır". Antik müəllif ibadətgahın 



özü haqqında heç nə demir, nə hiyereveslərin, nə də hiyerodulların adını çəkir. Belə 

bir  cəhət  diqqəti  cəlb  edir  ki,  Talqada  meyvələr  çoxdur,  lakin  onlara  toxunmaq 

"yolverilməz və küfr sayılır", çünki burada hər şey allahlar üçündür. Mela müqəddəs 

ağacları olan müqəddəs ərazilərdən bəhs edir, bu isə Albaniyanın şərqində, məsələn, 

Selena  ibadətgahının  hiyera  xorasında  işlərin  nisbətən  bir  qədər  başqa  cür  olduğunu 

göstərir. Çox ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və 

ya bir növ qədim pir varmış. Məlumat kasadlığı ölkənin baş ibadətgahını xarakterizə 

etməyə  imkan  vermir,  lakin  güman  etmək  olar  ki,  məhz  geniş  əraziyə  və  çoxsaylı 

əhaliyə malik olan Selena məbədi ictimai və dini həyatda mühüm rol oynamışdır. Bu, 

xüsusilə ona görə düzgündür ki, Kiçik Asiyanın bəzi ibadətgahlarında olduğu kimi, bu 

məbəddə də hiyerevs basilevsden sonra ikinci şəxs olmuşdur. 

Qədim  Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın 

məşhur  baş  allahı  Zevslə  eyniləşdirilməsi  ilə  əlaqədar  olaraq  iri  daş  bütlər  maraq 

doğurur.  Bunların  ən  səciyyəvi  olanları  Xınıslıda,  Dağkolanıda  və  Çıraqlıda  aşkara 

çıxarılmışdır.  Bütlər  yerli  məsaməli  daşdan  yonulmuşdur.  Çoxunun  əl-ayağı  və  ya 

başı  yoxdur. Bütlərin böyük  bir qisminin boyu adam  boyuna  çatır. Bunlar  xronoloji 

cəhətdən eramızdan  əvvəl son  əsrlərə - eramızın ilk  əsrlərinə aiddir. Bütün bu bütlər 

yonulma texnikasına görə nisbətən aşağı səviyyədə durur, qədim Yunanıstan və Roma 

heykəltəraşlarının heykəlləri ilə müqayisəyə gəlmir. 

Maraqlıdır  ki,  mərhumla  birlikdə  qəbrə  qoyulmuş  keramika  məmulatının  və 

başqa əşyaların bir qismi ayparanı təsvir edən ornamentlə örtülmüşdür. Ay ilahəsinin 

rəmzləri bununla məhdudlaşmır. Rəmzlər sırasına ilahə təsvirinin digər şərti işarələri 

də  aiddir.  İlahəyə  sitayiş  maddi  mədəniyyət  abidələrində  tez-tez  şəkli  verilən 

müqəddəs  ağacla  bağlıdır.  Müqəddəs  ağaclara  (dağdağan,  saqqız  ağacı,  dəmirağacı, 

çinar, qarağac və s.) sitayişin izləri bizim günlərdə də qalmışdır. Ay rəmzlərindən biri 

də görünür, ilan təsviridir. Ornamentdə ilan təsviri Qafqaza  məxsus bir rəmz  sayılır. 

Bir  çox  qəbirlərdən  xeyli  bilərzik  tapılmışdır  ki,  onların  bir  qisminin  başı  ilan 

şəklindədir.  İlan  şəkli  bir  sıra  qablar  üstündə  də  vardır.  Sırğalara,  üzüklərə  və  digər 

bəzək  şeylərinə  geydirilən  rəngbərəng  qaş-daş  da,  ehtimal  ki,  Ayın  həyat  bəxş  edən 

qüvvəsi  ilə  bağlıdır.  Bir  çox  hallarda  "üç",  "yeddi",  "on  bir"  miqdar  nisbətini  ifadə 

edən ornamentlə  bəzədilmiş  xeyli  miqdarda  keramika  məmulatının mövcud olması 

güman etməyə əsas verir ki, Albaniyanın qədim əhalisi qəməri təqviminin güclü təsiri 

altında imiş. "Üç" ədədi ehtimal ki, təzə ay fazasının yunanlarda Selena adlanan ilk üç 

günü  ilə  bağlı  idi.  Ay  altıncı  gün  Artemida,  on  birinci  gün  hekata  olur.  Başqa  bir 

rəvayətə  görə,  Ay  Yerin  üzərində  olanda  Selena,  Yerin  daxilində  olanda  Artemida, 

əks  tərəfdə  olanda  isə  hekatadır.  Beləliklə,  "üç"  ədədi  ayın  dəyişilmə  fazalarının  və 

onlardan asılı olan qüvvələrin rəmzidir. Ay albanların dini təsəvvürlərində fövqəladə 

rol oynayırdı, güman ki, məbəd hiyerodullarının vəcd və ya divanəliyi allahın vergisi 




348 

 

sayılırdı,  yəni  Selena  ilahəsinə  sitayiş  ilə  bağlı  idi.  Selenaya  sitayişin  müxtəlif 



formaları sonralar da yaşamaqda davam edirdi. 

Yaxın  vaxtlarda  Azərbaycanda  və  Şərqi  Gürcüstanda  qədim  etiqadların 

ünsürləri  tapılmışdır.  Mollaisaqlıda,  Mingəçevirdə, Xınıslıda aşkar edilmiş terrakot 

heykəlciklər  bu  baxımdan  maraqlıdır.  Heykəlciklər  kiçikdir  (20  santimetrə  qədər), 

bəzi  fiqurlarda  boyunbağıların  və  bilərziklərin  qabarıq  təsvirləri,  həmçinin  geyimin 

sxematik cizgiləri gözə dəyir, bir çox hallarda baş və əl-ayaq qopuqdur. Ola bilsin ki, 

bu,  dəfn  adəti  ilə  əlaqədardır.  Terrakot  heykəlciklər  eramızdan  əvvəl  son  əsrlərə  - 

eramızın ilk əsrlərinə aid edilir. Qədim alban heykəlciklərini Qobustan qaya rəsmləri 

ilə tutuşduraraq belə bir fərziyyə söyləyirlər: qadın heykəlcikləri də, qadın rəsmləri də 

mənşə  etibarı  ilə  Bərəkət  ilahəsinin  obrazından  götürülmüşdür.  İosif  Flaviyə  görə, 

parfiyalı bir qadın ərinin vəfatından sonra zorla yəhudi Anileyin evinə aparılmış, lakin 

oraya  "özünün  də,  ərinin  də  sitayiş  etdikləri  allahların  təsvirlərini  gətirmişdir.  Bu 

yerlərin sakinlərində bir adət vardı: evdə bütlər saxlayır, səyahətə çıxanda yanlarında 

aparırdılar; buna görə də o qadın öz ölkəsinin adəti üzrə bütləri özü ilə gətirmişdi. İlk 

vaxtlar  onlara  gizlində  ibadət  edirdi.  Bütlərə  birinci  ərinin  evində  necə  sitayiş 

etmişdisə,  Anileyin  arvadı  olandan  sonra  da  eləcə  sitayiş  eləməyə  başlamışdı". 

Sitatdan  göründüyü  kimi,  bütlər  çoxlu  və  portativ  idilər.  Burada  parfiyalıların  evdə 

büt  saxlamaq  adəti  xatırladılır,  bu  adət  bir  çox  səbəblərə  görə  albanlara  da  aid  ola 

bilərdi. Gətirilən parçada söhbət, görünür, məhz Azərbaycanda aşkar edilən fiqurlara 

bənzər  terrakot  heykəlciklərdən  gedir.  Qədim  alban  terrakot  heykəlcikləri  Selena 

ilahəsini,  digər  müxtəlif  allahları  təmsil  edə  bilərdi.  Helios,  Zevs  və  Selena 

allahlarının  adları  qədim  dövrün  başqa  xalqlarında  da  çəkilir.  Məsələn,  Strabon 

Parfiya  dövrü  haqqında  belə  bir  məlumat  verir  ki,  "farslar  heykəllər  və  ya 

qurbangahlar ucaltmırlar, Zevsə səcdə edirmiş kimi səmaya səcdə edərək hündür bir 

yerdə  qurban  kəsirlər.  Onlar  Heliosu  Mitra  adlandıraraq  ona,  habelə  Selenaya  və 

Afroditaya  səcdə  edirlər;  sonra  od,  torpaq,  külək  və  suya  sitayiş  edirlər,  boynuna 

çələng  keçirilmiş  qurbanlıq  heyvanı  müəyyən  qaydada  pak  edilmiş  yerə  gətirərək 

ibadətdən  sonra  qurban  kəsirlər.  Müqəddəs  mərasimi  icra  edən  kahin  qurbanlıq  əti 

doğrayır,  dindarlar  paylarını  götürüb  gedirlər,  allahlara  heç  nə  saxlamırlar;  onların 

dediklərinə  görə  allaha  qurbanın  ruhundan  savayı  heç  nə  lazım  deyildir.  Lakin 

bəzilərinin  dediklərinə  görə,  onlar  piyliyin  kiçik  bir  tikəsini  oda  atırlar".  Gətirilən 

parça göstərir ki, Zevs, Helios və Selena farsların və albanların eyni allahları sayılır. 

Helios ilə Mitranın, Strabon dediyi kimi, eyni allah olması diqqəti cəlb edir. Yunanlar 

və  romalılar  məbədlərdə  qurbangahlardan  istifadə  etdikləri  halda,  farslar  istifadə 

etmirdilər.  Qurbanvermə  mərasimi    məbədin  yaxınlığında  məxsusi    ayrılan  "pak 

edilmiş"  yerdə  icra  olunurdu.  Qurbankəsmə  və  ətpaylama  adəti  Azərbaycanın  hər 

yerində əhali arasında indi də yayılmışdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə