TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə166/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   162   163   164   165   166   167   168   169   ...   186

353 

 

XRONOLOJĠ CƏDVƏL 

 

1  milyon  500  min-1  milyon  200  min  il  qabaq  –  Azərbaycan  ərazisində 

insanın ilk izləri. 



1  milyon  200  min-1  milyon  il  qabaq  –  Azıx  mağarasında  insan  həyatının 

başlanması. 



400 min-350 min il qabaq – Azıx mağarasında azıxantropun çənə fraqmenti. 

100 min-35 min il qabaq – Orta paleolit. 

40-35  min  il  qabaq – Yuxarı paleolitin başlanması. Müasir insanın  meydana 

gəlməsi. 



Eramızdan  əvvəl  XIII-VI  minilliklər  –  Mezolit  və  Neolit.  İstehsaledici 

təsərrüfatın təşəkkülünün başlanması. 



Eramızdan əvvəl VI-IV minilliklər – Eneolit. Şomutəpə mədəniyyəti.  

Eramızdan  əvvəl  IV-III  minilliyin  sonu  –  İlk  tunc  dövrü.  Kür-Araz 

mədəniyyəti. 



Eramızdan  əvvəl III  minilliyin son  sülsü  – Azərbaycan ərazisində ilk tayfa 

ittifaqları.  Kutilər,  lullubilər  və  hürrilər  haqqında  Şumer-Akkad  mənbələrinin 

məlumatı. 

Eramızdan əvvəl III minillliyin sonu-II minilliyin birinci yarısı – Orta tunc 

dövrü. 


Eramızdan əvvəl II minillik – Naxçıvan mədəniyyəti. 

Eramızdan əvvəl II minilliyin birinci yarısı – Ön Asiyaya gələn ari tayfaları 

Urmiyasahili rayonunda hürrilərlə təmasda olmuşlar.  



Eramızdan  əvvəl  II  minilliyin  ikinci  yarısı-I  minilliyin    baĢlanğıcı  –  Son 

tunc  və  ilkin  dəmir  dövrü.  Sosial  və  əmlak  cəhətdən  parçalanmanın  dərinləşməsi. 

Xarici  əlaqələrin  güclənməsi.  Xocalı-Gədəbəy,  Qayakənd-Xoroçoy  və  Talış-Muğan 

mədəniyyətləri. 



Eramızdan  əvvəl  II  minilliyin  sonu  –  Azərbaycanın  ən  inkişaf  etmiş 

rayonlarında ibtidai icma quruluşunun süqutu və dağılması. 



Eramızdan  əvvəl  II  minilliyin  sonu-I  minillliyin  baĢlanğıcı  –  Azərbaycan 

ərazisinə İrandilli tayfaların soxulması. 



Eramızdan  əvvəl  I  minilliyin  baĢlanğıcı  –  Azərbaycan  ərazisində  ilk  iri 

siyasi qurumların meydana gəlməsi. Zamua. 



Eramızdan  əvvəl  IX  əsrin  birinci  yarısı  –  Cənubi  Azərbaycana  və  qonşu 

ölkələrə Aşşur dövlətinin müdaxiləsinin başlanğıc dövrü. 



Eramızdan əvvəl IX əsrin baĢlanğıcı – Urmiyasahili rayonda Manna, Gilzan, 

Karalla, Allabria və başqa ―çarlıq‖ların ilk dəfə xatırladılması. 



Eramızdan əvvəl IX əsrin ikinci yarısı – Urmiyasahili rayonda Manna çarlığı 

təşəkkül tapır. 




354 

 

Eramızdan əvvəl IX əsrin 30 illəri  - Madalıların ilk dəfə xatırladılması. 



Eramızdan  əvvəl  VIII  əsr  –  Manna  dövlətinin  güclənməsi və  genişlənməsi. 

Aşşurlular və urartulular ilə mübarizə. 



Eramızdan  əvvəl  VIII  əsrin  ortaları  –  Aşşur  müdaxiləsinin  ikinci 

mərhələsinin  başlanması.  Cənubi  Azərbaycan  və  bitişik  vilayətlərin  ərazisində  ilk 

Aşşur vilayətlərinin yaranması. 

Eramızdan əvvəl 714-cü il – II Sarqonun Urartuya qarşı yürüşü. 

Eramızdan əvvəl VIII-VII əsrlərin sonu – Kimmerlərin, skiflərin və sakların 

Qafqaza və Ön Asiyaya soxulması. 



Eramızdan əvvəl VII əsrin 70 ci illəri  - Azərbaycan ərazisinin bir hissəsində 

Skif çarlığının meydana gəlməsi. 



Eramızdan əvvəl VII əsrin 70-ci illəri – Mada çarlığının meydana gəlməsi. 

Eramızdan əvvəl 660-cı ilə yaxın – Mannada çar Ahşeriyə qarşı üsyanlar.  

Eramızdan əvvəl VII əsrin III çərəyi – Mada istilalarının başlanması. 

Eramızdan əvvəl 625-585-ci illər – Kiaksarın hökmranlığı. 

Eramızdan əvvəl 615-ci il – Madalıların Aşşur ilə müharibəsinin başlanması. 

Eramızdan  əvvəl  612-ci  il  –  Neynəvanın  Madalılar  və  babillilər  tərəfindən 

işğal edilməsi. 



Eramızdan  əvvəl  612-605-ci  illər  –  Aşşur dövlətinin süqutu, onun Mada  ilə 

Yeni Babil çarlığı arasında bölünməsi. 



Eramızdan  əvvəl  VII  əsrin  sonu-VI  əsrin  baĢlanğıcı  –  Mannanın,  Skif 

çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi. 



Eramızdan  əvvəl  550-ci  il  –  Mada  dövlətinin  süqutu.  Farsların  Əhəmənilər 

dövlətinin meydana gəlməsi. 



Eramızdan əvvəl 522-ci il – Qaumatanın çevrilişi. 

Eramızdan əvvəl 521-ci il – Fravartişin başçılığı ilə madalıların üsyanı.  

Eramızdan əvvəl V əsrin sonu – Fars çarlarının kadusilərə qarşı yürüşləri. 

Eramızdan əvvəl IV əsr-eramızın III əsri – Yaloylutəpə mədəniyyəti. 

334-331-ci  illər  –  Makedoniyalı  Aleksandrın  istilaları  və  Əhəmənilər 

dövlətinin süqutu. 



Eramızdan  əvvəl  I  minilliyin  son  sülsü-eramızın  VII  əsri  –  Küp  qəbirlər 

mədəniyyəti. 



Eramızdan  əvvəl 331-ci  il – Qavqamela yaxınlığındakı döyüşdə madalıların, 

kadusilərin, sakasinlərin və albanların iştirak etməsi. 



Eramızdan  əvvəl  IV  əsrin  son  sülsü  -    Atropatena  dövlətinin  meydana 

gəlməsi. Atropatenanın ilk çarı Atropat. 



Eramızdan əvvəl IV əsrin son çərəyi – Hellinizmin başlanması. 

Eramızdan əvvəl III əsr – Albaniya dövlətinin meydana gəlməsi. 


355 

 

Eramızdan əvvəl 285-280-ci illər – Kaspi dənizini öyrənmək üçün Heraklidin 

və Patroklun ekspedisiyaları. 

Eramızdan  əvvəl  III  əsrin  son  sülsü  –  Atropatenanın  güclənməsi.  Çar 

Artabazan. 



Eramızdan  əvvəl  III  əsrin  20-ci  illərinin  sonu –  Artabazan Selevki çarı III 

Antioxun ali hakimiyyətini tanıyır. 



Eramızdan əvvəl III əsr – Albaniyada sikkə kəsilməsi. 

Eramızdan  əvvəl  II  əsrin  60-cı  ili  –  Atropatena  yenidən  müstəqil  siyasət 

yeridir. 



Eramızdan  əvvəl  I  əsr  –  Atropatenada  parfiyalıların  və  Zərdüştiliyin 

mövqelərinin möhkəmlənməsi. 



Eramızdan  əvvəl  I  əsrin  baĢlanğıcı  –  Atropatena  ilə  Ermənistan  arasında 

dostluq və ittifaq. Romaya qarşı mübarizə. 



Eramızdan  əvvəl  I  əsr  -    Roma  müdaxiləsinə  qarşı  albanların,  iberlərin  və 

ermənilərin mübarizəsi. 



Eramızdan  əvvəl  60-cı  illər –  yazılı mənbələrdə alban basilevsi Oroysun və 

onun qardaşı Kosisin xatırladılması. 



Eramızdan əvvəl I əsrin II yarısı – Atropatenada Artabazdın hökmranlığı. 

Eramızdan  əvvəl  36-cı  il – Romalıların  Atropatenaya soxulması. Fraaspanın 

qəhrəmanca müdafiəsi. Atropatena çarı Artabazad və parfiyalılar tərəfindən Antoninin 

qoşunlarının darmadağın edilməsi. 

Eramızdan  əvvəl  35-ci  il  –  Albanların  parfiyalılarla  çarpışması.  Basilevs 

Zober. 


Eramızdan  əvvəl  I  əsrin  son  çərəyi  –  Atropatena  çarlarının  parfiyapərəst 

siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq. 



Eramızdan  əvvəl  I  əsrin  sonu-eramızın  I  əsrinin  baĢlanğıcı  –  Atropatena 

hökmdarları Ariobarzan və Ariovasd.  



Eramızın  I  əsrinin  baĢlanğıcı  –  Arşakilər  Atropatenada  hakimiyyəti  ələ 

keçirirlər.  



Eramızın  I  əsrinin  ikinci  yarısı  –  Albaniyada  Arşakilər  sülaləsi 

hökmranlığının bərqərar olması. 



70-ci illər – Alanların Azərbaycana və qonşu ölkələrə soxulması. 

80-90-cı illər – Romalıların Albaniyaya yürüşü. 

226-cı il – İranda Sasanilər sülaləsinin hakimiyyət başına gəlməsi. 

 

 



 

 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə