TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə17/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   13   14   15   16   17   18   19   20   ...   186

39 

 

düzünün  bir  qismini,  Gəncə-Qazax  düzünü,  Boz  dağı,  Ceyrançölü  və  Acınohur 



öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. 

Yuxarıda  adları  çəkilən  hər  iki  iqlim  daxilində  qarlı  günlərin  sayı  20  günə 

qədər  olduğundan  və  həmin  müddətdə  qarın  qalınlığı  10  santimetrdən  artıq 

olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. 

Bu  ərazidə  iyulun  orta  aylıq  temperaturu  27°C-dən  yüksək  olduğundan 

pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi 

və  qismən  orta  dağlıq  hissəsində,  eləcə  də  Acınohur  öndağlığında  və  Qanıx-Əyriçay 

çökəkliyi daxilində qışı quraq keçən mülayim  isti iqlim mövcuddur. Kiçik Qafqazın 

və  eləcə  də  cənub-şərqi  Qafqazın  şimal  yamacının  orta  dağlıq  ərazisində  qışı  quraq 

keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün 

yağıntısı  demək  olar  ki,  bərabər  paylanmış  mülayim-isti,  orta  dağlıq  ərazi  üçün  isə 

qışı rütubətli keçən soyuq iqlim mövcuddur. 

Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti 

iqlim vardır. 

Azərbaycanda  rütubətli  subtropik  bitkilər  (çay,  limon,  portağal,  feyxoa  və  s.) 

bu  iqlim  tipinin  əhatə  etdiyi  Lənkəran  ovalığı  və  ona  qovuşan  alçaq  dağlıq  ərazinin 

şərq  yamacında  geniş  yayılmışdır.  Talış  dağlarının  alçaq  dağlığı  ilə  orta  dağlığın 

qovuşduğu  dar  bir  zolaqda  yağıntısı  demək  olar  ki,  bərabər  paylanmış  mülayim-isti 

iqlim yaranmışdır. 

Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq 

keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu 

iqlim tipi daxilində illik  mütləq minimum temperatur  -32°C, illik  mütləq  maksimum 

temperatur  isə  +43°C  olur.  Hər  iki  ərazinin  orta  və  yüksək  dağlıq  hissəsində  yayı 

quraq  keçən  soyuq  iqlim  tipi  mövcuddur.  Bu  iqlim  şəraitində  istər  Naxçıvan  MR, 

istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən 

yox  dərəcəsindədir.  Dağ  yamaclarının  meşədən  məhrum  olması  ariddenudasiya 

proseslərinin  güclənməsinə,  eroziyanın  intensiv  getməsinə,  sellərin  tez-tez  baş 

verməsinə  səbəb  olur.  Bu  iqlim  tipinə  daxil  olan  ərazilərdə  yay  otlaqları  az 

məhsuldardır. 

Azərbaycanın  mütləq  yüksəkliyi  2600-2800  metrdən  artıq  olan  yüksək  dağlıq 

əraziləri üçün soyuq və  tundra  tipli iqlim xasdır. Belə  iqlimi olan  ərazilərdə  qismən 

daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. 

Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları 

dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da 

qismən quraq iqlimə  malik olan  dağarası çökəkliklərdə, dağ  ətəklərində, düzənlik və 

ovalıqlarda  suvarma  əkinçiliyi  üçün  ciddi  maneə  törədir.  Buna  görə  də  tarixən  ən 

intensiv  əkinçilik  və  bağçılıq  çay  dərələri,  çay  yataqları  boyu  və  çayların  dağlıq 

ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı. 




40 

 

Atmosfer  yağıntılarının  miqdarının  paylanma  dərəcəsindən  və  səthə  çıxan 



yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. 

Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 

l/san/kv.km)  aiddir.  Cənubi  Azərbaycanın  eyni  yüksəkliyi  olan  dağlarının  ərazisi  isə 

orta axın zonasına (25-5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası 

çökəkliklərdə isə zəif axım (5-1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. 

Atmosfer  yağıntıları  ərazi  üzrə  bərabər  paylanmamışdır.  Əgər  Azərbaycan 

Respublikasının  Astara  rayonunda  illik  yağıntının  miqdarı  1800  mm-dən  artıqdırsa

1



Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir. 

Mülayim iqlim qurşağın orta illik  yağıntılarının  miqdarı 200  mm-dən az olan 

ərazilərində tipik səhra, 200-400 mm olan ərazilərində tipik yarımsəhra, 400-500 mm 

olan  ərazilərində  isə  rütubətli  dağ  çölləri  və  alçaq  dağlıq  arid  meşələri  inkişaf 

etmişdir.  İllik  yağıntının  600-1400  mm-ə  çatdığı  ərazilərdə  meşə  örtüyü  vardır. 

Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə 

qədərdir. 

Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin 

yaranmasına  səbəb  olur.  Azərbaycan  ərazisində  ilin  isti  yarısında  düşən  dolu,  əsən 

isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. 

Azərbaycan  Respublikasının  ən  iri  çayları  Kür,  Araz,  Samur,  Tərtər, 

Naxçıvançay  və  başqalarıdır.  Cənubi  Azərbaycanda  Qarasu,  Hacılar,  Sərdərirud, 

Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. 

Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti 

vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. 

Urmiya  gölünün  sahəsi  5900  kvadrat  kilometr,  onun  sutoplayıcı  hövzəsinin 

ümumi  sahəsi  isə  50  min  kvadrat  kilometrdir.  Gölün  səviyyəsi  125  m  mütləq 

yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi 

şimal  hissədə  6  m-ə,  cənubda  isə  15  m-ə  çatır.  Payız  və  yaz  fəsillərində  yağışların 

yağması  ilə  əlaqədar  olaraq  onun  səviyyəsi  qalxır,  yayda  isə  əksinə,  su  səthindən 

intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. 

Hövzə yüksək minerallaşmaya (220 

0

/

00



) malikdir. Lakin göldə xərçəngəbənzər 

canlılar vardır. 

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra 

iqlimi  şəraitində  (5000  m-dən  yüksəklikdə)  dağ-çəmən  torflu  torpaqlar  formalaşır. 

Sıra  dağların  suayırıcı  sahəsi  boyunca  yay  otlaqları  kimi  istifadə  edilən  dağ 

çəmənlikləri geniş sahəni tutur. 

                                                           

1

 



1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı.

 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə