TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə18/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   14   15   16   17   18   19   20   21   ...   186

41 

 

Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq 



tipləri  inkişaf  etmişdir.  Lənkəran  dağlarının  Xəzər  dənizinə  doğru  istiqamətlənmiş 

cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. 

Cənubi  Azərbaycanın  torpaq  örtüyü  arid  iqlim  və  kəskin  parçalanmış  relyef 

şəraitində  formalaşmışdır.  Alçaq  dağlıq  ərazilərdə  tipik  və  açıq-sarı,  əksər  hallarda 

skeletli torpaqlar  əmələ  gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin 

allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. 

Cənubi  Azərbaycanda  qəhvəyi  torpaqlar  geniş  ərazini  örtür.  Maqmatik 

vulkanların  püskürməsi  nəticəsində  yaranan  effuziv  və  intruziv  süxurlar  üzərində 

əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı 

yüksək  olur.  Qarabağ  vulkanik  yaylasını,  Savalan  və  Səhənd  dağlarının  yamaclarını 

buna misal çəkmək olar. 

İqlim  şəraitinin  kontinentalvarı  və  quraq  keçməsilə  əlaqədar  Cənubi 

Azərbaycandakı  dağ  yamaclarında  seyrək  kserofit  kolluqları  və  yarımkol  friqonoid 

bitkiləri  geniş  sahə tutur.  Dağarası Çökəkliklərdə  və  maili  düzənliklərdə quru çöl  və 

yarımsəhra  bitkiləri  inkişaf  etmişdir.  Qotur-Musalan  dağ  silsiləsinin  şərq 

yamaclarında  enliyarpaqlı  meşələr, bozqır  və  friqonoid bitkilərindən ibarət kolluqlar 

yayılmışdır.  Xəzər  dənizinin  sahili  boyu  Üçüncü  dövrün  dəmirağacı,  şabalıdyarpaq 

palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. 

Yüksək  dağlığın  qayalıq  hissələrində  bezoar  keçiləri,  muflonlar  məskunlaşıb. 

Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, 

muflon  (dağ  qoyunu),  cüyür,  çöl  donuzu  (qaban),  tetra  quşu,  göyərçin,  ular  və  b. 

vardır.  Yarımsəhra  şəraitində  qırmızıquyruq  siçan,  oxlu  kirpi,  nutriya,  gürzə,  turac, 

kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. 

Azərbaycanın daimi və  müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, 

bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və 

endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara 

Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan 

və başqa qoruqlar aiddir. 

Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb 

təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və 

təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. 

Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-

buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və 

meşədən  sonrakı  çəmən-çöl,  orta  dağlığın  dağ  kserofit  (friqonoid)  landşaftları 

mövcuddur.  Dağ  ətəklərinin  enliyarpaqlı  meşə,  alçaq  dağlığın  kserofit,  quru  çöl  və 

arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. 

Düzənlik  ərazilərdə  ovalıq  və  düzənliklərin  meşə-çəmən,  quru-çöl  və 

yarımsəhra landşaftları inkişaf etmişdir. 




42 

 

BĠRĠNCĠ BÖLMƏ 



 

 

DAġ DÖVRÜ. 

ĠBTĠDAĠ ĠCMA QURULUġU 

 

 



I FƏSİL 

 

PALEOLĠT DÖVRÜ. 

ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR 

 

DaĢ  dövründə  Azərbaycanın  təbii  Ģəraiti.  İnsanın  və  cəmiyyətin 

formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir. 

Külli  miqdarda  paleolit  abidələrinin  tədqiqi  nəticəsində  təbiətin,  insanın  və 

onun  maddi  mədəniyyətinin  inkişafında  müşahidə  olunan  əsas  hadisələr  arasında  sıx 

qarşılıqlı  əlaqələrin  mövcud  olması  müəyyən  edilmişdir.  Təbiət  ibtidai  insanlann 

məskəni  və  qida  mənbəyi  olmaqla  bərabər  onların  demək  olar  ki,  bütün  həyat 

sahələrinə,  hətta  antropogenez  prosesinə,  yayılmasına,  təsərrüfat  xüsusiyyətlərinə, 

məişətinə,  geyimlərinə  belə  ciddi  təsir  göstərmişdir.  Antropogenezdə  təbiətin  rolu 

əsasən  hominidlərin  bioloji  potensialına  stimulvermə  və  seleksiyaetmə  təsirindən 

ibarət  olmuşdur.  Xüsusən  cəmiyyət  tarixinin  başlanğıc  mərhələsində  təbii  amillərin 

insanlara  təsiri  daha  güclü  olmuşdur.  Təbiətlə  insan  arasındakı  qarşılıqlı 

münasibətlərin  inkişafı  təbiətin  cəmiyyətin  inkişafına  təsirinin  tədricən  zəifləməsi 

istiqamətində  getmişdir.  Sosial  tərəqqi  nəticəsində  insanın  təcavüzü  getdikcə  artmış, 

mütərəqqi hal almış və mürəkkəbləşmişdir. 

Yer kürəsinin digər bölgələrində olduğu kimi, Azərbaycan ərazisində də təbii 

şərait  sabit  qalmamışdır.  Xüsusən  ibtidai  insanların  yaşadığı  daş  dövründə  təbiət 

dəyişilmələri daha kəskin xarakter almışdır. 

Qərbi Azərbaycanda üst miosen-erkən pliosen yaşlı çöküntü qatlarında tapılan 

fauna və flora qalıqları göstərir ki, həmin geoloji dövrlərdə (7 mln il bundan əvvəldən 

3,2 mln il əvvələdək) ərazidə isti iqlim şəraiti hökm sürmüşdür. Burada savanna tipli 

meşə-çöl  landşaftı  olmuşdur.  Böyük  və  Kiçik  Qafqaz  dağlarının  yamacları 

həmişəyaşıl   ağaclarla,   zəngin  enliyarpaqlı   meşələrlə   örtülü olmuşdur. Heyvanat 

aləmi də olduqca zəngin  idi. Dağətəyi  və düzənlik  ərazilərdə insanabənzər  meymun, 

kərgədan,  zürafə,  dəvəquşu  və  digər  tropik  və  subtropik  iqlim  şəraitinə  xas  olan 

heyvan  sürüləri  mövcud  olmuşdur.  Meşələrdə  müasir  dövrdə  yaşayan  ağac  növlərilə 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə