TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə19/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   15   16   17   18   19   20   21   22   ...   186

43 

 

yanaşı həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə,  maqnoliya, həmişəyaşıl palıd, 



azat,  darçın  ağacı,  nissa,  araliya  və  s.  geniş  yayılmışdır.  Bu  da  həmin  dövrlərdə 

iqlimin  kifayət  dərəcədə  isti  və  rütubətli  olduğunu  göstərir.  Hesablamalara  əsasən 

dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19°C, yanvar ayının temperaturu 6-

8°C, iyul ayınınkı 26-27°C, yağıntının miqdarı isə 1100-1200 mm təşkil etmişdir. 

3,2  mln  il  bundan  əvvəldən  0,7  mln  il  əvvələdək  olan  dövrə  aid  təbəqələrdə 

tapılmış  heyvan  və  bitki  qalıqları  bu  dövrdə  Azərbaycanda  və  qonşu  ərazilərdə 

iqlimin xeyli soyuqlaşmasını və quraqlaşmasını göstərir. Düzən və dağətəyi ərazilərdə 

meşə  sahələri  xeyli  azalır,  həmişəyaşıl  bitkilərin  bir  çoxu  məhv  olur,  açıq  sahələr 

genişlənir.  Heyvanat  aləminin  növ  tərkibi  kasıblaşır,  hipparion  fauna  üstünlük  təşkil 

edir.  Bununla  belə,  bitki  tərkibində  rütubətli  subtropik  şəraitdə  yaşayan  həmişəyaşıl 

və  yayda  yaşıl  bitki  növlərinin  (gərməşov,  çiyələk  ağacı,  darçın  ağacı,  həmişəyaşıl 

palıd və s.), heyvanlardan isə dəvəquşu, kərgədan və fillərin saxlanılması göstərir ki, 

iqlim sərt olmamışdır. Belə vəziyyət Azərbaycan ərazisində insanın meydana gəlməsi 

və yaşaması üçün çox əlverişli şərait yaradırdı. 

Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin bütün 

əsas  inkişaf  mərhələlərini  səciyyələndirən  maddi  mədəniyyət  qalıqları  aşkar 

edilmişdir. 

Ümumi  qəbul  olunmuş  geoxronoloji  bölgüyə  əsasən  dördüncü  dövr  üç 

epoxaya - eopleystosen, pleystosen və holosen epoxalarına bölünür. 

Azərbaycan ərazisində eopleystosen epoxası 1,8 mln il bundan əvvəl başlanan 

Abşeron əsrinə müvafiq gəlir. Təxminən 700 min il evvəl eopleystosen epoxası başa 

çatır,  onu  pleystosen  epoxası  əvəz  edir.  Pleystosen  epoxası  üç  yerə  bölünür:  erkən, 

orta  və  üst.  Azərbaycanda  erkən  pleystosenə  Bakı  əsri  (700-400  min  il  əvvəl),  orta 

pleystosenə alt Xəzər əsri (400-130 min il əvvəl), üst pleystosenə üst Xəzər və erkən 

Xvalın əsrləri müvafiq gəlir. Holosen son 10 min ili əhatə edir. 

Azərbaycan  ərazisində  paleolitin  ömrü  1  mln  ildən  artıq  olub,  üst 

eopleystosendən holosenədək davam edən dövrü əhatə edir. 

Çaydaşı  mədəniyyətinin  sahibləri  olan  ən  qədim  insanlar  Azərbaycanda  üst 

eopleystosendə  (Abşeron  əsrində),  erkən  Aşel  mədəniyyətinin  sahibləri  erkən 

şteystosendə (Bakı əsrində), Orta Aşel mədəniyyətini yaradanlar isə orta pleystosendə 

(alt Xəzər əsri) və üst pleystosenin əvvəllərində yaşamışlar. 

Mustye  və  son  paleolit  mədəniyyətlərinin  sahibləri  Azərbaycan  ərazisində 

pleystosen  epoxasının  axırlarında  məskunlaşmışlar.  Azərbaycanın  ona  qonşu  olan 

Qafqaz  və  Yaxın  Şərq  regionlarının  paleolit  düşərgələrindən  və  dördüncü  dövrün 

çöküntü qatlarından toplanmış bitki və heyvan qalıqlarının öyrənilməsi bu ərazilərin 

ibtidai  insanlar  yaşadığı  dövrlərdə  mövcud  olmuş  təbii  şəraitini  bərpa  etməyə  imkan 

verir. 



44 

 

Eopleystosen  epoxası  -  çaydaşı  mədəniyyəti  dövrü  iqlimdə  soyuqlaşma  və 



quraqlaşma  prosesinin  güclənməsi,  vulkanların  fəallaşması,  dağların  hündürlüyünün 

artması, dəniz örtən sahələrin azalması, fauna və flora örtüyünün kasıblaşması, meşə 

sahələrinin  azalması,  açıq  çöl  sahələrinin  genişlənməsi  və  ilk  dağ-dərə  buzlaqlarının 

yaranması kimi hadisələrlə səciyyələnir. 

Çaydaşı  mədəniyyəti  dövrünün  birinci  yarısında  Azərbaycan  ərazisinin  əksər 

düzənlik hissəsi hələ Xəzər dənizi suları altında idi. Ərazidə Böyük və Kiçik Qafqaz, 

Talış,  Savalan  və  b.  dağların  zirvələri  yüksəlirdi.  Onlardan  ən  hündürlərinin 

yüksəkliyi  2000-3000  m-ə  çatırdı.  Dağ  massivləri  vadilər,  dərələr  və  qobularla 

parçalanmışdı. 

Dövrün iqlimi indikindən isti və rütubətli idi. Heyvanat aləmi cənub filindən, 

kərgədandan,  yabanı  atdan,  dəvədən,  cüyürdən,  maraldan,  öküzdən,  qılıncdişli 

pələngdən,  dəvəquşundan  və  s.  ibarət  olmuşdur.  Onların  içərisində  savanna 

nümayəndələri üstünlük təşkil edirdi. Bitki aləmi çox zəngin tərkibə malik idi. Alçaq 

dağlıq və dağönü rayonlarda orta illik temperatur 13-15°C, yanvarın orta temperaturu 

5-6°C, iyul ayınınkı isə 22-23°C-yə çatırdı. 

Çaydaşı  mədəniyyəti  dövrünün  ikinci  yarısında  təbii  şərait  ciddi  şəkildə 

dəyişir. Böyük və Kiçik Qafqaz dağlarının qalxması sürətlənir. Qarabağ yaylasında və 

qonşu ərazilərdə (İran, Türkiyə, Ermənistan yaylası) vulkanlar canlanır, Xəzərin Kür 

körfəzi  xeyli  kiçilir,  dağönü  sahələrdə  və  Kür  çökəkliyində  düzənliklər  xeyli 

genişlənir, çay vadiləri dərinləşir və uzanır. 

Dağların qalxması iqlimdə ümumi qlobal soyuqlaşma ilə yanaşı gedir, bu da Böyük 

və Kiçik Qafqazın yüksək dağlıq zonalarında buzlaqların yaranmasına səbəb olur. 

İqlimin soyuqlaşması və atmosferin quraqlaşması isti və rütubətsevər heyvanların 

və  bitkilərin  məhv  olmasına  və  yerini  dəyişməsinə  səbəb  olur.  Dağətəyi  və  düzənlik 

sahələrdə  meşələrin  ərazisi  xeyli  azalır,  seyrək  arid  meşələr,  çöl  və  yarımsəhra 

landşaftlarının sahəsi genişlənir. Aşağı dağlıq qurşaqda enliyarpaq, əsasən palıd və vələs 

ağaclarından  ibarət  işıqlı  meşələr;  orta  dağlıq  qurşaqda  isə  enliyarpaq,  əsasən  palıd, 

vələs,  fıstıq  ağaclarından  ibarət  qarışıq  meşələr  üstünlük  təşkil  edir.  Yuxarı  meşə 

qurşağını  iynəyarpaqlı  meşələr,  daha  yüksəklikləri  isə  seyrək  tozağacı  meşələri,  subalp 

çəmənlikləri tutmuşdur. 

Orta və yüksək dağ yamaclarında müvafiq olaraq qara külgün və seyrək tozağacı 

meşələri,  Quruçay  vadisində  isə  qoz,  yalanqoz  və  digər  isti  və  rütubətsevən  bitkilər 

üstünlük  təşkil  etmişdir.  Dağətəyi  sahələrdə  seyrək  arid  meşələr  yayılmışdır. 

Düzənliklərdə  onları  tuqay  meşələri,  çöl  və  yarımçöl  landşaftları  əvəz  etmişdir.  Belə 

vəziyyət  ibtidai  insanlara  müxtəlif    heyvanları  ovlamağa  və  yem  bitkiləri  toplamağa 

əlverişli imkan yaradırdı. O dövrdə Azıx düşərgəsi yerləşən rayonda iqlim indikindən isti 

və  rütubətli  idi.  Yanvarın  orta  temperaturu  4-6°C,  iyulun  25-28°C,  illik  yağıntının 

miqdarı isə 1000-1800 mm-ə çatırdı. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə