TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə21/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   17   18   19   20   21   22   23   24   ...   186

47 

 

Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer kürəsində iqlimin 



ümumi  qlobal  istiləşməsi,  dağ  və  qitə  buzlaqlarının  tənəzzülə  uğraması  ilə 

səciyyələnir.  Bu  istiləşmə  Azərbaycan  ərazisində  dağ  buzlaqlarının  tam  əriməsi,  qar 

xəttinin  və  landşaft  qurşaqlarının  yuxarı  qalxması  ilə  müşayiət  olunur.  Palinoloji 

dəlillərə  görə,  bu  dövrdə  meşə  qurşağının  yuxarı  sərhədi  2400-2500  m  yüksəkliyə 

qalxır,  seyrək  arid  meşələr  isə  dağətəyi  düzənlikləri  basır  və  Cənub-Şərqi  Qafqazda 

Xəzər  dənizi  sahillərinə  yaxınlaşır.  Bu  dövrdə,  yəni  8-5  min  il  əvvəl  Xəzərin 

səviyyəsi indikindən 6-7 m yuxarıda idi. Bütün Kür-Araz ovalığı yarımsəhra və səhra 

landşaftlarına  malik  düzənlik  olmuşdur.  Şimaldan  və  cənubdan  ovalığı  geniş  çöllər 

əhatə edirdi. Açıq sahələrin genişlənməsi ilə əlaqədar çöl və yarımsəhra heyvanlarının 

-  at,  dəvə,  öküz,  qulan,  ceyran,  sayqak  və  başqa  iri  məməlilərin  sayı  artır. 

Ümumiyyətlə, holosen dövrünün təbii-iqlim şəraiti indikindən az fərqlənirdi. 

Ġnsan  cəmiyyətinin  ən  qədim  inkiĢaf  mərhələləri.  Alt  paleolit  -  Quruçay 

mədəniyyəti  (olduvay)  və  aĢel. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların 

inkişaf  xüsusiyyətlərinin  meydana  çıxması,  formalaşması  və  ayrı-ayrı  inkişaf 

mərhələləri  paleolit  düşərgələrində  aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmış 

maddi 


mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur. 

Alt  paleolit.  Çoxtəbəqəli  Azıx  mağara  düĢərgəsi.  Azərbaycan  ərazisində 

aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  30-dan  artıq  paleolit  abidəsi  müəyyən 

olunmuşdur.  Azərbaycanın  ən  ibtidai  sakinləri  haqqında  biliklər  mağara 

düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.  

Alt  paleolit  abidələrində  aparılan  tədqiqatlar  zamanı  4  arxeoloji  mədəniyyət  - 

olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur. 

Azərbaycanın qədim daş dövrü tarixi üçün ən mühüm arxeoloji tapıntılar Azıx, 

Tağlar,  Daşsalahlı,  Qazma  və  Buzeyir  mağara  düşərgələrində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  əldə  olunmuşdur.  Bu  abidələrin  çöküntülərində  çaydaşı,  aşel  və 

Mustye dövrlərinin mədəni təbəqələri qeydə alınmışdır. Bu mağaralarda aparılan elmi 

tədqiqatlar  nəticəsində,  keçmiş  SSRİ  ərazisində  ilk  dəfə  olaraq,  çaydaşı  alətləri 

mədəniyyəti  müəyyən  olunmuşdur.  Bu  baxımdan  çoxtəbəqəli  Azıx  mağara 

düşərgəsində aparılan tədqiqatların xüsusi elmi əhəmiyyəti vardır. 

Azıx  mağara  düşərgəsi  Azərbaycan  Respublikasının  Qarabağ  bölgəsinin 

cənub-şərq  yamaclarının  ucqar  nöqtəsində  yerləşir.  Abidə  Quruçayın  sol  sahilində 

olub, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Öz böyüklüyünə görə Azıx 

mağarası Zaqafqaziya karst boşluqları arasında ən möhtəşəmidir. Əlavə mikroyollarla 

birlikdə  mağaranın ümumi uzunluğu 200 metrdən artıq olub, ümumi sahəsi isə 1250 

kv.m-dən  bir  qədər  çoxdur.  Azıx  mağarası  karst  mənşəli  olub,  əsasən,  son  ağcagil  - 

Abşeron dövrləri  ərzində  əmələ  gəlmişdir. Quruçayın  yatağı  mağaranın  giriş  yolunu 




48 

 

kəsib  aşağı  enmiş,  burada  terras  əmələ  gəlmiş,  mağara  subasma  təhlükəsindən  xilas 



olmuş və ibtidai insanın mağarada yaşamasına şərait yaranmışdır. 

Quruçay  dərəsi,  Azıx  mağarası  yerləşdiyi  ərazi  ilə  birlikdə,  istehsal  alətləri 

hazırlamaq  üçün  zəngin  xammal  mənbəyi  olmuşdur.  Burada  kvars,  kvarsit,  bazalt, 

felzit, çaxmaqdaşı, yaşma və s. mineral daşlar vardır. 

Azıx  mağarası  dünya  arxeologiyasında  xüsusi  yer  tutaraq,  özünün  maddi 

mədəniyyət  qalıqlarına  görə  keçmiş  SSRİ  ərazisində  yeganə  abidədir.  Burada 

kompleks  şəkildə  arxeoloji  tədqiqatlar  aparılmışdır.  Abidənin  tədqiq  olunmasında 

arxeoloqlarla 

yanaşı, 

paleozooloqlar, 

paleogeoloqlar, 

paleogeomorfoloqlar, 

paleontoloqlar  və  başqa  elmi  sahələrin  mütəxəssisləri  yaxından  iştirak  etmişlər. 

Çoxtəbəqəli  Azıx  mağara  düşərgəsinin  cənub  giriş  yolunda  arxeoloji  qazıntılar 

zamanı 10 arxeoloji təbəqə qeydə alınmışdır. Çöküntünün ümumi qalınlığı 13,5 metrə 

bərabərdir.  Düşərgənin  çöküntülərində  qədim  paleolitin  bütün  dövrlərini  ardıcıl  əks 

etdirən  bütün  təbəqələr  qeydə  alınmışdır.  Mağara  düşərgələri  arasında  stratiqrafik 

cəhətdən belə ardıcıllıq hələlik dünyanın heç bir guşəsində qeydə alınmamışdır. 



Quruçay  mədəniyyəti. Tarixi dövrlə bağlı ən qədim arxeoloji  tapıntılar Azıx 

mağara  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar  olunmuşdur.  Bu  təbəqələrdən  300-

dən  artıq  daş  məmulatı  əldə  edilmişdir.  Əmək  alətləri  içərisində  əsas  yeri  kobud 

çapma alətləri tutur. Daş məmulatı arasında kobud çapacaqlar, kubvari alətlər, kobud 

qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Maraqlıdır ki, 

stratiqrafik  səviyyədən  asılı  olmayaraq  ən  aşağı  təbəqələrin  daş  məmulatı  arxeoloji 

cəhətdən eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi 

görünüşündə,  çənglə  örtülməsindən  asılı  olaraq  saxlanılma  dərəcəsində,  texniki  və 

tipoloji əlamətlərində də özünü göstərir. 

Aşağı  təbəqələrin  daş  alətləri  əsasən  kənarlarından  mərkəzə  doğru  vurub 

qoparma  üsulu  ilə  çox  kobud  formada  hazırlanmışdır.  Belə  üsulla  hazırlanmış  daş 

alətlər  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir.  Təsvir  olunan  əmək  alətlərini 

uzunsov  çaydaşılarının  bir  ucu  və  ya  onun  uzununa  bir  kənarını  qoparma  yolu  ilə 

hazırlamışlar. Göstərilən tip əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, 

bu cür daş məmulatı iki yuxarı üzü işlənilmiş protoçoppinqlərin ilk istehsal pilləsini 

təşkil  edir.  VII-X  təbəqələrin  daş  məmulatı  arasında  qəlpələrdən  hazırlanmış  əmək 

alətləri də vardır. Belə alətlər içərisində əsas yeri qaşov tipli alətlər tutur. 

Azıx düşərgəsinin aşağı təbəqələrinin daş məmulatı arasında 4-5 kq ağırlığında 

olan  nəhəng  çoppervari  alətlər  diqqəti  daha  çox  cəlb  edir.  Hələlik  keçmiş  SSRİ-də 

olan paleolit abidələrindən belə alətlər qeydə alınmamışdır. Bu cür alətlər şərti olaraq 

giqantolit  adlandırılır.  Ancaq  təsvir  olunan  belə  alətləri  Azıx  tipli  kobud  çapma 

alətləri adlandırmaq daha münasib olar. 

VII-X  təbəqələrdən  aşkar  olunmuş  arxeoloji  materialların  olduqca  mühüm 

elmi  əhəmiyyəti  vardır.  Bu  materiallar  mağarada  qədim  insanların  ilk 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə