49
məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından
axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün
daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri
Quruçay dərəsində ovçuluqla da məşğul olmuşlar. Quruçay vadisi ibtidai insanların
yaşaması üçün zəruri olan bütün nemətlərə malik olmuşdur. Ona görə də Azıx
mağarasının VII-X təbəqələrdən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi
mədəniyyət qalıqlarına Quruçayın adı verilmişdir. Aparılmış kompleks tədqiqatlar
zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur.
Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca bəsit hazırlandığı halda,
sonrakı mərhələlərdə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək
alətləri yaranmağa başlamışdır.
Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş əmək
alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə
gətirilmişdir. Çünki buradan əsasən hazır əmək alətləri tapılmışdır. İstehsal
tullantıları isə qeydə alınmamışdır. Deməli, qədim Azıx sakinləri mağarada
yaşamamışdan əvvəl, Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər.
Əmək alətlərini də məhz burada hazırlamışlar.
Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay
mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə
yaxınlıq təşkil edir. Lakin əməki alətlərinin tipologiyasında fərqli cəhətlər də vardır
ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni arxeoloji mədəniyyətin aşkar
olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay
mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona
çatması müəyyən olunmuşdur.
Hazırda keçmiş SSRİ ərazisində Quruçay mədəniyyəti ən qədim arxeoloji
mədəniyyət hesab olunur. Məhz bu mədəniyyətin maddi mədəniyyət qalıqları
əsasında ölkəmizin ərazisində ibtidai insanların 1,2 milyon il bundan əvvəl yaşamağa
başlaması və daşdan əmək alətləri hazırlaması elmi əsaslarla sübuta yetirilmişdir.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Quruçay mədəniyyəti dövründə
qədim insanların əsasən ovçuluq və yığıcılıqla məşğul olmaları müəyyən edilmişdir.
Həmçinin bəşər tarixinin Azərbaycan ərazisində Quruçay mədəniyyəti dövründən
başlaması sübuta yetirilmişdir.
Qədim aĢel. Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünün
uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur. Azıxda qədim
aşel düşergənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır.
Buradan 2 mindən artıq daş məmulatı və çoxlu ovlanmış heyvan sümükləri
tapılmışdır. Azıx mağarasında qədim Aşel dövrü VI təbəqənin materialları ilə
meydana çıxmaqla yanaşı, yerli çaydaşı alətləri Quruçay mədəniyyəti əsası üzərində
inkişafa başlamışdır. Bəşəriyyət tarixində qədim və Orta Aşel mədəniyyətləri ilk dəfə
50
olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı
yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır.
Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları,
kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli
nukleuslarla (nüvələr) xarakterizə olunur. VI təbəqədən həmçinin ilk dəfə olaraq əl
çapacaqları tapılmışdır. Əl çapacaqlarının meydana çıxması ibtidai insanların
həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha
da inkişaf etdirməyə başlamışlar.
Qədim aşel təbəqəsindən tapılmış əmək alətləri içərisində əsas yeri çapma
alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə
istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə ibtidai
insanların əmək alətləri hazırladıqlarını göstərir. Məhz VI təbəqədən tapılmış əmək
alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə
hazırlandıqlarını söyləmək olur.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bəşəriyyət
tarixində qədim aşel mədəniyyəti 700-500 min illər arasında mövcud olmuş və 200
min ildən bir qədər artıq davam etmişdir. Bu dövrdən əmək alətlərinin təkmilləşməsi
və yeni-yeni əmək alətlərinin meydana çıxması başlanır. Azıx düşərgəsinin VI
təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq
edir.
VI təbəqədən ocaq yerinin qeydə alınması qədim Azıx sakinlərinin süni odla
tanış olduqlarını göstərir.
Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri
göstərir ki, bu dövrdə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş
vermişdir. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil
edir. Sümük məmulatının təyinatı əsasında demək olar ki, qədim aşel adamlarının
ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutur. Qədim aşel
təbəqəsindən tiraspol kompleksi nümayəndələrindən Şotenzak bizonu, Merka
kərgədanı və s. fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə (mindeldən
əvvəlki dövrə) aid olduğunu göstərir.
Orta AĢel. Azıx mağarasında qədim aşel özünün uzunmüddətli inkişafından
sonra Orta Aşellə əvəz olunmuşdur. Orta Aşel mədəniyyəti düşərgənin V təbəqə
materiallarında öz əksini tapmışdır. Arxeoloji qazıntılar vasitəsilə V təbəqədən
tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Bu
təbəqədən cəmi 289 ədəd daş məmulatı qeydə alınmışdır. Daş məmulatı arasında
müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır.
V təbəqənin daş məmulatı texniki-tipoloji xüsusiyyətlərinə görə özündən
aşağıda yerləşən VI təbəqənin materialları ilə yaxınlıq təşkil edir. Eyni zamanda V