TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə23/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   19   20   21   22   23   24   25   26   ...   186

51 

 

təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini 



özündə birləşdirir. 

Arxeoloji  tədqiqatlar  zamanı  V  təbəqədən  daş  məmulatı  ilə  birlikdə  minlərlə 

ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel 

dövründə  Azıx  düşərgəsində  yaşayan  sakinlərin  məşğuliyyətində  əsas  yeri  ovçuluq 

tutmuşdur. 

V  təbəqənin  maddi  mədəniyyət  qalıqlarının  elmi  tədqiqi  göstərir  ki,  Azıx 

düşərgəsində Orta Aşel dövründə əsasən ovçu sakinlər yaşamışlar. 

Qədim  Azıx  adamı  -  azıxantrop. 1968-ci ilin iyul ayında Azıx  düşərgəsinin 

Orta  Aşel  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  əmək  alətləri  ilə  birlikdə 

qədim  insanın  çənə  parçası  aşkar  olunmuşdur.  Alt  çənə  üzərində  bir  neçə  diş 

qalmışdır.  Dişlərdən  yalnız  üçüncü  azı  diş  bütöv  qalmış,  ikinci  azı  diş  isə  ortadan 

sınmışdır.  Birinci  azı  isə  tamamilə  yoxdur,  lakin  onun  diş  yuvaqları  olduqca  yaxşı 

nəzərə çarpır. Çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. 

Azıx çənəsi avstralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların 

arasında  özünə  yer  tutur.  Çənənin  quruluşundakı  spesifik  cəhətlərə  əsasən,  bir 

tərəfdən  pitekantroplara,  xüsusilə  mauer  adamı  çənəsinə  yaxınlıq  təşkil  etməklə 

yanaşı,  digər  tərəfdən  də,  bir  çox  proqressiv  cəhətlərinə  görə  Fransanın  Araqo 

mağarasının aşel təbəqələrindən tapılmış preneandertallara daha yaxındır. Azıxın Orta 

Aşel təbəqəsindən tapılmış çənə fraqmentinin sahibinə azıxantrop (yəni Azıx adamı) 

adı verilmişdir. 

D.Hacıyev çənə üzərində apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, 

bu,  keçmiş  SSRİ  ərazisində  ən  qədim  insan  çənəsi  olub,    18-22  yaşlı  qadına 

məxsusdur. Bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır. 

V  təbəqədən  çənə  ilə  birlikdə  daş  alətlər  və  heyvan  sümükləri  də  tapılmışdır. 

Bu  təbəqədən  eyni  zamanda  çoxlu  mətbəx  tullantıları,  ocaq  yerləri,  xəlvət  yer,  qaya 

daşlarından düzülmüş ibtidai tikinti hissəsi və s. aşkar olunmuşdur. 

Azıx  sakinləri  Orta  Aşel  dövründə  ovçuluqla  daha  yaxşı  məşğul  olmuşlar. 

Qədim Aşel dövründə 11 növ iri heyvan ovlandığı halda, Orta Aşel dövründə 45 növ 

heyvan  və  quş  ovlanmışdır.  Ovçuluq  aşel  adamlarını  nəinki  yeməklə,  eyni  zamanda 

geyimlə  təmin  edərək,  onlara  yaşayış  yerləri  tikililərini  hazırlamağa  da  imkan 

vermişdir. 

Böyük  maraq  doğuran  cəhətlərdən  biri  də,  dövründən  asılı  olmayaraq,  Orta 

Aşeldə öyrənilmiş ocaqların mağaranın eyni sahəsində qeydə alınmasıdır. Bu, burada 

yaşayanların  qohumluq  ənənələrini  davam  etdirməsini  göstərir.  Ocaqla  eyni  sahədə, 

qaya  divarları arasında  xəlvəti  yer qeydə  alınmışdır. Həmin  yerdə  mağara  ayılarının 

kəllələri  gizlədilmişdi.  Ayı  kəllələrinin  belə  xəlvəti  yerdə  gizlədilməsi,  yəqin  ki,  o 

dövrdə ilk dini təsəvvürlərin yarandığını göstərir. 




52 

 

Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim 



Azıx  sakinlərinin  düşərgəni  müvəqqəti  tərk  etdiklərini  göstərir.  Lakin  insanlar 

düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar. 



Orta Paleolit-Mustye mədəniyyəti (100-35  min il  əvvəl). Aparılan arxeoloji 

tədqiqatlar göstərir ki, 100 min il bundan  əvvəl Son Aşel dövrü Mustye mədəniyyəti 

ilə  əvəz  olunmuşdur.  Bu  dövr  ilk  dəfə  Fransanın  Le-Mustye  düşərgəsində  müəyyən 

olunduğuna görə, tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye 

dövrü  insanlarının  həyatında  mühüm  dəyişikliklər  baş  vermişdir.  Məhz  bu  dövrdən 

başlayaraq  qədim  insanlar  yeni  tipli  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Bu, 

onların  inkişafı  ilə  əlaqədar  olaraq  meydana  çıxmışdır.  Artıq  əvvəlki  dövrlərdə 

hazırlanmış  əmək  alətləri  -  kobud  çapma  alətləri,  əl  çapacaqları  insanların  yeni  

tələbatını  ödəyə  bilmir  və  daha  mükəmməl  universal  əmək  alətlərinin  hazırlanması 

əsas  məsələ  kimi  qarşıda  dururdu.  İlk  dəfə  olaraq  levallua  və  Mustye  itiuclularının 

hazırlanması qədim insanların həyatında mühüm rol oynadı. 

Mustye  mədəniyyəti  dövründə  qədim  insanların  bədən  quruluşunda,  istehsal 

texnikasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir. 

Mustye  dövrünün  sakinləri  neandertal  tipli  insanlar  olmuşlar.  Onlar  yaşamaq 

üçün özlərinə  mağaralarda, açıq yaşayış  yerlərində  və  komalarda  yer hazırlayırdılar. 

Neandertal  tipli  insanlar  yaşayış  tikililərini  əsasən  nəhəng  heyvan  sümüklərindən  və 

iri qaya daşlarından düzəldirdilər. 

Mustye  dövründə  də  qədim  adamların  əsas  məşğuliyyəti  ovçuluq  olmuşdur. 

Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər. 

Arxeoloji  qazıntılar  zamanı  Mustye  dövründə  neandertal  tipli  insanların 

qəbirləri  aşkar  olunmuşdur.  Deməli,  Mustye  dövründə  neandertal  tipli  adamların 

həyatında  dəfn  mərasimi  olmuş  və  artıq  onlarda  bəzi  dini  görüşlər  formalaşmağa 

başlamışdır. 

Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid 

Azıx  (III  təbəqə),  Tağlar,  Daşsalahlı,  Qazma  və  Buzeyir  düşərgələri  aşkar 

olunmuşdur. 

Azıx  mağarasının  III  təbəqəsində  tədqiqatlar  zamanı  3  mindən  çox  daş 

məmulatı  və  6  mindən  artıq  ovlanmış  heyvan  sümükləri  tapılmışdır.  Düşərgənin  III 

təbəqəsindən aşkar olunmuş  daş  məmulatının  əksəriyyəti çaxmaq  və  şist daşlarından 

hazırlanmışdır. Daş  məmulatı arasında  dəvəgözü daşından  hazırlanmış  əmək alətləri 

də qeydə alınmışdır. Bu göstərir ki, Azıx düşərgəsində Mustye dövrü adamları əmək 

alətləri  hazırlamaqda  üstünlüyü  çaxmaq  və  şist  daşlarına  vermişlər.  Bu,  heç  də 

təsadüfi  deyil.  Qədim  adamlar  təcrübədə  görmüşlər  ki,  çaxmaq  daşından  istənilən 

formada  əmək  alətləri  hazırlamaq  olur  və  onlardan  müxtəlif  məqsədlər  üçün  istifadə 

etmək  əlverişlidir.  Azıx  Mustye  düşərgəsi  daş  məmulatının  elmi  təhlili  göstərir  ki, 

mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini isə 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə