TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə25/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   21   22   23   24   25   26   27   28   ...   186

55 

 

Qazma düşərgəsindən tapılmış daş məmulatı çaxmaq və dəvəgözü daşlarından 



hazırlanmışdır. Əmək alətləri  əsasən qaşov tipli alətlərdən və  itiuclulardan ibarətdir. 

Alətlər itiləyici dişəklə dişəklənmişlər. Daş məmulatı içərisində istehsal tullantılarının 

qeydə  alınması  göstərir  ki,  qədim  insanlar  əmək  alətlərinin  bir  qismini  düşərgədə 

hazırlamışlar.  Qazma  mağarasında  aşkar  olunmuş  daş  alətlərin  hazırlanma  texnikası 

və  tipologiyası  əsasında  burada  qədim  insanların  Mustye  mədəniyyəti  dövründə 

yaşadıqlarını söyləmək mümkün olmuşdur. 

Qazma düşərgəsindən çoxlu sümük məmulatının tapılması göstərir ki, Mustye 

mədəniyyəti dövründə Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur. 



Buzeyir  mağarası.  Mağara  Lerik  rayonu  ərazisində  Zuvand  çayının  sol 

sahilində,  Buzeyir  kəndinin  şərqində  yerləşir.  Mağara  kəndin  yaxınlığında  olduğu 

üçün  ona  Buzeyir  adı  verilmişdir.  Buzeyir  kəndi  dağın  döşündə,  mağara  isə  Talış 

dağlarının  ən  yüksək  zirvəsində  olub,  dəniz  səviyyəsindən  1640  metr  yüksəklikdə 

yerləşir. 

Buzeyir  mağarasında  aparılan  arxeoloji  qazıntılar  zamanı  beş  təbəqə  qeydə 

alınmışdır.  Üst  təbəqələrdən  orta  əsrlər  və  tunc  dövrlərinə  aid  maddi  mədəniyyət 

qalıqları  tapılmışdır.  Aşağı  təbəqələrdən  isə  daş  məmulatı  və  ovlanmış  heyvan 

sümükləri  aşkar  olunmuşdur.  Daş  məmulatının  əsas  hissəsini  qaşov  tipli  alətlər  və 

itiuclular təşkil edir. 

Buzeyir qədim insan düşərgəsindən aşkar olunmuş daş məmulatının texniki və 

tipoloji xüsusiyyətlərinə  əsasən onların Mustye-Son  Aşel dövrlərində  hazırlanmasını 

söyləmək olur. 

Buzeyir mağarası Lənkəran zonasında paleolit dövrünə aid tapılmış ilk qədim 

insan  düşərgəsidir.  Əgər  indiyə  kimi  bu  ərazidə  insanların  yaşaması  10-15  min  il 

bundan əvvələ aid edilirdisə, yeni tapıntı paleolit dövrü adamlarının hələ 80-90 min il 

bundan əvvəl burada yaşadıqlarını göstərir. 

Üst paleolit. Uzun müddət davam etmiş Mustye mədəniyyətini Azərbaycanda 

35-33 min il bundan  əvvəl  üst "paleolit"  əvəz etmişdir.  Arxeoloji tədqiqatlar zamanı 

məlum  olmuşdur  ki,  Azərbaycanda  Üst  Paleolit  mədəniyyəti  35-12  minilliklər 

arasında  mövcud  olmuşdur.  Üst  paleolitə  keçid  qədim  insanların  həyatında, 

təsərrüfatında,  həyat  tərzində,  ideologiyasında  və  əmək  alətləri  hazırlanmasında 

mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə daşdan və sümükdən daha nəcib və 

universal  əmək  alətləri  hazırlanmışdır.  Artıq  bu  dövrdən  daş  və  sümüklər  üzərində 

işlənmiş incəsənət nümunələri meydana gəlməyə başlamışdır. 

Üst  paleolit  dövründə  prizmaşəkilli  nukleuslardan,  yeni  texniki  üsullarla 

qoparılmış uzunsov bıçaqşəkilli çaxmaqdaşı lövhələrindən qaşov, qaşovcuq, tiyə, biz, 

ucluq və s. kimi daş alətlər hazırlanırdı. Bu alətlərin çoxu sümük və ya ağac dəstəkli 

(saplaqlı)  olurdu.  Daş  alətlərlə  yanaşı,  sümükdən  hazırlanmış  biz,  bıçaq,  qarmaq, 




56 

 

süngü, iynə və s. alətlərdən də istifadə olunurdu. Son paleolit dövrü adamları  əsasən 



mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşayırdılar. 

Üst  paleolit  dövrü  incəsənəti  xüsusilə  diqqəti  cəlb  edir.  Matriarxat  dövründə 

qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır. 

Son paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif dəfn adətləri 

olmuşdur.  Bu  dövrün  adamları  fiziki  cəhətdən  müasir  insan  formasında  (neantrop, 

kromanyon və s.) olmuşlar. 

Respublikamızın  ərazisində  Üst  Paleolit  dövrünə  aid  maddi  mədəniyyət 

nümunələri  Damcılı  mağarasından,  Yataq  yeri  və  Zar  açıq  yaşayış  yerindən  aşkar 

olunmuşdur.  Damcılı  mağarasının  daş  məmulatı  içərisində  Üst  Paleolit  dövrünə  aid 

qaşovcuqlar,  kəsici  alətlər,  bizlər  və  bıçaq  tipli  alətlər  qeydə  alınmışdır.  Alətlərin 

əksəriyyəti  çaxmaq  və  dəvəgözü  daşlarından  hazırlanmışdır.  Damcılı  düşərgəsinin 

maddi  mədəniyyət  nümunələri  qarışıq  haldadır.  Ona  görə  də  ancaq  tipoloji  metod 

əsasında əmək alətləri tədqiq olunmuşdur. 

Ümumiyyətlə,  Azərbaycanda  hələlik  Üst  Paleolit  mədəniyyəti  olduqca  zəif 

öyrənilmişdir.  Ona  görə  də  respublikamızın  ərazisində  bu  mədəniyyətin  xarakterik 

xüsusiyyətlərini geniş tədqiq etmək üçün arxeoloji material olduqca azdır. 



Azərbaycanın  Paleolit  dövrü  sakininin  mənəvi  aləmi  haqqında.  Erkən 

tarixi  dövrlərdə,  xüsusilə  ibtidai  insan  sürüsü  mərhələsində  Azərbaycan  sakinlərinin 

mənəvi  aləmi  haqqında  bizim  biliklərimiz  çox  azdır.  Güman  etmək  olar  ki,  ibtidai 

insan  sürüsü  mərhələsi  qədim  paleolit  (çaydaşı  və  yaxud  Olduvay  mədəniyyətinə; 

Azərbaycan  ərazisində  isə  Quruçay  mədəniyyətinə)  və  yaxud  erkən  (qədim)  aşel 

(abbevil) dövrünə təsadüf etmişdir. 

Lakin  həmin  dövr  Azərbaycan  sakinlərinin  məhz  əmək  alətlərinin  nisbətən 

mürəkkəb  məcmusuna  arxalanaraq  təbiətdən  fəal  surətdə  istifadə  etmələri  ilə 

heyvanlardan xeyli dərəcədə fərqlənməsi şübhə doğurmur. Onlar məhv olmamaq, açıq 

tipli  məskənlərdə  və  mağaralarda  həyatı  davam  etdirmək  üçün  ətraf  mühitə  yaxşıca 

uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü idilər, yaxşı silahlanmışdılar və əqli 

cəhətdən kifayət dərəcədə inkişaf etmişdilər. 

Güman etmək olar ki, artıq erkən aşel dövründə (bu tarixi dövr güns-mindellə 

və  mindelin birinci  yarısı ilə üst-üstə düşür, təxminən 700-400 min il bundan  əvvələ 

təsadüf edir) insan ilk universal əmək alətini - əl çapacağını yaratmışdır. Bu, eyni tip 

əsasında və eyni üsullarla hazırlanmış ilk "standartlaşdırılmış əmək aləti" idi. 

"Standartlaşdırılmış  əmək  aləti  öz-özlüyündə  qazıntı  halında  tapılmış 

konsepsiyadır"  [ Q . Ç a y l d ] ,   yəni  mücərrədləşdirmənin  heyvan  üçün  mümkün 

olmayan yüksək səviyyəsini tələb edir, bu əmək alətini yalnız "tanıma", "təkrarlama" 

və digər hərəkətlər əsasında əldə etmək mümkün deyildir. 

Belə nəticə hasil olunur ki, "standartlaşdırılmış əmək aləti"ni hazırlamış fərddə 

həmin  alət  haqqında  mücərrəd  təsəvvür  vardı.  Bu  aləti  hazırlayan  insanın  beynində 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə