TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə28/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   186

61 

 

gizli  guşələr  dünyanın  bir  çox  bölgələrində  də  tapılmışdır.  Draxenlox  (İsveçrə), 



Zaltsofen  (Avstriya),  Klyuni,  Le  Furten,  Reqardu,  Lazaret  (Fransa),  Petersxel  (AFR)

 

Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda 



aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində 

ən qədimrindən biridir. Azıxda tapılmış ayı kəllələrinin heç birində çənə hissəsi yoxdur. 

Gizli  yerlə  tanışlıq  həyata  keçirilmiş  əməl  arxasındakı  təsəvvürlər  aləmini  bizim 

qarşımızda canlandırır. Qeyd-şərtsiz demək olar ki, bu, məqsədyönlü, şüurlu və əlbəttə, 

qeyri-utilitar insan fəaliyyətinin nəticəsidir. 

Azıxda  təsdiqlənmiş  "kəlləyə  sitayiş"  faktı  Cənubi  Qafqaz  sakinlərində  ətraf 

mühitin  hadisələri  haqqında  ən  erkən,  başlanğıc  səciyyəvi  təsəvvürlərin  yarandığını 

göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə 

"yığınları"  (və  ümumiyyətlə  heyvan  sümükləri)  totemizmin,  hər  halda  onun 

rüşeymlərinin meydana gəldiyini göstərir. 

Bütün  bu  göstərilənlər,  Aşağı  Paleolit  dövründə  Azərbaycan  sakininin 

təfəkküründə, baxışlarında, zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi. 

Aşel  dövrünün  ikinci  yarısında  mağarada  möhkəm  məskən  salmış  azıxantroplar 

orada  süni  mühit  yaradırlar.  Azıx  mağarasının  aşel  təbəqəsində  ocaqlardan  birinin 

yanında süni hasarın - dairəvi daş tikilinin qalıqları aşkar edilmişdir. Beləliklə, 300 min il 

bundan  əvvəldən  də  öncə  azıxantrop  özü  üçün  yaşayış  yeri  qururdu.  Son  zamanlar 

oykumenanın  müxtəlif  bölgələrində,  xüsusilə  Fransada  süni  yaşayış  yerlərinin  bir  çox 

qalıqları (onların arasında Aşel dövrünə aid olanları da vardır) tapılmışdır. 

Aşeldən  sonrakı  Mustye  dövrü  adətən  oykumena  miqyasında  keyfiyyətcə  yeni, 

qədim  insanların  həyatında  əvvəlki  zamanla  müqayisədə  daha  yüksək  mərhələ  kimi 

səciyyəvidir.  Məhz  bu  səciyyəvilik  bir  çox  tədqiqatçılara  həmin  tarixi  mərhələni  xüsusi 

dövr  -  Orta  Paleolit  dövrü  kimi  (əhəmiyyətinə  görə  son  paleolitə  bərabər  olan  dövr) 

ayırmaq hüququnu verir. Digər tədqiqatçılar bu cür yanaşmaya etiraz edərək hesab edirlər 

ki, Son Aşel dövrü ilə ilk Mustye arasındakı fərq mərhələ səciyyəsi daşımır. Lakin ikinci 

baxışın  tərəfdarlarının  müddəalarına  baxmayaraq,  bütövlükdə  insanların  neandertal  növü 

(ilkin  neandertallar  istisna  olunmaqla)  Mustye  dövrünə  təsadüf  etmişdir.  Artıq  Mustye 

dövründə  sürü  münasibətləri  arxada  qalmış,  ibtidai  icma  quruluşu  (nəsli  cəmiyyət) 

təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdır. İndiyədək tədqiqatçıları 

məşğul  edən  neandertal  qəbirləri  həmin  dövrdə  ümumilik  münasibətlərinin 

qərarlaşmasını təsdiq edən faktlardır. 

Neandertal  qəbirləri  ilk  növbədə  neandertalların  kollektiv  birliyi,  qarşılıqlı 

sosial  əlaqəni  dərk  etdiklərini  təsdiq  edir.  Bu,  qarşılıqlı  yardım  institutunun 

yarandığını, icma üzvlərinin bir-birinə qayğısını göstərir. Bu, "neandertalların ibtidai 

icmasını  möhkəmləndirən  əlaqələrin  sabitliyini  və  gücünü  təsdiq  edən" 

[ A . P . O k l a d n i k o v ]   parlaq  göstəricidir.  Güman  etmək  olar  ki,  Mustye  dövrü 

yeni ictimai təşkilatın - tayfanın yaranması zamanı olmuşdur. Hər halda həmin dövrdə 




62 

 

bir  növ  "tayfa  ərəfəsi"  birləşmənin  mövcudluğu  şübhəsizdir.  Bu  birliyin  əsas  tərkib 



hissəsini  böyük  kollektiv  təşkil  edirdi.  Güman  etmək  olar  ki,  bu  kollektiv  bir  neçə 

nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi. 

Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəriyyət 

tarixində ilk dəfə olaraq öz yaxınlarını dəfn etmiş insanların baxışlarından xəbər verir. 

Nəhayət, bu qəbirlərdən aydın olur ki, insanlar artıq meyitdən törəyə biləcək konkret 

təhlükəni əməli surətdə dərk etmişdilər. 

Mustye  haqqında  yuxarıda  deyilmiş  fikirlər  oykumenanın  müxtəlif 

bölgələrindən  əldə  olunmuş  materiallara  əsaslanan  ümumi  səciyyəli  məlumatlardır. 

Təəssüf ki, Azərbaycan materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan 

cəmiyyətinin  inkişafının  başlıca  qanunlarının  ümumiliyini,  qlobal  xarakterini, 

sosiogenezin  ümumi  istiqamətini,  insan  həyatı  modelinin  universallığını,  bu  və  ya 

digər  mərhələ  üçün  səciyyəvi  olan,  insan  yaşayışının  müxtəlif  bölgələrində  mövcud 

olmuş səciyyəvi cəhətlərin bir çoxunun Azıx mağarasında təsdiqlənməsi kimi mühüm 

bir halı nəzərə alaraq neandertalın mənəvi aləminin mənzərəsini Azərbaycana da aid 

etmək mümkündür. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  Azərbaycanda  Mustye  dövrü  Azıx,  Tağlar, 

Daşsalahlı,  Damcılı  və  Qazma  mağaralarında  nisbətən  yaxşı  təmsil  olunmuşdur.  Bu 

dövr təxminən 100-80 min il bundan əvvəl başlanmışdır. 

Levallua  texnikası  müxtəlif  daş  əmək  alətləri  ilə  zəngin  olmuş  Mustye 

dövrünün  ən  böyük  texniki  nailiyyətidir.  Bu  nailiyyət  daşın  emalı  üsullarında  əsil 

inqilab idi. Texnikanın inkişafı daşın istifadəsinin və emalının çox yüksək səviyyəsinə 

(levallua texnikasına) getirib çıxarmışdı. 

Mustye  dövründə  nizə  və  cidaların  daşdan  hazırlanmış  ucluqları  meydana 

gəldi.  Ovçuluq  təsərrüfatı  xeyli  mürəkkəbləşdi  və  yüksək  inkişaf  səviyyəsinə  çatdı. 

İnsan kollektivlərinin qida ilə təminatı ölçüyəgəlməz dərəcədə artdı. 

Nəinki yaxın bölgələrin, habelə bir-birindən kifayət qədər uzaq olan ərazilərin 

sakinləri  arasında  əlaqələrin  genişlənməsi,  həmin  qarşılıqlı  əlaqələrin  tədricən 

fəallaşması  Mustye  dövrünün  mühüm  xüsusiyyətidir.  Məsələn,  Tağlar  mağarasının 

materialı bunu göstərir. Həmin material onun həmin "Şərq düşərgə"ləri ilə bənzəyişi, 

habelə  Araz  çayından  cənubda  yerləşən,  Zaqros  zonasını  da  özündə  ehtiva  edən 

ərazilərin  Mustye  mədəniyyətləri  ilə  qeyd-şərtsiz  əlaqələri  barədə  də  danışmağa 

imkan verir. 

Cənubi  Qafqazın  və  Şərqi  Avropa  düzənliyinin  cənub  hissəsinin,  habelə 

Qədim  Şərq  bölgələri  sakinlərinin  arasında  son  paleolit  dövründə  müəyyən  əlaqələr 

olduğunu  bu  uzaq  məskənlərdə  Qafqaz  obsidianının  tapılması  təsdiqləyir.  Cənubi 

Qafqazın qədim yaşayış yerlərində Qırmızı dəniz mənşəli balıqqulağıların və s. aşkar 

olunması  faktı  da  bunu  sübut  edir.  Yalnız  zəngin  mənəvi  aləmə  malik  olmuş  insan 

uzunmüddətli miqrasiyalar edə bilərdi. 






Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə