TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə29/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   25   26   27   28   29   30   31   32   ...   186

63 

 

Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların 



tropik  iqlimə  malik  olan  ilkin  vətəndən  -Afrikadan  Avropanın  mülayim  iqlim 

qurşağına  hərəkət  etməsi  üçün  şərait  yaratmış  körpülərdən  biri  idi.  Daha  sonrakı 

zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir. 

Ali heyvanların və insanın genetikası və psixofiziologiyası sahəsindəki ən yeni 

kəşflər  miqrasiya  kimi  fövqəladə  dərəcədə  maraqlı  olan  halın  anlaşılmasına  açar  ola 

biləcəkdir.  Tədqiqatlar  göstərmişdir  ki,  digər  ali  məməlilər  kimi  insanlığın  ayrı-ayrı 

nümayəndələrinə  də  yeniyə, tanış olmayana  meyil  xasdır. Mütəxəssislər bu hadisəni 

"azadlıq  refleksi"  adlandırırlar.  Bu,  məchulun  mahiyyətinə  varmaq  üçün 

qarşısıalınmaz  meylə  tələbatdır.  Bu  fenomenin  irsən  ötürülməsi  artıq  çox  qədim 

zamanlarda  məchula  doğru  bu  cür  anadangəlmə  meylə  malik  olan  xeyli  insan 

qruplarının  meydana  gəlməsinə  gətirib  çıxara  bilərdi.  Ola  bilər  ki,  artıq  ən  qədim 

zamanlarda  Azərbaycan  ərazisində  ən  azı  iki  başlıca  avropoid  antropoloji  tipinin 

yaşaması,  yazılı  mənbələrdən  adları  bəlli  olan  bir  neçə  dildə  danışan  tayfaların 

mövcud olması səbəbini məhz deyilənlərdə axtarmaq lazımdır. 

 

Şübhəsizdir  ki,  bir  çox  nəsillərin  "azadlıq  refleksi"ni,  yenilik  zövqünü 



toplaması  onların  mədəniyyətinə  xüsusi  dinamiklik  və  çeviklik  gətirirdi.  Ən  erkən 

tarixi mərhələlərdən başlayaraq antik dövrədək Azərbaycanda mövcud olmuş bir çox 

parlaq mədəniyyətlər bunu aydın şəkildə təsdiq edir. 

Azərbaycanda  yuxarı  paleolitin  yaxşı  öyrənilməməsinə  baxmayaraq, 

göstərmək  lazımdır  ki,  Mustye  ilə  son  paleolit  arasındakı  hədd  xüsusilə  vacib  və 

mühüm  hədd  kimi  qiymətləndirilməlidir.  Bu  zaman,  təxminən  30-35  min  il  bundan 

əvvəl  müasir  tipli  insan  -  Nomo  Sapiens  ("dərrakəli  insan")  meydana  gəlmişdir. 

"Dərrakəli insan"ı neoantrop (yeni insan) da adlandırırlar. 

Bu  zamandan  etibarən  təbii  seçmə  özünün  forma  əmələgətirici  rolunu  qəti 

surətdə  itirdi  (bunun  nəticəsində  insanın  fiziki  tipinin  dəyişməsi  prosesi  dayandı), 

təbii seçmənin yerini isə ictimai qanunauyğunluqlar tutdu. 

Beləliklə, hər bir yeni mərhələdə mənəvi aləmi zənginləşən qədim Azərbaycan 

sakinləri  Paleolit  dövrü  ərzində  təbiəti  öz  məqsədlərinə  xidmət  etməyə  vadar  edir, 

tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər. 

 

 

 



 

 

 



 

 

 




64 

 

II   FƏSİL 



 

MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ. 

AZƏRBAYCAN SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ 

TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ 

 

GiriĢ  qeydləri.  Bütün  Paleolit  dövrü  ərzində  əhəmiyyətli  nailiyyətlərə  və 

cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların 

təsərrüfatı  sırf  mənimsəmə  xüsusiyyəti  daşıyırdı.  İstehsal  bazasının  məhdudluğu, 

ovçuluq  fəaliyyətinin  ekoloji  mühitdən  bilavasitə  asılılığı,  təbii  şəraitin  dəyişməsi 

cəmiyyətin inkişafını həddindən artıq ləngidirdi. 

Paleolitdən yeni daş dövrünə (neolitə) keçid mərhələsi insan həyatında mühüm 

dəyişikliklər  dövrü  idi.  Mezolit  (yunanca  mesos  -  orta,  lithos  -  daş)  adlanan  bu 

mərhələnin  başlanğıcı  təxminən  son  buzlaşma  dövrünün  qurtarmasına  və  müasir 

geoloji  mərhələnin-holosenin  (yunanca  holos  -  bütün,  kainos  -  yeni)  bərqərar  olması 

ilə uyğun gəlir, bu dövrdə müasir ekoloji şərait yaranır. 

Mezolit  dövrü  təxminən  e.ə.  XIII-IX  minillikləri  əhatə  edir.  Bəşər  tarixində, 

onun  bütün  sonrakı  inkişafını  müəyyən  edən  bu  mühüm  mərhələ  mənimsəmə 

təsərrüfat  formasından  (ovçuluq-balıqçılıq-yığıcılıq)  istehsaledici  təsərrüfata  keçid 

olmuşdur.  Bu  dövrdə  bütün  müasir  mədəni  inkişafa  zəmin  yaranır,  cəmiyyətdə  və 

insan  həyatında  dönüş  ərəfəsi  başlanır,  istehsaledici  təsərrüfatın  əsas  sahələri  - 

əkinçilik və maldarlıq meydana gəlir. İnsanlar ovçuluq və yığıcılıqla yanaşı, əkinçilik 

və  maldarlıq  vasitəsilə  ərzaq  istehsalına  başlayır.  Demək  olar  ki,  bu  dövrdən 

başlayaraq  bəşəriyyətin  əsas  inkişaf  xəttini  təbiətin  hazır  nemətlərini  mənimsəmək 

yox,  ərzaq  istehsal  etmək  yolu  müəyyən  edir.  Dünyanın  bir  çox  rayonlarında,  o 

cümlədən  Zaqafqaziyada  neolit  dövründə  erkən  əkinçi-maldar  mədəniyyəti  əsasında 

yeni  təsərrüfat  forması  meydana  gəlir  və  inkişaf  edir.  Bu,  əslində  son  mərhələsi  bir 

çox hallarda "neolit inqilabı" kimi ifadə edilən nəhəng çevriliş idi. 

Mezolit  dövründə  baş  verən  dəyişiklikləri  çox  vaxt  Üst  Paleolitdə  ovçuluq 

təsərrüfatında  baş  vermiş  böhranla  bağlayırlar.  Güman  edirlər  ki,  mezolit  dövrünə 

qədər iqlim və landşaft kompleksində baş verən dəyişikliklər, bununla əlaqədar insan 

faktoru təsirinin güclənməsi nəticəsində təsərrüfatın bu növündə potensial imkan artıq 

tükənmişdi. 

Biz həqiqətən görürük ki, mezolit dövründə dünyanın müxtəlif yerlərində yeni 

təsərrüfat  formalarının  axtarışı  başlanır.  Açıq  sahələr  əvəzinə  insanlar  daha  çox 

meşədə  ov  etməyə  başlayırlar.  Heyvan  sürüsündə  tərkibin  dəyişməsi,  heyvanların 

sayının xeyli azalması, həm də ox və yayın icad edilməsi kollektiv ovdan meşələrdə 

fərdi ova keçmək üçün geniş imkanlar yaradır. Ox və yayın, həm də müxtəlif düzmə 

dişli  alətlərin  meydana  gəlməsi  mikrolitik  texnikanın  güclü  inkişafına  təkan  verir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə