TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə37/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   33   34   35   36   37   38   39   40   ...   186

81 

 

Azərbaycanın  Urmiya  gölü  ətrafı  vilayətlərinin  saxsı  məmulatı  bir  qədər 



müxtəlifliyi  və  texniki  mükəmməlliyi  ilə  seçilir.  Orada  Dəlmətəpə  yaşayış  yerinin 

dulusçuları  yüksək  ustalığa  nail  olub,  gözəl  boyalı  qablar  hazırlayırdılar.  Boyalı 

qabların  ən  qədim  nümunələri  e.ə.  VI  minillikdə  Hacı  Firuz  yaşayış  yerindən  əldə 

edilmişdir. 

Eramızdan  əvvəl  IV  minilliyin  birinci  yarısında  gil  qabların  hazırlanmasında 

fırlanan  primitiv  dəzgahdan  istifadə  olunması  Azərbaycanın  dulusçu  sənətkarlığında 

tamamilə  yeni  mərhələ  idi.  Qablar  yüksək  keyfiyyəti,  çox  müxtəlifliyi  ilə  seçilir. 

Ağdam  rayonunda  Leylatəpə  yaşayış  yerindən  alınan  məlumata  görə,  bu  dövrün 

qabları  dairəvi  planlı  ikiyaruslu  dulus  kürələrində  bişirilirdi.  Eneolit  dövrünün  daha 

qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur. 

Zaqafqaziyanın  Eneolit  dövrü  əhalisinin  metalla  tanışlığı  barədə  tapılmış  mis 

əşyalara görə mühakimə yürütmək olar. 

Qazax  rayonunun  Qarğalartəpəsi  yaşayış  yerindən  mis  lövhədən  hazırlanmış 

muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə 

üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir. 

Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin 

ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki 

muncuq  və  üç  naməlum  əşya  qırığı  əldə  edilmişdir.  Leylatəpə  yaşayış  yerindən  isə 

daha  çox  metal,  o  cümlədən  mismərgmüşnikel  qatışıqlı  əşya,  ən  başlıcası  isə, 

Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır. 



Əlaqələr. Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön 

Asiyanın  qonşu  rayonları  ilə  təmasda  və  qarşılıqlı  əlaqədə  keçmişdir.  Mərkəzi 

Zaqafqaziyanın  ən  qədim  yaşayış  yerlərində  dairəvi  planlı  kərpic  tikililər  inşaatda 

ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş, 

yayılmışdır.  Dairəvi  planlı  çiy  kərpic  memarlığını  Yaxın  Şərqdə  yayan  Xalaf 

mədəniyyəti qəbilələri olmuşdur. 

Xalaf  qəbilələrinin  tarix  səhnəsinə  çıxması  ilə  Ön  Asiyada  əlaqələr,  etno-

mədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir. 

Zaqafqaziyanın, o cümlədən  Azərbaycanın eneolit qəbilələrinin  dairəvi planlı 

tikililəri  ilə  Xalaf  qəbilələri  tikililəri  arasındakı  münasibəti  konkret  izah  etmək 

çətindir.  Ancaq  güman  etmək  olar  ki,  həmin  regionların  inşaatında  yeni  formalı 

tikililərin  geniş  yayılması  müəyyən  qarşılıqlı  əlaqələrin  nəticəsində  mümkün 

olmuşdur. 

Arxeoloji  materiallar  göstərir  ki,  Azərbaycan  qəbilələri  ilə  Mesopotamiya 

qəbilələri  arasında  əlaqələr  bütün  Eneolit  dövrü  ərzində  olmuşdur.  Belə  ki, 

Naxçıvanın  Kültəpə  yaşayış  yerinin  qədim  mədəni  təbəqəsindən  Cənubi  Qafqazın 

Xalaf  mədəniyyəti  sakinləri  ilə  əlaqələrin  ilkin  çağlarını  əks  etdirən  boyalı  Xalaf 

çölməkləri tapılmayıbdır. 




82 

 

Azərbaycanın  Mesopotamiya  ilə  sonrakı  (V  minilliyin  sonu,  IV



 

minilliyin 

əvvəli)  əlaqələri  Obeyd  mədəniyyəti  materiallarında  öz  əksini  tapmışdır.  Obeyd 

boyalı  qab  nümunələri  Cənubi  Azərbaycanda  Urmiya  gölünün  hövzəsində,  həm  də 

Qafqaz  yaşayış  yerlərindən  tapılmışdır.  Uzunmüddətli  əlaqələr  və  təmas  nəticəsində 

Azərbaycan  Obeyd  qəbilələri  üçün  tanınan  bir  ölkə  olmuş  və  yəqin  ki,  onların 

diqqətini  cəlb  etmişdir.  Qarabağ  düzənliyində  Xındırıstan  kəndi  yaxınlığındakı 

Leylatəpədə  memarlıq  formaları,  dulusçuluq  kürələri,  dulus  məmulatı  bu  ərazidə 

əsrlərlə  davam  edən  yerli  mədəniyyətdən  tamamilə  fərqlənir.  Bir  sıra  faktik  dəlillər 

(iki  boğazlı  qablar,  boğazlarında  üfüqi  gözlər  olan  küpələr  və  s.)  Şimali 

Mesopotamiyanın,  məsələn,  3-cü  Yarımtəpə  Obeyd  yaşayış  yerində  eyni  ilə  təkrar 

olunur.  Belə  vəziyyət  isə  eramızdan  əvvəl  IV  minilliyin  birinci  yarısında  Qarabağ 

düzənliyində  bina  salmış  qəbilələrin  Mesopotamiyadan  köçməsinə  şübhə  yeri 

qoymur. 


Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi. 

Arxeoloji  materiallar  Azərbaycanın  şərq  və  cənub  vilayətlərlə  əlaqələrini 

müəyyənləşdirməyə  imkan  verir.  Bu  cəhətdən  bəzək  əşyalarının  xüsusi  əhəmiyyəti 

vardır.  Kültəpə  və  Çalağantəpə  qəbirlərində  bəzi  daş  növlərindən  hazırlanmış 

muncuqlar,  şəksiz,  buraya  gətirilmədir.  Firuzə  daşından  muncuqlar  bu  qəbildəndir. 

Firuzə  daşı  qədimdə  Əfqanıstan  və  Şərqi  İrandan  Ön  Asiyanın  bir  çox  rayonlarına 

yayılırdı. 

Kültəpə,  Çalağantəpə  və  başqa  yaşayış  yerlərinin  sakinləri  sümükdən  və 

daşdan bəzək hazırlama məharətinə malik idilər. Ancaq bəzi qəbirlərdən mindən artıq 

muncuğun  tapılması  onların  qonşu  ölkələrdən  mübadilə  məqsədi  üçün  gətirilməsini 

söyləməyə  əsas  verir.  Çalağantəpədə  bir  uşaq  qəbrindən  tapılan  iki  mindən  artıq 

muncuğun  1580  ədədi  sədəfdən  düzəldilmişdir.  Başqa  qəbirlərdə  də  belə,  həm  də 

qara,  boz  rəngli  bərk  daşdan  çox  zərif  işlənmiş  cilalı  muncuqlara  rast  gəlinmişdir. 

Görünür,  harada  isə  cənubda,  dənizsahili  rayonlarda  mübadilə  üçün  sədəfdən  külli 

miqdarda muncuq hazırlanırmış. 

Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının 

əhalisi  ilə  nisbətən  intensiv  əlaqələrdə  olmuşdur.  Mövcud  əlaqələr  bəzən 

Mesopotamiyadan  Azərbaycana  ayrı-ayrı  qəbilə  qruplarının  köçməsinə  gətirib 

çıxarırdı. 

Ġctimai  münasibətlər.  İbtidai  icma  quruluşunun, o cümlədən  erkən  əkinçilik 

dövrünün  əsasını  istehsal  vasitələri  üzərində  ictimai  mülkiyyət  təşkil  edirdi. 

Azərbaycanda  erkən  əkinçi  cəmiyyətinin  quruluşunu  aydınlaşdırmaq  üçün  əsasən 

arxeoloji  dəlillərə,  o  cümlədən  məişət  və  dəfn  abidələrinə  müraciət  edilir.  Dövrün 

yaşayış  məskənləri  təsərrüfat-məişət  komplekslərindən  ibarət  tikililərin  sıxlığı  ilə 

səciyyələnir.  Yaşayış  otağı,  ərzaq  anbarı  və  həyətyanı  sahələrdən  ibarət  belə 

komplekslər  arakəsmə,  kərpic  divarlarla  bir-birindən  ayrılır.  Bu  komplekslər  sosial-



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə