TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə38/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   34   35   36   37   38   39   40   41   ...   186

83 

 

iqtisadi  inkişafın  müəyyən  mərhələsində  yaranır.  Görünür,  onlar  cüt  nikah  əsasında 



qurulmuş  ailə  ilə  bağlıdır.  Belə  ailə  özünün  mənzil,  anbar  və  həyətyanı  sahəsini 

ayırmaq  labüdlüyünü  doğurur.  Belə  cüt  nikah  ailələr  həmin  dövrün  cəmiyyətinin 

ictimai əsasını təşkil edirdi. Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: taxıl tarlaları, 

mal-qara  və  otlaqlar  icmanın  himayəsində  idi.  Birgə  görülən  iş  və  birgə  istifadə 

olunan  hər  şey  ümumi  mülkiyyəti  təşkil  edirdi.  Lakin  kollektiv  təsərrüfatın  məhsulu 

beş-yeddi  üzvdən  ibarət  ailələr  arasında  illik  pay  kimi  bölünürdü.  Ailədə  kişi 

rəhbərliyi özünə  mövqe qazanır. Bununla belə, erkən əkinçilik cəmiyyətində qadının 

hörməti  və  xüsusi  mövqeyi  var  idi.  Zaqafqaziyanın  eneolit  məskənlərindən  yalnız 

bəziləri nisbətən böyük sahəyə  malikdir.  Onlarda sayca çox olan kollektiv  yaşayırdı. 

Görünür,  belə  kollektivləri  başında  ağsaqqallar  şurası  duran  icma  təşkilatı  idarə 

edirdi. Onun təsir dairəsində məhdud ərazidə iri məskənlər ətrafında yerləşən bir neçə 

əkinçi məntəqəsinin daxil olması ehtimalını söyləmək olar. 

Erkən əkinçilərin dəfn abidələri sosial ayrılmaların zəif mərhələsini əks etdirir. 

Ancaq  ərazisi  Kültəpə  və  Çalağantəpə  yaşayış  yerlərində  tədqiq  olunan  bəzi 

qəbirlərdə  nisbətən  zəngin  materiallara  rast  gəlinmişdir.  Erkən  əkinçilik 

mədəniyyətinin  inkişafı  dövründə  daş  toppuzların  yayılması  diqqəti  cəlb  edir. 

Zaqafqaziyada  onlar  həm  yaşayış  yerlərinin  materialı  içərisində,  həm  də  tək-tək 

qəbirlərdə  tapılmışdır.  Xüsusi  daş  növlərindən  hazırlanmış  və  səylə  cilalanmış  bu 

əşyalar  hakimiyyət  rəmzi  kimi  görünür,  ağsaqqal  və  ya  nəsil  başçılarına  mənsub 

olmuşdur. 

Yerli cəmiyyətin  ictimai həyatında nəzərə çarpan  mürəkkəbləşmə  sonrakı, İlk 

Tunc  dövründə  baş  verir  -  patriarxal  münasibətlər  möhkəmlənir,  hakimiyyət  qəbilə 

başçılarının əlində cəmləşir.    

Ayinlər,  etiqad.  Dəfn  adətləri,  heyvanların  əhliləşdirilməsi,  dənli  bitkilərin 

becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın 

dərketmə  qabiliyyəti  xeyli  artır  –  və  yeni  ayinlər  yaranır,  dil  zənginləşir,  insanların 

təsəvvürləri xeyli mürəkkəbləşir. 

Dini  adətdə,  əvvəllər  olduğu  kimi,  əcdadlara  pərəstiş  mühüm  yer  tuturdu. 

Erkən əkinçi qəbilələrin çoxunda, o cümlədən Azərbaycanda ölünü bilavasitə yaşayış 

yerləri  ərazisində  dəfnetmə  adəti  yayılmışdı.  Tədqiqatçılar  adətən  onu  yenidən 

doğulma,  həyata  qayıtma  ideyası,  son  nəticədə  məhsuldarlıq,  ailə  və  nəsil  artımı  ilə 

səsləşən  ideya  ilə  bağlayırlar.  Ola  bilsin  ki,  bu  ideya  zəminində  ölülərin  üzərinə 

qırmızı  boya  tozu  (oxra)  səpmək  adəti  meydana  gəlmişdi.  Yaşayış  yerlərində  ölülər 

basdırılarkən  həsirə  bükülür,  qəbir  çuxuruna  gil  suvaq  çəkilirdi.  Yaşayarkən  malik 

olduqları  bəzək  əşyalarına  toxunulmur,  qəbirə  qoyulurdu.  Axirət  dünyasına  inamla 

əlaqədar olaraq qəbirə gil qablar, əmək alətləri və başqa əşyalar da qoyulurdu. Ölülər 

tək, bükülü vəziyyətdə, bəzən isə bir neçəsi birlikdə dəfn olunurdu. 




84 

 

Azərbaycanın  erkən  əkinçiləri  adət  və  ayinlə  əlaqədar  olaraq  əsasən  yaşayış 



məskənlərində  xüsusi  ibadət  yerlərində  müxtəlif  mərasimlər  keçirirdilər.  Təbiətin 

dərkolunmaz  hadisələrini  aydınlaşdırmaq  cəhdi,  onlar  qarşısında  qorxu  və  acizlik, 

insanlarda  magik  vasitələrə  (lənət  və  s.),  müxtəlif  dini  aktlara  (yalvarma,  dua) 

müraciət  etmək  tələbatını  doğururdu.  Əliköməktəpə  yaşayış  yerində  divarı  gillə 

suvanmış  və  ağardılmış  tikilini  ibadətgah  hesab  etmək  olar.  Ağardılmış  divara  boya 

ilə naxış vurulmuşdur. Divarı ağardılmış və boya ilə naxış vurulmuş bina Çalağantəpə 

yaşayış yerində də aşkar olunmuşdur. 

Azərbaycanın  yaşayış  məskənlərində  təsadüf  olunan  qaralmış  hisli  daşların 

magiya  ilə  əlaqəsi  olduğunu  güman  etmək  olar.  Qarğalartəpəsi  yaşayış  yerində  belə 

daşlara təklikdə və  koma  halında rast gəlinmişdir. Burada gildən  xüsusi düzəldilmiş, 

diametri 0,7 m olan təknəvari bir çuxurda 250 ədəd hisli daş qalağı aşkar olunmuşdur. 

Çuxura  ot  yığıb  yandırdıqdan  sonra  daşlar  qəsdən  oraya  atılmışdır.  Çuxurun  dibi 

yanıq qatla örtülü idi. Burada quraqlığa qarşı, onu mülayimləşdirmək niyyətini güdən 

və yağışı çağıran ayinlə əlaqədar aparılmış mərasimin qalıqlarını görürük. 

Azərbaycanın  yaşayış  yerlərində  insan  surətini  əks  etdiren  fiqurlar  erkən 

əkinçilərin  ideoloji  təsəvvürləri  haqqında  müəyyən  məlumat  verir.  Yanıqtəpədə 

daşdan  düzəldilmiş  insan  fiqurunun  rənglənmiş  baş  hissəsi  tapılmışdır.  Onun  gözü 

qara  rənglə  göstərilmişdir.  Hacı  Firuzdan  gil  qadın  fiquru  və  başqa  insan  fiquru 

hissələri  əldə  edilmişdir.  Demək  olar  ki,  məlum  olan  bütün  antropomorf  fiqurlar 

qadına  aid  olub  məhsuldarlıq  ideyasını  təcəssüm  etdirirlər.  Çalağantəpədən  tapılan 

fiqurlar  çox  təmtəraqlı  bəzədilmişdir.    Onlarda  boyunbağı,    qurşaq    kəmərləri,    saç  

hörüklər  fiqurların  qadına  mənsub  olduğunu  söyləməyə  əsas  verir.  Fiqurlar 

yarımboydur, qol və qıçları verilməmişdir. 

Qarğalartəpəsi  fiqurunda  yuxarıdan  aşağı  qadın  hörüklərini  əks  etdirən 

dalğavari  xətlər  uzanır.  Belə  xətlər  üfüqi  istiqamətdə  qıçlar  üzərində  çəkilmişdir. 

Etnoqrafiyadan məlumdur ki, qadınlar məhsulu təbii fəlakətdən xilas etmək niyyəti ilə 

saçlarını  tökərək  cadugərlik  vasitələrinə  əl  atırlar;  görünür,  burada  yağış  çağırmaq 

əqidəsi özünü göstərir. 

Örnəklərin  məhdudluğuna  baxmayaraq,  onlar  Azərbaycanın  qədim  əkinçi-

maldar əhalisinin ideoloji təsəvvürlərinin müxtəlifliyi haqqında mülahizə yaradır. 

 

 

 



 

 

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə