TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə4/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   2   3   4   5   6   7   8   9   ...   186

10 

 

"Yəhudi  müharibəsi  haqqında"  və  "Yəhudi  asari-ətiqələri"  əsərlərində  öz  əksini 



tapmışdır.  Təxminən  37-ci  ildə  doğulmuş  və  təxminən  95-ci  ildə  vəfat  etmiş  Flavi 

məşhur  kahin  nəslinə  mənsub  olmuş,  63-cü  ildən  Romada  yaşamışdır.  Flavinin  əsəri 

orijinal  deyildir,  onun  məlumatlarının  çoxu  Bibliya  və  yunan  müəlliflərindən 

götürülmüşdür. 

Roma  dövrü  tarixçilərinin  hamısından  çox  tanınanı  və  məşhuru  yunanca  yazan 

Plutarx  (46-127-ci  illər)  olmuşdur.  O,  çox  səyahət  etmiş,  məhsuldar  yazıçı  olmuşdur. 

Məşhur  "Müqayisəli  tərcümeyi-hallar"  əsəri  Plutarxa  şöhrət  gətirmişdir.  Aleksandrın, 

Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir. 

Plutarxın "İsida  və  Osiris haqqında"  əsəri də  bizim  üçün  mühüm  əhəmiyyətə 

malikdir.  Müəllif  bu  əsərində  e.ə.  IV  əsrdə  yaşamış,  Makedoniyalı  Aleksandrın 

tapşırığı  ilə  zərdüştiliyin  müqəddəs  kitablarını  öyrənən  Feopompun  ardınca  gedərək 

maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir. 

İçərisində  "Annallar"  ("Salnamələr")  və  "Tarixlər"  kimi  xüsusilə  seçilən  çoxlu 

əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə 

bir sıra qiymətli məlumat çatdırmışdır. Onun  əsərlərinin  Romanın Qafqaz ölkələri,  o 

cümlədən  Albaniya,  habelə  Parfiya  ilə  münasibətlərindən  bəhs  edilən  səhifələri 

müstəsna dərəcədə mühüm qaynaqdır. 

Eramızın  II  əsrində  (95-175-ci  illər)  yaşamış,  Vifiniyanın  Nikomediya 

şəhərində doğulmuş, parlaq təhsil almış Flavi Arrianın yunanca yazılmış "Anabazis" 

("Aleksandrın  yürüşü")  əsərində  albanlar  və  Atropatena  tarixi  barəsində  nadir 

məlumatlar  qorunub  saxlanılmışdır.  Yeddi  kitabdan  ibarət  olan  "Anabazis"də  xeyli 

miqdarda müxtəlif növlü qaynaqlardan, o cümlədən rəsmi sənədlərdən (Makedoniyalı 

Aleksandrın  silahdaşı  Nearxın  məlumatlarından,  "Saray  jurnalı"ndan  və  s.)  istifadə 

edilmişdir. 

"Anabazis"ə  əsaslanaraq  albanların  e.ə.  IV  əsrin  son  otuzilliyində  tarix 

səhnəsinə  çıxdıqlarını  müəyyənləşdirmək  və  onlar  haqqında  məlumatı  Əhəməni 

dövləti  və  Makedoniyalı  Aleksandr  arasında  müharibə  ilə  əlaqələndirmək  mümkün 

olur. Arrianda Atropatena tarixi üzrə də bir sıra maraqlı məlumatlar var. 

Albanlar  haqqında  maraqlı  məlumatlara  II  əsr  müəllifi  Appianın  "Mitridatın 

müharibələri" adlı məşhur əsərində də rast gəlmək mümkündür. 

II  əsr  müəllifi  Klavdi  Ptolemeyin  "Coğrafiya  dərsliyi"ndə  Azərbaycanın 

coğrafiyası  haqqında  xeyli  material  var.  Ptolemey  bir  çox  vilayətlərin,  dağların, 

çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin 

onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır. 

Dion  Kassi  Kokkeianın  (təxminən  150-235-ci  illər)  "Roma  tarixi"ndə 

Atropatena  və  Albaniya  haqqında  məlumatlar  var.  Yunan  dilində  yazılmış  bu  əsərin 

səksən kitabından bütöv şəkildə ancaq iyirmi beşi (XXXVI-LX kitablar) və müəyyən 

miqdarda  fraqmentlər  qorunub  saxlanılmışdır.  Dion  Kassinin  albanlar  və 




11 

 

atropatenalıların  Roma  müdaxiləsinə  qarşı  mübarizəsini  işıqlandıran  məlumatları 



bizim üçün xüsusilə maraqlıdır. 

II-V  əsrlər  müəllifləri  Eli  Qordian,  Flor,  Dionisi  Perieget,  Yuli  Solin,  Elian, 

Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və  b. əsərlərində  Atropatena 

və Albaniya haqqında bir sıra mühüm məlumatlar var. 

Antik  qaynaqların  müstəsna  əhəmiyyətinə  baxmayaraq,  onlara  ehtiyatla 

yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə 

ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir. 

Qədim Suriya, erməni və gürcü qaynaqlarının da müəyyən əhəmiyyəti vardır. 

Sovet  hakimiyyətinin  qurulmasından  əvvəl  Azərbaycanın  qədim  tarixi 

məsələləri  ilə  tək-tək  həvəskarlar  məşğul  olmuşdular.  Rus  elmində  bu  tarixə  maraq 

ancaq  Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  işğal  edilməsindən  sonra  meydana 

çıxır. 


XIX  əsrin  birinci  yarısı  Azərbaycan  tarixşünaslığının  ən  parlaq  siması  və 

əslində  ilk  Azərbaycan  tarixçisi,  "Gülüstani-İrəm"in  müəllifi,  antik,  Şərq,  Qərbi 

Avropa  və  rus  qaynaqları  və  ədəbiyyatı  əsasında  ən  qədim  dövrlərdən  əsrin 

əvvəllərinədək Azərbaycan tarixinin xülasəsini verməyə cəhd göstərmiş A.Bakıxanov 

olmuşdur. 

Qafqaz Albaniyasına həsr olunmuş ilk məqalələrdən biri Derpt Universitetinin 

professoru  F.Kruzenin  1835-ci  ildə  "Xalq  Maarifi  Nazirliyinin  jurnalı"nda  çap 

olunmuşdur.  Müəllif  öyrənilən  diyarın  keçmişini  dərk  etmək  üçün  arxeoloji 

tədqiqatların  əhəmiyyətini  qeyd  edərək,  ölkənin  zənginliklərini  canlı  boyalarla 

işıqlandırır, onun Rusiya üçün iqtisadi əhəmiyyətindən və s. danışır. 

"Ensiklopediya  leksikonu"nun  (1835-ci  il)  birinci  cildində  "Qədim  Asiya 

Albaniyası" adlı qısa qeyd çap olunmuşdur. 

Qədim  Qafqaz  Albaniyasına  həsr  edilən  öz  dövrü  üçün  ilk  ciddi  tədqiqat  rus 

alimi A.Yanovskinin 1846-cı ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda dərc edilmiş 

"Qədim Qafqaz Albaniyası haqqında"  əsəri olmuşdur. Burada antik və ilk orta əsrlər 

müəlliflərinin  Albaniya  haqqında  məlumatları  toplanılmış  və  təhlil  edilmiş,  ölkənin 

qədim toponimlərinin müəllif üçün müasir olan coğrafi adlarla tutuşdurulmasına və s. 

cəhd  göstərilmişdir.  A.Yanovskidə  xeyli  maraqlı  fikirlər  var,  lakin  onun  müddəa  və 

nəticələri heç də həmişə danışıqsız qəbul edilə bilməz. 

Akademik  B.A.Dornun  1875-ci  ildə  dərc  edilmiş  "Kaspi.  Qədim  rusların 

Təbəristana  yürüşləri  haqqında"  adlı  sanballı  əsərinə  daxil  edilmiş  "Qədim  Albaniya 

Ptolemeyə görə" məqaləsi polemik ruhda yazılmışdır. 

İ.Şopenin  "Qafqazın  qədim  tarixlərinə  dair  yeni  qeydlər"  kitabındakı  (SPb, 

1866)  "Aqvaniya,  Albaniya  və  Çoğa"  bölməsi  buradakı  baxışların  səthiliyi  üzündən 

zəifdir. Müəllif öz mülahizələrində mövzuya əsil elmi yanaşmadan uzaqdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə