TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə41/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   37   38   39   40   41   42   43   44   ...   186

90 

 

Qafqazda  mis-tunc  metallurgiyasının  yaranmasında  və  inkişafında  Ön  Asiya 



ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur. Lakin Kür-Araz mədəniyyəti dövründə 

Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir. 

Metal  əşyaların  spektral  tədqiqi,  onların  əksər  halda  mis-mərgmüş  tərkibli 

olduğunu göstərmişdir. Qədim ustalar şüurlu surətdə əşyaların daşıyacağı məqsəddən 

asılı olaraq, onların tərkibinə  müxtəlif  miqdarda  mərgmüş  qatırdılar. İş burasındadır 

ki, misin əridilməsi üçün yüksək (1083°) istilik tələb olunur, başqa metalın (mərgmüş, 

qalay,  nikel  və  s.)  qatışığı  olduqda  ərimə  dərəcəsi  azalır,  metalişləmə  ilə  əlaqədar 

görülən  işlər  bir  qədər  yüngülləşir.  Qədim  ustalar  bu  biliyi  mənimsədikdən  sonra 

tuncun  başqa  xassəsini  də  müəyyənləşdirirlər.  Yəni  tunc  misdən  bərkdir  və  az 

istilikdə  (700°)  əriyir.  Eyni  zamanda  müəyyən  olunur  ki,  tərkibinə  çox  mərgmüş 

qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal 

alətlərdə,  həm  də  İlk  Tunc  dövrü  abidələrindəki  silahlarda  az  mərgmüş  (4-5  faizə 

qədər) qatışığının olması məhz bununla izah olunur. 

Azərbaycanda  erkən  dövr  metal  sənayesinin  öyrənilmə  tarixində  Babadərviş 

yaşayış  yerində  tədqiq  edilmiş  misəritmə  kürə  qalıqları  böyük  əhəmiyyət  kəsb  edir. 

Kürələrin  yalnız  aşağı  hissələri  qalmışdır.  Görünür,  kürələrin  kifayət  qədər 

mükəmməl  quruluşu  olmuşdur.  Bunu  kürədəki  külçələr  və  tapılan  körük  ucluqları 

aydın sübut edir. Kürələrin birində tullantı şəklində istehsal çıxarı və  mis külçəsinin 

parçası  tapılmışdır.  Babadərvişdə  bundan  əlavə  metal  əşyalar,  həm  də  metal  əridib 

tökməkdə  istifadə  edilən  təknəyəbənzər  gil  qəlibin  yarı  hissəsi  əldə  edilmişdir.  Bu 

tapıntılar ilk tunc dövrü Babadərviş yaşayış yerində metal istehsalı ilə əlaqədar bütün 

prosesin  qaydaya  salındığını  sübut  edir.  Metaləritmə  sənətkarlığı  Kültəpə, 

Qaraköpəktəpə,  Şortəpə,  Mişarçay,  Göytəpə,  Yanıqtəpə  və  başqa  ilk  tunc  dövrü 

yaşayış yerlərində də mövcud olmuşdur. 

Yaşayış yerlərində mövcud olan metaləritmə emalatxanaları metal istehsalının 

başqa  istehsal  növlərindən  ayrıldığını  göstərir.  Emalatxanalar  bütün  icmanı  təmin 

edirdi,  onlarda  ustaların  başçılığı  altında  bir  qrup  adam  çalışırdı.  Kür-Araz 

mədəniyyətinin geniş ərazisində, qismən də ondan xaricdə metal istehsalı məhsulunun 

oxşar  nümunələrinin  yayılmasını  izafi  məhsulun  mübadiləsi  və  mədəni-iqtisadi 

əlaqələrlə izah etmək olar. Deməli, İlk Tunc dövründən başlayaraq Azərbaycanda və 

Zaqafqaziyada  metal  istehsalı  və  metal  əşyaların  hazırlanması  sənətkarlığın  mühüm 

sahələrindən  birinə  çevrilir.  Filizin  çıxarılması  və  əridilməsi,  metalın  tökülməsi, 

xüsusi qarışıqların tətbiqi, isti və soyuq döymə, əmək alətlərinin və silahların, bəzək 

əşyalarının  çeşidlənməsi  istehsalın  bu  sahəsinin  səviyyəsini  və  onun  ilk  tunc  dövrü 

əhalisinin həyatındakı rolunu  əyani surətdə əks etdirir. Bu istehsal sahəsinin inkişafı 

ilə  sənətkarlığın  başqa  növləri,  məsələn,  sümük  və  daşişləmə  olduqca  məhdudlaşır. 

Dəvəgözü  daşının  işlənməsi  demək  olar  ki,  öz  əvvəlki  əhəmiyyətini  itirir,  çaxmaq 

daşından  indi  əsasən  oraq  dişləri  və  ox  ucları  hazırlanırdı.  Sümükdən  hazırlanan 




91 

 

başlıca  alət  -  biz  özü  də  əvvəlki  dövrə  nisbətən  az  idi.  İndi  onu  tuncdan  hazırlanan 



daha  möhkəm və etibarlı alətlər əvəz edir. Bu dövrün yerli metal istehsalı  məmulatı 

içərisində  ən  mühüm  alət  küplü  tunc  baltalar  oldu.  Azərbaycanın  İlk  Tunc  dövrü 

yaşayış  yerlərinin  demək  olar  ki,  hər  birindən  belə  balta  qəliblərinin  tapılmasına 

baxmayaraq, onların özünün hələ ki, üç ədədi məlumdur. Ağdam, Masallı və Dəvəçi 

rayonlarının hərəsində bir tunc balta tapılmışdır. 

Qafqazın İlk Tunc dövrü abidələrində küplü baltalardan başqa, yastı iskənəvari 

tunc baltalara da rast gəlinir. Astara rayonunda Telmankənd yaxınlığında bir kurqanda 

yastı  tunc  baltalar  dəstəkli  nizə  ucluqları  ilə  birlikdə  əldə  edilmişdir.  İki  ədəd 

süngüvari nizədən biri I Kültəpədən, o biri Xaçbulaqdan məlumdur. 

Qafqazda  ilk  tunc  dövründən  başlayaraq  geniş  yayılan  metal  silah  iki  ağızlı 

yarpaqvari  bıçaqlar  -  xəncərlər  olmuşdur.  Belə  xəncərlərə  Xaçınçay  sahili  və 

Xankəndi  kurqanlarında,  Yanıqtəpə  və  Kültəpə  yaşayış  yerlərinin  mədəni 

təbəqələrində  rast  gəlinmişdir.  Yerli  metal  istehsalı  məmulatına  Qaraköpəktəpə 

yaşayış  yerindən  tapılmış  dördtilli  biz,  başı  ilgəkli  sancaq,  barmaqcıq  və  s., 

Kültəpədən başı ilgəkli dörd sancaq, bıçaq parçası və s. aiddir. Kültəpə metal əşyaları 

içərisində Qafqazda ən qədim tunc oraq diqqəti xüsusi ilə cəlb edir. 

Beləliklə,  müxtəlif  məqsəd  daşıyan  metal  məmulatı  Azərbaycanda  dövrün 

metalişləmə sənətkarlığı haqqında aydın təsəvvür yaradır. 

Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil 

olunmuşdur. Zaqafqaziyanın ilk tunc dövrü saxsı məmulatı o qədər mənalı və özünə 

məxsus əlamətlərə malikdir ki, o, Kür-Araz mədəniyyətini müəyyənləşdirən əsas amil 

rolunu  oynayır.  O,  Eneolit  dövrünün  saxsı  məmulatından  keyfiyyətinə,  texniki 

işlənməsinə  və  formaların müxtəlifliyinə görə fərqlənir. İlk Tunc dövrü abidələrində 

sözün əsil mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar 

olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda 

yerləşmişdir.  Mişarçay  yaşayış  yerində  hələlik  yeganə  bir  dulus  kürəsi  qalıqlarının 

abidənin  qənşərində  yerləşməsi  bunu  sübuta  yetirir.  Kürədə  gildən  sapand  daşlarının 

bişirilməsi prosesi nə səbəbdən isə başa çatmamış, kürə bərk dağıdılmışdır. Kürədən 

qalan  hissədə  çoxlu  yarıbişmiş  gil  sapand  daşları  və  sönmüş  sobanın  qırmızı  rəng 

almış divarından parçalar vardır. 

Kür-Araz  mədəniyyətinin  qab-qacağı  bir  qayda  olaraq,  əksər  halda,  qum 

qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı. 

Bəzi  rayonlarda  (Qəbələ,  Xanlar,  Xankəndi  və  b.)  qabların  hazırlanmasında 

torbalardan  istifadə  olunurdu.  Torba  qumla  doldurulur,  xaricdən  istənilən  formanı 

almaqla  suvanır,  qurudulduqdan  sonra  qum  boşaldılır  və  bişirilirdi.  Qabların  belə 

üsulla  hazırlanması  İlk  Tunc  dövründə  Qafqazın  dulusçuluq  sənətində  geniş  tətbiq 

olunurdu.  Bəsit  dulus  çarxı  əvvəldən  məlum  olsa  da,  bu  dövrdə  məhdud  miqyasda 

işlədilir  və  hər  yerdə  tətbiq  olunmurdu.  Kür-Araz  mədəniyyəti  qablarının  bəzi 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə