TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə42/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   38   39   40   41   42   43   44   45   ...   186

92 

 

nümunələri o qədər nazik divarlıdır ki, dulus çarxında  hazırlanma  təəssüratı yaradır. 



Qara  şüyrəli  belə  qabların  kiçik  qırıqlarına,  məsələn,  Mişarçay  yaşayış  yerində  rast 

gəlinmişdir. Kiçik Qafqaz ərazisi abidələrinin qab-qacağı əksər halda qara, məharətlə 

şüyrələnmiş üzə və çəhrayı astara malikdir. Burada qırmızı, boz bişməli qablar da az 

deyil.  Qaraköpəktəpə  yaşayış  yerində  qaraşüyrəli  qablar  bozşüyrəlilərdən  sonra 

yaranır.  Təbriz  yaxınlığında  Yanıqtəpədə  hər  iki  qrupa  eyni  vaxtda  rast  gəlinir. 

Mişarçay yaşayış yerində qırmızı rəngli qablar üstünlük təşkil edir. 

Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq 

doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik 

dairələrə,  rombvari,  üçbucaqvari  naxışlara,  sxematik  quş  və  heyvan  rəsmlərinə  və  s. 

təsadüf  olunur.  Zəngin  ornamentik  naxışlara  malik  qab-qacaq  Babadərviş  və 

Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz 

saxsı  məmulatında  tətbiq  olunan  bütün  bəzək  vurma  üsullarına  və  motivlərinə  rast 

gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilnişdir. 

Burada,  Kür-Araz  mədəniyyətinin  başqa  yaşayış  yerlərində  olduğu  kimi,  qabların 

yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzənirdi. 

Dulusçuluq  sənətinin  inkişaf  səviyyəsi  müxtəlif  formalı  kiçik  miniatür 

camlardan  tutmuş  taxıl  saxlanan  iri  qablaradək  özünü  əyani  surətdə  göstərmir. 

Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin 

vaxtda  yarımkürə  qulplu  gil  qapaqların  geniş  istehsalı  başlanır  və  Kür-Araz 

mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir. 

Manqalların,  müxtəlif  sacayaqların  hazırlanması  da  İlk  Tunc  dövrünün  saxsı 

məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da 

bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır. 

Kür-Araz  mədəniyyəti  qəbilələrinin  inkişaf  etmiş  sənət  sahələrindən  biri  də 

toxuculuq  olmuşdur.  Ona  görə  təəccüblü  deyil  ki,  iribuynuzlu  heyvanların 

sümüyündən  kəsilmiş  və  ortasından  deşik  açılmış  iy  başlıqlarına  hər  bir  Kür-Araz 

mədəniyyəti yaşayış yerində təsadüf olunur. İy başlıqlarını (iyrəcək) bəzən gildən və 

daşdan  düzəldirdilər.  İlk  tunc  dövründə  ipəyirmə  sənətində  iy  başlıqları  əsas  alət 

olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir. 

İlk tunc dövründə dülgərlik və dabbağlıq sənət sahələri də inkişaf edir. Adətən 

bu  sənət  sahələrinin  inkişafını  işıqlandıracaq  materiallar  dövrümüzə  gəlib  çatmır, 

buna görə də onlardan bəhs edərkən dolayı dəlillərdən istifadə edilir. Belə ki, dövrün 

ağacişləmə  sənəti  barədə  gildən  təkər  modelləri,  evlərdə  dirək  quyuları,  kurqan 

qəbilələrində  tir  qalıqları  və  başqa  bu  kimi  dəlillər  təsəvvür  yaradır.  Əhalinin 

məişətində  dəri  məmulatı  geniş  işlənirdi.  Cənubi  Azərbaycanda  Yanıqtəpə  evlərinin 

birində  aşkar  olunan  dəri  qalıqları  buna  misaldır.  Dəridən  paltar,  ayaqqabı,  başqa 

təsərrüfat və məişət avadanlığı hazırlanırdı. 



93 

 

Sənətkarlığın  inkişafı  Kür-Araz  mədəniyyəti  qəbilələrinin  Qafqaz  və  Ön 



Asiyanın  qonşu  vilayətləri  ilə  təmasına  və  qarşılıqlı  əlaqələrin  güclənməsinə  lazımi 

şərait yaradır. 



Əlaqələr.  Kür-Araz  mədəniyyətini  şöhrətləndirən  maddi  varidatda  bir  çox 

formaların,  nümunələrin  yeknəsəq  olması  heyrət  doğurur.  Buna  qəbilələrarası  daimi 

və fəal əlaqələr imkan  yaratmışdı. Bu prosesdə  yarımköçəri  maldarlıqla  məşğul olan 

qəbilələr  böyük  rol  oynamışdır.  Özlərinin  həyat  tərzi  sayəsində  onlar  texnika  və 

mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır. 

Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi 

olur. Əkinçilər  mübadiləni  əsasən taxıl,  həm də  sənətkarlıq məmulatı ilə  aparırdılar. 

Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar. 

Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı, 

qəbilələrarası  mübadilədə  öz  əhəmiyyətini  itirdi.  Qafqazda  tunc  sənayesinin 

inkişafının  başlanğıc  mərhələsi  Ön  Asiya  ilə  təmasda  keçir.  İlk  Tunc  dövründə 

Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları 

mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri 

nəinki  öz  aralarında  bir-birinə  bənzəyir,  həm  də  bu  ərazidən  kənarda  olan  abidələrin 

materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş 

yayılır. Belə  ucluqlar Ön  Asiyanın bir çox vilayətlərindən məlumdur və  orada  onlar 

nəinki  tuncdan,  həm  də  qızıl  və  gümüşdən  hazırlanırdı.  Azərbaycanda  Lənkəran 

düzənliyindən  Şimali  Qafqazda  Prikuban  vilayətinə  qədər,  tipoloji  cəhətdən  Ön 

Asiyanın  İlk  Tunc  dövrü  nümunələri  ilə  oxşar  yastı  iskənəvari  baltalar  yayılmışdı. 

Astara  rayonunun  kurqanlarından  birində  dəstəkli  nizə  ucluğu  ilə  birlikdə  iki 

iskənəvari  formalı  balta  tapılmışdır.  Bu  kurqanın  metal  əşyaları  mərgmüşlü  tuncdan 

hazırlanmışdır. Lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var. 

Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona 

görə  Qafqazda  tapılan  qalay  qatışıqlı  əşyaları  buraya  qalayın,  bəlkə  də  bəzi  qalay 

qatışıqlı  tunc  məmulatın  xaricdən  gəlməsi  ilə  izah  etmək  olar.  Babadərviş  yaşayış 

yerindən  qarmaqvari  tunc  əşyanın,  Dağlıq  Qarabağ  kurqanlarının  birində  tapılmış 

tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə 

məmulata aidiyyətini göstərir. 

Kültəpədən  tapılmış  dördtilli,  tərkibində  nikel  və  mərgmüş  qatışığı  olan  biz 

diqqəti  cəlb  edir.  Nikel  qatışıqlı  əşyalar  Şimali  Qafqazda  Maykop  mədəniyyəti 

abidələrindən  məlumdur.  Ancaq  qalay  kimi  nikel  də  Qafqazın  mədən  yataqlarında 

yoxdur. 


Qafqazın  İlk  Tunc  dövrü  abidələrində  rast  gəlinən  mis-nikel  qatışıqlı  əşyalar, 

yəqin  ki,  Ön  Asiya  ilə  bağlıdır.  Onlar  ola  bilsin  ki,  Omanda  hasil  edilmiş  metaldan 

hazırlanmışdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə