TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə46/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   42   43   44   45   46   47   48   49   ...   186

101 

 

Fərat  çayının  yuxarı  axarında,  Şimali  Mesopotamiyada,  Tavr  dağlarının  ətəklərində, 



Kiçik  Asiyada,  Suriyada,  Fələstində  və  digər  ərazilərdə  yayılmışdır.  Hurri  tayfaları 

Dəclə  çayının  orta  axarında,  Şimal-Qərbi  Mesopotamiyada,  Balix  və  Xarmis  çayları 

vadilərində,  Nuzidə  (Kərkük,  qədim  Arrapxa  yaxınlığında)  və  digər  vilayətlərdə  də 

yaşamışlar. 

Hurri  elementlərinin  Şərqdəki  vilayətlərdə  (Mannada  və  hətta  Aidiyada)  da 

yaşadıqlarını güman etmək olar. 

Vaxtilə  hurrilərin  "ari"liyi  -  Hind-Avropa  mənşəli  olmaları  haqqında  baxış 

mövcud  idi.  Bu  baxışın  tərəfdarları  hesab  edirdilər  ki,  ari  olan  hurrilər  Mitanni 

dövlətində  əhalinin  yüksək təbəqəsini təşkil edirdilər. Onlar hurrilər arasında  "hind" 

adları  tapırdılar.  Mesopotamiyada,  Suriyada  və  digər  vilayətlərdə  "ari"  sülalələrinin 

mövcudluğuna dair, Qədim Şərq tarixində onların rolu haqqında müxtəlif fərziyyələr 

irəli sürürdülər. 

Müəyyən aridilli əhali kütləsinin qədimlərdə Ön Asiya vilayətlərinə soxulması 

məsələsi  etiraz  doğurmur.  Lakin  bu  əhalinin  Ön  Asiyaya  köçməsi  probleminin 

hurrilərin dilinin səciyyəsi məsələsinə aidiyyəti yoxdur. Hurri dilinə yalnız bəzi hind-

Avropa (aridilli) mənşəli söz və adlar daxil olmuşdu. Qətiyyətlə demək olar ki, hurri 

dili hind-Avropa dillərinə aid deyil. Artıq müəyyən edilmişdir ki, bu dil Urartu dilinə 

qohumdur.  Son  dövrdə  hurri  (eləcə  də  Urartu)  dilinin  Şimal-Şərqi  Qafqaz  dilləri 

ailəsilə bağlayırlar. 

Mannada  hurri  və  lullubi  elementlərinin  nisbəti  məsələsi  də  tam  şəkildə 

aydınlaşmamışdır.  Lakin  Manna  dövləti  dövründə  Urmiya  gölü  ətrafında  hurri 

etnosunun  nisbətən  geniş  yayıldığı  şübhəsizdir.  Hurri  elementləri  antik  dövrdə  də 

burada  məskunlaşmışdı.  Lakin  Mannanın  tarixində  lullubi  elementinin  rolunu  və 

əhəmiyyətini qiymətləndirməmək olmaz. 

Materialların  cüziliyi  kuti,  lullubi,  hurri  və  kaşşu  tayfa  ittifaqlarını  arxeoloji 

komplekslərə  bağlamaq  imkanı  vermir.  Bunu  yalnız  müstəsna  hallarda  etmək 

mümkündür. Güman etmək olar ki, Urmiya gölünün qərb sahilində aşkar edilmiş və 

Cənubi  Qafqaz  mədəniyyətlərinə  yaxın  olan  Göytəpə  mədəniyyəti  kutilərə  məxsus 

imiş. 

Bu dövrdə Şimali Azərbaycanın ərazisi yazılı mənbələrin diqqətindən kənarda 



idi. Buna görə də burada məskunlaşmış tayfaların, tayfa birliklərinin adları haqqında 

məlumatımız  yoxdur.  Biz  buradakı  siyasi,  iqtisadi  və  mədəni  həyat  hadisələrini 

müəyyən  ad  daşıyan  etnik  birləşmələrlə  əlaqələndirmək  imkanına  malik  deyilik. 

Həmin  ərazi  əhalisinin  etnik,  dil  şəraiti  haqqında  konkret  bir  fikir  söyləmək  çox 

çətindir.  Bu  problemə  dair  müəyyən  fərziyyələr  yürütmək  olar.  Bununla  belə  bu 

regionda  Şimal-Şərqi  Qafqaz  dillərinə  qədər  hər  hansı  bir  başqa  dil  ünsürlərinin 

yayılmasını söyləmək üçün əsas yoxdur. 



102 

 

Demək  olar  ki,  Şimal-Şərqi  Qafqaz  (Şərqi  Qafqaz)  qrupu  (İber-Qafqaz  qrupu 



kimi)  Qafqaz  ərazisində  avtoxton  olmuşdur.  Qafqaz  xalqlarının  və  dillərinin 

miqrasiya  mənşəli  olması  fikri  elmdə  tənqidi  surətdə  qarşılanmışdır.  Dilçilərin 

əksəriyyəti  Qafqaz  dilləri  ailəsinin  bütün  budaqları  arasında  qədimdən  qohumluq 

əlaqəsinin  olduğunu  ehtimal  edir.  Lakin  bu  qohumluq  əlaqəsi  hələ  də  qəti  şəkildə 

sübut  edilməmişdir.  Əgər  vahid  Ümumqafqaz  dilinin  mövcudluğu  fərziyyəsinə 

inansaq, bunu e.ə. III minilliyə deyil, daha qədim dövrlərə aid etmək lazımdır. Bütün 

Qafqaz dillərinin digər dillərlə və dil ailələri ilə (xüsusən Ön Asiyanın qədim dillərilə) 

genetik münasibəti məsələsi də həll olunmamışdır. 

Şimal-Şərqi  Qafqaz  dil  ailəsinə  aid  olan  Nax-Dağıstan  dilləri  qrupunun  hurri 

və  Urartu  dilləri  ilə  qohumluğu  haqqındakı  baxışı  daha  əsaslı  hesab  edilir.  Bəzi 

müəlliflər  hurri-Urartu  dillərinin  Hind-Avropa  dillərilə  "uzaq  qohumluğu"  olduğunu 

iddia  edirlər.  Qafqaz  dillərində  Hind-Avropa  elementləri  haqqında,  qədim  Hind-

Avropa-Qafqaz  uyğunluqlarına  dair,  Hind-İran-Qafqaz  əlaqələri  barədə  mülahizələr 

də mövcuddur. 

Son  tədqiqatlarda  Şimal-Şərqi  Qafqaz  dilləri  ailəsinə  hurri-Urartu  və  Nax-

Dağıstan dilləri qrupundan başqa, Kiçik Asiyada, habelə Kipr, Lemnos adalarında və 

s. yayılmış bir sıra dilləri də daxil edirlər. Güman etmək olar ki, buraya etrusk dilini 

də daxil etmək mümkündür. 

Kuti  dilini  də  bu  dillər  ailəsinə  aid  etməyə  müəyyən  əsaslar  vardır.  Belə  bir 

mülahizə  söylənilmişdir  ki,  "udi"  (Qafqaz  Albaniyasının  əsas  əhalisi  olmuş  utilərin 

etnonimi.  Müasir  udilər  onların  qalıqlarıdır)  Quti  adının  refleksidir.  Maraqlıdır  ki, 

Qafqaz dağlıları arasında Qutiyev//Kutiyev familiyalarına təsadüf olunur. 

Təbiidir  ki,  bu  mülahizələr  kutilər  və  kuti  dili  problemini  həll  etmir.  Bu 

yaxınlarda  kuti  dilinin  hind-Avropa  səciyyəli  olması  haqqındakı  nöqteyi-nəzərin 

söylənməsi  bu  problemi  daha  da  mürəkkəbləşdirmiş,  kutilər  isə  daha  sonrakı  hind-

avropalılar olan toxarlarla əlaqələndirilmişdir. 

Həmin  (yəni  Şimal-Şərqi  Qafqaz)  dil  ailəsinə  Qafqaz  Albaniyasının  yerli 

əhalisinin dili-adətən uti (uti) dili ilə eyniləşdirilən alban dili də aiddir. 

Son  dövrədək  sübut  olunmamış  Qafqaz  dil  birliyini  Kür-Araz  ilk  tunc 

mədəniyyəti ilə əlaqələndirirdilər. Lakin mütəxəssislər bu fikrin qeyri-mümkünlüyünü 

dəfələrlə  qeyd  etmişlər.  Son  illərdə  Kür-Araz  mədəniyyətinin  hind-Avropa  mənşəli 

olmasına  dair  fərziyyə  irəli  sürülmüşdür.  Lakin  bu  fərziyyə  tarixi  gerçəkliyə  uyğun 

deyildir. 

E.ə.  II  minillikdə  Azərbaycan  vilayətlərində  əhalinin  etnodil  mənsubiyyəti 

məsələsi  ilə  əlaqədar  olaraq  qeyd  etmək  lazımdır  ki,  artıq  bu  dövrdə  kuti  elementi 

əvvəlki əhəmiyyətə malik deyildi. Kutilərin rolu əsasən lullubilərin və hurrilərin əlinə 

keçmişdi. "Kutilər" adına sonrakı vaxtlarda da təsadüf olunur. Məsələn, Kaşşu-Babil 

dövlətinin  banisi  olmuş  II  Aqum  (e.ə.  XVI  əsrin  əvvəlləri)  özünü  "...geniş  Babil 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə