TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə48/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   44   45   46   47   48   49   50   51   ...   186

105 

 

Antropoloji  materiallar  müasir  azərbaycanlıların  fiziki  tipinin  təşəkkülündə 



hələ  çox  qədim  dövrdə  bizi  maraqlandıran  ərazidə  yayılmış,  avropoid  irqinin  iki 

tipinin  iştirak  etdiyini  söyləməyi  imkan  verir.  Güman  etməyə  əsas  vardır  ki, 

antropoloji baxımdan azərbaycanlıların müxtəlifliyi çoxəsrlik etnogenetik proseslərin 

inikasıdır. Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa 

birliklərinin  əksəriyyəti  əvvəllər  də  burada  mövcud  olmuş  həmin  iki  antropoloji 

elementdən törəmişdir. 

Həmin  tiplərdən  biri  ("Kavkasion"  adlanan  tip)  əsasən  Mərkəzi  Qafqaz 

ərazisində mövcuddur. Tədqiqatçılar bu tipin Qafqazda yerli olduğunu təsdiq edərək, 

onun  hələ  son  paleolit  dövründə  Baş  Qafqaz  sıra  dağlarının  yüksək  dağ  ətəklərini 

məskunlaşdırmış  etnik  qruplardan  törədiyini  iddia  edirlər.  Bəzi  alimlər  Qafqazdakı 

"Kavkasion"  tipin  qədimliyini  inkar  etməyib,  bu  tipə  aid  olan  qrupların  əcdadlarının  

şimaldan gəlməsinin  mümkünlüyü   haqqında  fikirlər söyləyirlər. Lakin "Kavkasion" 

tipin yerliliyi haqqında fikir son illərdə elmi cəhətdən bir daha əsaslandırılmışdır. Hər 

halda  təsdiq  etmək  olar  ki,  Qafqazda  "Kavkasion"  tipi  kompleksi  ən  azı  3  min  il, 

bəlkə də daha uzun müddət ərzində mövcuddur. 

Mövcud  olan  bütün  dəlillər  "Kavkasion"  tipin  Qafqaz  Albaniyasının  əhalisi 

arasında  geniş  yayıldığını  söyləməyə  imkan  verir.  Hazırda  "Kavkasion"  antropoloji 

tipi  Gürcüstanın  dağ-etnoqrafik  qrupları,  Dağlıq  Osetiyada,  Çeçenistanda, 

İnquşetiyada,  Dağıstanda  balkarlar,  çərkəzlər,  kabardinlər,  Azərbaycanda  Şahdağ 

qrupu xalqları arasında yayılmışdır. 

Azərbaycanlıların  etnogenezində  iştirak  etmiş  ikinci  antropoloji  tipi  ümumi 

şəkildə "Aralıq dənizi tipi" kimi müəyyən edirlər. Antropoloqların güman etdiyi kimi, 

bütövlükdə  Qafqazın  başqa  xalqları  kimi  azərbaycanlılar  da  böyük  Avropa  irqinin 

Hind-Aralıq  dənizi  qolunun  nümayəndələrilə  oxşardır.  Lakin  tədqiqatçıların  bəziləri 

bu  antropoloji  elementi  "Qərbi  Kaspi  tipi"  adlandırır,  onu  Hind-Pamir  (Hind-Əfqan) 

irqi  nümayəndələri  -  Əfqanıstanın,  Şimali  Hindistanın  və  Cənubi  Orta  Asiyanın 

əhalisinin  bir  hissəsilə  əlaqələndirirlər.  Digər  alimlər  isə  bu  elementin  Ön  Asiya 

irqindən  olan  fərdlərlə  yaxınlığını  qeyd  edərək,  güman  edirlər  ki,  ona  oxşar  və  

"Xorasan  irqi",  ya  "İran  yaylası  tipi"  adlandırılan  antropoloji  tip  İranın,    xüsusilə 

Cənubi Azərbaycanın müasir əhalisinin müxtəlif qrupları arasında mövcuddur. 

Azərbaycanlıların  ikinci  antropoloji  tipinin  onların  indi  yerləşdiyi  ərazidə 

məskunlaşmasının  qədimliyinə  şübhə  etməyə  əsas  yoxdur.  Bu  antropoloji  tipin  yerli 

mənşəli  olması  şübhəsizdir.  Həmin  tip  Azərbaycan  vilayətlərində  hələ  qədim 

zamanlarda geniş yayılmışdı. Buna görə də belə zənn edirlər ki, Azərbaycan xalqının 

qədim əcdadlarından birini qədim Ön Asiya xalqları arasında axtarmaq lazımdır. 

Dağlıq  Zaqros  vilayətlərində  qədim  dövrlərdə  aşşurlulara  bənzər  (assirioid) 

antropoloji tip mövcud olmuşdur. 



106 

 

Mövcud  olan  cüzi  materiallar  Azərbaycanın  və  ətraf  ərazilərin  qədim 



sakinlərinin nəinki yalnız xarici görkəmi - antropoloji əlamətləri, habelə bu tayfaların 

bəzi  etnoqrafik  xüsusiyyətləri  -  onların  geyimi  və  s.  haqqında  müəyyən  təsəvvürə 

malik olmaq imkanı verir. 

Naramsinin  stelası  və  Anubanininin  qaya  üzərindəki  relyefinə  əsasən  demək 

olar ki, lullubilər qısa saç və saqqal saxlayırdılar. Onların geyimi köynəkdən (tunika), 

qurşaqdan  ibarət  olurdu,  onların  üzərindən  isə  çiyninin  bir  tərəfinə  dəri  atılırdı.  Bu, 

e.ə.  I  minillikdə  də  Cənubi  Azərbaycan  sakinlərinin,  həmçinin  kaspilərin  geyimi 

olmuşdur.  Baş  geyimindən  biri  Şumer-Akkad  mənşəli  idi.  Digəri  isə  ("tac"  -  tiara) 

daha  sonrakı  dövrlərdə  (e.ə.  I  minillikdə)  madalılar  və  farslar  üçün  səciyyəvi 

olmuşdur. 

Materiallar sübut edir ki, Azərbaycanın yerli əhalisi uzun əsrlər ərzində özünün 

antropoloji  tipini  və  etnoqrafik  xüsusiyyətlərini  saxlaya  bilmişdi.  Bu  isə  etnik 

əlamətlərin və qədim ənənələrin əsasən sabitliyinə dəlalət edir. 

Beləliklə, təxminən e.ə. III minilliyin ikinci yarısında Cənubi Azərbaycanda və 

ona  qonşu  vilayətlərdə  ilk  böyük  tayfa  ittifaqları  -  etnososial  səciyyə  daşıyan  etnik 

birləşmələr  meydana  gəldi.  Bu  birləşmələrdən  hər  biri  qohum  tayfalardan  -  qonşu 

ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir 

çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət  idi.  

Azərbaycanın  tarixi  sivilizasiyası,  şübhəsiz,  yerli  tayfalar,  tayfa  ittifaqları 

tərəfindən  yaradılmışdır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  müasir  azərbaycanlılar 

qədimdən  Azərbaycanda  və  ona  qonşu  vilayətlərdə  yaşamış  qədim,  yerli  etnik 

birləşmələrin  varisi  olmaqla  yanaşı,  yalnız  yerli  etnik  dil  qrupları  əsasında 

formalaşmamışdı.  Burada  baş  vermiş  etnik  proseslərdə  kütləvi  köçmələrin  də  rolu 

böyük olmuşdur. 

Bəlkə  də  qədim  dövrlərdə  Azərbaycan  ərazisində  on  azı  iki  Avropayi 

(avropoid)  antropoloji  tipin  mövcudluğunun  (alimlərin  əksəriyyəti  onları  yerli  hesab 

edirlər, lakin yerliliyi də şərti surətdə başa düşmək lazımdır), yazılı mənbələrdə isə bir 

neçə  dildə  danışmış  tayfaların  burada  məskunlaşmasının  səbəblərini  müəyyən 

dərəcədə miqrasiyalarla izah etmək lazımdır. 

Əsrlər  və  minilliklər  ərzində  Azərbaycanda  yaşamış  nəsillər  tərəfindən 

"azadlıq  refleksinin",  yeniliyə  marağın  toplanması  ölkə  sakinlərinin  mədəniyyətinə 

xüsusi  dinamiklik  və  çeviklik  vermişdir.  Ən  qədim  zamanlardan  antik  dövrə  qədər 

Azərbaycanda mövcud olmuş bir sıra parlaq mədəniyyət bu həqiqəti isbat edir. 

Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və 

əhəmiyyətini  mütləqləşdirmək  lazım  deyildir.  Bununla  belə,  miqrasiyaların  bəşər 

tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz. 

Qədim  dövrlərdə  xalqların  və  hətta  qohum  xalq  qruplarının  köçü  baş  verirdi. 

Məsələn, e.ə. III-II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya köçmüşlər. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə