TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə5/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   2   3   4   5   6   7   8   9   ...   186

12 

 

XIX  əsrin  son  otuzilliyindən  başlayaraq  Şimali  Azərbaycan  ərazisində  ilk 



epizodik  arxeoloji  qazıntılar  aparılmağa  başlanmışdır.  Onlar  E.A.Ressler  tərəfindən 

başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam 

etdirilmişdir. 

Azərbaycanın, 

o  cümlədən  Qafqaz  Albaniyasının  qədim  tarixinin 

öyrənilməsinə  Qərbi  Avropa  alimləri  K.İ.Noyman,  A.Herrman,  V.Tomaşek, 

Y.Markvart, Q.Hübşman, T.Nöldeke və b. müəyyən töhfə vermişlər. 

Xüsusi olaraq Manna tarixinə həsr edilmiş ilk tədqiqat K.Belkin 1884-cü ildə 

çapdan  çıxmış  məqaləsi  olmuşdur.  Qədim  İran  tarixinə  həsr  olunmuş  ümumi 

əsərlərdə,  yaylanın  etnik  tarixinin  bu  və  ya  digər  aspektini,  qədim  dillərini,  burada 

mövcud  olmuş  dinləri  nəzərdən  keçirən  xüsusi  tədqiqatlarda  Cənubi  Azərbaycanın 

tarixi  coğrafiyası,  etnik  və  dil  mənzərəsi,  ümumiyyətlə,  qədim  tarixi  problemlərinin 

aydınlaşdırılması  üçün  az  iş  görülməmişdi.  Bunlar  F.Şpigel,  H.Ravlinson,  F.Yusti, 

H.Vinkler, Y.Praşek, E.Meyer, Q.Hüzinq, M.Ştrek, Y.Markvart, F.Türo-Danjen və b.-

nın əsərləridir. 

Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulmasından  sonra  qədim  tarix  üzrə 

elmi  tədqiqatlar  aparılmağa  başlandı.  1920-ci  ildə  Azərbaycan  Dövlət  Muzeyi 

yaradıldı. Respublika hökumətinin vəsatəti nəticəsində Tbilisi, Moskva və Leninqrad 

muzeylərində saxlanılan Azərbaycan tarixinə aid qiymətli eksponatlar 1924-cü ildə bu 

muzeyə verildi. 

1923-cü  ildə  Azərbaycanı  Tədqiq  və Tətəbbö  Cəmiyyəti  yaradıldı.  Elə  həmin 

ildə  onun  tarix-etnoqrafiya  bölməsi  üzvlərinin  təşəbbüsü  ilə  sonralar  (1927-ci  ildə) 

"Azərbaycan  asari-ətiqələri,  incəsənət  və  təbiət  abidələrinin  mühafizəsi  komitəsi" 

(Azkomstaris) adlandırılmış Arxeologiya Komitəsi təşkil olunur. 

Qısa müddət ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın 

arxeoloji-etnoqrafik  tədqiqi,  onun  qədim  tarixinin  öyrənilməsi  üzrə  geniş  və 

məqsədyönlü  fəaliyyətə  başlayaraq,  əslində  iri  elmi  mərkəzə  çevrilən  Azərbaycan 

Dövlət  Muzeyinin  "Materialları"nda,  Azkomstarisin  "Xəbərlər"ində,  Azərbaycanı 

Tədqiq və Tətəbbö Cəmiyyətinin "Xəbərlər"i və "Əsərlər"ində ilk ciddi tədqiqatlar, o 

cümlədən diyarın qədim tarixi üzrə də xeyli materiallar dərc olundu. 

İyirminci illərdə respublikada artıq müntəzəm arxeoloji qazıntılar aparılırdı. 

Azərbaycanın qədim tarixinin öyrənilməsinin formalaşması və inkişafı rus elminin 

nümayəndələri  -  Azərbaycanın,  ilk  qədim  dövr  tarixçilərinin  müəllimləri  ilə  sıx 

əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.İ.Meşşaninovun, 

habelə  T.S.Passek,  B.A.Latınin,  A.A.Miller,  B.V.Miller,  A.A.İessen,  Y.A.Paxomov, 

V.M.Sısoyev  və  b.-nın  xidmətlərini  xüsusilə  qeyd  etmək lazımdır. Elə  bu illərdə  elmə 

milli 

kadrlar  - 



R.İsmayılov,  D.M.Şərifov,  A.K.Ələkbərov,  İ.İ.Əzimbəyov, 

İ.M.Cəfərzadə, S.M.Qazıyev və b. gəlir. 




13 

 

Azərbaycan  tarixi  sahəsində  tədqiqat  işi  lap  əvvəldən  özünün  fərqli 



xüsusiyyətlərinə  malik  idi.  Uzaq  keçmiş  və  ilkin  orta  əsrlərin  yerli  yazılı  qaynaqlarının 

demək  olar  ki,  olmaması  üzündən  bu  başlanğıc  dövründə  Azərbaycanın  qədim  tarixi 

sahəsində  bütün  axtarışlar  sırf  arxeoloji  istiqamət  daşıyırdı.  Artıq  ilk  böyük  arxeoloji 

ekspedisiyalar Dağlıq Qarabağ və Naxçıvan zonalarında, Gəncə zolağında, Mil düzündə, 

Lənkəranda, Yaloylutəpədə, Nuxa qəzası, Qəbələ və b. rayonlarda xeyli gözlənilməz və 

maraqlı əşyalar aşkara çıxarmış, elm qarşısında hələ tam həll olunmamış bir sıra yeni, 

mühüm problemlər qoymuşdu. 

O  dövrdə  mixi  yazılar  və  digər  qaynaqlardakı,  habelə  antik  müəlliflərin 

əsərlərindəki məlumatlara lazımi diqqət yetirilmirdi. Hər halda bu qaynaqlar, xüsusən 

də  Şərq  qaynaqları,  məhz,  Azərbaycan  tarixinin  öyrənilməsi  baxımından  hələlik 

xüsusi  tədqiqat  obyektinə  çevrilməmişdi.  Bu  baxımdan  Y.İ.Meşşaninov  və 

I.A.Paxomovun əsərləri müəyyən istisnalıq təşkil edir. 

Azərbaycanın  qədim  tarixinin  öyrənilməsinin  bu  mərhələsini  bütövlükdə 

səciyyələndirərkən  məlum  olur  ki,  alimlər  demək  olar  ki,  boş  yerdə  işə  başlamalı 

olurdular. Lakin məhz bu illərdə sonralar elmdə Azərbaycanın qədim tarixi kimi bölməni 

fərqləndirməyə  imkan  verən  tədqiqatlar  və  elmi  istiqamətlərin  bünövrəsi  qoyulmuşdur. 

Bu,  Azərbaycanın  qədim  tarixi  səhifələrinin  canlandırılmasına  imkan  yaradan  faktların 

sistemləşdirilməsinin,  yeni  faktların  əldə  olunması  və  "oxunması"nın  (əsasən  arxeoloji 

qazıntıların  köməyi  ilə)  intensiv  bir  dövrü  idi.  Respublikanın  qədim  tarixinə  ilk  dəfə 

bütün qədim tarixin geniş fonunda, qonşu və uzaq ölkələrin tarixi ilə az və  ya çox sıx 

əlaqəli  şəkildə  baxılmağa  başlanır.  Beləliklə,  20-ci  illər  alimlər  nəslinin  əməyi 

sayəsində bərpa edilən qədim Azərbaycan tarixi tədricən Ön Asiyanın Qədim Şərq ölkələri 

tarixi aləminə daxil olmağa başlayır. 

Azərbaycan  arxeologiyasının  banilərindən  biri  İ.İ.Meşşaninov  20-30-cu  illərdə 

diyarın  arxeologiyası  və  qədim  tarixi  üzrə  bir  sıra  tədqiqatlar,  habelə  işin  nəzəri 

vəzifələrinə  və  perspektivlərinə,  metodoloji  səhvlərinə  və  nailiyyətlərinə  həsr  olunmuş 

məqalələr  nəşr  etdirmişdir.  Alim  arxeoloji  axtarışlarda  etnoqrafik  materialdan  istifadə 

edilməsinə  xüsusi  məqalə  həsr  etmişdir.  Milli  kadrların  hazırlanması  işində  də 

İ.İ.Meşşaninovun xidmətləri böyükdür. 

20-ci  illərdə  Azərbaycanda  ümumiləşdirici  əsərlər  -  Azərbaycan  tarixi  üzrə 

ümumi  kurslar  nəşr  edilmişdir.  Bu  "kurslar"  və  "oçerklər"də  qədim  tarixə  də  nəzərə 

çarpacaq  dərəcədə  yer  ayrılırdı.  Bunlar  Y.A.Paxomovun  "Azərbaycan  tarixinin  qısa 

kursu",  R.İsmayılovun  "Azərbaycan  tarixi",  V.M.Sısoyevin  "Azərbaycan  (Şimali) 

tarixinin  qısa  oçerki"  və  "Azərbaycan  (Şimali)  tarixinin  ilkin  oçerki"  əsərlərindən 

ibarətdir. T.S.Passekin  və B.A.Latıninin qələminin  məhsulu  olan,  arxeoloji  materiallarla 

zəngin "Şimali Azərbaycanın tarixə qədərki dövrü oçerki"ni də bu əsərlər seriyasına aid 

etmək mümkündür. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə