TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə53/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   49   50   51   52   53   54   55   56   ...   186

115 

 

Bu proses dəfn abidələrində özünün aydın əksini tapır. Əliköməktəpədəki varlı 



qəbir, ola bilsin ki, qəbilə başçılarından birinə məxsus imiş. Nəzərə çarpacaq varidatı 

ilə icmanın, qəbilənin imtiyazlı şəxslərinə mənsub qəbirlər də seçilir. Onların sırasına 

daha  qiymətli  bəzək  əşyaları  verən  Şəki  kurqanlarından  birini  də  aid  etmək  olar. 

Beləliklə, məlum olur ki, dövrün bəzi qəbirləri kasıbdır, digərləri nisbətən varlıdır və 

ya  çox  varlıdır.  Ancaq başlıcası budur  ki,  qəbirlərdə  dəfn  olunanlar tək-təkdir;  yerli 

cəmiyyətin ictimai inkişafı hələ o səviyyəyə çatmamışdır ki, o zaman başçıları axirət 

dünyasına yola salarkən onları qul, kəniz və s. şəxslərlə birlikdə basdırsınlar. Ancaq 

bu dövrün cəmiyyəti artıq ibtidai icma quruluşunun son mərhələlərindən birinə gəlib 

çatmışdır. 

Sinifli cəmiyyət mövcud olan Ön Asiya vilayətləri ilə qonşuluq ölkənin sosial-

iqtisadi  inkişafına  müəyyən  təsir  göstərirdi,  yeni  texniki  və  mədəni  nailiyyətləri 

mənimsəməyə  imkan  verir,  əlaqələri  və  mübadiləni  genişləndirirdi.  E.ə.  III—II 

minilliklər ərəfəsində  Azərbaycana və  Cənubi  Qafqaza  müntəzəm olaraq qalay daxil 

olmağa başlayır və bu dövrdən metal əşyaların istehsalında əsas qatma element olur. 

Dulus  çarxında  hazırlanmış  bir  qisim  boyalı  saxsı  məmulatının  meydana  çıxması, 

uzunqulağa, qoşqu atına eyni vaxtda rast gəlinməsi Qədim Şərq ölkələri ilə əlaqələri 

əks  etdirir.  Bu,  həm  də  orta  tunc  dövründə  Zaqafqaziyada  borulu  nizə  ucluqlarının, 

dəstəyi  çərçivəli  xəncərlərin  və  bir  sıra  Ön  Asiya  bəzək  əşyalarının  yayılması  ilə 

sübuta yetirilir. 

Göytəpədə,  Qızılvəngdə  "ayrıcılar"  adlanan  yastı  dördkünc  muncuqların  bir 

neçə  nümunəsinə  rast  gəlinmişdir  ki,  onlar  Mesopotamiyada  hurri  mərkəzi  Nuzidən 

(Yorqantəpə)  məlum  olan  əşyalarla  eyniyyət  təşkil  edir.  Şortəpədəki  qara,  yaşıl,  sarı 

və  bənövşəyi  rənglə  naxışlanmış  boyalı  qab-qacaq  Zaqafqaziyada  çox  nadir  hal 

olmaqla  Şimali  Azərbaycanın  cənubla  əlaqələrini  əks  etdirir.  Dövrün  bəzi  abidələri 

Azərbaycan  qəbilələrinin  Şimali  Qafqazla  əlaqələrindən  xəbər  verir.  Muğanda 

(Əliköməktəpə)  varlı  qəbirlərdən  birində  Şimali  Qafqazda  yayılmış  kabardin-balkar 

adı  altında  tanınan  daş  balta  var  idi.  Abşeronda  Gürgan  kurqanlarından  birindən 

formasına  görə  Şimali  Qafqazın  bir  çox  abidələrində  özünə  oxşarlıq  tapan  xəncər 

tiyəsi  əldə  edilmişdir.  Ön  Asiya  mənşəli  bəzəklər  tapılmış  Şəki  kurqanlarının  dəfn 

adətində  və  kurqanların  inşa  quruluşunda  Şimali  Qafqazın  mərkəzi  rayonlarının,  o 

cümlədən  Kabarda-Balkariyanın  həmdövr  abidələri  ilə  tam  eyniyyət  olması 

Azərbaycan və Böyük Qafqazın o biri tərəf qəbilələri arasındakı etnomədəni əlaqələr 

barədə qiymətli məlumatdır. 

Beləliklə, orta tunc dövrü abidələri Azərbaycan əhalisinin həm Ön Asiya, həm 

də Qafqazın qonşu ölkələri ilə əlaqələrini aşkara çıxarır. 

Mənəvi  mədəniyyət.  İbtidai  icma  quruluşu  dövrü  qəbilələrinin  mənəvi 

mədəniyyətinin ətraflı öyrənilməsinə ehtiyac vardır. Arxeoloji material əsasında onun 

işıqlandırılması  böyük  çətinliklərlə  bağlıdır.  Lakin  güman  etmək  olar  ki,  istehsal 



116 

 

təsərrüfatının  təşəkkül  və  inkişafı  dövründən  insanların  ideologiyasında  əkinçilik  və 



maldarlıqla  bağlı  ayin  və  etiqadlar  mühüm  rol  oynayırdı.  Başqa  ayinlər  də  mövcud 

idi,  onların  içərisində  ehtimal  ki,  səma,  günəş,  qadın  və  sairə  ilə  bağlı  ayinlər 

olmuşdur. Azərbaycanın orta tunc dövrü qəbilələrinin  etiqadlarını  əks  etdirən bəzi  

abidələr  bizə    gəlib  çatmışdır.  Bu  baxımdan  Üzərliktəpə  yaşayış  yerində  ocaq 

kənarında  döşəmə  üzərində  əldə  edilən  tapıntı  diqqətəlayiqdir.  Daşla  əhatələnmiş 

ocağın kənarlarında yanmış taxıla, gildən dairəvi kökəyə və gildən qadın heykəlciyinə 

rast gəlinmişdir. Məhsuldarlıq rəmzi olan gildən qadın fiqurları hələ əkinçiliyin sübh 

çağlarında  yayılmışdır.  Qadın  obrazında  təcəssüm  etdirilən  məhsuldarlıq,  əmin-

amanlıq  ideyası  əkinçi  əhalinin  dini  təsəvvürlərində  orta  tunc  dövründə  əhəmiyyətli 

rol oynamaqda davam edirdi. 

Nəhacirdən  əldə  edilən  qab  üzərində  təsvir  olunmuş  səhnə  müəyyən  maraq 

doğurur.  Qırmızı  anqoblu  (şirəli)  bu  qabda  qara  boya  ilə  xırdabuynuzlu  heyvanın 

(keçi?)  boğazına  bağlanmış  ipdən  tutan  kişi  təsvir  olunmuşdur.  Rəsmdə  adamın 

duruşu  elədir  ki,  burada  bəsit  təsərrüfat-məişət  səhnəsini  güman  etmək  çətindir.  Ə

başlıcası odur ki, kişinin əlləri yuxarıya, səmaya qaldırılmışdır. Elə təəssürat yaranır 



ki, o, hansısa ayin hərəkətini ifa edir, bəlkə də yalvararaq göyə müraciət edir. Göygöl 

rayonunda  sonrakı  dövrə  aid  bir  qabda  da  eyni  görkəmdə  kişi  təsvir  olunmuşdur. 

Burada əllərini göyə qaldırmış kişinin qarşısında bir neçə heyvan dayanmışdır. 

II  Kültəpədə  tapılmış  boyalı  qab  parçasında  bir-birinə  yaxın  dayanmış  iki 

adam  fiqurunun  yuxarı  hissəsi  qalmış,  birinin  başında  küləkdən  dağılmış  saçları  və 

yaxud  lələkdən  düzəldilmiş  çələng  vardır.  Onlar  əllərini  yuxarı  qaldırmışlar.  Ola 

bilsin ki, burada da ayinlə əlaqədar səhnə əks olunur. 

Əvvəllər  olduğu  kimi,  bu  dövrdə  də  axirət  dünyası  ilə  əlaqədar  dini  görüşlər 

əhalinin  ideologiyasında  müəyyən  yer  tuturdu.  Bəzən  ölüyandırma  adəti  tətbiq 

olunurdu. Ümumiyyətlə, dəfnə çox diqqət verilirdi. Dəfn səylə düzəldilmiş qəbirlərdə 

aparılır  və  üzərlərində  bir  çox  hallarda  kurqan  qurulurdu,  qəbirə  ölü  ilə  bərabər 

heyvan əti, başqa ərzaq və avadanlıq qoyulurdu. 

Qəbirlərdə  əmək  alətinə,  müxtəlif  silahlara,  bəzək  əşyalarına  tez-tez  rast 

gəlinir.  Görünür,  axirət  dünyasında  həyatın  davam  etməsi,  orada  ərzağın,  istifadə 

olunan başqa şeylərin labüdlüyü barədə təsəvvürlər insanların şüurunda kök salmışdı. 

Orta tunc dövrü incəsənəti, hər şeydən əvvəl, qaracilalı və boyalı qab-qacaqda 

öz əksini tapır. Qaracilalı qablar düz, sınıq və dalğalı xətlərdən yarımdairə və başqa 

həndəsi naxışlarla bəzədilirdi. Belə naxışların müxtəlif birləşmələri ilə qabların bütün 

səthi  örtülürdü.  Üzərliktəpədəki  boyalı  qablarda  naxışlar  yalnız  həndəsi  şəkildədir. 

Başqa  boyalı  qablarda  isə  az  da  olsa  quş,  insan  və  heyvan  təsvirləri  çəkilmişdir. 

Urmiya gölü hövzəsi və Naxçıvanın boyalı qablarında həndəsi naxışlar adətən qabın 

yuxarı yarısını əhatə edən üfüqi xətlər arasında çəkilirdi. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə