TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə54/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   50   51   52   53   54   55   56   57   ...   186

117 

 

O dövrün təsviri incəsənətində insan, heyvan və quş rəsmləri verilmiş səhnələr 



böyük maraq doğurur. Ustanın düşündüyü bədii ideya bəzi hallarda müvəffəqiyyətlə 

yerinə  yetirilir:  belə  ki,  Urmiya  hövzəsində  Göltəpədən  məlum  olan  bir  qabda  eyni 

tipli  heyvanlar  və  balaların  sakit  tərzdə  hərəkət  etməsi  əks  olunmuşdur.  Canlarına 

qorxu düşmüş heyvan təsvirlərinə də rast gəlinir. Heyvanların başları qorxu səmtinə 

çevrilmiş vəziyyətdə verilir, bəzən də ustaya qaçmaqda olan sürünün dinamikasını əks 

etdirmək  mümkün  olmuşdur.  Heyvanların  sakit  dayanmış  halda  təsvirləri  veriləndə 

onların  yanında  quşlar  göstərilir.  Bununla  da  epizodun  reallığı  qeyd  olunur. 

Həftəvantəpədə  bir  boyalı  qab  üzərindəki  ov  səhnəsi,  ola  bilsin  ki,  orta  tunc  dövrü 

bədii  incəsənətinin  ən  parlaq  nümunəsidir.  Qabdan  qalmış  parçada  ümumi 

kompozisiyanın bir hissəsini görmək mümkündür. Orada iki at qoşulmuş araba aydın 

müşahidə olunur. Atların qarşısında yırtıcı heyvan dayanır. Arabadan ona tərəf çoxlu 

oxlar  süzür.  Bu  səhnədə  təsvir  olunmuş  quşlar  və  kiçik  heyvanlar  ümumi 

kompozisiyanı tamamlayır. Kompozisiyada döyüş arabası ilə ov səhnəsi əsas xətdir. 



118 

 

       VI   F Ə S İ L 



 

SON TUNC VƏ ERKƏN DƏMĠR DÖVRÜ. 

ĠBTĠDAĠ ĠCMA QURULUġUNUN DAĞILMASI. 

ERKƏN SĠNĠFLĠ CƏMĠYYƏT ƏRƏFƏSĠNDƏ 

AZƏRBAYCAN TAYFALARI 

 

Tayfalar  və  tayfa  qrupları.  Eramızdan  əvvəlki  II  minilliyin  II  yarısı  -  I 

minilliyin  başlanğıcı  Cənubi  Qafqazın  və  İran  yaylasının  şimal-qərb  hissəsinin 

ərazisində  son  tunc  dövrü,  Dəmir  dövrünün  başlanğıcıdır.  İbtidai  icma  quruluşunun 

intensiv surətdə dağılması və erkən sinifli qurumlara keçid dövrü Azərbaycanda xeyli 

miqdarda  abidə  miras  qoymuşdur,  həmin  abidələr  ərazi  və  mədəni  mənsubiyyət 

baxımından  bir  neçə  qrupa  bölünür.  Kiçik  Qafqaz  hüdudlarında  və  ona  bitişik 

bölgələrdə  -  Qərbi  Azərbaycanda  lokallaşdırılan  qruplardan  biri  Xocalı-Gədəbəy 

mədəniyyətinin  inkişafını  əks  etdirir.  Bu  mədəniyyət  həndəsi  xarakterli  (bəzən  isə 

insan  və  heyvan  təsvirləri  ilə)  ornamentə  malik  olan  qara-boz  rəngli  keramika 

məmulatı,  enli  tunc  qılınclar,  təbərzinşəkilli  baltalar,  müxtəlif  xəncərlər,  borulu 

nizələr və yabalarla səciyyələnir. 

Naxçıvan  abidələri  qrupu  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  və 

onunla həmhüdud olan bölgələrdə yayılmışdır. Bıi abidələrə qara-boz rəngli keramika 

məmulatı  ilə  yanaşı,  Urmiya  gölü  ətrafında  tapılmış  materiallara  bir  çox  cəhətlərdən 

oxşar olan boyalı qablar, metal məmulatı daxildir. 

Talış və Muğan zonasında yaşamış tayfaların abidələr qrupu üçün uzun, nazik 

qılınclar, yəhərşəkilli dəstəklərə  malik olan xəncərlər, ornamentsiz boz rəngli qablar 

səciyyəvidir. 

Şimal-şərqi  Azərbaycanda  da  abidələr  qrupu  məlumdur.  Bu  abidələr  qrupu 

Dağıstanda,  Çeçenistan  və  İnquşetiyada  Qayakənd-Xoroçoy  mədəniyyəti  adı  altında 

məlum  olan  mədəniyyət  abidələri  ilə  böyük  oxşarlığa  malikdir.  Xarici  səthi  kobud 

suvaqlanmış boz gil qablar bu mədəniyyətin fərqləndirici əlamətidir. 

Bu  mədəniyyətlərin təşəkkülü e.ə. II minilliyin II yarısında baş  vermiş, e.ə. I 

minilliyin  I  rübündə  onların  inkişaf  prosesi  davam  etmişdir.  Bu  mədəniyyətlərin 

daşıyıcılarının  necə  adlandıqlarını  söyləmək  çətindir.  Həmin  zamanın  Aşşur 

(Assuriya)  mənbələri  Azərbaycanın  yalnız  Urmiya  gölü  ətrafında  yaşamış  tayfaları 

haqqında müəyyən dərəcədə mühakimə yürütmək imkanı verir. 

Arxeoloji  dəlillər  e.ə.  II  minilliyin  sonunda  və  I  minilliyin  başlanğıcında 

istehsalda  və  Azərbaycan  tayfalarının  ictimai  həyatında  mühüm  irəliləyişlərin  baş 

verdiyini  təsdiq  edir.  Tuncun  emalı  yüksək  çiçəklənmə  mərhələsinə  çatmışdı,  saxsı 

əşyaların hazırlanması zamanı dulus çarxından istifadə edilirdi. Xış əkinçiliyi inkişaf 

edir, taxıl döyümü zamanı artıq vəldən kifayət dərəcədə  geniş istifadə  olunurdu. Bu 




119 

 

dövrdə  yaşayış  bölgəsindən  asılı  olaraq  ayrı-ayrı  tayfaların  təsərrüfatında  fərqlər 



dərinləşirdi.  Dağlıq  bölgələrin  maldar  tayfaları  metal  emalı  sahəsində  böyük  ustalıq 

səviyyəsinə  çatmışdılar.  Yaylaq  maldarlığının  təşəkkülü  prosesi  başa  çatırdı, 

düzənliklərdə  əkinçilik  təsərrüfatı  intensiv  surətdə  yüksəlir,  bağçılıq  və  üzümçülük 

inkişaf edir, şərabçılıq meydana gəlirdi. 

Dəmirin  mənimsənilməsi  bu  dövrün  mühüm  hadisəsi  idi.  Bütün  Cənubi 

Qafqazda  olduğu  kimi,  Azərbaycanın  abidələrində  də  dəmir  əşyalara  e.ə.  II—I 

minilliklərin  hüdudlarından  başlayaraq  təsadüf  olunur.  Tayfaların  inkişaf  səviyyəsi 

qeyri-bərabər  idi.  Cənub  vilayətlərində  məskunlaşmış  tayfalar  mühüm  nailiyyətlər 

qazanmışdılar.  Onlar  sinifli  cəmiyyətə  keçməkdə  olan,  bəzi  hallarda  isə  bu  cür 

cəmiyyətə  keçmiş  əhali  ilə  qonşu  idilər.  Biz  bu  tayfaların  sosial  quruluşunda  sinfi 

antaqonist  münasibətlər  cəmiyyətinə  xas  olan  bir  sıra  ünsürlərə,  məsələn,  qulların 

mövcudluğu  faktına  rast  gəlirik.  Bu  dövrdə  ayrı-ayrı  tayfa  qruplarının  birləşməsi 

prosesi  güclənir,  tayfa  ittifaqlarının  yaranması  davam  edirdi.  Çox  güman  ki,  ölkənin 

ayrı-ayrı  bölgələrinin  arxeoloji  mədəniyyətləri  qohum  olan  tayfa  qruplarını  və 

ittifaqlarını əks etdirir. 

Çoxsaylı  arxeoloji  materiallar  Cənubi  Qafqaz  və  Urmiya  gölü  ətrafı 

cəmiyyətlərinin  yüksək  inkişaf  səviyyəsində  olduğunu  təsdiq  edir.  Məhsuldar 

qüvvələrin  köçəri  maldarlığın  inkişafı  ilə  şərtlənmiş    yüksəlişi    metal    emalının 

tərəqqisinə  təkan  verirdi.  Əkinçilik,  üzümçülük  və  şərabçılıq  inkişaf  edir,  suvarma 

sistemləri  yaradılırdı. Tunc  metal emalının çiçəklənməsi və dəmirin  mənimsənilməsi 

dövrü  başlanmışdı.  Sənət  sahələrinin  -  nəinki  metal  emalının,  habelə  dulusçuluğun 

xeyli  dərəcədə  inkişafı  bunu  təsdiq  edir.  Bu  dövrdə  sənətkarlıq  kənd  təsərrüfatından 

qəti  surətdə  ayrıldı.  İstehsal  əmtəə  təmayüllü  olmağa  başladı,  bu  isə  müntəzəm 

mübadiləyə  və  ticarətə  təkan  verdi.  Cənubi  Qafqaz  və  Cənubi  Azərbaycan 

sakinlərinin  Kiçik  Asiyanın,  Suriyanın,  Mesopotamiyanın  uzaq  bölgələri  və  digər 

ölkələri ilə əlaqələri gücləndi. E.ə. II minilliyin sonuna doğru Şərqi-Cənubi Qafqaz - 

Şimal-Qərbi İran bölgəsinin daxilində əlaqələr möhkəmləndi, genişləndi.   

Bütün  bu  proseslər  əmlak  bərabərsizliyini  dərinləşdirir,  hakim  mövqelərə 

keçmiş  nəsli  tayfa  əyanlarını  zənginləşdirir,  insanın  insan  tərəfindən  istismarını 

gücləndirir,  cəmiyyətin  sinfi  cəhətdən  varlılara  və  yoxsullara  bölünməsini 

şərtləndirirdi. 

Bu  hadisələr  Azərbaycan  ərazisində  sinfi  cəmiyyətlərin  və  ilk  dövlət 

törəmələrinin yaranması erasının müjdəçiləri idi. 

F.Engels  özünün  "Ailənin,    xüsusi  mülkiyyətin  və  dövlətin  mənşəyi"  adlı 

əsərində  bu  ümumtarixi  dövrün  səciyyəsini  verərək  yazmışdır:  "Varlılarla  yoxsullar 

arasındakı  fərq  azad  şəxslərlə  qullar  arasındakı  fərqlə  yanaşı  meydana  çıxır,  -  yeni 

əmək bölgüsi yarandıqda, cəmiyyət yenidən siniflərə bölünür. Əhalinin artmaqda olan 

sıxlığı  istər  daxildə,  istərsə  xarici  aləm  qarşısında  daha  sıx  birləşməyə  məcbur  edir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə